Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1556/2021 18.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 95 ünvanında yerləşən ümumi sahəsi 67.3 kv.m olan 45 saylı mənzil 14.07.2011-ci il tarixindən etibarən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş MA seriyalı № ******* saylı çıxarışla ********** saylı qeydiyyat nömrəsinə əsasən, onun xüsusi mülkiyyətindədir. Cavabdeh onun qızıdır. Cavabdeh onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 95 ünvanında yerləşən 45 saylı mənzildə pasport qeydıyyatındadır. 2014-cü ildən etibarən qızı, evi tərk etmiş və bir daha ondan xəbər alması mümkün olmamışdır. Belə ki, illərdir axtarmağına baxmayaraq cavabdeh barədə heç bir məlumat əldə edə bilmir. Bundan savayı, bu illər ərzində hələ də, sözügedən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 95 ünvanında yerləşən 45 saylı mənzildə yaşamağına baxmayaraq Cavabdeh da onunla əlaqə yaratmağa cəhd etməmişdir. Cavabdeh onun xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatda olmasına baxmayaraq, sözügedən mənzildə yaşamır və qeydiyyatı formal xarakter daşıyır. Cavabdehlə hal-hazırda əlaqəsi yoxdur, artıq 6 ildir ki, cavabdeh onun xüsusi mülkiyyəti olan mənzildə yaşamamasına baxmayaraq, hələ də ona məxsus olan mənzildə pasport qeydiyyatından çıxmamışdır. Belə ki, cavabdehin formal olaraq onun mənzilində qeydiyyatda olması bir mülkiyyətçi kimi onun mülkiyyət hüquqlarını pozur. Qeyd olunanlara əsasən Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 95 ünvanında yerləşən ümumi sahəsi 67.3 kv.m olan 45 saylı mənzilə dair istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdeh 6-7 ildir ki, sözügedən mənzildə yaşamır. Belə ki, o, boşandıqdan sonra uşağı ilə birlikdə iddiaçının mənzilinə qayıtmışdır. Onun üçün elçi gəlmişlər və iddiaçı qızının ailəsinin dağılmasına yeni ailə qurmasına razı olmamış. Qızı uşağını da götürüb getmişdir. Eşitdiyi qədər qoşulub qaçmışdır. Evdən getdikdən sonra əlaqəsi olmamışdır. Onda olan məlumata görə cavabdeh hal-hazırda ölkədə deyildir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid X1 ifadəsində bildirdi ki, o, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 95 ünvanında yerləşən binanın 147 saylı Mənzil tikinti Kooperativinin sədridir. Bu ailəni 1985-ci ildən tanıyır. Sakit və mədəni ailədir, iddiaçının 4 qız övladı var, həyat yoldaşı həkim işləyirdi, rəhmətə gedib. Bildiyi qədərilə, qızı Mələk xanım ailə qurub o evdən getmişdir. Lakin, bir müddət sonra boşanmış və bir qız uşağı ilə yenidən atasının evinə qayıtmışdır. Bir müddətdən sonra onu yenə görməmişdir. Sonralar, həmin ərazi üzrə sahə inspektoru sakinlər barədə məlumat alarkən söhbətbətindən anlayıb ki, Mələk xanım Bakı şəhəri, Nizami rayonu, ünvan 2 ünvanında yaşamır. Məhkəmə iclasında şahid X6 ifadəsində bildirdi ki, iddiaçı qonşusudur. Bir blokda yaşayırlar. Hazırda iddiaçı tək yaşayır. Əvvəllər qızı Mələk xanım ailə həyatı qurandan sonra, tez–tez atasıgilə gəlib gedirdi. Mələk xanımın bir qız övladı var. Amma, artıq 6-7 ildir ki, Mələk xanımı görmür. O 5-ci mərtəbədə, iddiaçı isə 6-cı mərtəbədə yaşayır. Məhkəmə iddiaçının izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1956-cı il təvəllüdlü Mahmudov X2 rayonunda anadan olmuşdur. Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 95 ünvanında yerləşən 45 saylı mənzildə qeydiyyatdadır. İş materiallarında olan ARDİN yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 95 ünvanında yerləşən 45 saylı mənzildə X5, X7, Cavabdeh, X3, X4 qeydiyyatdadırlar. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş MA seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 95 ünvanında yerləşən 45 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Mənzil dövlət qeydiyyatında iddiaçının adına 14.07.2011-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin 01.04.2021-ci il tarixli məktubundan görünür ki, Cavabdeh adına Bakı şəhərində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin 05.04.2021-ci il tarixli 33/1079 nömrəli məktubundan görünür ki, Cavabdeh dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. İş materiallarına əlavə olunmuş 147 saylı Mənzil-tikinti kooperativinin idarə heyəti tərəfindən verilmiş 06.05.2021-ci il tarixli arayışdan görünür ki, həqiqətən Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 95 ünvanında yerləşən 45 saylı mənzildə qeydiyyatdadır. 2014-cü ildən həmin mənzildə yaşamır. Məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 5 saylı evin, 24 saylı mənzili 14.07.2011-ci il tarixindən etibarən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı № ******* saylı çıxarışla ********** saylı qeydiyyat nömrəsinə əsasən, İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 95 ünvanında yerləşən 45 saylı mənzildə pasport qeydıyyatındadır. Cavabdeh onun qızıdır və 2014-cü ildən etibarən qızı həmin ünvandan yaşamır. Bu da iddiaçının xüsusi mülkiyyətində olan mənzilə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən мülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Göründüyü kimi, işin araşdırılmış həqiqi halları iddiaçının izahatı və şahid ifadələri ilə təsdiq edilir ki, Cavabdeh İddiaçı doğma qızıdır. 2014-cü ildən etibarən qızı, evi tərk etmiş və bir daha ondan xəbər alması mümkün olmamışdır. İllərdir axtarmağına baxmayaraq cavabdeh barədə heç bir məlumat əldə edə bilmir. Bundan savayı, bu illər ərzində hələ də, sözügedən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 95 ünvanında yerləşən 45 saylı mənzildə yaşamağına baxmayaraq Cavabdeh da onunla əlaqə yaratmağa cəhd etməmişdir. Cavabdeh onun xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatda olmasına baxmayaraq, sözügedən mənzildə yaşamır və qeydiyyatı formal xarakter daşıyır. Belə ki, o, boşandıqdan sonra uşağı ilə birlikdə iddiaçının mənzilinə qayıtmışdır. Onun üçün elçi gəlmişlər və iddiaçı qızının ailəsinin dağılmasına yeni ailə qurmasına razı olmamış. Qızı uşağını da götürüb getmişdir. Eşitdiyi qədər qoşulub qaçmışdır. Evdən getdikdən sonra qızı ilə əlaqəsi olmamışdır. Artıq 6-7 ildir ki, cavabdeh onun xüsusi mülkiyyəti olan mənzildə yaşamamasına baxmayaraq, hələ də ona məxsus olan mənzildə pasport qeydiyyatından çıxmamışdır. Cavabdeh 2014-cü il tarixdən uşağı ilə birlikdə daimi yaşamaq üçün ailə qurmaq niyyəti ilə evdən köçməklə, iddiaçının ailə üzvü sırasından çıxmış və iddiaçının mülkiyyətindəki Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 95 ünvanında yerləşən 45 saylı mənzilinə olan istifadə hüququnu itirmişdir. Bu səbəbdən cavabdehin iddiaçının mülkiyyətində olan mənzlə istifadə hüququna xitam verilməsi kompensasiya ödənilmədən mümkündür. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 29.03.2016-cı il tarixli Qərarında göstərmişdir ki: “Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin “Servituta xitam verilməsi” adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Məhkəmə araşdırması zamanı müəyyən olan hallara əsasən Cavabdeh 2014-cü ildən hal-hazıradək bir dəfə də olsun qeyd olunan mənzilə gəlməmiş orada yaşamamışdır. Bununla da məhkəmə belə qənaətə gəlir ki, cavabdehin yaşayış sahəsinə ehtiyacı aradan qalxmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı mülkiyyətindəki Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 95 ünvanında yerləşən 45 saylı mənzilinə istifadə hüququ itirilmiş hesab edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216- 220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 95 saylı evin, 45 saylı mənzilinə istifadə hüququ itirilmiş hesab edilsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-1556/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1556/2021
18.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver