Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1586/2023 05.07.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Dadaşova Emina Bəhruz qızının katibliyi ilə, Ərizəçi Bəndəliyeva (Quliyeva) Rəna Əliş qızının maraqlı şəxslər qismində 5 saylı Bakı “ASAN xidmət” X8 və Maraqlı şəxs1 cəlb olunmaqla “doğum akt qeydinin bərpa edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi Bəndəliyeva (Quliyeva) Rəna Əliş qızı maraqlı şəxs qismində 5 saylı Bakı “ASAN xidmət” X8 cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, Bəndəliveva (Quliyeva) Rəna Əliş qızının doğum akt qeydinin bərpa edilməsi, yeni doğum şəhadətnaməsində X11 doğum tarixi xx xxxxxx 1968-ci il, doğulduğu yer Xocalı şəhəri, soyadı, adı, atasının adı qrafasında “X20”, ata adı qrafasında “X17”, ana adı qrafasında “X14”, milliyyəti “azərbaycanlı” kimi qeyd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Ərizəçi xx xxxxxx 1968-ci ildə Xocalı şəhərində anadan olmuşdur. Valideynləri həmin vaxt doğum haqqında şəhadətnaməni almışlar. Xocalı şəhəri 1992-ci ilin 26 fevral tarixindən Ermənistan tərəfindən işğal olunmuşdur. Erməni aqressivliyi nəticəsində həmin ildə doğma torpaqdan məhrum olaraq ailəlikcə qaçqın düşmüşlər. Bütün ev əşyalarını və üstəlik bir çox şəxsi sənədlər o cümlədən doğum şəhadətnaməsi orada qalmışdır. X7, anası isə X9r. O, doğum haqqında şəhadətnamə almaq üçün 5 saylı Bakı “Asan Xidmət” X5 müraciət etmişdir, lakin onlar imtina etmişlər. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Maraqlı şəxs1 maraqlı şəxs qismində cəlb olunmuşdur. Məhkəmə iclasında iştirak edən ərizəçi Bəndəliyeva (Quliyeva) Rəna Əliş qızı ərizəni müdafiə edib, onun məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, Xocalıda anadan olub, orada yaşamışdır. Doğum haqqında şəhadətnaməsi orada qalmışdır. Nikah bağlanması üçün lazım olduğunu dedilər. Ata soyadı Quliyevadır. Türk vətəndaşı ilə ailə qurmuşdur. Bacısı ondan çox böyükdür. Atası və bacısı xəstədir. Ona sənədləşmə işi üçün doğum haqqında şəhadətnamə lazımdır bu səbəbdən ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs 5 saylı Bakı “ASAN xidmət” X8 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, lakin 22 may 2023-cü il və 03 iyul 2023-cü il tarixlərdə məktub göndərərək işlərin çox olması səbəbindən qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan mülki işin baxılmasını xahiş etmişdir. Maraqlı şəxs1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə qeydiyyat şöbələrinin nümayəndələrinin iştirakı olmadan mülki işin baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, şahidlərin notarial qaydada təsdiq olunmuş ərizələrini, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Vİ-ЖГ seriyalı 292929 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X20 05 iyun 1987-ci il tarixdə Maraqlı şəxs1ndə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 597 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvad Bəndəliyeva soyadını qəbul etmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 5 saylı Bakı Asan Xidmət X4 Bəndəliyeva (Quliyeva) Rəna Əliş qızına ünvanlandığı 3-16-5/8-70-499/2023 nömrəli, 17 aprel 2023-cü il tarixli məktubundan görünür ki, Dağlıq Qarabağ 1992-2020-ci illər ərzində Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğundan, həmin ərazidə tərtib edilmiş vətəndaşlıq vəziyyəti haqqında akt qeydləri müvafiq qeydiyyat şöbələrinin arxivində saxlanıldığından hazırda bu qəbildən olan müraciətinin təmin edilməsi mümkün deyildir. Doğum haqqında akt qeydinin müvafiq qeydiyyat şöbələrinin arxivində mövcud olmadığından, bununla bağlı akt qeydininin bərpa edilməsi zərurəti yaranmışdır. Bildirilir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 52 №-li Qərarı ilə təsdiq olunmuş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaların 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qetnaməsinə əsasən bərpa edilir. Kifayət qədər sənəd təqdim etmədiyindən doğum haqqında akt qeydinin bərpası şöbə tərəfindən mümkün olmamışdır. - AA seriyalı 328352 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Bəndəliyeva (Quliyeva) X22 rayon köçkünüdür. - AA seriyalı 001465 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, X1 rayon köçkünüdür. - AA seriyalı 001466 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, X3 rayon köçkünüdür. - 13 aprel 1977-ci il tarixli 201071 nömrəli “qəhrəman ana” ordeninin kitabçasının surətindən görünür ki, X14 10 uşaq dünyaya gətirdiyi üçün 241836 nömrəli orderlə qəhrəman ana adına layiq görülmüşdür. - 120 saylı MKİS tərəfindən verilmiş 19 aprel 2023-cü il tarixli arayışdan görünür ki, Ərizəçi Xocalı şəhərindən məcburi köçkün olmaqla Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi, 30 saylı evin 1 nömrəli mənzilində yaşayır. - XXİV-ЖГ seriyalı 665236 nömrəli Sovet Sosialist Respublikaları İttifaqı vətəndaşlığının pasportunun surətindən görünür ki, X14 1937-ci il tarixdə Xocalı rayonunda anadan olmuşdur. Milliyyəti Azərbaycanlıdır. - 02 iyun 2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizənin surətindən görünür ki, X15 bildirir ki, xx.xx.1968-ci il təvəllüdlü Ərizəçi onun bacısıdır. X2r, anası X9r. - 02 iyun 2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizənin surətindən görünür ki, X17 (X17 əvəzinə X13 imzalamışdır) bildirir ki, xx.xx.1968-ci il təvəllüdlü Ərizəçi onun qızıdır. anası X9r, bacısı X10r. Məhkəmə iclasında müəyyən olundu ki, ərizəçi Bəndəliyeva (Quliyeva) Rəna Əliş qızı xx xxxxxx 1968-ci ildə Xocalı şəhərində doğulmuşdur, milliyyəti Azərbaycanlıdır. Hazırda Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi, 30 saylı evin 1 nömrəli mənzilində müvəqqəti məskunlaşaraq yaşayır. Ərizəçinin doğumunu təsdiq edən doğum haqqında şəhadətnaməsi Xocalı rayonundan köçdükdə orada qaldığından və doğum haqqında akt qeydi Xocalı rayonunda aparıldığından onun bərpa edilməsi qeyri-mümkün olmuşdur. Ərizəçinin müraciəti 5 saylı Bakı “Asan xidmət” Mərkəzində araşdırılmış, izah edilmişdir ki, doğum akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər təqdim olunmadığına görə məsələnin həlli mümkün deyildir. Bu səbəbdən ərizəçi məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli qərarının 4-cü bəndinə əsasən məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Məhkəmə istinad olunan maddi hüquq normalarının tələbini, Ali Məhkəmənin Plenumunun anoloji işlərlə bağlı gəldiyi hüquqi nəticəni nəzərə alaraq, belə qənaətə gəlir ki, Bəndəliyeva (Quliyeva) Rəna Əliş qızının doğum haqqında akt qeydi Xocalı rayonunda aparıldığından, ərizəçinin doğum haqqında şəhadətnaməsini başqa qaydada əldə etməsi qeyri-mümkündür, ona görə o, hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmədə tədqiq edilmiş sübutlarla isə ərizənin əsaslı olması tam təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Bəndəliyeva (Quliyeva) Rəna Əliş qızının xx xxxxxx 1968-ci il tarixdə Xocalı şəhərində doğulmasının qeyd edilməsi faktı müəyyən edilsin və onun doğum haqqında akt qeydi bərpa edilməlidir. Bəndəliyeva (Quliyeva) Rəna Əliş qızının təvəllüdü xx xxxxxx 1968-ci il, doğulduğu yer Xocalı şəhəri, milliyyəti azərbaycanlı, adı X20, atası X17, milliyyəti azərbaycanlı, anası X14, milliyyəti azərbaycanlı kimi yazılmalıdır. Doğum haqqında akt qeydinin bərpa olunaraq Bəndəliyeva (Quliyeva) Rəna Əliş qızının adına doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxs1nə həvalə edilməlidir. “Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.20-ci maddəsinə görə məhkəmədə verilən iddialar üzrə şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, ərizəçi ərizənin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azad olduğu üçün məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Bəndəliyeva (Quliyeva) Rəna Əliş qızının xx xxxxxx 1968-ci il tarixdə Xocalı şəhərində doğulmasının qeyd edilməsi faktı müəyyən edilsin və onun doğum haqqında akt qeydi bərpa edilsin. Bəndəliyeva (Quliyeva) Rəna Əliş qızının təvəllüdü xx xxxxxx 1968-ci il, doğulduğu yer Xocalı şəhəri, milliyyəti azərbaycanlı, adı X20, atası X17, milliyyəti azərbaycanlı, anası X14, milliyyəti azərbaycanlı kimi yazılsın. Doğum haqqında akt qeydinin bərpa olunaraq Bəndəliyeva (Quliyeva) Rəna Əliş qızının adına doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxs1nə həvalə edilsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-1586/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1586/2023
05.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver