Məhkəmə qərarları › İş №2(007)-1448/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1448/2021

29.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1448/2021 29.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, Ərizəçi X4 iştirakı ilə Ərizəçi X4 hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi X1 eyni şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o xx.xx.1946-cı il tarixdə Gürcüstan SSR Saqaradjo rayonun Lambalo kəndində doğulmuşdur. Doğum haqqında şəhadətnaməni Gürcüstan SSR-nın Saqaradjo VVAQD şöbəsi tərəfindən verildiyi üçün, doğum qeydləri gürcü və rus dillərində tərtib edilmişdir. Sonradan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini alarkən, çoxgüman ki, səhv tərcümə nəticəsində şəxsiyyət vəsiqəsinə soyadı "Edigarov" kimi qeyd olunmuşdur. Halbuki, ailə üzvlərinin soyadı "Yadigarov" kimi qeyd olunur. Hazırda istifadəsində olan ünvan 1 ünvanda yerləşən mənzilini özəlləşdirmək niyyətindədir, lakin mənzilin orderində soyadı "Yadigarov’’ kimi qeyd olunduğundan lazımi hüquqi hərəkətləri edə bilmir. O yeni şəxsiyyət vəsiqəsinin verilməsi məqsədi ilə ASAN Xidmətin Şəxsiyyət Vəsiqəsi" bölməsinə müraciət etdi, lakin oradan bildirdilər ki, şəxsi məlumatları ümumvətəndaş reyestr bazasına inteqrasiya edilməmişdir. Bununla əlaqədar olaraq ASAN Xidmət Mərkəzində yerləşən Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Sonuncu qurum imtina məktubu verərək, bildirmişdir ki, doğum haqqında qeydlər şəxsiyyət vəsiqəsindəki soyadlarda ziddiyyət olduğu üçün şəxsin identifikasiya olunmasında çətinlik yaranmışdır. Yəni, doğum haqqında şəhadətnamənin məhz ona məxsus olması faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən Gürcüstan SSR-nın Saqaradjo VVAQD şöbəsi tərəfindən 02.10.1979-cu il tarixdə verilmiş İİİ-Tİİ №376655 nömrəli doğum haqqında şəhadətnamədə göstərilən “X3” ərizəçi X7 ilə eyni şəxs olması barədə qətnamə qəbul edilməsini xahiş edir. Maraqlı şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasını vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin müddəalarını rəhbər tutaraq, maraqlı tərəf Bakı şəhərində Nizami rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş üzrə toplanmış digər sübutları araşdırarıb, onlara qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan: AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqənin surətindən görünür ki, xx.xx.1946-cı il təvəllüdlü X2 SSR-nın Saqaradjo rayonunda anadan olmuş, evlidir, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayır . İİİ-Tİİ seriyalı 376655 nömrəli doğum haqqında şəhadənamənin surətindən görünür ki, xx.xx.1946-cı il təvəllüdlü X2 SSR-nın Saqaradjo rayonunda anadan olmuşdur. Ata qrafasında Mail Yusup oğlu, ana qrafasında isə Pəri Ömər qızı qeyd olunmuşdur. AR ƏN 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş 03.02.2021-ci il tarixli 05/Q-78/15 nömrəli məktubun surətindən görünür ki, şəxsiyyət barədə məlumatların reyestrə inteqrasiya və düzəliş edilməsi üçün ilk növbədə şəxsin identifikasiya olunması labüddür. Belə ki, şəxsiyyəti təsdiq edən sənədlər “Edigarov” soyadı ilə qeydə alınmışdır və “Edigarov” və “Yadigarov” soyadları müxtəlif soyadlar heab olunur. Odur ki məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı müəyyən edir. Qeyd olunan Məcəllənin 308-ci maddəsində qeyd olunur ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə zamanı ərizəçinin izahatı, məhkəməyə təqdim edilmiş sənədlərlə müəyyən olundu ki, həqiqətən də ərizəçiyə məxsus doğum haqqında şəhadətnamədə, eləcə də ona məxsus şəxsiyyət vəsiqəsində onun soyadı “X6” olduğu halda texniki səhv olaraq soyadı “Edigarov” yazılmışdır. Məhkəmə hesab edir ki, qeyd olunan faktın hüquqi əhəmiyyəti olduğundan və ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən bu cür tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə iş üzrə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Gürcüstan SSR-nın Saqaradjo VVAQD şöbəsi tərəfindən 02.10.1979-cu il tarixdə verilmiş İİİ-Tİİ №376655 nömrəli doğum haqqında şəhadətnamədə göstərilən “X3” ərizəçi X7 ilə eyni şəxs olması barədə hüquqi əhəmiyyəti fakt müəyyən edilməli, həmin qətnamə ərizəçi “X3” məxsus olan sənədlərdə “Edigarov” soyadının “Yadigarov”-la əvəz olunması üçün əsas olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307.2.3, 308, 309, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Gürcüstan SSR-nın Saqaradjo VVAQD şöbəsi tərəfindən 02.10.1979-cu il tarixdə verilmiş İİİ-Tİİ №376655 nömrəli doğum haqqında şəhadətnamədə göstərilən “X3” ərizəçi X7 ilə eyni şəxs olması barədə hüquqi əhəmiyyəti fakt müəyyən edilsin. Həmin qətnamə ərizəçi “X3” məxsus olan sənədlərdə “Edigarov” soyadının “Yadigarov”-la əvəz olunması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətidə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti veriilə bilər. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar