Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-15/2022 19.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın girov predmentinə yönəldilmsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın girov predmentinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilmə ərizəsi ilə məhkəməyə mürаciət еdərək, Cavabdeh 044/14 nömrəli, 06.02.2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh ləğv prosesində olan "Zaminbank” ASC qarşısında əsas borc üzrə 7.590,74 manat (yeddi min beş yüz doxsan manat, 74 qəpik) əsas borc, 3746,95 manat (üç min yeddi yüz qırx altı manat, 95 qəpik) faiz borcu, Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanan 428,89 manat (dörd yüz iyirmi səkkiz manat, 89 qəpik) faiz borcu, cəmi 8.651,31 manat (səkkiz min altı yüz əlli bir manat, 31 qəpik) manat borcun, iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq iddiaçı ləğv prosesində olan "Zaminbank” ASC- yə ödənilməsi, tutmanın girov predmeti olan "Nissan X-Trail” markalı, qızılı rəngli, **-GP-*** dövlət qeydiyyat nömrəli avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərraca çıxarılaraq satılması, satışdan əldə edilmiş pul vəsaiti hesabına cavabdehin iddiaçıya olan ümumi borc məbləği yuxarıda göstərilən qaydada ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 044/14 nömrəli, 06.02.2014-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh 24 ay müddətinə, illik 24% olmaqla, 9400 manat (doqquz min dörd yuz manat) məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh mülkiyyətində olan “Nissan X-Trail" markalı, qızılı rəngli, **-GP-*** dövlət qeydiyyat nömrəli avtomobil ipoteka predmeti kimi banka təqdim edilmiş və bu barədə 044/14 nömrəli, 06.02.2014-cu il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında münasibətlərin məhkəmədən kənar qaydada həll etmək məqsədilə tərəflərindən Cavabdeh borcun qaytarılması tələbi ilə bağlı şifahi və yazılı xəbərdarlıqlar olunsa da, cavabdeh tərəfindən borcun qaytarılması istiqamətində müsbət irəliləyiş olmamışdır. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 122 nömrəli, 07.09.2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh ləğv prosesində olan İddiaçı ASC qarşısında əsas borc üzrə 4475.47 manat (dörd min dörd yüz yetmiş beş manat, 47 qəpik) əsas borc, 3746,95. manat (üç min yeddi yüz qırx altı manat, 95 qəpik) faiz borcu, Konstitusiya Məhkəməsinin Plenumunun 24 12 2014-cü il tarixli qərarına əsasən hesablanan 428,89 manat (dörd yüz iyirmi səkkiz manat, 89 qəpik) faiz borcu, cəmi 8 651.31 manat (səkkiz min altı yüz əlli bir manat, 31 qəpik) məbləğində borc öhdəliyi yaranmışdır. Belə ki, tərəflər arasında bağlanmış 044/14 nömrəli, 06.02.2014-cü il tarixli kredit müqaviləsinin 1-ci maddəsinə əsasən Borcalan Bankdan bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə aldığı vəsaiti 24 ay müddətinə 24% faiz ödəməklə 9.400 manat (doqquz min dörd yüz manat) məbləğində kredit vermişdir. İpoteka müqavilənin 2-cı maddəsinə əsasən, kreditin təminatı kimi ‘Nissan X-Trail" markalı, qızılı rəngli, **-GP-*** dövlət qeydiyyat nömrəli avtomobil çıxış edir. Göründüyü kimi, cavabdeh öz müqavilə öhdəliklərini lazımınca icra etməmişdir. İş üzrə məhkəmə tərəfindən təyin edilmiş ekspertiza rəyinə əsasən cavabdehin banka 7.590,74 manat əsas, 2.302,31 manat faiz borcu müəyyən edilmişdir. Buna görə də cavabdehdən tutulan məbləğ üzrə iddia tələbinə dəqiqləşdirmə verilmişdir. Məhkəmə iclasında iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş iddiaçı ləğv prosesində olan İddiaçı ASCnin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etmişdir. O, əlavə olaraq kredit müqaviləsinin Azərbaycan Respublikası Prezitentinin 28.02.2019-cu il tarixli Fərmanının təsiri altına düşmədiyini, əgər düşsə idi bu avtomatik olaraq sistem tərəfindən hesablanacağını bildirmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 044/14 saylı, 06.02.2014-cü il tarixli kredit müqaviləsinin surətindən görünür ki, "Bank” tərəfindən “borcalan”a 24 ay müddətinə, illik 22 faiz olmaqla, 9400 manat məbləğində pul ayrılmışdır. Cavabdeh həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. - İddiaçı ASC ilə borcalan ipoteka qoyan Cavabdeh arasında bağlanmış 044/14 saylı, 06.02.2014-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan özünə məxsus olan "Nissan X-Trail” markalı, qızılı rəngli, **-GP-*** dövlət qeydiyyat nömrəli avtomobili (ipotka predmetinin bazar dəyəri 14500 manat məbləğində qiymətləndirilməklə) kredit müqaviləsi Cavabdeh yaranmış öhdəliyinin təminatı kimi ipoteka qoymuşdur. - Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun 23.01.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASCyə 06.02.2014-cü il tarixli kredit müqaviləsi üzrə 4475,47 manat əsas borc, 3746,95 manat faiz borcu, 305.56 manat gecikdirilmiş vaxt üçün hesablanmış 428,89 manat faiz borcu olmaqla ümumilikdə 8651,31 manat borcu vardır. - “LegalPrime” Hüquq və Konsaltinq şirkətinin 25.06.2021-ci il tarixli məktubundan görünür ki, "Nissan X-Trail” markalı, qızılı rəngli, **-GP-*** dövlət qeydiyyat nömrəli avtomobilin harada olması barədə məlumat olmadığı üçün mülki iş qiymətləndirmə ekspertizası keçirilmədən geri göndərilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21.02.2022-ci il tarixli rəyindən görünür ki, 06.02.2014-cü il tarixli kredit müqaviləsi üzrə müqavilənin müddətinin bitmə tarixinə, yəni 06.02.2019-cu il tarixə əsas borc üzrə 7590,74 manat, faiz borc üzrə 9,28 manat məbləğində, iddia ərizəsinin tarixinə, yəni 25.01.2019-cu il tarixə illik 5% hesablanmaqla əsas borc üzrə 7590,74 manat, faiz borc üzrə 1136,29 manat məbləğində, ekspert rəyinin tərtib edilmə tarixinə, yəni 21.02.2022-ci il tarixə illik 5% hesablanmaqla əsas borc üzrə 7590,74 manat, faiz borc üzrə 2302,31 manat məbləğində borc müəyyən olunmuşdur. - Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun 01.07.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASCyə 07.02.2014-cü il tarixli kredit müqaviləsi üzrə 7590,74 manat əsas borc, 3746,95 manat faiz borcu, gecikdirilmiş vaxt üçün hesablanmış 428,89 manat faiz borcu olmaqla ümumilikdə 11766 manat borcu vardır. - 05.02.2019-cu il tarixli qəbzin surətindən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı ASC tərəfindən 30,0 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 044/14 saylı, 06.02.2014-cü il tarixli kredit müqaviləsinə əsasən, "Bank” tərəfindən “borcalan”a 24 ay müddətinə, illik 22 faiz olmaqla, 9400 manat məbləğində pul ayrılmışdır. Cavabdeh həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. İddiaçı ASC ilə borcalan, ipoteka qoyan Cavabdeh arasında bağlanmış 044/14 saylı, 06.02.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən, ipoteka qoyan özünə məxsus olan "Nissan X-Trail” markalı, qızılı rəngli, **-GP-*** dövlət qeydiyyat nömrəli avtomobili (ipotka predmetinin bazar dəyəri 14500 manat məbləğində qiymətləndirilməklə) kredit müqaviləsi üzrə Cavabdeh yaranmış öhdəliyinin təminatı kimi ipoteka qoymuşdur. Lakin cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməyərək ödənişləri tam həyata keçirməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. “LegalPrime” Hüquq və Konsaltinq şirkətinin 25.06.2021-ci il tarixli məktubundan görünür ki, "Nissan X- Trail” markalı, qızılı rəngli, **-GP-*** dövlət qeydiyyat nömrəli avtomobilin harada olması barədə məlumat olmadığı üçün mülki iş qiymətləndirmə ekspertizası keçirilmədən geri göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21.02.2022-ci il tarixli rəyi ilə 06.02.2014-cü il tarixli kredit müqaviləsi üzrə müqavilənin müddətinin bitmə tarixinə, yəni 06.02.2019-cu il tarixə əsas borc üzrə 7590,74 manat, faiz borc üzrə 9,28 manat məbləğində, iddia ərizəsinin tarixinə, yəni 25.01.2019-cu il tarixə illik 5% hesablanmaqla əsas borc üzrə 7590,74 manat, faiz borc üzrə 1136,29 manat məbləğində, ekspert rəyinin tərtib edilmə tarixinə, yəni 21.02.2022-ci il tarixə illik 5% hesablanmaqla əsas borc üzrə 7590,74 manat, faiz borc üzrə 2302,31 manat məbləğində borc müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilənlərlə müəyyən olundu ki, borclu Cavabdeh İddiaçı ASC ilə bağladığı 044/14 saylı, 06.02.2014-cü il tarixli kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 739.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bununla da, Mülki Məcəllənin 421.2-ci maddəsinə uyğun olaraq iddiaçının tələbi ilə həmin müqavilənin və ona dair razılaşmanın ləğv edilməsi əsasları yaranmışdır. Hakimin işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalı olması barədə Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələblərindən çıxış edərək məhkəmə hesab edir ki, 044/14 saylı, 06.02.2014-cü il tarixli kredit müqaviləsi üzrə borcu qismində faiz borcu üzrə 3746,95 manat borc müəyyən edilsə də, cavabdehdən iddiaçının xeyrinə faiz borc qismində 21.02.2022-ci il tarixli ekspert rəyi ilə müəyyən olunmuş 9,28 manat məbləğində faiz borc tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır; 47.4-cü maddəsinə əsasən ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. 59.3.2-ci maddəsinə əsasən ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olduqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Bununla da, müəyyən olundu ki, borclu Cavabdeh məxsus avtomobili ipoteka qoyma yolu ilə təmin etdiyi kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirmədiyi üçün “İpoteka haqqında” Qanunun qeyd edilən maddələrinə və Mülki Məcəllənin 295-ci maddəsinə əsasən ipoteka saxlayan İddiaçı ASC-nin tələbləri həmin ipoteka predmetinə yönəldilməli, ipoteka predmeti olan “Nissan X-Trail" markalı, qızılı rəngli, **-GP-*** dövlət qeydiyyat nömrəli avtomobilin ilkin satış qiyməti məhkəmə zamanı müəyyən edilməsi mümükün olmaması səbəbi ilə məhkəmə qətnaməsinin icra mərhələsində müəyyən edilməli, iddia tələbi üzrə borc məbləği Mülki Məcəllənin 296.1-ci maddəsinə əsasən ipoteka predmeti olan mənzilin dəyərindən Mülki Məcəllənin 279-cu maddəsində nəzərdə tutulduğu qaydada borcun və digər xərclərin ödənilməsinə yönəldilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir; 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən müqavilə müddətinin bitdiyi tarixindən illik 5 faizlə hesablanmış əldən çıxmış fayda tələbi əsaslıdır və iddia həmin hissədə də təmin edilməldir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 06.02.2014-cü il tarixli, 044/14 nömrəli kredit müqaviləsi üzrə 7590,74 manat əsas borc, 9,28 manat faiz borcu, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanan 428,89 manat faiz borcu olmaqla, ümumilikdə 8028,91 manat pul məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-yə ödənilməli, tutma girov predmeti olan "Nissan X-Trail” markalı, qızılı rəngli, 90-GP- 216 dövlət qeydiyyat nömrəli avtomobilə yönəldilməli, avtomobilin ilkin satış qiyməti məhkəmə qətnaməsinin icra mərhələsində müəyyən edilməli, əldə olunacaq vəsait hesabına kredit borcu ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, Cavabdeh məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi üçün sərf edilmiş 100 manat vəsait Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 06.02.2014-cü il tarixli, 044/14 nömrəli kredit müqaviləsi üzrə 7590,74 manat əsas borc, 9,28 manat faiz borcu, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanan 428,89 manat faiz borcu olmaqla, ümumilikdə 8028,91 manat pul məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-yə ödənilsin. Tutma girov predmeti olan "Nissan X-Trail” markalı, qızılı rəngli, 90-GP- 216 dövlət qeydiyyat nömrəli avtomobilə yönəldilsin. Avtomobilin ilkin satış qiyməti məhkəmə qətnaməsinin icra mərhələsində müəyyən edilsin. Əldə olunacaq vəsait hesabına kredit borcu ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə sərf edilmiş 100,00 manat pul Cavabdeh alınaraq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: **********, Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-15/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-15/2022
19.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver