Məhkəmə qərarları › İş №2(007)-1583/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-1583/2024

10.06.2024 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-1583/2024 10.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, Ərizəçinin iştirakı ilə, Ərizəçi Maraqlı şəxs1 maraqlı şəxs qismində cəlb olunmaqla “şəxsin ölmüş elan edilməsi” tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Tələb:

1. Ərizəçi Maraqlı şəxs1 maraqlı şəxs qismində cəlb olunmaqla “şəxsin ölmüş elan edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1963-cü ildə Bakı şəhərində anadan olmuş Maraqlı şəxs2 Şixqaib oğlunun ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizənin məhkəmə icraatı mümkün hesab edilmiş və iş üzrə hazırlıq iclası təyin edilmişdir.

İşdə iştirak edən şəxslər:

3. Məhkəmə iclasında Ərizəçi ərizənin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir.

4. Maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.

5. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254-cü, 255-ci, 161.0.1-261.0.3-cü və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.2-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. 170.3-cü maddəsinin tələbinə görə 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər.

7. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun:

5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır.

8. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 24 dekabr 2021-ci il tarixli Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun Qərarı: “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında dəyişiklik edilərək, qərarın 5.1.2ci bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.

Məhkəmənin mövqeyi:

9. Məhkəmə hesab edir ki, ərizənin geri qaytarılması barədə ərizə təmin edilməli, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır.

10. Beləliklə məhkəmə hesab edir ki, işin məhkəmə baxışına hazırlanması mərhələsi olduğundan ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinin tələbinə görə geri qaytarılmalıdır.

11. Həmçinin ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarıldığından ödənilmiş dövlət rüsumu ərizəçiyə büdcədən geri qaytarılmalıdır.

12. Ərizəyə əlavə edilmiş 10462 nömrəli mədaxil qəbzindən ("xxxx" ASC, VÖEN: **********, qəbz nömrəsi: 10462, əməliyyat İD: 436399708, terminal nömrəsi: K0114013, büdcə səviyyə kodu: 142213, GPP qəbz nömrəsi: **********, tarix: xx.xx.2024, saat: 15:42) görünür ki, Ərizəçi hazırki iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir.

Nəticə:

13. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, Ərizəçi Maraqlı şəxs1 maraqlı şəxs qismində cəlb olunmaqla “şəxsin ölmüş elan edilməsi” tələbinə dair ərizəsi geri qaytarıldığından, ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə büdcədən geri qaytarılmalıdır.

14. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci, 263-264-cü və 267-ci maddələrini rəhbər tutaraq,

Qərara aldı:

Ərizəçi Maraqlı şəxs1 maraqlı şəxs qismində cəlb olunmaqla “şəxsin ölmüş elan edilməsi” tələbinə dair ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizənin verilməsinə görə Ərizəçi tərəfindən ödənilmiş 100 manat ("xxxx" ASC, VÖEN: **********, qəbz nömrəsi: 10462, əməliyyat İD: 436399708, terminal nömrəsi: K0114013, büdcə səviyyə kodu: 142213, GPP qəbz nömrəsi: **********, tarix: xx.xx.2024, saat: 15:42) dövlət rüsumu dövlət büdcəsindən qaytarılsın. Qərardadın icrası dövlət rüsumunun qaytarılması hissəsində Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nizami Rayon məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar