Məhkəmə qərarları › İş №2(007)-1536/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-1536/2025

19.03.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-1536/2025 19.03.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X10 Tağı oğlunun sədrliyi, Əliyeva Leyla Mirfazil qızının katibliyi, İddiaçının vəkil-nümayəndəsi Vəkil, Cavabdeh4 iştirakları ilə, İddiaçı MTK-nın cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X4 cavabdeh "xxxx" MMC-yə qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh4, Cavabdeh1, X5, Cavabdeh3 və həmin mənzildə qeydiyyatda olan, azyaşlılar X2, X3 və X1 Bakı şəhəri Nizami rayonu M.Abbasov, Ə.Hacıyev, A.Manafov və ünvan 1 ünvanda yerləşən yataqxanada 4 saylı mənzildən məcburi qaydada çıxarılmaqla mənzilin boşaldılaraq "xxxx" MTK-ya təhvul verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə həmin iddia ərizəsi icraata qəbul edilmişdir. Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddiaçılar Cavabdeh4, X5 və Cavabdeh1 cavabdeh Rahat Residence” MTK-ya qarşı “əqdin etibarsızlığı” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişlər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə müvəqqəti təminat tədbiri tətbiq edilmiş və xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçılar Cavabdeh4, X5 və Cavabdeh1 cavabdeh Rahat Residence” MTK-ya qarşı “əqdin etibarsızlığı” tələbinə dair iddia ərizəsi üzrə mülki iş məhkəmənin icraatına qəbul edilmişdir. Göstərilənlərə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan 2(005)- 1950/2025 saylı iş yekunlaşanadək hazırki iş üzrə icraatın dayandırılması xahiş edilmişdir. Məhkəmə mülki işin sənədlərini tədqiq edib hesab edir ki, müxtəlif məhkəmələrin icraatında olan işlər bir-biri ilə əlaqəli olduğundan birləşdirilməlidir. Məhkəmə iclasında iştirak edən tərəflər məhkəmələrin icraatında olan işlərin üzrə bir icraatda birləşdirilməsinə etiraz etməmişlər. Belə ki, Azərbaycan Respublikası MPM-nin 43.1.-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2.-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan 2(005)-1950/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə müəyyən olunur ki, iddiaçılar Cavabdeh4, X5 və Cavabdeh1 cavabdeh Rahat Residence” MTK-ya qarşı “əqdin etibarsızlığı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirş. Hazırda həmin mülki iş Nərimanov Rayon Məhkəməsinin icraatındadır. Məhkəmə hesab edir ki, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi məqsədi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan mülki mübahisə ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan mülki mübahisəyə bir icraatda baxılması məqsədəmüvafiq olduğundan mübahisəyə mülki işi ilkin olaraq icraatına qəbul etmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən baxılmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 43, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan İddiaçı MTK-nın cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair e-2(007)-1536/2025 nömrəli mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan iddiaçılar Cavabdeh4, X5 və Cavabdeh1 cavabdeh Rahat Residence” MTK-ya qarşı “əqdin etibarsızlığı” tələbinə dair e-2(005)- 1950/2025 saylı mülki işlə bir icraatda birləşdirilərək baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar