Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1459/2022 05.07.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Əliyeva Şəhrəbanı Əziz qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh oğlunun iştirakları ilə, İddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamenti cəlb edilməklə Cavabdeh qarşı “yaşayış sahəsindən çıxarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi Cavabdeh qarşı “yaşayış sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Özəlləşdirilən dövlət müəssisələrinin (birliklərinin) və ləğv edilmiş nazirlik, dövlət şirkəti və konsernlərin sosialmədəni və məişət-kommunal təyinatlı obyektləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 fevral 1999-cu ıl tarixli, 100 saylı sərəncamının icrasının təmin etmək məqsədilə Bakı şəhər İcra Hakimiyyətinin 23 mart 1999-cu il tarixli, 266 saylı sərəncamına əsasən Bakı şəhərində yerləşən sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlərin Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə verilməsi nəzərdə tutulmuşdur. Bakı şəhər İcra Hakimiyyətinin 23 mart 1999-cu il tarixli 266 saylı sərəncamına uyğun olaraq, eləcə də İqtisadi İnkişaf Nazirliyinin və Dövlət Əmlakının İdarə olunması üzrə Dövlət Komitəsinin 28 fevral 2002-ci il tarixli, 83 saylı sərəncamı əsas götürülərək “Bakı Çinar Soyuducuları'' ASC-nin balansında olmuş yaşayış və yataqxana binalarının ünvan 10usi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilməsi məqsədilə komissiya tərkibi yaradılmaqla 12 mart 2007-ci il tarixli akt əsasında ünvan 1-də yerləşən yataqxana binası Birliyin 117 saylı MKİS-nə əvəzsiz olaraq balansa qəbul edilmişdir. xx.xx.2018-ci il tarixdə və xx.xx.2021-ci il tarxdə ünvan 1 ünvanında yerləşən yataqxana binasına Azərbaycan Respublikası FHN TTN Dövlət Agentliyinin iştirakı ilə vizual texniki baxış keçirilmiş və binanın qəzalı vəziyyətdə olması barədə aktlar tərtib edilmişdir. Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2020-ci il tarixli, 31 saylı sərəncamı ilə Birliyin strukturunda qismən dəyişiklik edilməklə 117 saylı MKİS ləğv edilmiş və ona aid olan mənzil fondu 83, 120 və 141 saylı MKİS-nin xidmət sahələrinə verilmişdir. xx.xx.2020-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə ayrı-ayrı vaxtlarda 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 83 saylı MKİS-nin balansında olan ünvan 2 ünvanında yerləşən beş mərtəbəli yataqxana binasında inventarizasiya işlər aparılarkən məlum olmuşdur ki, vətəndaş Cavabdeh Cəlal qızı binanın 1-ci mərtəbəsində yerləşən sanitar qovşağını qeyri-qanuni zəbt edərək özbaşına yaşayış sahəsinə çevirmiş və istifadə edir. Hər dəfə də Cavabdeh qanunsuz olaraq zəbt etdiyi sahənin boşaldılması barədə rəsmi xəbərdarlıq edilməklə bu barədə akt tərtib edilmişdir. Göründüyü kimi, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh Cəlal qızı qeyri-qanuni zəbt edərək özbaşına yaşayış sahəsinə çevirdiyi sanitar qovşağını boşaltmaqdan əsassız olaraq imtina etmişdir. Hal-hazırda da qəzalı vəziyyətdə olan binadakı həmin yaşayış sahəsindən istifadə edir. Odur ki, Cavabdeh Cəlal qızının ünvan 3 ünvanında yerləşən beş mərtəbəli yataqxana binasının 1-ci mərtəbəsində qeyri-qanuni zəbt edərək özbaşına yaşayış sahəsinə çevirdiyi sahədən çıxarılması barədə qətnamə qəbul edilməlidir. Qeyd edilənlərə əsasən, Cavabdeh Cəlal qızının ünvan 3 ünvanında yerləşən beş mərtəbəli yataqxana binasının 1-ci mərtəbəsində qeyri-qanuni zəbt edərək özbaşına yaşayış sahəsinə çevirdiyi sahədən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, 2019-cu il tarixdə iddiaçı 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyiinin 83 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi vəzifəsində işləmiş İsmayıl Qaralovdan faktiki yaşadığı hal-hazırda mübahisələndirilən Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən beş mərtəbəli yataqxana binasının 1-ci mərtəbəsində yeləşən bir otaqlı yaşayış sahəsini 20000 (iyirmi min) manat ödəməklə almışdır, yaşayış sahəsi tərəfindən alındıqdan sonra həmin sahəyə müxtəlif vaxtda 10000 (on min) manat məbləğində təmir üçün pul vəsaiti sərf olunmuş və həmin vaxtdan etbarən orada yaşayır. O, həmin sahəni zəbt etməmişdir, zəbt etmək mümkün deyil, binanın qanuna müvafiq qaydada hüquqi sahibinin icazəsi olmadan orada hər hansı bir qaydada müəyyən işlərin görülməsi qeyri-mümkündür. 30 iyun 2020-ci il tarixdən etibarən o, həmin ünvana (ünvan 5na alınmışdır. Qeyd olunan ünvana pasport qeydiyyatına alınmaq üçün hüquqi əsas yaranmış və bu barədə binanın hüquqi sahibi olan 83 saylı MKİS-nin rəisi tərəfindən onun pasport qeydiyyatına alınması üçün müvafiq qaydada hüquqi sənəd (arayış) verilmişdir. Həmin yaşayış sahəsində olduğu müddətdə ona heç bir qadağanedici xəbərdarlıq verilməmiş və bildirilməmişdir. 2019-cu il tarixdən etibarən faktiki olaraq həmin yaşayış sahəsində sahiblik və mülkiyyət hüquqları tərəfindən həyata keçirilir. Qanunveriçiliyin tələbinə görə əmlakdan istifadə hüququ əmlak hüquqları sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 83 saylı MKİS-nin işdə olan və iş üzrə müxtəlif tarixlərdə tərtib etdiyi aktlardan və xəbərdarlıqlardan görünür ki, o, həmin yaşayış sahəsini faktiki aldıqdan sonra orada təmir tikinti işlərini həyata keçirmiş və orada pasport qeydiyyatına alınmış (Akt xx.xx.2022-ci il). İddia tələbində qeyd olunan yaşayış otağı texniki cəhətdən sanitar qovşaq hesab edilsə də onun istifadəsində olan yaşayış otağı 1-ci mərtəbədə yerləşmiş, istifadəsində olan otağın 2-ci mərtəbəsindən 5-ci mərtəbəsinə kimi bütün otaqlar yaşayış sahəsi kimi hazırda istifadə olunmaqdadır. Hesab edir ki, məhkəmə həqiqətə tam olaraq nail olmaqdan ötəri həmin binaya yerli baxış keçirməli və qeyd olunan otaqların hər birinə münasibətdə iş üzrə qanuni qətnamə qəbul etməlidir. Qeyd edilənlərə əsasən Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin ona qarşı “Yaşayış sahəsindən çıxarılma tələbi barədə" iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamenti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X5 iddia tələbini müdafiə edib, ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh etiraz ərizəsinin dəlillərinə uyğun izahat verərək bildirdi ki, o, evi MKİS-in rəisi İsmayıl müəllimə 20000 manat pul verib almışdır və əlavə olaraq evə 10000 manat xərc çəkmişdir. Belə ki, birinci mərtəbədən beşinci mərtəbəyə qədər hər mərtəbədə sanitar qovşaq mövcuddur. Binanın hər mərtəbəsində yaşayış var. Binanın sakinləri evi alıblar, lakin həmin evdə yaşamırlar. Çünki onların həmin evdə yaşamağa ehtiyacları da yoxdur. Lakin onun başqa yaşayacaq yeri yoxdur. Həmin evdə ailəsi ilə birlikdə yaşayır. Hazırkı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamenti məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - ünvan 6 ünvanında yerləşən yataqxana binasının texniki vəziyyəti haqqında xx.xx.2018-ci il tarixli Aktdan görünür ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərinşaatlayinə” Dövlət Baş Layihə-Konstruktor və X3 şöbəsinin qrup rəhbəri Abbas Rzayev, şöbənin mühəndisi Ədalət Nəcəfov, 1 saylı Xüsusi Təyinatlı MKTB-nin şöbə müdiri Nazim Məmmədov, mühəndisi Mayıl Mahmudov, 117 saylı MKİS-in rəis əvəzi Fariz Manafovla birlikdə Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin şifahi tapşırığına əsasən ünvan 7 ünvanında yataqxana binasına təkrar vizual texniki baxış keçirdilər. Yataqxana binası 1968-ci ildə beşmərtəbəli, kürsülü baş fasad tərəfdən iki, həyət fasadı tərəfdən isə bir girişli inşa olunmuşdur. Binanın uzunluğu 55,5 metr, eni 15,65 metr, hündürlüyü 15,0 metr, kürsünün hündürlüyü isə 0,8 metrdir. Binənin xarici yükdaşıyan divarları mişarlanmış əhəngdaşından, mərtəbəarası örtük konstruksiyası, pilləkən və eyvan hissələri yığma dəmir-beton elementlərdən quraşdırılmışdır. Damı yastı olub yumşaq örtüklüdür. Yaşayış otaqlarının döşəmə, qapı və pəncərələri ağac materialındandır. Fasadlar "ağlay" üzlük daşları ilə üzlənmişdir. Yataqxana binasının plan həlli dəhliz tiplidir. Dəhlizin hər iki tərəfində yataq otaqları, bütün mərtəbələrdə dəhlizin hər iki başında ümumi istifadə üçün nəzərdə tutulan sanitar qovşaqları, hamam, mətbəx və saxlanc otaqları yerləşir. İlkin müayinədən keçən müddət ərzində binada heç bir təmir və bərpa-gücləndirmə İşləri aparılmamışdır. Bina uzun müddət təmirsiz istismar edildiyindən köhnəlmiş və fiziki aşınmaya məruz qalmışdır. Dəmir-beton konstruksiyalarda, əsasən sanitar qovşaqları, dəhliz və mətbəxlərdə bəzi yerlərdə beton qopub tökülmüşdür. Sanitar qovşaqlarında borulardan çirkab sularının sızması nəticəsində örtük panellərinin alt hissəsində beton mühafizə qatı aşınaraq yararsız hala düşmüş, panellərin alt hissəsində müxtəlif istiqamətli çatlar əmələ gəlmiş və armaturlar korrosiyaya uğramışdır. Bu da yükdaşıyan konstruksiyaların yükgötürmə qabiliyyətinin zəifləməsinə səbəb olmuşdur. Daxildə kommunikasiya xətləri (kanalizasiya, elektrik, su) çox primitiv şəkildə hazırk tikinti norma və qaydalarına əməl olunmadan çəkilmiş, bu da sakinlərin həyatı üçün təhlükə mənbəyidir. Vizual baxış zamanı pilləkən qəfəsəsində, dəhlizlərdə döşəmələrdə çürümələr suvaq qatında aşınmalar, sanitar qovşağlarında kafel və keramik tavacıqlardan olan döşəmələrin yararsız hala düşdüyü müşahidə olundu. 2-3-cü mərtəbələrdə ümumi istifadədə olan hamam otağının tavanında boşluqlu örtük tavasının bəzi boşluqlarının alt hissəsinin beton mühafizə qatının qopub töküldüyü müşahidə olundu. Binanın baş və yan fasadının kəsişməsindəki hər iki tində təqribən 50-60 m2 sahəbə üzlük daşları qopub tökülmüş, bu hissədə sanitar qovşağından daim su sızdığından sement-qum məhlulu və mişarlanmış əhəngdaşlarından olan hörgü aşınmaya məruz qaldığından, həmin hissələrin bir müddətdən sonra uçub tökülməsi üçün real təhlükə yaranmışdır. Yataqxana binasının texniki vəziyyəti qəzalı kimi qiymətləndirilir. Bununla əlaqədar aşağıdakı təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir: sakinlər köçürülməli; binanın ətrafı çəpərlənməli; binaya.daxil olan kommunikasiya xətlərinin fəaliyyəti dayandırılmalı; binaya giriş məhdudlaşdırılmalı və digər lazımi tədbirlər görülməlidir. Akt dörd nüsxədə hazırlanmışdır. Akta müvafiq fotoşəkillər əlavə edilir. Aktdakı məlumatların doğruluğunu imzaları ilə təsdiq etmişlər. - xx.xx.2020-ci il tarixli Təhvil-təslim aktından görünür ki, 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin baş mühəndisi komissiyanın sədri Emin Hüseynov, komissiya üzvləri baş mühasib Tofiq Rüstəmli, Mənzil Fondunun İstismarı şöbəsinin müdiri İsmayıl Məmmədov, MFİ şöbəsinin mühəndisləri Elnur Qasımov və Pərvin Gülməmmədovun iştirakı ilə aktı tərtib etdilər ki, Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2020-ci il tarixli 31 saylı sərəncamının icrası ilə əlaqədar Birliyin strukturunda qismən dəyişiklik olunaraq 117 saylı Mənzil-Kommunal İstismar Sahəsi ləğv edilmişdir. Həmin MKİS-ə aid mənzil fondu 83, 120 və 141 saylı MKİS-nin xidmət dairələrinə verilmişdir. Təhvil-təslim işlərinin komissiya şəklində görülməsi məqsədlə Birliyin rəisinin xx.xx.2020-ci il tarixli 03 saylı əmrinə əsasən Komissiya üzvlərinin iştirakı ilə 117 saylı MKİS-in rəisi vəzifəsinin səlahiyyətlərinin müvəqqəti icra edən X1 117 saylı MKİS-nin möhür və ştampı alınmış onun rəis vəzifəsinin səlahiyyətlərinin müvəqqəti icrası dayandırılmışdır. 117 saylı MKİS-nin möhür və ştampı komissiya üzvlərin iştirakı ilə yandırılaraq ləğv edilmişdir. - ünvan 6 ünvanında yerləşən 5 mərtəbəli yataqxana binasının texniki vəziyyəti haqqında xx.xx.2021-ci il tarixli Aktdan görünür ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Azərinşaatlayihə" Dövlət Baş Layihə- Konstruktor və X3 şöbəsinin qrup rəhbəri Emil Zeynalov, şöbənin mühəndisi Akif İbrahimov, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin baş mühəndisi Emin Hüseynov və 83 saylı MKİS-in rəisi Fərman Heydərovun iştirakı ilə Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin 26 fevral 2021-ci il tarixli 36/01395 nömrəli tapşırığına əsasən Bakı Şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olan ünvan 8 ünvanında 5 mərtəbəli yataqxana binasına təkrar vizual texniki baxış keçirdilər. Yataqxana binası 1968-ci ildə beşmərtəbəli kürsülü, baş fasad tərəfdən iki, həyət fasadı tərəfdən isə birgirişli inşa olunmuşdur. Binanın xarici və daxili yükdaşıyan divarlarının qalınlığı 40 sm olmaqla, mişarlanmış əhəngdaşındandır. Mərtəbəarası örtük konstruksiyası, pilləkən və eyvan hissələri yığma dəmir-beton elementlərdən quraşdırılmışdır. Dam yastı tipli olub, ruberoid örtüklə izolyasiya olunmuşdur. Yaşayış otaqlarının qapı zəncərələri, döşəmələri ağac materialındandır. Fasadlar “aqlay” üzlük daşları ilə üzlənmişdir. Yataqxana binası dəhliz tiplidir. Dəhlizin hər iki tərəfində yataq otaqları, bütün mərtəbələrdə dəhlizin hər iki baş hissəsində ümumi istifadə üçün nəzərdə tutulan sanitar qovşaqları, hamam, mətbəx və saxlanc otaqları yerləşir. Yataqxana binasında, istismar olunduğu müddət ərzində heç bir təmir və bərpagücləndirmə işləri aparılmamışdır. Bina uzun müddət təmirsiz istismar edildiyindən köhnəlmiş və fiziki aşınmalara məruz qalmışdır. Binanın sanitar qovşaqları, dəhliz və mətbəxlərinin divar və tavanlarında nəmişlikdən beton mühafizə qatları qopub tökülmüşdür, işıq qalan armaturlar