Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1525/2021 30.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Babək Natiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əlcanova Əfsanə Fərhad qızının katibliyi, Ərizəçilərin nümayəndəsi X13 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti və Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi cəlb edilməklə “hüquqi faktın müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti və Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi cəlb edilməklə “hüquqi faktın müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, 12.11.1980-ci il tarixində Bakı şəhəri keçmiş Xalq deputatları Soveti İcraiyyə Komitəsi tərəfindən verilən ünvan 1 ünvanında yerləşən mənzilin 195045 saylı orderinin adlar siyahısında olan 2-ci bəndində və 20.06.1980-ci il tarixli Şaumyan (Xətai) rayonu Xalq deputatları Soveti İcraiyyə Komitəsinin 20.06.1980-ci il tarixli protokolunda qeyd edilmiş “X20” -04,11.2005-ci il tarixdə Nizami Rayon Polis İdarəsi tərəfindən verilmiş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsindəki Ərizəçi1 və yuxarıda qeyd edilən orderin 4-cü bəndində və 20.06.1980-ci il tarixli Şaumyan (Xətaii) rayonu Xalq deputatları Soveti İcrayyə Komitəsinin 20.06.1980-ci il tarixli protokolunda qeyd edilmiş “X8”nun - Nizami RPİ tərəfindən 21,06.2012-ci il tarixdə verilmiş AZE 0******* saylı şəxsiyyət vəsiqəsindəki Ağayeva (Qasımova) Mahcamil Namizəd qızı və 20.02.1962-ci il tarixdə Şamaxı rayon X30 tərəfindən verilmiş AZ 282227 nömrəli doğum haqqında şəhadətnamədə göstərilən X7 ilə eyni şəxs olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi1 ünvan 2 ünvanında yaşayır. Yaşadığı mənzili mərhum əri X6 işlədiyi müəssisədən onun ailə üzvlərinin yaşayış təminatının yaxşılaşdırılması ilə bağlı 3 otaqlı 45,95 kv.m olan 28 ev 97 saylı mənzili 195045 saylı order əsasında 4 nəfər ailə tərkibi əsasında verilmişdir. Orderdə göstərilən şəxslər aşağıdakı tərkibdədir: 1. X12 - əslində (X9),2. X20- əslində (Ərizəçi1), 3. X14əslində (X10), 4. X8- əslində (X7). Orederdə göstərilən şəxslərdən əri X9 və qızı X10 vəfat etmişdir. Xüsusi olaraq qeyd edir ki, orderdə adlar göstərilən bəndlərdə bir sıra səhv qeydlər mövcuddur belə ki, onun adı “EMMA” kimi (ya da ki rus əlifbasının “m” hərfinin quyruğu düşməmiş) və qızımın nikahdan əvvəl familyasını “X8” kimi qeyd edilmişdir. Əslində onun adı “EŞMƏ”, qızı “X7”-dır. Ərizəçi1, şəxsiyyət vəsiqənə əsasən soyadı: Qasımova, adı: Eşmə, ata adı: Mürsəl qızı kimi qeyd edilmişdir, əsas (ş/v AZE№ 0*******). Ərizəçi2, doğum haqqında şəhadətnaməyə əsasən nikahdan əvvəl soyadı: Qasımova, adı: Mahcamil, ata adı: Namizəd qızı kimi qeyd edilmişdir, əsas (A3 № 282227). Şəxsiyyət vəsiqəsinə əsasən nikahdan sonra soyadı: Ağayeva, adı: Mahcamil, ata adı: Namizəd qızı kimi qeyd edilmişdir, əsas (ş/v AZE№ 0*******). Ərizəçi1 Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə 12.11.1980-ci il tarixində Bakı şəhəri keçmiş Xalq deputatları Soveti İcrayyə Komitəsi tərəfindən verilən ünvan 1 ünvanında yerləşən mənzilin 195045 saylı orderində adının Eşmə əvəzinə səhvən Emma kimi qeyd edilməsi səbəbindən DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə müraciət etmiş olsa da, ona bildirilmişdir ki, qeyd edilən şəxslərin eyni şəxs olması ilə məhkəməyə müraciət etməlidir. Məhkəmə iclasında ərizəçilərin nümayəndəsi X21 ərizəsi müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxslərin nümayəndələri məhkəmə iclaslarına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Belə olan halda, məhkəmə maraqlı şəxslərin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirakı ərizəçi tərəfindən təmin edilmiş şahid X22 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, ərizəçilər ilə qonşudur. Ərizəçilərin nümayəndəsi olan Akifi tanıyır. Akifin anasını Mahirə kimi, atasını isə Gülmurad kimi tanısa da, Murad əmi kimiçağırır. O, doğulandan həmin binada yaşayır. Akifgillə binaları yanbayandır. Akifgilin evində anası Mahirə, atası Gülmurad, özü və qardaşıgil yaşayır. Ərizəçi1 isə görməmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını və şahidin ifadəsini dinləyib, mülki işin materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - BAKİ-NİZAMİ RPİ tərəfindən 21.06.2012-ci il tarixdə verilmiş AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1962-ci il tarixdə Şamaxı rayonun Sis kəndində anadan olmuşdur. Bakı şəhəri, Naxçıvanski küçəsi, ev 28, mənzil 97 ünvanında qeydiyyatdadır. - BAKİ-NİZAMİ RPİ tərəfindən 04.11.2005-ci il tarixdə verilmiş AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 XX.XX.1943-cü il tarixdə ünvan 3 ünvanında qeydiyyatdadır. - Şamaxı rayon X30 tərəfindən 20.02.1962-ci il tarixdə verilmiş AЗ № 282227 saylı doğum haqqında şəhаdətnаmənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 01 yanvar 1962-ci il tаriхdə Şamaxı rayonun Sis kəndində doğulmuşdur. X2, anası Ərizəçi1dır. - Bakı şəhəri keçmiş Xalq deputatları Soveti İcraiyyə Komitəsi tərəfindən 12 noyabr 1980-ci il tarixdə verilmiş 195045 saylı orderdən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil X6 verilmişdir. Onun ailə tərkibinə X34, X19 və X27 aiddir. - 20.06.1980-ci il tarixli Şaumyan (Xətai) rayonu Xalq deputatları Soveti İcrayyə Komitəsinin 20.06.1980-ci il tarixli protokolundan görünür ki, X6 4 nəfərlik ailə üzvü ilə ünvan 2 ünvanında yerləşən mənzilə dair order verilməsi qərara alınmışdır. Ailə tərkibinə daxildir: X3 özü, arvadı X20, X15 və X4r. - Azərbaycan Resöublikasının Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarını Reyestri Xidmətinin 27.05.2021-ci il tarixli məlumatından görünür ki, Ərizəçi1 01.12.1960cı ildə Şamaxı rayonunun Çuxuryurd icra nümayəndəliyində X11 ilə nikaha daxil olmuşdur. 27.05.2004-cü ildə vəfat etmiş N.Qasımovun ölümü 05.06.2004-cü ildə Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. Həmçinin atası N.Qasımov, anası isə Ərizəçi1 olan xx.xx.1962-ci il təvəllüdlü Mahcamil Qasımovanın doğumu Şamaxı rayonunun Qəleybuğurd icra nümayəndəliyində qeydə alınmışdır. Qasımova (Ağayeva) Mahcamil Namizəd qızı 17.04.1989-cu ildə Xətai rayon qeydiyyat şöbəsində X16 ilə nikaha daxil olmuşdur. Atası G.Ağayev, anası isə Ərizəçi2 olan 10.10.1981-ci il təvəllüdlü Kəmalə Ağayevanın (Əliyevanın), 09.05.1985-ci il təvəlüdlü Xeyransa Ağayevanın (Qurbanovanın), 14.01.1987-ci il təvəllüdlü Akif Ağayevin doğumunun Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsində, 27.03.1983-cü il təvəllüdlü Arif Ağayevin doğumunun isə Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində dövlət qeydiyyatına alındığı müəyyən edilmişdir. Qeyd edirlər ki, "Vətəndaşlıq vəziyyəti aktları'’ avtomatlaşdırılmış qeydiyyat informasiya sistemindəki məlumatlar öyrənilərkən X20 və X5 barəsində məlumat aşkar edilməmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin 09.06.2021-ci il tarixli 018-8038-1221 saylı məlumatından görünür ki, ünvan 2 ünvanında 1943-cü il təvəllüdlü Ərizəçi1, 14.01.1987-ci il təvəllüdlü X21, xx.xx.1962-ci il təvəllüdlü Ərizəçi2 və 10.10.1981-ci il təvəllüdlü X17 yaşayış yeri üzrə qeydiyyatdadırlar. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 07.06.2021-ci il tarixli **********89 saylı məlumatından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində mövcud arxiv materiallarına əsasən Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində yerləşən 28 nömrəli evin, 97 saylı mənzilinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi1 və Ərizəçi2 ünvan 2 ünvanında qeydiyyatdadırlar. Həmin mənzili Ərizəçi1 mərhum əri X6 işlədiyi müəssisədən onun ailə üzvlərinin yaşayış təminatının yaxşılaşdırılması ilə bağlı 12 noyabr 1980-ci il tarixli 195045 saylı order əsasında 4 nəfər ailə tərkibi əsasında verilmişdir. Orderdə göstərilən şəxslər aşağıdakı tərkibdədir: X12, X20, X14 və X8. Orderdə göstərilən şəxslərdən X9 və X10 vəfat etmişdir. Belə ki, orderdə adlar göstərilən bəndlərdə bir sıra səhv qeydlər mövcuddur ki, Ərizəçi1 adı “Emma” kimi və Ərizəçi2 isə nikahdan əvvəl soyadı və ata qrafası “X8” kimi qeyd edilmişdir. X1 adı “Eşmə”, X5 adı, soyadı və ata adı isə “X7”, nikahdan sonra isə “Ərizəçi2”dır. Lakin orderdə göstərilən sənədlərdə ərizəçilərə aid qeydlər düzgün aparılmamışdır. Qeyd edilən halı da təsdiq edən sənədlərin başqa cür alınması da mümkün deyil. Buna görədə ərizəçilər yol verilmiş səhvlərin aradan qaldırılması üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonar MPM): 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: şəxslərin qohumluq münasibətlərinin; şəxsin öhdədə olması faktının; doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; ərarvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının; şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının; bədbəxt hadisə faktının; müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; atalığın etiraf olunması faktının; qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır; Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, həqiqətən də, ünvan 2 ünvanında yerləşən mənzil Bakı şəhəri keçmiş Xalq deputatları Soveti İcraiyyə Komitəsi tərəfindən 12 noyabr 1980-ci il tarixdə verilmiş 195045 saylı orderi əsasında X6 verilmişdir. Həmin orderdə onun həyat yoldaşının adı “X20”, qızının adı isə “X8” kimi göstərilsə də, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, X3 həyat yoldaşının adı “Ərizəçi1”dır və qızının adı isə “X7”dır. X7 17.04.1989-cu il tarixdə X16 ilə nikaha daxil olduqdan sonra soyadı onun soyadı “Ağayeva” kimi dəyişmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, ərizələr təmin edilməli və yol verilmiş yanlışlıqlar aradan qaldırılmalıdır. Həmçinin işin hallarından görünür ki, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi müəyyən sənədlərin hazırlanması üçün lazımdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, hüquqi əhəmiyyəti olan fakt məhkəmə iclasında toplanaraq tədqiq edilmiş sübutlarla təsdiq edilir, ona görə ərizə təmin edilməli, Bakı şəhəri keçmiş Xalq deputatları Soveti İcraiyyə Komitəsi tərəfindən 12.11.1980-ci il tarixində verilən 195045 saylı orderinin adlar qeyd edilən (2-ci ad) bəndində və Şaumyan (Xətai) rayonu Xalq deputatları Soveti İcrayyə Komitəsinin 20.06.1980-ci il tarixli protokolunda qeyd edilmiş “X20” adlı şəxsin BAKİ-NİZAMİ RPİ tərəfindən 04.11.2005-ci il tarixdə verilmiş AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsində qeyd edilən Ərizəçi1 ilə və Bakı şəhəri keçmiş Xalq deputatları Soveti İcraiyyə Komitəsi tərəfindən 12.11.1980-ci il tarixində verilən 195045 saylı orderinin adlar qeyd edilən (4-cü ad) bəndində və Şaumyan (Xətai) rayonu Xalq deputatları Soveti İcrayyə Komitəsinin 20.06.1980-ci il tarixli protokolunda qeyd edilmiş “X8” adlı şəxsin BAKİ-NİZAMİ RPİ tərəfindən 21.06.2012-ci il tarixdə verilmiş AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsində və Şamaxı rayon X30 tərəfindən 20.02.1962ci il tarixdə verilmiş AЗ № 282227 saylı doğum haqqında şəhаdətnаməsində qeyd edilmiş Ağayeva (Qasımova) Mahcamil Namizəd qızı ilə eyni şəxs olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ərizəçilərə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Bakı şəhəri keçmiş Xalq deputatları Soveti İcraiyyə Komitəsi tərəfindən 12.11.1980-ci il tarixində verilən 195045 saylı orderinin adlar qeyd edilən (2-ci ad) bəndində və Şaumyan (Xətai) rayonu Xalq deputatları Soveti İcrayyə Komitəsinin 20.06.1980-ci il tarixli protokolunda qeyd edilmiş “X20” adlı şəxsin BAKİ-NİZAMİ RPİ tərəfindən 04.11.2005-ci il tarixdə verilmiş AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsində qeyd edilən Ərizəçi1 ilə eyni şəxs olması faktı müəyyən edilsin. Bakı şəhəri keçmiş Xalq deputatları Soveti İcraiyyə Komitəsi tərəfindən 12.11.1980-ci il tarixində verilən 195045 saylı orderinin adlar qeyd edilən (4-cü ad) bəndində və Şaumyan (Xətai) rayonu Xalq deputatları Soveti İcrayyə Komitəsinin 20.06.1980-ci il tarixli protokolunda qeyd edilmiş “X8” adlı şəxsin BAKİ-NİZAMİ RPİ tərəfindən 21.06.2012-ci il tarixdə verilmiş AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsində və Şamaxı rayon X30 tərəfindən 20.02.1962-ci il tarixdə verilmiş AЗ № 282227 saylı doğum haqqında şəhаdətnаməsində qeyd edilmiş Ağayeva (Qasımova) Mahcamil Namizəd qızı ilə eyni şəxs olması faktı müəyyən edilsin. Məhkəmə xərcləri Ərizəçi1 və Ərizəçi2 aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №2(007)-1525/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1525/2021
30.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver