Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-146/2022 17.02.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı kompensasiya verilməklə yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə işə baxılarkən iddia tələbinin həcminin artırılmasına dair ərizə vermişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini onunla əsaslandırdı ki, Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnentarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilən 28 avqust 2001-ci il tarixli, seriya ÖM 085521 saylı Qeydiyyat Vəsiqəsinə əsasən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev küçəsi 10A saylı evin 20 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev küçəsi 10A,mənzil 20 qeydiyyatda olan Cavabdeh 10 il müddətdir ki, Azərbaycanda yaşamır. Lakin cavabdeh iddiaçının mənzilində qeydiyyatda olduğundan,cavabdehin günahı üzündən iddiaçı mənzilə dair sahiblik, istifadə və sərəncam vermək hüquqlarını tam həyata keçirə bilmir. Belə ki, cavabdeh göstərilən ünvandakı mənzildə yaşamasa da, formal olaraq orada qeydiyyatda qalıb. Qeyd olunanlara əsasən Cavabdeh 10800 manat kompensasiya verilməklə onun Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev küçəsi 10A saylı evin 20 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair qətnamə qəbul olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsa da məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməmiş və məhkəmə Azərbaycan Respublikası MPM-nin 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə qərardad çıxarmışdır. Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan: Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnentarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilən 28 avqust 2001-ci il tarixli, seriya ÖM 085521 saylı Qeydiyyat Vəsiqəsindən görünür ki,Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev küçəsi 10A saylı evin 20 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev küçəsi 10A saylı evin 20 saylı mənzilində Cavabdeh,İddiaçı və X1 qeydiyyatdadırlar. “Yeni Dövr” Qiymətləndirmə Mərkəzinin 15 dekabr 2021-ci il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev küçəsi 10A saylı evin 20 saylı mənzilinin qiymətləndirmə tarixinə olan bazar dəyəri 65000 manat təşkil edir,həmin ərazidə aylıq icarə haqqı isə 300 manat müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında qeyd olunur ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur” İşin hallarından görünür ki, İddiaçı Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev küçəsi 10A saylı evin 20 saylı mənzilinin mülkiyyətçisidir.Onun qeyd olunan daşınmaz əmlaka mülkiyyət hüququ 28.08.2001-ci il tarixdə qeydiyyatdan keçmişdir.Cavabdeh Cavabdeh iddiaçının oğlu olmaqla mənzildə qeydiyyatdadır.İddiaçının bildirdiynə görə uzun müddətdir ki, mənzildə yaşamır.İddiaçı hal-hazırda 10800 manat kompensasiya verməklə cavabdehin mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsini xahiş edir. Məhkəmə mənzilin dəyərinin cəmi 65000 manat olduğunu,həmin ərazidə aylıq kirayə haqqının müəyyən edildiyini, mənzildə iddiaçı ilə birgə təsərrüfat aparan digər şəxslərin də olduğunu, cavabdehin mənzildə yaşamadığını və işin digər diqqətəlayiq hallarını nəzərə alaraq hesab edir ki, təklif olunan kompensasiya ədalətli olmaqla yanaşı həm də mülkiyyətçinin qanunla qorunan mülkiyyət hüququna ciddi zərər vurmur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsinə dair razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Ona görə də iddiaçı cavabdehə kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürmək hüququna malikdir və iddia tələbinin hüquqi əsasını Mülki Məcəlləsinin 228.2-ci maddəsi təşkil edir. Bundan başqa,cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə hüququnun saxlanması mülkiyyətçi kimi iddiaçının Mülki Məcəlləsinin 152.5-ci maddəsində nəzərdə tutulan əmlaka sərbəst surətdə sahib olmaq,ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə hüquqlarının pozulmasına da gətirib çıxarır. Qeyd olunanlara əsasən məhkəmə iddia tələbini əsaslı hesab edir. Məhkəmə iş üzrə toplanmış sübutları tam və hərtərəfli araşdırıb qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalı,mülkiyyətçi İddiaçı tərəfidən Cavabdeh 10800 manat kompensasiya verilməklə onun Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev küçəsi 10A saylı evin 20 saylı mənzilindən istifadə hüquqları itirilmiş hesab olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Mülkiyyətçi İddiaçı tərəfidən Cavabdeh 10800 manat kompensasiya verilməklə onun Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev küçəsi 10A saylı evin 20 saylı mənzilindən istifadə hüquqları itirilmiş hesab olunsun. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə ərizə ilə müraciət edə bilərlər. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-146/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(007)-146/2022
17.02.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver