Məhkəmə qərarları › İş №2(007)-1507/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1507/2021

08.12.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1507/2021 08.12.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Cavabdeh qarşı əmək müqaviləsinə xitam verilməsi və bildirişin elektron informasiya sistemində yerləşdirilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Cavabdeh qarşı əmək müqaviləsinə xitam verilməsi və bildirişin elektron informasiya sistemində yerləşdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, o,Cavabdeh ilə 01.04.2014-cü il tarixində əmək müqaviləsi bağlayaraq ona məxsus olan telofon mağazasında texnik vəzifəsi üzrə işə başlayıb. Cavabdeh 04 aprel 2017-ci ildə iı işlərin getmədiyini, bu səbəbdən də mağazanı bağlayağacığını və bağladıqları əmək müqaviləsinə xitam verəcəyini bidirərək daha işə gəlməməsini ondan tələb eltmişdir. İddiaçı onun bu tələbi ilə razılaşaraq 04 aprel 2017-ci il tarixdən cavabdehə məxsus olan mağazadakı işindən ayrılmışdır. Sonradan iddiaçıya məlun oldu ki, cavabdeh 01.04.2014-cü il tarixdə bağladıqları əmək müqaviləsinə xitam verməyib. Belə ki, iddiaçı iş axtardığı üçün 2020-ci il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilən elektron informasiya sistemin Məşğuluq alt sistemində işsiz kimi qeydiyyatdan keçən zaman ona aktiv əmək müqaviləsinin olduğu bildirildi. Bundan sonra o, araşdırma aparmış və məlum olmuşdur ki, faktiki olaraq 3 ildən artıq müddətə cavabdehə məxsus mağazdan işdən çıxsa da cavabdeh onunla bağlınan əmək müqaviləsinə xilam verməyib. Bu səbəbdən də hal-hazırda nə işəgötürənlərlə əmək müqaviləsi bağlaya bilmir, nə dəki işsizliyə görə sosial müavinat ala bilmir. Bu hal isə onun Azərbaycan Respublikasının Konstitusyası ilə təsbit edilən hüquqların kobud şəkildə pozulmasına səbəb olub. Belə ki, Azərbaycan Respublikası Konstitusiasının 35-ci maddəsinin ikinci hissəsinin tələbinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Yenə həmin maddənin yeddinci hissəsinin tələbinə əsasən işsizlərin dövlətdən sosial müavinət almaq hüququ vardır. Onu da bildirmək istəyir ki, cavtdehlə bağlanan əmək müqaviləsinə xitam verməsi üçün onunla əlaqə saxlamağa çalışsa da heç bir nəticəsi olmadı. Belə ki, cavadehə məxsus olan telefon nömrələrinə zəng çatmadığından və o yaşayış yerini dəyişdiyindən onunla əlaqə qurmaq mümkün olmadı. Bu səbəbdən də pozulan hüquqların bərpa olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Qeyd olunanlara əsasən onunla Cavabdeh arasında bağlanmış 01.04.2014-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı informasiyanın elektron informasiya sisteminə daxil edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsa da məhkəməyə gəlməmişdir. Məmkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan: Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki,İddiaçı xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olub, Bakı şəhəri, Nizami rayonu,Naxçıvanski küçəsindəki 4 saylı evin 30 saylı mənzilində qeydiyyatdadır. 21.10.2014-cü il tarixli əmək müqaviləsi bildirişindən görünür ki,fiziki şəxs olan işəgötürən Cavabdeh işçi İddiaçı 01.10.2024-cü il tarixdən mağazaya aylıq 150 manat əmk haqqı ilə işə qəbul etmişdir. 06.07.2017-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, 01.10.2014-cü il tarixli əmək müqaviləsində dəyişiklik edilmiş əmək haqqı 160 manat müəyyən olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən çıxarılmış iş yerindən arayışdan görünür ki, 21.10.2014-cü il tarixli əmək müqaviləsi ləğv olunmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinə əsaasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. İşin hallarından görünür ki,iddiaçı ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Cavabdeh arasında 01.10.2014-cü il tarixdə əmək müqaviləsi bağlanmışdır. Tərəflər arasında olan əmək münasibələrinə faktiki olaraq xitam verilsə də,cavabdeh əmək müqaviləsinə xitam verilməsi üçün qanunla nəzərdə tutulan tədbirləri görməmiş əmək müqaviləsinə xitam verilməsi barədə bildirişi elektron informasiya sistemində qeydiyyatdan keçirməmişdir.Bunun nəticəsində iddiaçının konstitusiya ilə qorunan əmək hüquqları pozulmuşdur. Belə ki,əmək müqaviləsinə xitam verilməməsi səbəbindən İddiaçı başqa müəssisə və təşkilatlarda işlə təmin oluna bilmir. Məhkəmə hesab edir ki,iddia əsaslı olduğundan təmin olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 01.04.2014-cü il tarixli əmək müqaviləsinə xitam verilsin. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məlumatlar elektron informasiya sisteminə daxil edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar