Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-154/2022 25.01.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh2, Cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh5 nümayəndəsi Cavabdeh3, Cavabdeh6 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “borc və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Yelo Bank” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-in xeyrinə 2018-ci il 11 oktyabr tarixli kredit müqaviləsi üzrə 15152,15 manat əsas, 1902,69 manat faiz, 439,17 manat cərimə borcu olmaqla ümumilikdə, cəmi 17494,01 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1, Cavabdeh5, Cavabdeh3 , Cavabdeh4 məxsus olan Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsində yerləşən, 2 otaqlı, 44.42 kv.m ümumi, 31.22 kv.m yaşayış sahədən ibarət 73 nömrəli evin 87 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsində yerləşən, 2 otaqlı, 44.42 kv.m ümumi, 31.22 kv.m yaşayış sahədən ibarət 73 nömrəli evin 87 nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 məxsus olan Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsində yerləşən, 2 otaqlı, 44.42 kv.m ümumi, 31.22 kv.m yaşayış sahədən ibarət 73 nömrəli evin 87 nömrəli mənzili tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsində yerləşən, 2 otaqlı, 44.42 kv.m ümumi, 31.22 kv.m yaşayış sahədən ibarət 73 nömrəli evin 87 nömrəli mənzili olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış 11 oktyabr 2018-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işin məhkəmə baxışı zamanı tərəflər məhkəməyə ərizə ilə müraciət edərək aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməsini və bu barədə qərardad çıxarılmasını xahiş etdilər. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, mülki işin materiallarını, barışıq sazişinin şərtlərini nəzərdən keçirib, hesab edir ki, tərəflərin barışıq sazişi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilərək mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər; 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir; 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir; 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında 11 oktyabr 2018-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi ilə bağlı mübahisə vardır, məhkəməyə təqdim edilmiş barışıq razılaşmasına əsasən tərəflər aralarında olan həmin mülki mübahisəni barışıq razılaşmasında qeyd etdikləri qaydada həll etməklə hazırkı işin icraatına xitam verilməsini xahiş edirlər. Həmin barışıq sazişi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, məhkəmə hesab edir ki, barışıq sazişi təsdiq edilməli və mülki iş üzrə icraata həmin hissədə xitam verilməlidir. O cümlədən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmədiyi tərəflərə izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191, 261, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “borc və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair 2(007)-154/2022 saylı mülki iş üzrə tərəflərin aşağıdakı şərtlərlə bağladıqları barışıq sazişi qəbul edilsin:
1. Borclular Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-yə 11 oktyabr 2018-ci il tarixli kredit müqaviləsi üzrə illik 20 faiz olmaqla, 23 ay müddətində (qrafikin sonuna 13405,74 AZN borcu 17.12.2021-ci il tarixindən 17.10.2023-cü il tarixinədək aylıq 582,86 AZN ödənişlər etməklə) verilmiş 11060 AZN əsas, ümumilikdə 13405,74 məbləğində borcunun olmasını qəbul etmişdir;
2. 11 oktyabr 2018-ci il tarixli ipoteka müqaviləsi üzrə Cavabdeh1, X2, Cavabdeh5 və Cavabdeh3 mülkiyyətindəki Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsində yerləşən 2 otaqlı, 44,42 kv.m ümumi, 31,22 kv.m yaşayış sahəsindən ibarət 73 nömrəli evin, 87 nömrəli mənzilinin ilkin satış qiyməti (likvid dəyəri) tərəflərin qarşılıqlı razılığına əsasən 46500 manat məbləğində müəyyən edilsin;
3. Borclu 13405,74 AZN (11060 AZN kredit borcu və illik 20% hesablanmaqla 23 ay müddətinə 2345,74 AZN (faiz borcu) məbləğində vəsaiti barışıq sazişində qeyd olunan ardıcıllıqla razılaşdırılmış qaydada və müddətlərdə Banka ödəməyi öhdəsinə götürür;
4. Borclu sazişin 3-cü bəndindəki ödəniş qrafiki üzrə öhdəliyi tam icra etdiyi halda Cavabdeh1, X2, Cavabdeh5 və Cavabdeh3 mülkiyyətindəki Bakı şəhəri. Nizami rayonu, Bəkir Çobanzadə küçəsində yerləşən 2 otaqlı, 44,42 kv.m ümumi, 31,22 kv.m yaşayış sahəsindən ibarət 73 nömrəli evin, 87 nömrəli mənzili girovdan azad etməyi (məhkəməyə müraciət edilərkən ödənilən dövlət rüsumu və borcun olmaması haqqında arayışın verilməsinə dair rüsumdan cavabdehlərin azad edilməsi, digər ödənişlərin cavabdehlər tərəfindən ödənilməsi şərtilə) və borcun olmaması haqqında məktubu borcluya verməyi İddiaçı ASC öz öhdəsinə götürür;
5. Ödənişlərin bu sazişin 3-cü bəndində müəyyən edilmiş ödəniş tarixlərinə münasibətdə icra edilməsi ödənişlərin vaxtında icra edilməsi kimi qiymətləndirilir. Ödənişlərin vaxtında icra edilməməsi halında bu sazişin 3-cü bəndinin tələbləri pozulmuş hesab edilsin, 13405,74 AZN borcu, sazişin 2-ci bəndində göstərilən, bank qarşısında ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilsin. Həmin əmlak bu Sazişin 2-ci bəndində razılaşdırılmış müvafiq qiymətə açıq hərracda satılsın. Satışdan əldə olunmuş vəsait borclunun Banka olan borcuna ödənilsin. Borc tam ödənildikdən sonra qalan vəsait mülkiyyətçiyə verilməsi üçün müvafiq İcra şöbəsinin (depozit) hesabına köçürülsün. İpoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borc məbləği borcludan Bankın xeyrinə tutulsun;
6. Tutma Cavabdeh1, X2, Cavabdeh5 və Cavabdeh3 mülkiyyətindəki məxsus olan Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsində yerləşən 2 otaqlı, 44,42 kv.m ümumi, 31,22 kv.m yaşayış sahəsindən ibarət 73 nömrəli evin, 87 nömrəli mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1, X2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh6 və digər şəxslərin Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsində yerləşən 2 otaqlı, 44,42 kv.m ümumi, 31,22 kv.m yaşayış sahəsindən ibarət 73 nömrəli evin, 87 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilsin, Cavabdeh1, X2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh6 və digər şəxslər həmin mənzildən çıxarılsınlar, həmin mənzil boşaldılaraq Banka təhvil verilsin;
7. Tərəflər bu sazişin 3-cü bəndində qeyd olunan müddətdə, ipoteka ilə yüklü edilmiş əmlaka Monitorinq keçirilməsinə dair razılığa gəlir. Borclu tərəfindən Monitorinq keçirilməsinə şərait yaradılmaması bu sazişin şərtlərinin pozulması kimi hesab edilsin;
8. Sazişin 2-ci bəndində qeyd edilən əmlakın təsadüfi məhv olması riski və idarə olunması ilə bağlı öhdəliklərə, o cümlədən kommunal ödənişlərə görə mülkiyyətçi tam məsuliyyət daşıyır;
9. Borclu bu saziş üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədikdə Bank bu saziş üzrə öhdəliklərindən imtina edə bilər;
10. Bu barışıq sazişinin icra edilməməsi və ya lazımınca icra edilməməsi icra icraatının başlanılması üçün əsasdır;
11. Barışıq sazişi hazırkı işin icraatına xitam verilməsi üçün əsasdır və Barışıq sazişinin təsdiq edilməsi ilə iş üzrə icraata xitam verilir;
12. Tərəflərə Barışıq sazişinin təsdiq edilməsi ilə yaranan prosessual hərəkətlərin nəticələri, o cümlədən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191, 261 və 262-ci maddələrinin tələbləri izah edilmişdir;
13. Barışıq sazişini təsdiqləyən məhkəmə qərardadının qanuni qüvvəyə mindiyi tarixdən bu barışıq sazişi etibarlıdır və icrası məcburidir;
14. Bu barışıq sazişi 8 (səkkiz) nüsxədə Bakı şəhərində, 24 yanvar 2021-ci il tarixdə imzalanmışdır. Həmin barışıq sazişi təsdiq edilsin və 2(007)-154/2022 saylı mülki iş üzrə icraata xitam verilsin. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmədiyi tərəflərə izah edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Qumru Əliyeva