Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-1504/2021 26.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, məhkəmə iclas katibi Hüseynova Bəturə Xaqani qızının katibliyi ilə, İddiaçı cavabdeh Elmi-X1rşı “intizam tənbehinin götürülməsi” tələbinə dair mülki işə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Elmi-X1rşı “intizam tənbehinin götürülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə hazırlıq iclası keçirilənədək məhkəməyə ərizə ünvanlayaraq, Azərbaycan Respublikası MPM-nin 170-ci maddəsinə əsasən iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası MPM-nin 170, 263-264, 267-268-ci maddələrini rəbhər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Elmi-X1rşı “intizam tənbehinin götürülməsi” tələbinə dair iddia ərizəsi, ona əlavə olunmuş sənədlərlə birlikdə İddiaçı geri qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildiyi gündən sonra 10 gün müddətində ondan Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-1504/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-1504/2021
26.02.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver