Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1565/2020 20.10.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X8 və Cavabdeh2 qarşı “yaşayış sahəsinə köçürülmə və mənzildən istifadə hüququnun tanınması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X8 və Cavabdeh2 qarşı “yaşayış sahəsinə köçürülmə və mənzildən istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların Bakı şəhəri, Ş.Mirzəyev küçəsi 36 saylı evin 1-ci mənzilinin əvəzinə həmin evin yerində inşa edilmiş Bakı şəhəri, M.Abbasov küçəsi, E saylı evin 9 nömrəli mənzilinə köçürülməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, 36 saylı evin 1 saylı mənzilinin mülkiyyətçisi onun qardaşı X3muşdur. Qardaşı X9 2014-cü ildə vəfat etmişdir və onun ölümündən sonra mübahisəli Bakı şəhəri Ş.Mirzəyev küçəsi 36 saylı evin 1-ci mənzili miras qalmışdır. Qardaşı X4 vəfatından sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Stanislavobna 2 saylı ASAN Xidmət Mərkəzinə müraciət etmişlər və onlara 07.08.2017-ci il tarixli 2V-506 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsi verilimişdir. Həmin qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən Bakı şəhəri, Ş.Mirzəyev küçəsi, 36 saylı evin 1 saylı mənzili 26.08.2017-ci il tarixdə ½ hissəsi Cavabdeh1, ½ hissəsi isə Cavabdeh2 adlarına keçmişdir. Qardaşı X9 17 iyun 1986-cı il tarixdə X10 ilə rəsmi nikah münasibətinə girmişdir. Evlənəndən sonra bir müddət normal ər-arvad münasibətlərində olmuşlar. Lakin sonradan Yelenanın qardaşına qarşı münasibəti pisliyə doğru dəyişmişdir, o tez-tez Stanislavı aldadaraq evdən çıxıb getmişdir, ona məlum olmayan yerlərdə gecələmişdir, onunla hesablaşmamışdır. Qardaşı baxımsız qaldığından o, məcbur olaraq onunla birlikdə mübahisəli mənzildə yaşamış, ona qulluq etmiş, bir bacı kimi qayğısını çəkmişdir. Mənzilin mülkiyyətçisi olan X4 razılığı ilə o, mübahisəsi gedən mənzilə pasport qeydiyyatına alınmış, mənzilin bütün kommunal xidmətlərinin haqqını o ödəmişdir. Stanislavın son nəfəsinə qədər onun yanında yaşamışfır. Müayinə və müalicəsi ilə o məşğul olmuşdur, dəfn və yas mərasimlərini öz vəsaiti ilə o həyata keçirmişdir. Yelenanın xx xxxxxxx 1993-cü ildə Sergey adlı bir oğlu, xx xxxxxx 2000-cı il də ildə isə Sabina adlı bir qızı doğulmuşdur. Cavabdeh uşaqların doğum haqqında şəhadətnamələrində ata qrafasında Stanislavın adını yazdırmışdır. Cavabdeh hər iki uşağını götürərək təxminən 2002-ci illin əvvəllərində mübahisəli mənzildən getmişdir və həmin vaxtdan sonra mübahisəli mənzilə bir daha gəlməmişdir və qardaşı Stanislav onun harada yaşadığını bilməmişdir. Lakin qardaşına məlum olmuşdur ki, Yelena yenə də kimdənsə hamilədir və 3-cü dəfə uşaq gözləyir, ona görə də Stanislav məhkəməyə atalığın mübahisələndirilməsi iddiası ilə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2-312/05 saylı, 14 aprel 2005-ci il tarixli qətnaməsi ilə S.V.Volodinin ərizəsi təmin edilmiş, X4 Cavabdeh1 və Cavabdeh2 atası olmaması faktı təsdiq edilmişdir. Hal-hazırda onun pasport qeydiyyatında olmaqla yaşadığı Bakı şəhəri, Ş.Mirzəvev küçəsi, 36 saylı ev sökülmüşdür və onun yerində çoxmərtəbəli yaşayış evi inşa edilmişdir. Artıq həmin evin hüquqi ünvanı ünvan 1 9-dur. Ev artıq tikilərək istifadəyə verilmişdir. O, X4 mülkiyyətində olmuş mənzildə uzun müddət pasport qeydiyyatında olmaqla yaşadığı üçün hal-hazırda mübahisəsi gedən mənzilə köçmək istədikdə cavabdehlər buna razı olmamışlar, onu mənzilə buraxmamışlar, mənzildə yaşamasına maneələr törətmişlər. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdilər və iddianın təmin olunmasını xahiş etdilər. Cavabdehlər X8 və Cavabdeh2 məhkəməyə etiraz ərizəsi göndərərək göstərmişdir ki, hazırkı etiraz ərizəsinə əlavə edəcəkləriməhkəmə qərarlardanda məlum olcaqdır ki,bu “iddiaçı”-ların tələbi nəinki rədd edilməli, hətta onlara qarşı çox böyük məbləğdə mənəvi təzminat iddiası da irəli sürülməlidir. Bibiləri İddiaçı1 2003-cü ildən bu günədək atalarından onlara qalmış miras barəsində bütün növ iddialardan istifadə etməkdədir. Amma haqqədalət və qanun öz sözünü deməkdədir. Onun iddiası hər dəfə rədd edilmiş və təəssüflər olsun ki, hələ də həyatda bir çox vacib dəyərlər barəsində lazımlı məsələləri anlamamışdır. İnanırlar ki, İrina və onun qızının bu dəfəki saxta iddiası da əvvəlkilər kimi yenə də rədd olunacaqdır. Belə ki, iddiaçılar onları hazırda yaşadıqları mənzil barəsində qeyd edirlər ki, onlar həmin evdə pasport qeydiyyatındadırlar və orada da yaşayırlar. İddiaçılar bu sözləri ilə məhkəməyə yalan məlumat verirvə saxta iddiaları ilə nəyəsə nail olmaq istəyirlər. Onlar heç vaxt bir evdə yaşamamışlar. Bu ağ yalandır. Əvvəla İrina və onun qızı Nadejdahazırda onların yaşadıqları binada özlərinə məxsus başqa mənzildə yaşamaqdadırlar.Bu barədə Bakı şəhəri Ş.Mirzəyev küçəsində yerləşən (Nizami məhkəməsi ilə üz-üzə) "xxxx" MMCyəsorğu verməklə də həmin məlumatı öyənmək mümkündür. Və ya özlərinin etirafı olarsa da bunu bilmək olar. İddiaçılaronlarla düşməndir, bir yerdə yaşaya bilməzlər. İkincisi, İrina və onun uşaqları Bakı apellyasiya məhkəməsinin 27 may 2004-cü il tarixli, 1MK- 1443/2004- saylı qətnaməsi ilə hazırda yaşadıqları Bakı şəhəri Ş.Mirzəyev küçəsi, ev 36, 1 saylı mənzildən çıxarılmışdır. İrina saxta yollarla onları öz ata evlərindən çıxarmışdı. Amma məhkəmə yolu ilə onların bu qanunsuz əməli ifşa olunmuşdur.Tərəflərindən Bakı şəhəri Nizami rayon Pİ-nin Pasport qeydiyyat şöbəsinə müraciət də olunub.Yəqin ki, onların sadəcə formal bu (saxta)qeydiyyatlarına da yaxın vaxtlarda son qoyulacaqdır.Odur ki, məhkəmədən xahiş edirlər ki, əvvəllər qəbul olunmuş qətnamələr, onların özlərinə məxsus bir neçə evlərinin olması və onların mənzilində olan formal qeydiyyatlarını nəzərə alıb, işə cavabdehlərin iştirakı olmadan baxaraq iddiaçıların tələblərinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin 26 aprel 2018-ci il tarixli məktubunun surətindən görünür ki, Bakı şəhəri, Ş.Mirzəyev küçəsi, ev 36, 1 saylı mənzil 26 avqust 2017-ci il tarixdə ½ hissəsi X5, ½ hissəsi Cavabdeh2 adlarına qeydiyyatdan keçirilmişdir. İş materiallarında DİN yaşayış yeri üzrə qeydiyyat haqqında 20 fevral 2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Ş.Mirzəyev küçəsi, ev 36, 1 saylı mənzildə qeydiyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 27 may 2004-cü il tarixli 1MK-1443/2004 nömrəli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Nizami rayon məhkəməsinin 29 avqust 2003-cü il tarixli qətnaməsinin ləğv edilməsi, Volodin Stanislav X1rşı yaşayış sahəsinə huququn itirilməsinə dair iddiası təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, X9 ilə İddiaçı1 Vasiyevnaya arasında Bakı şəhəri, Ş.Mirzəyev küçəsi 36 saylı evin 1 saylı mənzilin alqı-satqısına dair bağlanmış 22 oktyabr 2003-cü il tarixdə müqavilənin etibarsız sayılması, Bakı şəhər Tİ və MHQİ tərəfindən İddiaçı1 Vasiyevnanın adına verilmiş 29.11.2003-cü il tarixli 173968 saylı qeydiyyat vəsiqəsinin ləğv edilməsi, İddiaçı1 Vasiyevna ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Ş.Mirzəyev küçəsi 36 saylı evin 1 saylı mənzilindən çıxarılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 22 dekabr 2004-cü il tarixli 1MK-1443/2004 nömrəli əlavə qətnaməsinin surətindən görünür ki, X6 uşaqları ilə birlikdə Bakı şəhəri, Ş.Mirzəyev küçəsi 36 saylı evin 1 saylı mənzilinə köçürülmələri, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 06 oktyabr 2004cü il tarixli 6K-1737 nömrəli qərarının surətindən görünür ki, Apellyasiya Məhkəməsinin iş üzrə 27 may 2004-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18 noyabr 2019-cu il tarixli 2(007)-2627/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, onun əsasında reyestrdə qeydə alınmış qeydiyyatın və verilmiş çıxarışın ləğv edilməsi, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və adının vərəsə siyahısına salınmaqla yeni vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair iddiası təmin olunmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçılar, onların Bakı şəhəri, Ş.Mirzəyev küçəsi 36 saylı evin 1-ci mənzilinin əvəzinə həmin evin yerində inşa edilmiş Bakı şəhəri, M.Abbasov küçəsi, E saylı evin 9 nömrəli mənzilinə köçürülmələrini xahiş etmişlər. Məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 27 may 2004-cü il tarixli qətnaməsi ilə, Bakı şəhəri Nizami rayon məhkəməsinin 29 avqust 2003-cü il tarixli qətnaməsinin ləğv edilməsi, Volodin Stanislav X1rşı yaşayış sahəsinə huququn itirilməsinə dair iddiası təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, X9 ilə İddiaçı1 Vasiyevnaya arasında Bakı şəhəri, Ş.Mirzəyev küçəsi 36 saylı evin 1 saylı mənzilin alqı-satqısına dair bağlanmış 22 oktyabr 2003-cü il tarixdə müqavilənin etibarsız sayılması, Bakı şəhər Tİ və MHQİ tərəfindən İddiaçı1 Vasiyevnanın adına verilmiş 29.11.2003-cü il tarixli 173968 saylı qeydiyyat vəsiqəsinin ləğv edilməsi, İddiaçı1 Vasiyevna ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Ş.Mirzəyev küçəsi 36 saylı evin 1 saylı mənzilindən çıxarılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 06 oktyabr 2004-cü il tarixli 6K-1737 nömrəli qərarının surətindən görünür ki, Apellyasiya Məhkəməsinin iş üzrə 27 may 2004-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Görünüdüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə, hazırki İddiaçı1 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Ş.Mirzəyev küçəsi 36 saylı evin 1 saylı mənzilindən çıxarılması qət edilmişdir. İş üzrə digər İddiaçı2 İddiaçı1 qızıdır. İddiaçıların hazırda köçürülmələrini istədikləri Bakı şəhəri, M.Abbasov küçəsi, E saylı evin 9 nömrəli mənzili isə, yuxarıda qeyd olunan mənzilin yerində, onun əvəzinə inşa edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı1 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Ş.Mirzəyev küçəsi 36 saylı evin 1 saylı mənzilindən çıxarılması barədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi olduğundan və hazırda köçürülmələrini istədikləri mənzil də, həmin mənzilin yerində, onun əvəzinə inşa olunduğundan, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X8 və Cavabdeh2 qarşı “yaşayış sahəsinə köçürülmə və mənzildən istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların Bakı şəhəri, Ş.Mirzəyev küçəsi 36 saylı evin 1-ci mənzilinin əvəzinə həmin evin yerində inşa edilmiş Bakı şəhəri, M.Abbasov küçəsi, E saylı evin 9 nömrəli mənzilinə köçürülməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X8 və Cavabdeh2 qarşıonların Bakı şəhəri, Ş.Mirzəyev küçəsi 36 saylı evin 1-ci mənzilinin əvəzinə həmin evin yerində inşa edilmiş Bakı şəhəri, M.Abbasov küçəsi, E saylı evin 9 nömrəli mənzilinə köçürülməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri qismində ödənilmiş 10 manat dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı ŞəhəriNizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1565/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1565/2020
20.10.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver