Məhkəmə qərarları › İş №2(007)-1588/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-1588/2024

02.07.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-1588/2024 02.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti cəlb edilməklə “əmək müqaviləsinə xitam verilməsi və bununla bağlı bildirişin müvafiq altsistəmə yerləşdirilməsinin üçüncü şəxsə həvalə edilməsi” tələbinə dair iddia mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Subah E Nou Enterprise” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti cəlb edilməklə “əmək müqaviləsinə xitam verilməsi və bununla bağlı bildirişin müvafiq altsistəmə yerləşdirilməsinin üçüncü şəxsə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin materiallarından görünür ki, məhkəmənin ilk xx.xx.2024-cü il tarixli iclasında iddiaçı iştirak etsə də, iddiaçıya növbəti məhkəmə iclası barədə məlumat verilməsinə, SMS xəbərdarlıq göndərilməsinə baxmayaraq o, həmin iclasda və xx.xx.2023-cü il tarixə, saat 10:50-yə təxirə salınmış hazırlıq iclasında iştirak etməmişdir. Həmçinin, məhkəmə iclasları barədə cavabdehin ünvanına məhkəmə iclaslarının vaxtı və yeri haqqında məhkəmə bildirişləri göndərilmişdir. Buna baxmayaraq, cavabdehin nümayəndəsi də məhkəmə iclaslarına gəlməmiş və hər iki tərəf işə onların iştirakı olmadan baxılması barədə xahişlə məhkəməyə müraciət etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir; 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır; 260.3-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər; 260.5-ci maddəsinə əsasən məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Hazırkı halda, məhkəmə hesab edir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədiklərindən, proses isə çəkişmə prinsipinin təmin edilməsi yolu ilə həyata keçirilməli olduğundan iddia ərizəsi baxılmamış saxlanılmalı, habelə tərəflərə məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etməklə qərardadın ləğvi barədə vəsatət vermək hüquqlarının olması izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.6, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti cəlb edilməklə “əmək müqaviləsinə xitam verilməsi və bununla bağlı bildirişin üçüncü şəxsə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar