Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1586/2025 18.08.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı MTK-nın Cavabdeh3 qarşı ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 cavabdehlər Bakı şəhər İcra Hakimiyyəti və İddiaçı MTK-ya qarşı qarşılıqlı iddia ərizələrinə dair mülki iş üzrə Açar sözlər: (mənzil, mənzilin sökülməsi, mənzilin boşaldılaraq təhvil verilməsi) X9 Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi, İlkin iddia üzrə iddiaçının nümayəndələri Nümayəndə1 və Nümayəndə2, Qarşılıqlı iddia üzrə iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İlkin iddia üzrə İddiaçı MTK-nın Cavabdeh3 qarşı “mənzilin boşaldılaraq təhvil verilməsi, yeni mənzil, qaraj, kirayə haqqı və daşınma xərcinin verilməsi" tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 cavabdehlər Bakı şəhər İcra Hakimiyyəti və İddiaçı MTK-ya qarşı "qəsd və maneələrə son qoyulması, müqavilə bağlamadan binanın sökülməsinin qadağan edilməsi" tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İlkin iddia tələbi: İddiaçı MTK cavabdehlər X5 və Cavabdeh3, qarşı “mənzilin boşaldılaraq təhvil verilməsi, yeni mənzil, qaraj, kirayə haqqı və daşınma xərcinin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 məxsus ünvan 1 ünvanda 29,3 kv.m olan yaşayış sahəsinin boşaldılaraq "xxxx" MTK-ya təhvil verilməsi, həmin qeyriyaşayış sahəsinin əvəzinə "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən ona həmin ərazidə, yeni tikiləcək 8 saylı binanın 14-cü mərtəbəsində xarici sahəsi 56 kv.m, daxili sahəsi 46,6 kv.m olan 1 ədəd 1 otaqlı 1B-91 nömrəli təmirli mənzil və həmin binada sahəsi 18 kv.m olan 1 ədəd qaraj verilməsi, əlavə olaraq Mülkiyyətçiyə mənzili təhvil verdiyi gündən yeni mənzillə təmin olunan günədək 450 manat kirayə haqqı Kooperativ tərəfindən ödənilməsi, mülkiyyətçinin mənzilindəki əşyaların köçürülməsi üçün 400 manat daşıma xərcinin təmin edilməsi. X4 ona məxsus olan hazırkı yaşayış sahəsinin mülkiyyət hüququnun itirilməsi, Cavabdeh3 məxsus Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, ev 56, mənzil 33 ünvanda 58,3 kv.m olan yaşayış sahəsini boşaldılaraq "KURSUS-NİZAMİ MTK-ya təhvil verilməsi, həmin yaşayış sahəsinin əvəzinə "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən ona həmin ərazidə,yeni tikiləcək 7 saylı binanın 4-cü mərtəbəsində xarici sahəsi 94 kv.m, daxili sahəsi 82 kv.m olan 1 ədəd 3 otaqlı 3b-22 nömrəli təmirli mənzil və həmin binada sahəsi 18 kv.m olan 1 ədəd qaraj verilməsi, əlavə olaraq mülkiyyətçiyə mənzili təhvil verdiyi gündən yeni mənzillə təmin olunan günədək 750 manat kirayə haqqı Kooperativ tərəfindən ödənilməsi, mülkiyyətçinin mənzilindəki əşyaların köçürülməsi üçün 500 manat daşıma xərcinin təmin edilməsi, Cavabdeh3 ona məxsus olan hazırkı yaşayış sahəsinə mülkiyyət hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan başqa İddiaçı MTK Mülki-prosessual Məcəllənin 53-cü maddəsinə əsasən cavabdehlər X5 və Cavabdeh3 qarşı “mənzilin boşaldılaraq təhvil verilməsi, yeni mənzil, qaraj, kirayə haqqı və daşınma xərcinin verilməsi” tələbinə dair iddia tələbinin həcminin azaldılması barədə xx.xx.2025-ci il tarixdə ərizə ilə müraciət edərək, Cavabdeh2 məxsus ünvan 1 ünvanda 29,3 kv.m olan yaşayış sahəsinin boşaldılaraq "xxxx" MTK-ya təhvil verilməsi, həmin qeyri-yaşayış sahəsinin əvəzinə "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən ona həmin ərazidə, yeni tikiləcək 8 saylı binanın 14-cü mərtəbəsində xarici sahəsi 56 kv.m, daxili sahəsi 46,6 kv.m olan 1 ədəd 1 otaqlı 1B-91 nömrəli təmirli mənzil və həmin binada sahəsi 18 kv.m olan 1 ədəd qaraj verilməsi, əlavə olaraq Mülkiyyətçiyə mənzili təhvil verdiyi gündən yeni mənzillə təmin olunan günədək 450 manat kirayə haqqı Kooperativ tərəfindən ödənilməsi, mülkiyyətçinin mənzilindəki əşyaların köçürülməsi üçün 400 manat daşıma xərcinin təmin edilməsi, Cavabdeh3 məxsus Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, ev 56, mənzil 33 ünvanda 58,3 kv.m olan yaşayış sahəsini boşaldılaraq "KURSUS-NİZAMİ MTK-ya təhvil verilməsi, həmin yaşayış sahəsinin əvəzinə "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən ona həmin ərazidə,yeni tikiləcək 7 saylı binanın 4-cü mərtəbəsində xarici sahəsi 94 kv.m, daxili sahəsi 82 kv.m olan 1 ədəd 3 otaqlı 3b-22 nömrəli təmirli mənzil və həmin binada sahəsi 18 kv.m olan 1 ədəd qaraj verilməsi, əlavə olaraq mülkiyyətçiyə mənzili təhvil verdiyi gündən yeni mənzillə təmin olunan günədək 750 manat kirayə haqqı Kooperativ tərəfindən ödənilməsi, mülkiyyətçinin mənzilindəki əşyaların köçürülməsi üçün 500 manat daşıma xərcinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan başqa İddiaçı MTK Mülki-prosessual Məcəllənin 53-cü maddəsinə əsasən Cavabdeh3, qarşı “mənzilin boşaldılaraq təhvil verilməsi, yeni mənzil, qaraj, kirayə haqqı və daşınma xərcinin verilməsi” tələbinə dair iddia tələbinin həcminin azaldılması barədə xx.xx.2025-ci il tarixdə ərizə ilə müraciət edərək, Cavabdeh3 məxsus Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, ev 56, mənzil 33 ünvanda 58,3 kv.m olan yaşayış sahəsini boşaldılaraq "KURSUS-NİZAMİ MTK-ya təhvil verilməsi, həmin yaşayış sahəsinin əvəzinə "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən ona həmin ərazidə, yeni tikiləcək 7 saylı binanın 4-cü mərtəbəsində xarici sahəsi 94 kv.m, daxili sahəsi 82 kv.m olan 1 ədəd 3 otaqlı 3b-22 nömrəli təmirli mənzil və həmin binada sahəsi 18 kv.m olan 1 ədəd qaraj verilməsi, əlavə olaraq mülkiyyətçiyə mənzili təhvil verdiyi gündən yeni mənzillə təmin olunan günədək 750 manat kirayə haqqı Kooperativ tərəfindən ödənilməsi, mülkiyyətçinin mənzilindəki əşyaların köçürülməsi üçün 500 manat daşıma xərcinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia ərizəsinin əsaslandırıldığı hallar: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Şəhər icra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 338 saylı sərəncamı ilə "KURSUS-NİZAMİ” Mənzil Tikinti Kooperativinin xx.xx.2021-ci il tarixli, 1/14 saylı müraciəti, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsininn xx.xx.2021-ci il tarixli, XO-xx-xx-2021-07818 saylı, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli, **********06 saylı rəyləri və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi "Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitunun xx.xx.2021-ci il tarixli, xx/xx-01239 saylı razılıq məktubu, eləcə də Azərbaycan Respublikasının Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 saylı fərmanı ilə təsdiq olunmuş “Yerli İcra Hakimiyyətləri haqqında" Əsasnamənin və torpaq qanunvericiliyinin tələbləri nəzərə alınmaqla, Bakı şəhəri, Nizami rayonu, 2519-cu məhəllədə, K.Balakişiyev və Nəsimi küçələrinin kəsişməsində, yerquqruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 6 02 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun tənzimlənməsi şərti ilə yeni, çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün İddiaçı Mənzil Tikinti Kooperativinin icarə əsasında istifadəsinə verilmişdir. "KURSUS-NİZAMl” Mənzil Tikinti Kooperativi həmin sərəncamların icrası ilə əlaqədar mühim işlər görmüş, ərazidə yaşayan sakinlərin əksəriyyəti ilə razılıq əldə edərək onların yaşadığı istismar müddəti bitmiş, yaşayış üçün yararsız olan binaları sökərək yeni müasir tipli, yüksəkmərtəbəli binalar tikmiş, əvvəlki mənzillərdən daha artıq yaşayış sahəsi olan mənzilləri tam təmirli vəziyyətdə razılığa gəlmiş sakinlərin istifadəsinə vermişdir. Həmin işlər hal-hazırda davam etdirilir. Lakin binalar üzrə sakinlərin əksəriyyəti ilə müqavilələr bağlansa da, tikinti işlərinə hələ də başlanmamışdır. Bunun səbəbləri cavabdehlər tərəfindən törənən maneələrdir. Belə ki, cavabdehlərin istifadəsində olan yaşayış sahəsinin mülkiyyətçiləri danışıqların aparılması və razılığın əldə olunması üçün razılığa gəlmirlər. Cavabdehlərin bu hərəkətlərinin MTK-nin işlərini gecikdirməkdən başqa heç bir hüquqi tərəfi yoxdur və onların bu gecikdirmələrinə görə MTK ilə razılığa gələn sakinlər getdikcə yaxın zamanda yeni mənzil əldə etmək ümidlərini itirirlər. Kooperativ onlarla bağlanmış müqavilələrin şərtlərinə müəyyən edilmiş müddət ərzində əməl etməzsə, külli miqdarda zərərlə üzləşə bilər. Belə olan halda, kooperativin məhkəməyə müraciət etməkdən başqa çarəsi qalmır. Cavabdeh2 ünvan 2 ünvanında 29,3 kv.m olan yaşayış sahəsi vardır. “KURSUS-NİZAMl" MTK onun 29,3 kv.m olan yaşayış sahəsinin əvəzində orada inşa ediləcək 8 saylı yeni yaşayış binasının 14-cü mərtəbəsində xarici sahəsi 56 kv.m, daxili sahəsi 46,6 kv.m olan 1 ədəd 1 otaqlı 1B-91 nömrəli təmirli mənzil və həmin binada sahəsi 18 kv.m olan 1 ədəd qaraj sahəsi təklif edir. Əlavə olaraq Mülkiyyətçiyə mənzili təhvil verdiyi gündən yeni mənzillə təmin olunan günədək 450 manat kirayə haqqı Kooperativ tərəfindən ödənilicək. Mülkiyyətçinin mənzilindəki əşyaların köçürülməsi üçün 400 manat daşıma xərci təmin ediləcək. Digər Cavabdeh3 Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, ev 56, mənzil 33 ünvanında 58,3 kv.m olan yaşayış sahəsi vardır. “KURSUS-NİZAMl" MTK onun 58,3 kv.m olan yaşayış sahəsinin əvəzində orada inşa ediləcək 7 saylı yeni yaşayış binasında 4-cü mərtəbəsində xarici sahəsi 94 kv.m, daxili sahəsi 82 kv.m olan 1 ədəd 3 otaqlı 3B-22 nömrəli təmirli mənzil və həmin binada sahəsi 18 kv.m olan 1 ədəd qaraj sahəsi təklif edir. Əlavə olaraq Mülkiyyətçiyə mənzili təhvil verdiyi gündən yeni mənzillə təmin olunan günədək 750 manat kirayə haqqı Kooperativ tərəfindən ödənilicək. Mülkiyyətçinin mənzilindəki əşyaların köçürülməsi üçün 500 manat daşıma xərci təmin ediləcək. "Fortis-Bayıl” Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2020-ci il tarixli qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin bu münasibətləri tənzimləyən qərarı “Qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Bu Qərar qəzalı vəziyyətdə olan əmlakın mülkiyyətçidən alınması deyil, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşıyır. Eyni zamanda qeyd olunmalıdır ki, məhkəmələr tərəfindən mübahisəli məsələyə baxılarkən həmin normativ hüquqi akt qüvvədə olmuşdur”. Həmin qərarda daha sonra qeyd olunur ki, “Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur”. Göründüyü kimi ən yüksək məhkəmə instansiyası hesab edilən Azərbaycan Respublikasının Konstitusiyası bu cür mübahisələrdə hüquqdan sui-istifadə hallarına yol verilməməsi, bir və ya bir-neçə şəxsin mənafeyinin çoxluğun mənafeyindən üstün tutulmasının aradan qaldırılması üçün konseptual mövqe müəyyən etmiş, eyni zamanda yeni normativ-hüquqi aktların qəbul olunmasının zəruriliyini əlaqədar dövlət orqanlarının nəzərinə çatdırmışdır. Lakin, bəzi hallarda aşağı məhkəmə instansiyalarında bu cür mübahisələrə baxılarkən hakimlər Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qeyd edilən qərarında müəyyən edilən tövsiyələrə etinasız yanaşırlar, mülkiyyət toxunulmazlığı prinsipini əsas tutaraq fərdlərin mənafeyinin toplumun mənafeyindən daha üstün tutan qərarlar qəbul edirlər. Bu da haqlı olaraq uzun illər davam edən məhkəmə çəkişmələrinə gətirib çıxarır. Bir və ya bir-neçə şəxsin mənzil toxunulmazlığının qarşısı alınsa da, çoxluğun daha abad, müasir, geniş mənzillərdə yaşamaq arzusu nəzərə alınmır. Hazırkı mübahisə üzrə cavabdehlərə də sahib olduqları əmlakın əvəzinə daha geniş, abad əmlaklar təklif olunmuşdur. Lakin onlar hüquqdan suiistifadə edərək razılığa gəlməkdən imtina edirlər. Qarşılıqlı iddia tələbi: Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh3 cavabdehlər İddiaçı MTK-ya və Bakı şəhəri İcra Hakimiyyətinə qarşı “qəsd və maneələrə son qoyulması, müqavilə bağlamadan binanın sökülməsinin qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hər iki cavabdeh tərəfindən mülkiyyət hüquqlarına qəsd və maneələrə son qoyulması, razılaşma əldə edilmədən və müqavilə bağlanılmadan mülkiyyət hüququ əsasında ona məxsus 33 nömrəli mənzilin və onun yerləşdiyi Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsindəki 56 saylı binanın sökülməsinin qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan başqa qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh3 xx.xx.2025-ci il tarixdə iddia ərizəsinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, hər iki cavabdeh tərəfindən onun mülkiyyət hüquqlarına qəsd və maneələrə son qoyulmasına və cavabdeh "KURSUS-NİZAMİ” MTK-nın onunla aşağıdakı məzmunlu müqaviləni bağlamadan mülkiyyət hüququ əsasında ona məxsus 33 nömrəli mənzilin və bu mənzilin yerləşdiyi Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsindəki 56 saylı binanın sökülməsinin qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir: “...Mülkiyyətçi, ona mülkiyyət hüququ əsasında məxsus olan, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 56 saylı binanın 4-cü mərtəbəsində yerləşən 33 nömrəli 3 otaqlı mənzilini (çıxarışda ümumi sahəsi 58,3 kv.m. qeyd olunan, **********09-05101- 093014 reyestr nömrəli, MA № ******* nömrəli DƏDR-dən çıxarış) (bundan sonra - "xxxx") Tikinti Şirkətinə təhvil verir. Tikinti Şirkəti Mülkiyyətçidən təhvil aldığı Köhnə Mənzilin əvəzində, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi ünvanında inşa edəcəyi 16 mərtəbəli, 7 saylı yaşayış binasının (bundan sonra - «Yeni Bina») 4-cü mərtəbəsində ümumi sahəsi 94 (doxsan dörd) kv.m, daxili sahəsi 82 (səksən iki) kv.m olan 1 ədəd 3 (üç) otaqlı 3B-22 saylı tam təmirli yeni mənzili (bundan sonra - «Yeni Mənzil»), Yeni Binada yerləşən və daxili sahəsi 18 (on səkkiz) kv.m olan 1 ədəd qarajı bu Müqavilə ilə müəyyən edilmiş müddət ərzində və şərtlər əsasında Mülkiyyətçinin mülkiyyətinə verir, habelə tikinti müddəti ərzində müvəqqəti yaşayış məqsədi ilə hər ay üçün 1500 (bir min beş yüz) manatdan hasablayaraq 3 (üç) illik kirayə haqqı məbləğini (bundan sonra - «Kirayə Haqqı») birdəfəlik olaraq əvvəlcədən Mülkiyyətçinin təqdim etdiyi bank hesabına köçürür. Tikinti Şirkəti təmirin 1 kv.m 200 manatdan hesablayaraq yüksək keyfiyyətli materiallardan istifadə edərək və peşəkar səviyyədə işləri həyata keçirərək Yeni Mənzili Mülkiyyətçiyə tam təmirli vəziyyətdə qəbul-təhvil aktı əsasında təhvil verir. Bu Müqavilə qüvvəyə mindiyi gündən 30 (otuz) təqvim günü ərzində Mülkiyyətçi, Köhnə Mənzili boşaltmağı və qəbul-təhvil aktı əsasında Tikinti Şirkətinə təhvil verməyi öhdəsinə götürür. Köhnə Mənzili təhvil verdikdən sonra aşkar edilmiş kommunal (işıq, su, qaz, rabitə) borcları Tikinti Şirkəti bütünlüklə öz hesabına ödəyəcək. Kirayə Haqqının ödənilməsi bu Müqavilə qüvvəyə mindiyi gündən başlayır və Yeni Bina istismara təhvil verildikdən sonra Yeni Mənzil qəbul-təhvil aktı əsasında Mülkiyyətçiyə təhvil verilən günədək davam edir. Tikinti Şirkəti Kirayə Haqqının ödənilməsində gecikməyə yol verdikdə hər gecikdirdiyi gün üçün Mülkiyyətçiyə Kirayə Haqqının 10 (on)% məbləğində cərimə ödəyir. Tikinti Şirkəti, Köhnə Mənzildən müvəqqəti yaşayış sahəsinə köçmə ilə bağlı 500 (beş yüz) manat daşıma pulunu birdəfəlik olaraq Mülkiyyətçinin təqdim etdiyi bank hesabına köçürür. Mülkiyyətçi Yeni Mənzildən istifadə zamanı yeraltı avtodayanacaqdan ödənişsiz istifadə edəcək və tətbiq olunan kommunal xidmətlərə görə (elektrik təchizatı, sukanalizasiya, qaz, rabitə istisna olmaqla) aylıq haqları 50% güzəştlə ödəyəcək. Tikinti Şirkəti öhdəsinə götürür ki, Yeni Binanın tikintisini qüvvədə olan şəhərsalma qanunvericiliyinin tələblərinə riayət etməklə və bu Müqaviləyə əlavə edilmiş Yeni Binanın və Yeni Mənzilin layihə və xarakteristikalarına tam uyğun olaraq həyata keçirərək 31 iyul 2028-ci il tarixindən gec olmayaraq (bundan sonra «Tikinti başa çatma müddəti») başa çatdırıb istismara təhvil verəcək (binanın istismara rəsmi icazə alacaq) və bundan sonra 10 (on) iş günü ərzində tam təmirli Yeni Mənzili qəbul-təhvil aktı əsasında Mülkiyyətçiyə təhvil verəcək. Yeni Mənzilin Mülkiyyətçiyə təhvil verilməsində gecikməyə yol verilsə, Tikinti Şirkəti Tikinti başa çatma müddəti başa çatdıqdan sonra hər gecikən gün üçün Mülkiyyətçiyə 1000 (min) manat cərimə ödəyir. Mülkiyyətçi, Tikinti Şirkətinin nümayəndəsinin müşayiəti ilə və təhlükəsizlik qaydalarına riayət etməklə, tikintinin gedişatına nəzarət etmək məqsədilə istədiyi vaxt tikinti sahəsinə sərbəst daxil olmaq hüququna malikdir. Tikinti Şirkətinin bu Müqavilə üzrə öhdəliklərinin, xüsusilə Yeni Binanın tikintisinin Tikinti başa çatma müddətində başa çatdırılmasının və Yeni Mənzilin Mülkiyyətçiyə təhvil verilməsinin təmin edilməsi məqsədilə, Tikinti Şirkəti Mülkiyyətçinin xeyrinə geri çağırıla (götürülə) bilməyən bank qarantiyası təqdim etməyi öhdəsinə götürür. Bank qarantiyasının məbləği 300 000 (üç yüz min) manat (bundan sonra - «Qarantiya Məbləği») təşkil edir.... Tikinti Şirkəti bu Müqavilə qüvvəyə mindiyi gündən 10 (on) iş günü ərzində Bank qarantiyasını Mülkiyyətçiyə təqdim etməlidir. Tikinti Şirkəti Bank qarantiyasının göstərilən müddətdə təqdim etmədikdə Mülkiyyətçi bu Müqaviləni birtərəfli qaydada ləğv etmək və Tikinti Şirkətindən 100 000 (yüz min) manat cərimənin ödənilməsini tələb etmək hüququna malikdir... Mülkiyyətçi, aşağıdakı hallarda Qarantiya vermiş X2 ödənilməsini tələb etmək hüququna malikdir: Yeni Binanda tikinti-təmir işlərinin 3 (üç) aydan çox müddətə dayandırılması. Tikinti başa çatma müddətinin 3 (üç) aydan çox müddətə gecikməsi. Yeni Mənzilin Tikinti başa çatma müddətindən 3 (üç) aydan çox müddətə Mülkiyyətçiyə təhvil verilməməsi…” Qarşılıqlı iddia tələbinin əsaslandırıldığı hallar: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsindəki 56 saylı binanın 33 nömrəli mənzilin mülkiyyətçisidir. İlkin iddia üzrə İddiaçı MTK kirayə haqqı və yeni mənzil verilməklə bu mənzilin boşaldılaraq təhvil verilməsi tələbi ilə Nizami rayon məhkəməsinə müraciət etmiş və məhkəmə xx.xx.2025 tarixli qərardadı ilə iddia ərizəsinin məhkəmə icraatını mümkün hesab etmişdir. MPM-nin müddəalarının pozulması ilə və mülkiyyətçi ilə məhkəməyə qədər nizama salma tələbinə riayət etmədən təqdim edilmiş bu ilkin iddia üzrə məhkəmə icraatının mümkün olmaması barədə məhkəməyə yazılı ərizə təqdim etmişdir. Eyni zamanda qeyd edir ki, MTK imzalanması üçün müqavilə və zəruri sənədləri təqdim etmədən mülkiyyətçi olaraq onun razılığı olmadan ərazidə söküntü işlərinə başlamış, eləcə də mülkiyyətində olan mənzildən sərbəst istifadə və sahiblik etməyinə süni maneələr yaratmağa başlamışdır. MTK-nın bu hərəkətləri mülkiyyətində olan mənzildən sərbəst istifadə və sahiblik hüququnun pozulması ilə yanaşı, mənzilinin yararsız və ya tam məhv olma təhlükəsi və mülkiyyətindən məhrum olması ilə nəticələnir. Bundan başqa, Bakı şəhər İH-nin xx.xx.2021-ci il tarixli 338 saylı Sərəncamı ilə 6,02 ha torpaq sahəsi icarə əsasında MTKnın istifadəsinə verilmişdir. O, çoxmənzilli yaşayış binamızın ümumi mülkiyyətinə aid olan torpaq sahəsinin icarə əsasında MTK-nın istifadəsinə verilməsinə razılığını bildirməmişdir. Bu fakt MTK-nın burada söküntü işlərinin aparmasının və Bakı şəhər İH-nin buna şərait yaratmasının qanunsuz olmasını bir daha sübut edir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçının vəkili və nümayəndələri Nümayəndə1 və Nümayəndə2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahar verdilər və ilkin iddia tələbinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçının vəkili və nümayəndəsi Vəkil qarşılıqlı iddia tələbini müdafiə etdi və əlavə olaraq izahatında göstərdi ki, bu məsələlər qarşılıqlı razılıqla olmalı idi. Məhkəməyə müraciət edənə qədər onlara müqavilə təqdim olunmamışdır. Məhkəmədə onlara müqavilə təqdim etmişdirlər. Onlar da müqaviləni müzakirə etmiş və ona əlavə və dəyişikliklər edərək təqdim etmişlər. Qarşı tərəf razı olubolmadığını bildirməmişdir. Qarşı tərəf öz fəaliyyətini həyata keçirmək üçün Bakı şəhər İcra hakimiyyət sərəncamını əsas göstərərək onlara müqavilə təqdim edir. Onlar da müqaviləyə düzəliş edib təqdim edirlər, lakin tərəf özü heç bir hərəkət etməyib, məhkəmənin üzərinə öhdəlik qoyur ki, onun müqavilədən əvvəl təqdim etdiyi şərtlərə baxıb qətnamə çıxarılsın. Bu qanunvericiliyə ziddir. Qarşılıqlı iddia ərizəsində şərtlərini özləri təqdim etmişlər. Qarşı tərəf mənzilin sökülməsini israr edirsə, onların göstərdikləri şərtlərə əsasən müqavilə bağlanmasını məhkəmə təmin etməlidir. Göstərdiklərinə əsasən qarşılıqlı iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Bakı şəhər İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin xx.xx.2024-cü il tarixli, YTNƏŞ-0492 saylı Bakı şəhəri Nizami rayonu Kamil Balakişiyev və Nəsimi küçəslərinin kəsişməsi, 2519-cu məhəllə ünvanında 3 ədəd yaşayış binasının tikintisi üçün tərtib edilmiş layihə sənədlərinin yanğın təhlükəsizliyi baxımından razılaşdırılmasına dair rəyindən görünür ki, “Arxin-M LTD" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib olunmuş layihə sənədləri yanğın təhlükəsizliyi baxımından Azərbaycan Respublikasında qüvvədə olan 2.6-1 "Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması" Azərbaycan Dövlət Tikinti Normalarının, 2.7-2 “Yaşayış binaları. Layihələndirmə normaları" Azərbaycan Respublikasının Dövlətlərarası Tikinti Normalarının, 2.08.02-89 “İctimai bina və qurğular" Tikinti Norma və Qaydalarının, 2.04- 09-84 "Bina və qurğuların yanğın avtomatikası" Tikinti Norma və Qaydalarının, 2.11- 1 "Su Təchizatı. Xarici şəbəkə və qurğular" Azərbaycan Respublikasının Dövlətlərarası Tikinti Normalarının, 2.04.01-85* “Binaların daxili su kəmərləri və kanalizasiya” Tikinti Norma və Qaydalarının, 2.02.01-97 "Bina və qurğuların yanğın təhlükəsizliyi” Dövlətlərarası Tikinti Normalarının və "Elektrik qurğularının quraşdırılması Qaydaları”nın tələblərinə uyğundur. Bakı Şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2021-ci il tarixli, 338 saylı sərəncamının surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu. 2519-cu məhəllə, K.Balakişiyev və Nəsimi küçələrinin kəsişməsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 6,02 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən tənzimlənməsi şərti ilə yeni çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün “KURSUS-NİZAMİ" Mənzil-Tikinti Kooperativinin icarə əsasında istifadəsinə verilmişdir. - “Elektron məhkəmə” informasiya sistemindən sorğulanmış məlumatdan görünür ki, ünvan 4 mənzil Cavabdeh3 (Hüquq sahibinin identifikatoru: ********) tam payda xüsusi mülkiyyəti kimi qeydə alınmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 4 mənzil Cavabdeh3 adına xx.xx.2011-ci il tarixdə, tam pay hüququ ilə ********** nömrə ilə qeydə alınmışdır və onun xüsusi mülkiyyətidir. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı MTK-nın nümayəndəsi tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən 100 manat dövlət rüsumu ödənilmişdir. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, qarşılıqlı iddianın verilməsi üçün iddiaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı MTK-nın nizamnaməsi, “Azərdövlətlayihə” Bakı şəhəri, Nizami rayonu. 2519cu məhəllə, K.Balakişiyev və Nəsimi küçələrinin kəsişməsində yerləşən 3 ədəd yaşayış binasının süküntüsünün təşkili layihəsi, əvəzləşdirmə ilə köçürülənlərin mənzil tikintisinə və müvəqqəti yaşayışına dair müqavilə iş materiallarına əlavə edilmişdir. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinin 1-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir; 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 16-cı maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır; 29-cu maddəsinin 1-ci bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır; 29-cu maddəsinin 4-cü bəndinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər; 29-cu maddəsinin 5 və 6-cı bəndlərinə əsasən xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər; 43-cü maddəsinin 2-ci bəndinə əsasən dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4-cü maddəsinə əsasən sərəncam hüququ- əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 2.1. Fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin:
6. Bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada dövlət mülkiyyətində olan torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi, onların dövlət ehtiyacları üçün alınması torpaq münasibətlərinin tənzimlənməsi sahəsində dövlətin səlahiyyətidir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin (bundan sonra - mədəni irs obyektləri) qorunmasından ibarətdir. 4.2 və 4.2.1-ci maddələrinə əsasən şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləri Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsindən ibarətdir. 17.2. Ərazi planlaşdırılması dövlət ehtiyacları və ya şəhərsalmanın məqsədləri baxımından həyata keçirilir. 17.3. Ərazi planlaşdırılması şəhərsalmanın nizamlı inkişafını və torpaqların sosial baxımdan ədalətli istifadəsini təmin etməli, ictimaiyyətin rifahına uyğun olmalı, insan üçün əlverişli və sağlam ətraf mühitin təşəkkül tapmasına, həyat üçün zəruri təbii əsasların qorunmasına və inkişaf etdirilməsinə xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Şahverdiyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2013-cü il tarixli qərarında qeyd etmişdir ki, mülkiyyət hüququnun məhdudlaşdırılması və ya xitam verilməsi ilə bağlı məsələlərin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməmək, bu cür məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmaq vəzifəsi daşıyırlar. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 6-cı bəndinə sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli qərarında göstərmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərinin müəyyən edilməsini vacib hesab edir. Mülkiyyət hüququnu məhdudlaşdırılmasının əsasları Konstitusiyada və beynəlxalq aktlarda təsbit edilmiş və bu hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Bununla əlaqədar, nəzərə alınmalıdır ki, Konstitusiya mülkiyyət hüququnun təsbit etməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudlarını (hədlərini) müəyyən etmişdir (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). X3 Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsində mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı əsaslar müəyyən olunmuşdur. Həmin maddədə göstərilir ki, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların, o cümlədən mülkiyyət hüququnun ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normaların məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Bu hüquqi mövqeyin davamı olaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, qeyd olunan prinsiplərə riayət edildikdə, mülkiyyət hüququnun məhdudlaşdırılmasına yol verilir. Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Bununla bağlı qeyd etmək vacibdir ki, məhkəmənin əmlakın açıq hərracdan satılması barədə qərarı digər mülkiyyətçilərin hüquqlarını təmin etmək məqsədilə qəbul edilir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Konstitusiyada təsbit edilmiş hər hansı hüquqların, o cümlədən mülkiyyət hüququnun məhdudlaşdırılması mütənasiblik prinsipi gözlənilməklə həyata keçirilməlidir. Habelə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülkiyyət hüququnun məhdudlaşdırılmasının mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusiya əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusiya məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Buna görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır. “İnsan hüquqları və əsas azadlıqlar haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunda və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istina olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli qərarında “Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının və onun protokollarının təfsir və tətbiq məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıdığına görə Azərbaycan Respublikasının yurisdiksiyası altında olan insanların “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasında nəzərdə tutulmuş hüquqların təmin edilməsi” məhkəmələrə tövsiyyə olunmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsi “Axverdiyev Azərbaycana qarşı” işi üzrə 29 yanvar 2015-ci il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmusdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmusdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmusdur, Dövlətlərin, digər məsələlərlə yanası, mülkiyyətdən ictimai maraga uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə baglıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər (bax: Kozacıoglu Türkiyəyə qarsı [BP], 2334/03, § 48, 19 fevral 2009-cu il, and Vistinš və Perepjolkins Latviyaya qarsı [BP], 71243/01, § 93, 25 oktyabr 2012-ci il). X7 Hüquqları Məhkəməsi həmin qərarında qeyd etmişdir ki, Mülkiyyətin alınmasının 1 saylı Protokolun 1-ci maddəsinə müvafiq olması üçün üç şərtə əməl olunmalıdır: o, milli orqanlar tərəfindən qanunsuz hərəkətləri istisna edən, “qanunla nəzərdə tutulmuş şərtlərə” uygun olaraq həyata keçirilməlidir; “ictimai marağa” uyğun olmalıdır və mülkiyyətçinin hüquqları və cəmiyyətin maraqları arasında ədalətli tarazlığı müəyyən etməlidir.
İşin faktiki halları: Məhkəmə iclasında müəyyən edildi ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2021-ci il tarixli, 338 saylı sərəncamı ilə, Bakı şəhəri, Nizami rayonu. 2519-cu məhəllə, K.Balakişiyev və Nəsimi küçələrinin kəsişməsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 6,02 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən tənzimlənməsi şərti ilə yeni çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün “KURSUS-NİZAMİ" Mənzil-Tikinti Kooperativinin icarə əsasında istifadəsinə verilmişdir. Həmin ünvanda, ünvan 4 mənzil Cavabdeh3 adına xx.xx.2011-ci il tarixdə, tam pay hüququ ilə ********** nömrə ilə qeydə alınmışdır və onun xüsusi mülkiyyətidir. İlkin iddia üzrə İddiaçı həmin sərəncama əsasən binanın bəzi mülkiyyətçiləri ilə qarşılıqlı razılıq əldə etsə də, Cavabdeh3 ilə razılığa gələ bilməmişdir.
Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, ilkin iddia üzrə İddiaçı MTK-nın iddia tələbi təmin edilməli, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə nəzərə alır ki, cavabdehin istifadəsində olan mənzilin yerləşdiyi Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsində yerləşən yaşayış binasının qanunvericilikdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə deyil, mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsi məqsədilə sökülməlidir. Bununla əlaqədar məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsinin iddia ərizəsindən və məhkəmə iclasında verdiyi ifadəsindən göründüyü kimi, ilkin iddia üzrə iddiaçı Cavabdeh3 onun Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, ev 56 ünvanında yerləşən 33 saylı mənzilinin əvəzinə "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən həmin ərazidə, yeni tikiləcək 7 saylı binanın 4-cü mərtəbəsində xarici sahəsi 94 kv.m, daxili sahəsi 82 kv.m olan 1 ədəd 3 otaqlı 3b-22 nömrəli təmirli mənzil və həmin binada sahəsi 18 kv.m olan 1 ədəd qaraj verilməsi, əlavə olaraq mülkiyyətçiyə mənzili təhvil verdiyi gündən yeni mənzillə təmin olunan günədək 750 manat kirayə haqqının Kooperativ tərəfindən ödənilməsi, mülkiyyətçinin mənzilindəki əşyaların köçürülməsi üçün 500 manat daşıma xərcinin ödənilməsini xahiş etməklə faktiki olaraq cavabdehin mülkiyyət hüquqlarının məhdudlaşdırılmasını nəzərdə tutmuşdur. Göründüyü kimi ilkin iddia üzrə iddiaçı cavabdehin mənzillərini satın almaq deyil, sadəcə həmin mənzilin yerləşdiyi yaşayış binasını söküb yerində yeni yüksək mərtəbəli yaşayış binası tikmək, tikiləcək binada isə cavabdehə müvafiq yeni, tam təmirli mənzil vermək niyyətindədir. Buradan da müəyyən olunur ki, cavabdehin Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, ev 56 ünvanda yerləşən mənzilə olan hüququ, həmin yaşayış binası söküldükdən sonra yerində tikiləcək binadan verilən yeni mənzilə şamil olunacaqdır, sadəcə olaraq tikinti işlərinin aparıldığı müddət ərzində cavabdeh Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, ev 56 ünvanda yerləşən mənzilinə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququ müvəqqəti olaraq məhdudlaşacaqdır. Belə olan halda məhkəmə hesab edir ki, ilkin iddia tələbi yuxarıda göstərilən hallar və qanunvericilik normaları nəzərə alınmaqla ağlabatan və əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə hesab edir ki, ilkin iddia tələbi təmin edildiyindən, qarşılıqlı iddia tələbi ilkin iddia tələbinin təmin edilməməsinə və binanın sökülməsinin qadağan edilməsinə yönəldiyindən təmin edilə bilməz. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçı Cavabdeh3 onunla müqavilə bağlanmadan və razılıq əldə edilmədən yaşayış binasının, o cümlədən özünə məxsus mənzilin sökülməsinin qadağan edilməsini tələb etmişdir. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçının məhkəməyə müvafiq şərtlərlə təqdim etdiyi müqavilənin bağlanması öhdəliyi qarşılıqlı iddia üzrə cavabdehin üzərinə qoyula bilməz, belə ki, qanunvericiliyin tələbinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Bundan başqa məhkəmə qeyd edir ki, sökülməsi nəzərdə tutulan yaşayış binalarının digər sakinləri MTK-nın onlara məxsus mənzilləri ilə bağlı onlara edilən oxşar təkliflərlə öz mənzillərinin sökülməsinə və yeni tikiləcək yaşayış binasında onlara mənzil verilməsinə razılıqlarını bildirmişlər.
Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri tərəflərə aid edilməlidir.
Nəticə: Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Mənzil Tikinti Kooperativinin iddia tələbi təmin edilməli, Cavabdeh3 tərəfindən Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, ev 56 ünvanda yerləşən köhnə yaşayış binasındakı 58.3 kv.m sahəsi olan 33 saylı mənzil boşaldılaraq İddiaçı MTK-ya təhvil verilməli, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, ev 56 ünvanında yerləşən 33 saylı mənzilinin əvəzinə İddiaçı MTK tərəfindən həmin ərazidə yeni tikiləcək 7 saylı binanın 4-cü mərtəbəsində xarici sahəsi 94 kv.m, daxili sahəsi 82 kv.m olan 1 ədəd 3 otaqlı 3b-22 nömrəli təmirli mənzil və həmin binada sahəsi 18 kv.m olan 1 ədəd qaraj Cavabdeh3 mülkiyyətinə verilməli, yeni mənzil tikilib tam təmirli vəziyyətdə təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə Cavabdeh3 hər ay 750 manat kirayə haqqı ödənilməklə, o əşyaları ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, ev 56 ünvanda yerləşən 33 saylı mənzildən 500 manat daşıma xərci ödənilməklə çıxarılmalı, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 qarşılıqlı iddia üzrə cavabdehlər Bakı şəhər İcra Hakimiyyəti və İddiaçı MTK-ya qarşı "qəsd və maneələrə son qoyulması, müqavilə bağlamadan binanın sökülməsinin qadağan edilməsi" tələbinə dair iddiası təmin edilməməli, məhkəmə xərcləri tərəflərə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi:
İddiaçı Mənzil Tikinti Kooperativinin iddia tələbi təmin edilsin. Cavabdeh3 tərəfindən Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, ev 56 ünvanda yerləşən köhnə yaşayış binasındakı 58.3 kv.m sahəsi olan 33 saylı mənzil boşaldılaraq İddiaçı MTK-ya təhvil verilsin. Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, ev 56 ünvanında yerləşən 33 saylı mənzilinin əvəzinə İddiaçı MTK tərəfindən həmin ərazidə yeni tikiləcək 7 saylı binanın 4-cü mərtəbəsində xarici sahəsi 94 kv.m, daxili sahəsi 82 kv.m olan 1 ədəd 3 otaqlı 3b-22 nömrəli təmirli mənzil və həmin binada sahəsi 18 kv.m olan 1 ədəd qaraj Cavabdeh3 mülkiyyətinə verilsin. Yeni mənzil tikilib tam təmirli vəziyyətdə təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə Cavabdeh3 hər ay 750 manat kirayə haqqı ödənilməklə, o əşyaları ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, ev 56 ünvanda yerləşən 33 saylı mənzildən 500 manat daşıma xərci ödənilməklə çıxarılsın. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 qarşılıqlı iddia üzrə cavabdehlər Bakı şəhər İcra Hakimiyyəti və İddiaçı MTK-ya qarşı "qəsd və maneələrə son qoyulması, müqavilə bağlamadan binanın sökülməsinin qadağan edilməsi" tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri tərəflərə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Rauf Əhmədov