korroziyaya uğramışdır. Sanitar qovşaqlarında borular köhnəldiyindən birləşmələrdə sızmalar yaranmışdır. Borulardan çırkab suların sızması nəticəsində sanitar qovşaqlarında örtük panellərinin alt hissəsində mühafizə qatı tökülmüş və açıq qalan armaturlar korroziyaya uğramışdır. Bu da yükdaşıyan konstruksiyaların yükgötürmə qabiliyyətinin zəyifləməsinə səbəb olmuşdur. Qapı pəncərələr köhnəlmiş, çürümə, sınma və zədələnmələr yaranmışdır. Pilləkən qəfəsəsində pillələrin sınması, marşların alt və yan hissələrində beton mühafizə qatının tökülməsi və açıq qalan armaturların korroziyaya uğraması vardır. Dəhlizlərin döşəmələrində çürümələr, suvaq qatında aşınmalar, ovulmalar, sanitar qovşaqlarında kafel və keramik tavacıqlardan olan döşəmələrdə dağılmalar yaranmışdır. Sakinlər tərəfindən yaşayış şəraitini yaxşılaşdırmaq məqsədi ilə açıq balkonların ətrafının hörülərək bağlanması əlavə yüklənmələrə səbəb olmuşdur. Binanın daxili və xarici kommunikasiya xətləri (kanalizasiya, elektrik, su) xaotik şəkildə hazırkı tikinti norma və qaydalarına əməl olunmadan çəkilmişdir. Dəhlizlərdə üstüaçıq vəziyyətdə olan naqillər sakinlərin həyatı üçün təhlükəlidir. Binanın baş və hər iki yan fasadlarının kəsişməsində sanitar qovşaqlarından uzun müddət yaranan su sızmalarının təsirindən hər iki tərəfdə divarların 50-60 m2 sahəsində üzlük daşları qopub tökülmüşdür. Tökülmə ehtimalı olan daşlar isə buradan keçən insanların həyatı üçün təhlükəlidir. Binanın texniki vəziyyəti qəzalıdır. Bununla əlaqədar aşağıdakı təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir: sakinlər köçürülməli; binaya daxil olan kommunikasiya xətlərinin (qaz, işıq, su) fəaliyyəti dayandırılmalı; binanın ətrafı çəpərlənməli; binaya giriş məhdudlaşdırılmalı və digər lazımi tədbirlər görülməlidir. İnstitutun mütəxəssisləri tərəfindən yataqxana binasına vizual texniki baxış keçirilmiş və 8 fevral 2018-ci il tarixli akt tərtib olunmuşdur. Akt 4 nüsxədə tərtib olunmuşdur. Akta müvafiq fotoşəkillər əlavə olunur. Aktdakı məlumatların doğruluğunu imzaları ilə təsdiq etmişlər. - 83 saylı Mənzil Kommunl İstismar Sahəsinin xx.xx.2020-ci il tarixli 37 saylı,xx.xx.2021-ci il tarixli 20 saylı və xx.xx.2022-ci il tarixli 11 saylı məlumatlarından görünür ki, 117 saylı MKİS-in ləğv olunması ilə əlalədar xx.xx.2020-ci il tarixdə R.Teymurov küçəsi 28 saylı bina 83 saylı MKİS-in balansına verilmişdir. Bununla əlaqədar tərəflərindən binada yaşayan sakinlərin inventarizasiyası aparılmışdır. İnvertarizasiyası zamanı məlum olmuşdur ki, əvvəllər binanın 2-ci mərtəbəsində 108 saylı məznildə kirayədə yaşayan X2 3-cü mərtəbədə yerləşən mətbəx otağını qeyri-qanuni olaraq zəbt edərək yaşayış sahəsinə çevirmişdir. Əlavə olaraq binanın 1-ci mərtəbəsində yerləşən sanitar qovşağı qeyri-qanuni olaraq Cavabdeh Cəlal qızı tərəfindən zəbt edilərək yaşayış sahəsinə çevirilmişdir. Tərəflərindən gər iki vətəndaş qeyri-qanuni zəbt etdikləri sahələrin boşaldılması haqqında xəbərdarlıq edilmişdir və bunun haqqında akt tərtib edilmişdir. - 83 saylı Mənzil Kommunl İstismar Sahəsinin xx.xx.2020-ci il, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli Aktlarından görünür ki, 83 saylı MKİS-in rəisi F.Heydərov, MKİS-in mühasibi X.Əlizadə, MKİS-in fəhləsi E.Səmədov akt tərtib etdilər ki, qəzalı bina olan R.Teymurov 23 saylı binada siyahıya alma zamanı tərəflərindən 2020-ci ilin fevral-mart aylarında Cavabdeh Cəlal qızının binanın 1-ci mərtəbəsində yerləşən sanitar qovşağı zəbt edərək yaşayış sahəsi kmi istifadə etdiyi və 2020-ci ilin may ayında həmin sahəyə pasport qeydiyyatında düşdüyü aşkar olunmuşdur. - 83 saylı Mənzil Kommunl İstismar Sahəsi tərəfindən Cavabdeh Cəlal qızına ünvanlanmış xx.xx.2020-ci il tarixli 36 saylı, xx.xx.2021-ci il tarixli 30 saylı və xx.xx.2022-ci il tarixli 10 saylı xəbərdarlıqlardan görünür ki, R.Tevmurov küçəsi 28 saylı binanın qəzalı vəziyyətdə olması barədə F.H.N-nin tikintidə təhlükəsizliyə nəzarət dövlət agentliyinin mütəxəssisləri tərəfindən akt verilmişdir. Bu vəziyyətlə bağlı Bakı şəhər İcra Hakimiyyətinin nümayəndələri tərəfindən binada yaşayan sakinlərin inventarizasiyası aparılmışdır. Bu işlər görüləndən sonra Cavabdeh Cəlal qızı tərəfindən R.Teymurov küçəsi 28 saylı binanın 1-ci mərtəbəsində yerləşən sanitar qovşaq otağı qeyri-qanuni zəbt edilərək yaşayış sahəsinə çevrilmişdir. Həmən sanitar qovşaq otağının boşaldılaraq 3 (üç) gün müddətində əvvəlki vəziyyətinə qaytarılması tələb olunur. Əks təqdirdə inzibati qaydada tədbirlər görülməsi üçün hüquq mühafizə və məhkəmə orqanlarına müraciət olunacaqdır. - 83 saylı Mənzil Kommunl İstismar Sahəsi tərəfindən tərtib edilmiş Sxemdən görünür ki, R.Teymurov küçəsi 28 saylı binanın 1-ci mərtəbəsində Cavabdeh Cəlal qızı tərəfindən yaşayış sahəsi kimi istifadə edilən sanitar qovşağın sahəsi 16 kv.metrdir. - 5 saylı “ASAN xidmət” mərkəzi tərəfindən xx.xx.2020-ci il tarixli şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, xx.xx.1972-ci il təvəllüdlü Cavabdeh Cəlal qızı ünvan 9 ünvanında qeydiyyatdadır. Məhkəmə iclasında müəyyən edildi ki, “Özəlləşdirilən dövlət müəssisələrinin (birliklərinin) və ləğv edilmiş nazirlik, dövlət şirkəti və konsernlərin sosial-mədəni və məişət-kommunal təyinatlı obyektləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 fevral 1999-cu ıl tarixli, 100 saylı sərəncamının icrasının təmin etmək məqsədilə Bakı şəhər İcra Hakimiyyətinin 23 mart 1999-cu il tarixli, 266 saylı sərəncamına əsasən Bakı şəhərində yerləşən sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlərin Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə verilməsi nəzərdə tutulmuşdur. Bakı şəhər İcra Hakimiyyətinin 23 mart 1999-cu il tarixli 266 saylı sərəncamına uyğun olaraq, eləcə də İqtisadi İnkişaf Nazirliyinin və Dövlət Əmlakının İdarə olunması üzrə Dövlət Komitəsinin 28 fevral 2002-ci il tarixli, 83 saylı sərəncamı əsas götürülərək “Bakı Çinar Soyuducuları'' ASC-nin balansında olmuş yaşayış və yataqxana binalarının ünvan 10usi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilməsi məqsədilə komissiya tərkibi yaradılmaqla 12 mart 2007-ci il tarixli akt əsasında ünvan 1-də yerləşən yataqxana binası Birliyin 117 saylı MKİS-nə əvəzsiz olaraq balansa qəbul edilmişdir. xx.xx.2018-ci il tarixdə və xx.xx.2021-ci il tarxdə ünvan 1 ünvanında yerləşən yataqxana binasına Azərbaycan Respublikası FHN TTN Dövlət Agentliyinin iştirakı ilə vizual texniki baxış keçirilmiş və binanın qəzalı vəziyyətdə olması barədə aktlar tərtib edilmişdir. Bakı şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2020-ci il tarixli, 31 saylı sərəncamı ilə Birliyin strukturunda qismən dəyişiklik edilməklə 117 saylı MKİS ləğv edilmiş və ona aid olan mənzil fondu 83, 120 və 141 saylı MKİS-nin xidmət sahələrinə verilmişdir. xx.xx.2020ci il tarixdə, xx.xx.2021-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə ayrı-ayrı vaxtlarda 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 83 saylı MKİS-nin balansında olan ünvan 2 ünvanında yerləşən beş mərtəbəli yataqxana binasında inventarizasiya işlər aparılarkən məlum olmuşdur ki, vətəndaş Cavabdeh Cəlal qızı binanın 1-ci mərtəbəsində yerləşən sanitar qovşağını qeyri-qanuni zəbt edərək özbaşına yaşayış sahəsinə çevirmiş və istifadə edir. Cavabdeh qanunsuz olaraq zəbt etdiyi sahənin boşaldılması barədə rəsmi xəbərdarlıq edilməklə bu barədə akt tərtib edilmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh Cəlal qızı sanitar qovşağı boşaltmaqdan əsassız olaraq imtina etmişdir. Hal-hazırda da qəzalı vəziyyətdə olan binadakı həmin yaşayış sahəsindən istifadə edir. Hazırda iddiaçı Cavabdeh Cəlal qızının qeyri-qanuni zəbt edərək özbaşına yaşayış sahəsinə çevirdiyi sahədən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasına görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (13 və 29-cu maddələrin müddəaları). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiət etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlak hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Bundan əlavə, «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında qeyd edilir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinin 2-ci hissəsinə əsasən, qanunla müəyyən edilmiş halla və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı” insan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən konvensiya və onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiyyətini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 158.1-ci maddəsinə əsasən, əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Bununla da, məhkəmə iclasında müəyyən edildi ki, ünvan 1 ünvanında yerləşən yataqxana ünvan 10usi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Cavabdeh isə həmin binanın 1-ci mərtəbəsində yerləşən sanitar qovşağı qeyri-qanuni olaraq zəbt edərək özbaşına yaşayış sahəsinə çevirmişdir. Belə olan halda iddiaçı haqlı olaraq hazırkı iddia ilə məhkəməyə müraicət etmişdir. Qeyd etmək lazımdır ki, cavabdeh etirazında mübahisələndirilən əmlakı 83 saylı MKİS-in rəisi vəzifəsində işləmiş İsmayıl Qaralovdan 20000 manat ödəyərək aldığını bildirsə də, qeyd edilən halları təsdiq edəcək heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM): 77.1-ci maddəsində də qeyd olunur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən ünvan 2 ünvanında yerləşən beş mərtəbəli yataqxana binasının 1-ci mərtəbəsində yerləşən sanitar qovşağın alınması ilə bağlı göstərilən faktlar öz təsdiqini tapmamış və buna dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa, cavabdeh etirazında, həmçinin məhkəmədə vermiş olduğu izahatında qeyd etmişdir ki, onun başqa yaşayış yeri yoxdur, o, mübahisəli ünvanda yaşayır və həmin yaşayış sahəsinin təmirinə 10000 manat xərc çəkmişdir. Məhkəmə tərəfindən ünvan 2 ünvanında yerləşən beş mərtəbəli yataqxana binasının 1-ci mərtəbəsində yerləşən sanitar qovşağa baxış keçilmişdir. Baxış zamanı isə cavabdeh bildirmişdir ki, o, həmin ünvanda yaşamır. Belə ki, o, oğlu ilə birlikdə R.Teymurov küçəsindan yerləşən 20 saylı binanın yaxınlığındakı başqa bir binada yaşayır. Bundan başqa, həmin binada Laçın rayonundan olan məcburi köçkünlər məskunlaşmışdır. Onlarla söhbət zamanı aydın oldu ki, binanın sakinləri aidiyyəti orqanlar tərəfindən siyahıya alınmış və yaxın tarixlərdə Laçın rayonuna qayıtmaqları barədə qərarın verilməsini gözləyirlər. Lakin cavabdeh məcburi köçkün olmadığı üçün siyahıya alınmamışdır. Qeyd etmək lazımdır ki, yerli baxış zamanı mübahisələndirilən sahənin təmirli olması, həmin sahənin yaşayış üçün əlverişli şəraitdə olması müəyyən edilməmişdir və həmin sahənin fotoşəkilləri iş materiallarına əlavə edilmişdir. Həmçinin, cavabdeh ünvan 11 ünvanında qeydiyyatda olduğuna istinad edərək, 83 saylı MKİS-in rəisi tərəfindən onun həmin ünvana pasport qeydiyyatına alınması üçün müvafiq qaydada hüquqi sənəd verildiyini qeyd etmişdir. Cavabdeh tərəfindən məhkəmə buna dair arayışın surəti təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş Asan 5 tərəfindən xx.xx.2022-ci il tarixə verilmiş ******* saylı arayışdan görünür ki, Cavabdeh 30 iyun 2020-ci il tarixdən ünvan 11 ünvanında qeydiyyatdadır (şəxsiyyət vəsiqəsi: AA*******, xx.xx.2022, Asan 5). Göründüyü kimi həmin şəxsiyyət vəsiqəsi xx.xx.2022-ci il tarixdə verilsə də, vətəndaşın xx.xx.2020-ci il tarixdən həmin ünvanda qeydiyyatda alındığı göstərilmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş Cavabdeh şəxsiyyət vəsiqəsinin məlumatlarından isə görünür ki, Cavabdeh ünvan 9 ünvanında qeydiyyatdadır (Şəxsiyyət vəsiqəsi: AA*******, xx.xx.2022, Asan 5). Belə ola halda, məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli ******* saylı arayışı mötəbər sübut kimi qəbul etmir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh ünvan 9 ünvanında qeydiyyatdadır. Qeyd etmək lazımdır ki, göstərilən mənzil həmçinin cavabdehin mülkiyyətindədir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh etirazında göstərdiyi dəlillər əsaslı deyil. Beləliklə məhkəmə belə hesab edir ki, Cavabdeh heç bir əsas olmadan qeyri-qanuni zəbt edərək özbaşına yaşayış sahəsinə çevirdiyi sahədən çıxarılmalıdır. Cavabdehin həmin əmlakdan qeyri-qanuni olaraq isifadə etməsi mülkiyyətçinin hüquqlarının pozulmasına səbəb olur. Məhkəmə həmçinin qeyd edir ki, iş materiallarına əlavə edilmiş aktlarla Bakı şəhəri, Nizami rayonu, R.Teymurov küçəsində yerləşən 20 saylı binanın istismara yararsız, qəzalı vəziyyətdə olması, həmçinin həmin binanın orada yaşayanlar və ətrafdakılar üçün təhlükə mənbəyi olduğu, binada Laçın rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı, bina sakinlərinin siyahıya alındığı, cavabdehin isə məcburi köçkün olmadığı üçün siyahıya alınmadığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ünvan 12 ünvanında yerləşən beş mərtəbəli yataqxana binasının 1-ci mərtəbəsində yerləşən sahədən (sanitar qovşaqdan) çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ünvan 12 ünvanında yerləşən beş mərtəbəli yataqxana binasının 1-ci mərtəbəsində yerləşən sahədən (sanitar qovşaqdan) çıxarılsın. Məhkəmə xərclərinə aid olan iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-1459/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1459/2022
05.07.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver