Məhkəmə qərarları › İş №2(007)-1590/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1590/2024

31.05.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1590/2024 31.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “ əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqı” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə2, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqı” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.2023-cü il tarixli T2903-23 nömrəli əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi işburaxma müddətində əmək haqqının hər ay 4500 manat olmaqla, 27000 manat, eyni zamanda iş vaxtından artıq işlərə cəlb edilməsinə görə əmək haqqının qalan hissəsinin ikiqat -39240 manat olmaqla, ümumilikdə 66240 manat pul vəsaitinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o-İddiaçı xx.xx.2017-ci il tarixdən “Azərbaycan Supermarket" MMC ilə əmək müqaviləsi bağlayaraq “Azərbaycan Supermarket" MMC-də rəis müavini vəzifəsində işləmiş, xx.xx.2018-ci ildən isə menecer kimi fəaliyyətinə davam etmişdir. Belə ki, xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək əmək haqqısı 4000 manat, xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixinədək 4100 manat, xx.xx.2023-cü il tarixində əmək müqaviləsinə xitam verilənədək 4500 azn təşkil etmişdir. Aralarında bağlanmış əmək müqaviləsinə əsasən iş saatı həftədə 40 saat təşkil elmiş, buna baxmayaraq həftədə 40 saat yerinə son 2 il ərzində- 2021-ci ilin oktyabrından 2023-cü ilin oktyabrınadək həftə ərzində 48 saat işləmişdir. Həftə ərzində 8 saat, aylıq isə 32 saat işinə görə Şirkət tərəfindən onun əmək haqqısına hər hansı əlavə ödəniş edilməmişdir. xx.xx.2023-cü il tarixdə işçi sayının ixtisarı ilə bağlı ona xəbərdarlıq edilmiş, bununla belə əmək müqaviləsinə də qanunsuz olaraq xitam verilmiş, sonradan başqa bir vətəndaş qeyd edilən vəzifəyə işə qəbul edilmişdir. Onun 6 aylıq əmək haqqısı 4500x6=27000 manat təşkil edir. Pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qaldığından o, qanunvericiliyin tələblərinə görə ilk öncə "8 saylı Mediasiya Təşkilatına” xx.xx.2023-cü il tarixli T2903-23 nömrəli əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddətində əmək haqqısının hesablanması, eyni zamanda iş vaxtından artıq işlərə cəlb edildiyinə görə əmək haqqısının qalan hissəsinin ödənilməsi ilə bağlı müraciət etmişdir. Nəticədə '‘ilkin Mediasiya sessiyasından sonra prosesin davam etdirə bilməməsi” barədə xx.xx.2024-cü il tarixli arayış verilmiş və məsələnin məhkəmə qaydasında həlli ona izah edilmişdir.

Cavabdehin etirazı və etirazın əsaslandırıldığı hallar :

3. Cavabdeh İddiaçı “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqı” tələbinin dəlillərinə qarşı etiraz ərizəsi verərək, məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

4. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2017-ci il tarixində AS0936 nömrəli əmək müqaviləsi əsasında market meneceri köməkçisi vəzifəsinə qəbul edilmiş, 03 iyul 2023-cü il tarixdə isə ərazi marketləri üzrə menecer vəzifəsinə keçirilmişdir. 05 oktyabr 2023-cü il tarixdə iddiaçıya işçi sayının ixtisarı ilə bağlı xəbərdarlıq edilərək qanunvericiliyə uyğun olaraq 6 həftəlik xəbərdarlıq müddəti ərzində orta əmək haqqı saxlanılmaqla Cəmiyyətdə fəaliyyətini davam etdirə biləcəyi və bu müddət ərzində həftənin hər iş günü Cəmiyyət tərəfindən ona iş axtarmağa imkan yaradılacağı barədə məlumat verilmişdir. Lakin iddiaçı həmin xəbərdarlıq məktubuna cavab olaraq, 06 oktyabr 2023-cü il tarixində Cəmiyyətə ərizə ünvanlayıb ərizədə 6 həftəlik xəbərdarlıq müddəti əvəzinə müddətin 1 gün ötmüş hissəsini nəzərə almaqla ödənilmiş kompensasiya məbləğini (5 həftə 6 gün üçün) almağa razı olduğunu və heç bir etirazının olmadığını qeyd etmişdir. Bu səbəbdən, iddiaçı ilə Cəmiyyət arasında bağlanılmış xx.xx.2017-ci il tarixli, AS0936 nömrəli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində xəbərdarlıq müddəti əvəzinə müvafiq işdənçıxarma müavinəti ödənilməklə, Azərbaycan Respublikasını Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilmişdir. İddiaçı heç bir əsası olmadığı halda 01 aprel 2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ərizəsində əmək müqaviləsinə qanunsuz olaraq xitam verildiyini və sonradan həmin vəzifəyə başqa şəxsin qəbul edildiyini qeyd etmişdir. Göstərilənlərlə bağlı bildirmək istəyirik ki, iddiaçının mövqeyi əsassızdır, belə ki, Cəmiyyət tərəfindən iddiaçının əmək müqaviləsinə xitam verilən zaman qanunvericiliyin bütün tələblərinə əməl olunmuşdur. İşəgötürən “ərazi marketləri üzrə menecer” vəzifəsini ixtisar edərkən qanunvericilikdə müəyyən edilmiş yuxarıda göstərilən meyarlarla yanaşı, həm də müxtəlif ərazilərdə bu vəzifədə çalışan işçilərin peşəkarlıq səviyyəsini nəzərə almışdır ki, bu da məntiqlidir. Yəni, eyni və ya oxsar ərazilərdə bu vəzifədə çalışan işçilərin peşəkarlıq səviyyəsi müqayisə edilərək ixtisar ediləcək işçini işəgötürən müəyyən etmiş və gələcəkdə zəruri halda ixtisar edilən işçinin işini görə bilən işçi müəyyən edilmişdir. Bildiririk ki, qanunvericilikdə işçilərin ixtisar edilməsi və peşəkarlıq səviyyəsinin yüksəkliyinin müəyyən edilməsi ilə bağlı qaydaların və ya meyarların müəyyən edilməsi nəzərdə tutulmamışdır. Bu halda ixtisar zamanı işçinin peşəkarlıq səviyyəsinin müəyyən edilməsi işəgötürənin müstəsna hüququdur ki, görülən işlərin xarakteri (yəni onun çalışdığı sahədə bu işlərin digər ərazilərdə çalışan “ərazi marketləri üzrə menecer”lər tərəfindən yerinə yetirilməsi imkanları) nəzərə alınmaqla işəgötürən İddiaçı ixtisar edilməsi qənaətinə gəlmişdir. İşəgötürən gəldiyi qənaətin rəsmiləşdirilməsi məqsədilə Məcəllənin 77-ci maddəsinə uyğun olaraq İddiaçı rəsmi xəbərdarlıq etmiş, daha sonra isə qanunvericiliyin tələblərinə uyğun olaraq onun əmək müqaviləsinə ştat vahidinin ixtisarı ilə əlaqədar xitam vermişdir. Bildirmək istəyirik ki, iddiaçının əmək müqaviləsinə xitam verildiyi tarixdə Cəmiyyətdə işin həcminin azalması səbəbindən artıq xərclərin qarşısının alınması və maliyyə vəziyyətinin yaxşılaşdırılması məqsədilə bəzi ştatlar üzrə işçi sayı azaldılmış və işəgötürənin mülahizəsinə əsasən, peşəkarlıq səviyyəsi daha yüksək olan işçilər müvafiq vəzifələrdə saxlanılmışdır. İddiaçının ərizəsində qeyd etdiyi digər bir məsələ həmin vəzifəyə sonradan başqa şəxsin qəbul olunmasıdır ki, bununla əlaqədar da bildiririk ki, növbəti aylarda Cəmiyyətdə iş yükünün artması səbəbindən müvafiq vəzifə üzrə daha çox işçiyə tələbat yaranmış və bu səbəbdən həmin vəzifəyə yeni işçi qəbul olunmuşdur.İddiaçının iş vaxtından artıq işlərə cəlb edilməsi ilə əlaqədar kompensasiya tələbinə münasibətdə bildiririk ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 99-cu maddəsinin 1-ci hissəsinə əsasən, iş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır.Qeyd edək ki, İddiaçı iş vaxtından artıq işlərə cəlb edilməsi ilə əlaqədar işəgötürənin (Cəmiyyətin) heç bir əmri (sərəncamı, qərarı) mövcud deyildir. Bu səbəbdən faktiki vəziyyətdə işçinin iş vaxtından artıq işlərə cəlb edilməsi mübahisə predmeti ola bilməz və tamamilə əsassızdır. Bütün faktları qeyd etməklə bildirmək istəyirik ki, cavabdeh - işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin qanunvericiliklə tələb olunan bütün qaydalarına dəqiqliklə və obyektivliklə əməl olunmuşdur.

İş materialları :

5. ******* saylı əmək kitabçasının surətindən görünür ki, xx.xx.2017-ci il tarixində İddiaçı ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsi əsasında market menecerin köməkçisi vəzifəsinə qəbul olunmuş və xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir.

6. Bakı 8 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, MŞB/8/2024-00459 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin Cavabdeh nümayəndəsi iştirak etməmişdir. İddiaçı tərəfindən 60 manat mediasiya xərci ödənilmişdir. Mediasiyanın tətbiqi barədə təklif xx.xx.2024-cü il tarixdə göndərilmişdir. İMS üçün ərizə xx.xx.2024-cü il tarixdə göndərilmişdir. Mübahisə predmeti iş vaxtından artıq işlərə cəlb edilməyə görə əmək haqqının ödənilməsi və işə bərpa olmuşdur.

7. xx.xx.2023-cü il tarixli “mediasiya prosesinin tətbiq edilməsi barədə” təklifdən görünür ki, iddiaçı cavabdeh tərəfə mediasiya prosesində iştirakla bağlı təklif göndərmişdir.

8. Bakı 8 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, MŞB/8/2023-02301 nömrəli “ilkin mediasiya sessiyası barədə” bildirişdən görünür ki, iddiaçı cavabdehə mübahisənin qarşılıqlı razılıqla həll edilməsi üçün İMS-də iştiraka dəvət üçün göndərilmişdir. Mübahisə predmeti işə bərpa olmuşdur.

9. Bakı 8 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, MŞB/8/2023-02301 nömrəli “ilkin mediasiyadan sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışa əsasən “Mediasiya haqqında” AR qanunun 29.3-cü maddəsinə əsasən mediasiya prosesinə xitam verilmişdir. Mübahisə predmeti işə bərpa olmuşdur.

10. 05 oktyabr 2023-cü il tarixli “işçi sayının ixtisarı ilə bağlı xəbərdarlıq” məktubundan görünür ki, cavabdeh tərəfindən iddiaçı cəmiyyətin strukturunun optimalaşdırılması, əmək hasilatının yüksəldilməsi və kadr potensialının səmərəliliyinin artırılması məqsədilə Cəmiyyətdə əməyin təşkilində dəyişikliklər edilməsi zərurəti olaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsində müəyyən edilmiş qaydada "Ərazi marketləri üzrə menecer" vəzifəsi üzrə çalışan işçilərin sayının ixtisar edilməsinin qərara alınması və əmək stajının beş ildən on ilədək olduğu üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə əsasən xəbərdarlıq məktubunun alınması (tanış olunması) vaxtından etibarən altı təqvim həftəsi qabaqcadan çalışdığı "Ərazi marketləri üzrə menecer" vəzifəsinin xx.xx.2023-cü il tarixli, 045-23/K №-li əmrə əsasən ixtisar ediləcəyi barədə rəsmi xəbərdar edilmişdir.

11. “Əmək normalarının təkmilləşdirilməsi, işçilər arasında iş bölgüsünün optimallaşdırılması, əmək hasilatının artırılması və istehsalın daha səmərəli üsüllarla idarə edilməsi ilə əlaqədar işçilərin xəbərdar edilməsi barədə” 045-23/K nömrəli, 05 oktyabr 2023-cü il tarixli əmrdən görünür ki, əmək normalarının təkmilləşdirilməsi, işçilər arasında iş bölgüsünün optimallaşdırılması, əmək hasilatının artırılması və istehsalın daha səmərəli üsüllarla idarə edilməsi ilə əlaqədar olaraq şirkətdə işçilərin sayının və ya ştatlarının ixtisar edilməsi qərara alınmış və pərəkəndə satışın idarə edilməsi şöbəsi- 1 ştat vahidi ərazi marketləri üzrə menecer vəzifəsinin ixtisar edilməsi əmr edilmişdir.

12. İddiaçı tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, iddiaçı 05 oktyabr 2023-cü il tarixli 045-23/K nömrəli vəzfəsinin ixtisar edilməsi ilə bağlı xəbərdarlıq məktubuna cavab olaraq bildirmişdir ki, 6 həftəlik xəbərdarlıq müddəti əvəzinə müddətin 1 gün ötmüş hissəsi nəzərə alınmaqla ödənişi almağa razıdır və heç bir etirazı yoxdur.

13. T2903-23 nömrəli 06 oktyabr 2023-cü il tarixli əmrdən görünür ki, iddiaçıya AR 3vbnmçÇĞŞ,,Əmək Məcəlləsinin 70 “b” bəndinə əsasən xitam verilməklə Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğun olaraq orta aylıq əmək haqqının 1.7 misli miqdarında işdən çıxarma müavinətinin ödənilməsi qərara alınmışdır.

14. İş materiallarına iddiaçı tərəfindən iş qrafikləri ilə əlaqədar cədvəl əlavə edilmişdir.

15. AS0936 saylı əmək müqaviləsinə əlavədən görünür ki, İddiaçı ilə Cavabdeh MMC bağlanmış 12 iyun 2017-ci il tarixli əmək müqaviləsinə edilmiş dəyişikliklərlə bağlı tərəflər razılığa gələrək işçi “Ərazi marketləri üzrə menecer” vəzifəsinə qəbul edilir, işçinin əmək haqqısı 4500 manat abərabər olur.

16. Əlavə №1 dən görünür ki, ərazi marketləri üzrə menecerin vəzifə öhdəlikləri xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfindən imzalanmışdır.

17. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 12 iyun 2017-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı ilə 12 ay müddətinə əmək müqaviləsi bağlanılmaqla market menecerinin köməkçisi vəzifəsinə işə qəbul edilmiş və əmək haqqısı 1179 manat müəyyən edilmişdir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən işçi bu müqaviləyə 1 saylı Əlavə kimi qoşulmuş X1 öz əksini tapmış funksiyaları yerinə yetirməlidir. Həmin müqavilənin 4.8-ci bəndinə əsasən, iş vaxtından artıq vaxtda və iş günü hesab edilməyən bayram və istirahət günləri görülən iş yalnız işəgötürən tərəfindən yazılı surətdə müvafiq işlərin görülməsinə dair qabaqcadan xahiş edilməsi halında tanınacaq və kompensasiya olunmaqla bağlı razılığa gəlmişlər.

18. Cavabdeh MMC-nin nümayəndəsi tərəfindən məhkəməyə 2023-cü ilin iyul ayı ilə 2024-cü ilin fevral ayınadək olan müddətdə (əksər hissəsi dekabr ayında) 12 icarəyə götürülmüş obyektə dair bağlanılmış icarə müqavilələrinə xitam verilməsi ilə əlaqədar xitam razılaşmaları təqdim olunmuşdur.

19. Cavabdeh MMC-nin nümayəndəsi tərəfindən məhkəməyə müxtəlif tarixlərdə ştat vahidlərinin ixtisar edilməsi ilə əlaqədar əmrlər təqdim edilmişdir.

20. Cavabdeh MMC-nin nümayəndəsi tərəfindən məhkəməyə “marja.az” xəbər saytından çıxarışı təqdim etmişdir.

21. 15 sentyabr 2023-cü il tarixli 39.1-23/K nömrəli əmrdən görünür ki, İddiaçı Gənclik Mall mağazası, 28 Mall mağazası, 8 Noyabr pr-da yerləşən mağaza, “Azure Biznes” mərkəzində yerləşən mağaza, Mirəsədulla, Mirqasımov küçəsində yerləşən mağaza, Salatın Əsgərov küçəsində yerləşən mağaza, Qış Parkında yerləşən mağazanın fəaliyyətinin təşkili həvalə edilmişdir.

22. xx.xx.2023-cü il tarixli 044/2-23/K nömrəli əmrdən görünür ki, İddiaçı cavabdeh olduğu mağazalar X5 və X3 həvalə edilmişdir.

23. İş materiallarına əlavə edilmiş 12 yanvar 2024-cü il tarixli, 001.1/2-24/S nömrəli əmrdən görünr ki, X2 Gənclik Mall mağazası, 28 Mall mağazası, 8 Noyabr pr-da yerləşən mağaza, “Azure Biznes” mərkəzində yerləşən mağaza, Mirəsədulla, Mirqasımov küçəsində yerləşən mağaza, Salatın Əsgərov küçəsində yerləşən mağaza, Qış Parkında yerləşən mağazanın fəaliyyətinin təşkili həvalə edilmişdir.

24. xx.xx.2023-cü il tarixli əmrlərdən görünür ki, X8 və X6 müvafiq mağazalar üzrə fəaliyyətin təşkili həvalə edilmişdir.

25. İş materiallarına xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmrlərin suərtləri əlavə edilmişdir.

26. xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70 “b” bəndi ilə xitam verilməsi barədə qeyd sistemə xx.xx.2023-cü il tarixində əlavə edilmişdir.

27. İş materiallarına cavabdehin nümayəndəsi tərəfindən Ali Məhkəmənin xx.xx.2022ci il tarixli, 2(102)-1376/2022 saylı, xx.xx.2022-ci il tarixli, 2(102)-1973/2022 saylı, xx.xx.2022-ci il tarixli, 2(102)-2035/2022 saylı, xx.xx.2022-ci il tarixli, 2(102)-538/2022 saylı, qərarları əlavə edilmişdir.

Tərəflərin izahatları :

28. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq məhkəmə iclaslarında verdiyi izahatlarında bildirmişdir ki, 0 2017-ci ildən Bravoda işləyir. İşlədiyi bu müddət ərzində onun töhməti olmamış, əksinə ən yaxşı, gəlirli mağazalar ona həvalə edilmişdir. Həmçinin qeyd etmişdir ki, onun iş vaxtı həftənin 5 günü olmasına baxmayaraq 6-cı günlərdə işləmişdir. O, 6-cı günlər rəhbərliyin keçirdiyi iclaslarda iştirak etmişdir. Ona rəhbərlik tərəfindən bildirilmişdir ki, ərizə yazıb işdən çıxmasa onu maddə ilə işdən çıxaracaqlar. Onu işdən çıxarma səbəbləri onun rəhbərliyə iradlarını bildirməsi olub ki, hansı ki xaricdən gələn mütəxəssislərə daha çox əmək haqqı verilməsi, həftənin şənbə günləri işə cəlb edilməkləri ilə bağlı olan iradlar. Həmçinin iş qrafikini onun özü müəyyən edərək onun tərəfindən tərtib edilərək rəhbərliyə təqdim edilmişdir. Həftənin şənbə günləri işləməyini ondan rəhbərləri tələb etmiş və bu tələblərini isə şifahi və ya whatsapp vasitəsilə bildirmişlər. O, hüquqlarının pozulduğunu bilmiş, lakin işini itirməmək üçün etiraz etməmişdir. Həmçinin qeyd etmişdir ki, mediasiyaya 2 dəfə müraciət etməsinə səbəb ilk dəfə yalnız işə bərpa üçün müraciət etmişdir, sonra isə əmək haqqı ilə bağlı tələbi də olduğu üçün təkrar müraciət etmişdir. Bravoda aparılmış ixtisarlar ofis işçilərinə aid olmuşdur, əməliyyatçılara aid deyil. Əgər ixtisarlar aparılırdısa nə üçün onun yerinə yeni işçi götürülmüşdür. Cavabdeh tərəf onun peşəkarlıq səviyyəsinin aşağı olduğunu bildirir. Lakin o, 6 ildir ki, şirkətdə işləyir .Qeyd etmişdir ki, onun peşəkarlıq səviyyəsi aşağı idisə nə üçün satışı ən yaxşı mağazalar onda olmuşdur. Cavabdeh tərəfin qeyd etdiyi onunla eyni vaxtda ixtisarı nəzərdə tutulmuş iki işçidən biri kassadan oğurluq etdiyi üçün işdən çıxarılmış, digər işçi isə sınaq müddətində özünü doğrultmadığı üçün işdən çıxarılmışdır. Kassadan oğurluq edən işçidə də təzə işə götürülmüşdü. İşdən çıxarılan zaman o təklif etmişdir ki, heç olmasa onu rayona göndərsinlər, onun uşaqları var, onlar təhsil alırlar. O onun səhvinin olduğunun sübut olunmasını tələb etmişdir. Onu əvvəlcə çağırıb, töhmət, şiddətli töhmət verməli idilər. Bağlanan mağazalar ilə bağlı qeyd etmişdir ki, həmin mağazaların bağlanılmasının səbəbi icarə haqqlarının çox olması və həmin mağazalardan gəlirin az olması olmuşdur. O özü həmin təklifi vermişdir ki həmin mağazalar bağlanılsın. Əgər yaxşı işçi deyildisə nə üçün çıxarılmazdan öncə onun əmək haqqısı 3500 manatdan 4500 manata qaldırılmışdır.

29. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 etiraz ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, 05 oktyabr 2023-cü il tarixli işçi sayının ixtisarı ilə bağlı xəbərdarlıq və 06 oktyabr 2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmr Cəmiyyət tərəfindən müvafiq tarixlərdə iddiaçıya təqdim edilmiş və iddiaçı həmin sənədləri öz imzası ilə təsdiq edərək təhvil almışdır. O cümlədən, iddiaçı 06 oktyabr 2023-cü il tarixdə xəbərdarlıq məktubuna cavab olaraq 6 həftəlik xəbərdarlıq müddəti əvəzinə müddətin 1 gün ötmüş hissəsini nəzərə almaqla ödənilmiş kompensasiya məbləğini (5 həftə 6 gün üçün) almağa razı olduğu və heç bir etirazının olmadığı barədə ərizə vermişdir. Bu, onu deməyə əsas verir ki, iddiaçının artıq 05 oktyabr 2023-cü il tarixindən etibarən əmək müqaviləsinə xitam verilməsindən məlumatı olmuş və öz ərizəsi ilə bununla bağlı heç bir etirazının olmadığını bildirmişdir. Lakin iddiaçı xx.xx.2024-cü il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının hüququnun pozulduğunu aşkar etdiyi gündən məhkəməyə müraciət etməsinə qədər 5 aydan çox müddət keçdiyindən iddiaçı iddia müddətini ötürmüşdür.

30. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 etiraz ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarında verdiyi izahatlarında o, ilk növbədə qeyd etmişdir ki, iddiaçı məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Belə ki, iddiaçı xx.xx.2023-cü ildə əmək müqaviləsinə xitam verilməsindən məlumatlı olmasına baxmayaraq xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Əmək haqqı tələbi ilə bağlı isə 2021-ci il tarixindən 2023-cü il tarixədək 1 illik iddia müddətini ötürmüşdür. İşəgötürən öz mülahizəsinə görə iş yükünün həcminin azaldılması üçün bütün sahələr üzrə ixtisar aparmışdır. Həmçinin qeyd etmişdir ki, şirkətdə həmkarlar ittifaqı təşkilatı yoxdur. İşəgötürən iddiaçıya qarşı qərəzli davranmamışdır. Məhkəməyə təqdim edilən əmrlərdən də göründüyü kimi şirkətdə ixtisarlar olmuşdur. 151 ştat ixtisar olunmuşdur. Bravoda 12 mağaza bağlanmışdır. İşçidə islahatlar çərçivəsində ixtisar olunmuşdur. Həmin mağazaların işçiləri digər mağazalara göndərilmişdir. İşçilərin ixtisarı zamanı iddiaçının üstünlüyünün olub-olmaması yoxlanılmışdır. Onda olan məlumata görə iddiaçı töhmətə razılaşmamışdır. İddiaçının yerinə 2 işçi götürülmüşdür. Həmin dövrdə 3 ərazi bölmə rəhbərlərinin ixtisarı nəzərdə tutulmuşdur. Bir işçi sınaq müddətində öz ərizəsi ilə işdən çıxmış, digər işçi isə AR Əmək Məcəlləsinin 70 “ç” maddəsi ilə işdən çıxarılmışdır. Buna görə də onları Əmək Məcəlləsinin 70 “b” maddəsi ilə işdən çıxara bilməmişlər. Yəni ixtisar üçün nəzərədə tutulmuş 3 işçinin 2-si həmin işçilərin çıxarılması ilə əlaqədar tamamlanmışdır. İddiaçı özü qeyd edir ki, işçiləri qul kimi işlətmişdir. Bu və digər səbəblərdən şikayətlər olmuşdur. Əsas büdcə rəhbər şəxslərə ödənildiyi üçün onlar ixtisar olunmuşlar. İddiaçı peşəkarlıq səviyyəsinin yüksək olduğunu bildirir, lakin iddiaçının səlahiyyətində olan mağazalardan şikayətlər daxil olmuşdur. İddiaçının dediklərinin hamısı formal mülahizələrdən ibarətdir. İşçilərin iş vaxtından artıq işə cəlb edilməsi üçün işəgötürənin yazılı əmri, qərarı olmalıdır. Şahid ifadələri ilə əlaqədar qeyd etmişdir ki, Ali Məhkəmənin Plenumunun qərarına əsasən, əmək mübahisələrində işçi işdən çıxmışdırsa, onun verdiyi ifadələr şahid ifadəsi kimi sayıla bilməz. O, işəgötürənə qarşı qərəzli ola bilər. İddiaçı işdən çıxdıqdan sonra onun vəzifəsi 2 nəfər işçiyə həvalə olunmuşdur. İddiaçının səlahiyyətində olan mağazalar 2 işçinin arasında bölüşdürülmüşdür. İddiaçıya həvalə edilmiş mağazalar o işdən çıxarıldıqdan sonra müvəqqəti olaraq İsayev Anara həvalə olunmuş, sonradan şirkətin əvvəlki işçilərindən olan Nurlan Allaverdiyevin səlahiyyətləri genişləndirilərək mağazalar ona həvalə olunmuşdur.

Şahid ifadələri :

31. Məhkəmə iclasında dindirilən Şahid1 izahatında bildirmişdir ki, Cavabdeh MMC-də bölgə müdirini əvəz edən şəxs kimi işləmişdir. Hazırda orada işləmir. O qərb zonasında işləmişdir. Lakin şənbə günləri onlarda iclaslar keçirildiyi üçün online iclaslara qoşulmuşdur. Şənbə günləri işləməyi onlardan whatsapp sosial şəbəkəsində qrupda rəhbərlik yazaraq tələb etmişdir. Qrafik yazılırdı ki onlar hansı mağazalarda işdə olacaqlar. Onların şənbə günləri işləməkləri ilə bağlı işəgötürənin əmri, qərarı olmamışdır. Onların şənbə günləri həmişə işlədiklərini bildirmişdir.

32. Məhkəmə iclasında şahid kimi dindirilən Şahid2 izahatında bildirmişdir ki, o, 2020- 2022-ci illərdə Gənclik filialında işləmişdir. Hazırda “Kontakt Home”da işləyir. Şənbə günləri onlar daim işləmişdirlər. Şənbə günü iclaslar Gənclik ofisində keçirilirdi. Son zamanlarda şirkətdə optimallaşdırma işləri aparıldığı üçün iş rejimi ağırlaşdırılmışdı. İş rejimi ağırlaşdırıldığı üçün narazılıqlarını bildirmişdir.

İşin faktiki halı :

33. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Cavabdeh MMC-də müxtəlif vəzifələrdə işləmişdir və əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir.

34. Hazırda İddiaçı onun əmək müqaviləsinə qanunsuz olaraq xitam verildiyini, onun əmək müqaviləsinə ixtisarla əlaqədar xitam verilməsinə baxmayaraq onun yerinə başqa işçi götürüldüyünü qeyd etməklə işə bərpa edilməsini və iş vaxtının həftəlik 5 gün olmasına baxmayaraq həftənin şənbə günləri də işəgötürən tərəfindən işə cəlb edilməsi ilə əlaqədar əmək haqqının ödənilməsini tələb edir.

35. İşəgötürən isə iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi zamanı işçiyə qərəzli münasibət göstərilmədiyini, iddiaçı tərəfindən iddia qaldırılması üçün qanunla müəyyən edilmiş iddia müddətinin ötürüldüyünü bildirir.

36. Hazırki işin mübahisəli, yəni məhkəmə tərəfindən araşdırılmalı olan halı Cavabdeh MMC tərəfindən əmək müqaviləsinə xitam verilməsi zamanı işçiyə münasibətdə qərəzli münasibət olub-olmadığı, iddiaçının iş vaxtından artıq işlərə cəlb edilib-edilmədiyi və iddiaçı tərəfindən iddia qaldırmaq üçün qanunla müəyyən edilmiş müddətinin ötürülübötürülmədiyidir.

Məhkəmə baxışının hədləri:

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.2. qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.

39. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu:

9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.1. əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar.

40. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu :

3.2. Kommersiya, ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 35.1. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. 35.2. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. 4.2. bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən. 21.5. Mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrinə nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır. 21.6. Tərəflərdən biri mediasiya prosesinin tətbiqi barədə yazılı formada digər tərəfə bu Qanunun 22-ci (22.1.1-ci, 22.1.4-cü, 22.1.7-ci və 22.1.8-ci maddələr istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları, həmçinin tərəflərin qarşılıqlı razılaşdığı mediator (mediatorlar) və ya mediasiya təşkilatı varsa, bu barədə məlumatı, olmadıqda isə bu barədə təklifləri əks etdirən təklifi göndərir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən təklif tərəfə mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir. 21.8. Tərəflər arasında mediasiyaya dair qeyd-şərtdə mediatorun (mediasiya təşkilatının) adı müəyyən edildiyi halda və bu Qanunun 21.6-cı maddəsinə uyğun olaraq göndərilmiş təklifə 10 gün ərzində cavab verilmədikdə və ya təklif rədd edildikdə, təklifi göndərən tərəf mediasiyaya dair qeyd-şərtdə nəzərdə tutulmuş mediatora (mediasiya təşkilatına) müraciət edir. 32.1 və 32.4.2. Mediasiya prosesinə “Mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayış tərəflərə təqdim edildiyi gündən xitam verilir.

41. Azərbaycan Respublikası Əmək Məcəlləsinin :

2.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 2.2. Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. 2.3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. 3.5. Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə.

9. Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: d) qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq; q) əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq; 12.1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; 154.1. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. 71.1. işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 76.1. işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. 76.2. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. 77.1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. 77.2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. 77.3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. 77.4. İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. 78.1. müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. 83.1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 84.3. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər.

99. 1. İş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. 165.1. İşçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində.

300. 1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Qeyd: Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir.

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”.

43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

Məhkəmənin mövqeyi :

44. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməməlidir.

45. Hazırda İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqı” tələbini onun ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verilməsi, iş vaxtından artıq işlərə cəlb edilməsi ilə əlaqədar əmək haqqının ödənilməməsi ilə əsaslandırmışdır.

46. Məhkəmə qeyd edir ki, İddiaçı iddia tələbi şərti olaraq aşağıdakı hissələrdən ibarətdir: a. İşə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi; b. İş vaxtından artıq işə görə əmək haqqının ödənilməsi.

İddia tələbinin işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi hissəsi ilə bağlı:

47. İddiaçı işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbini onunla əsaslandırmışdır ki, o, işəgötürən tərəfindən qanunsuz olaraq əmək müqaviləsinə xitam verilməklə işdən çıxarılmışdır. Belə ki, onun əmək müqaviləsinə ixtisarla əlaqədar xitam verilməsinə baxmayaraq onun yerinə başqa işçi götürülmüşdür.

48. Cavabdeh MMC-nin nümayəndəsi məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə verərək verilmiş iddia tələbinin 1 aylıq iddia müddətinin ötürülməsi ilə əlaqədar rədd edilməsini xahiş etmişdir.

49. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8 may 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, «iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafıq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir”.

50. Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarını nəzərə alaraq hesab edir ki, iddia müddətinin ötürülməsi ilə bağlı cavabdehin nümayəndəsinin dəlillərinə hüquqi qiymət verməmişdən əvvəl irəli sürülmüş iddia tələbinə hüquqi qiymət verilməlidir. İddia məhkəmə tərəfindən əsassız hesab edildiyi təqdirdə iddia müddətinin tətbiqi barədə ərizəyə də ehtiyac qalmayacaqdır.

51. Məhkəmə verilmiş iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

52. Məhkəmə ilk növbədə qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan əmək münasibətlərinə xitam verilə bilməz. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinə ştatın ixtisar edilməsi əsası ilə xitam verilmişdir.

53. Əmək qanunvericiliyinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsaslarından biri Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatlarının ixtisar edilməsidir. İşəgötürən Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

54. Məhkəmə qeyd edir ki, ixtisarın qanuni olması üçün ixtisar prosedurunun da qanunvericiliyə uyğun aparılması mühüm şərtdir. Bunun üçün aşağıdakı tələblərə əməl etmək vacibdir. İxtisar real olmalıdır, ixtisarın real olduğunu aşağıdakı sənədlərin məcmusu təsdiq edir: ixtisar edilmiş ştatlar çıxarılmaqla müəssisənin yeni ştat cədvəlinin təsdiq edilməsi və ya köhnə ştat cədvəlində müvafiq dəyişiklik edilməsi barədə əmr; işdə qalmaqda üstünlük hüquqlarının müqayisəli analizinin nəticələri barədə sənəd; həmkarlar ittifaqının üzvü olan işçilərin ixtisarı zamanı müəssisənin həmkarlar təşkilatının əsaslandırılmış yazılı qərarı; ixtisar barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və onun yerli orqanlarına 2 ay əvvəlcədən məlumat verildiyini təsdiq edən sənəd; işçiyə ixtisar olunacağı barədə 2 ay əvvəlcədən məlumat verildiyini təsdiq edən işçinin imzası olan sənəd və ya xəbərdarlıq müddəti əvəzinə iki aylıq əməkhaqqının ödənilməsi barədə işçinin yazılı razılığı və belə ödənişin edildiyini təsdiq edən sənəd; xəbərdarlıq müddəti ərzində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçinin hər iş həftəsində azı bir iş günü əmək funksiyasının icrasından azad edilməsi barədə əmr (və ya digər rəsmi sənəd); ixtisar olunan hər bir işçinin əmək müqaviləsinə xitam verilməsi barədə əmr.

55. Müəssisələrdə işçilərin sayının və ya ştatların ixtisarı müxtəlif səbəblərdən ola bilər: müəssisənin cari işləri daha az işçi ilə yerinə yetirə bilməsi, müəssisənin işinin azalması, fəaliyyət istiqamətinin dəyişməsi və nəticədə müəyyən qrup işçilərə ehtiyacın qalmaması və sair. İxtisar həm işçilərin sayının ixtisarı, həm də ştatların ixtisarı formasında ola bilər. İşçilərin sayının ixtisarı dedikdə, konkret vəzifə üzrə ştat vahidlərinin azaldılması (eyni funksiyaları yerinə yetirən işçilərin arasından bir neçəsinin ixtisarı) başa düşülür. Ştatların ixtisarı dedikdə isə, konkret vəzifənin ümumilikdə müəssisənin ştat cədvəlindən çıxarılması (eyni və ya oxşar funksiyaları həyata keçirən bütün işçilərin ixtisarı) başa düşülür.

56. Məhkəmə qeyd edir ki, ştatları ixtisar etmək işəgötürənin hüququdur. Bu hüquq Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin “ə” bəndində nəzərdə tutulub. Lakin hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Bu qadağa Mülki Məcəllənin 560.1-ci maddəsində nəzərdə tutulub, mülki münasibətlərlə yanaşı əmək münasibətlərinə də şamil olunur.

57. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, Cavabdeh MMC tərəfindən mübahisəli əmr qəbul edilən zaman əmək qanunvericiliyinin tələbləri pozulmuşdur.

58. Belə ki, işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçı ilə əmək müqaviləsinə ərazi meneceri vəzifəsi üzrə ştat vahidinin ixtisarı ilə əlaqədar, yəni işçilərin sayının azaldılması ilə əlaqədar xitam verilməsinə baxmayaraq onunla əmək müqaviləsinə xitam verildiyi tarixdən sonra eyni vəzifəyə 2 (iki) yeni işçi qəbul edilmişdir.

59. Məhkəmə qeyd edir ki, xx.xx.2023-cü il tarixli, 045-23/k saylı əmrdən görünür ki, Cavabdeh MMC-də əmək normalarının təkmilləşdirilməsi, işçilər arasında iş bölgüsünün optimallaşdırılması, əmək hasilatının artırılması və ticarət proseslərinin daha səmərəli üsullarla idarə edilməsi ilə əlaqədar olaraq şirkətdə işçilərin sayının və ya ştatlarının ixtisar edilməsi qərara alınmış və 1 ştat vahidi ərazi marketləri üzrə menecer vəzifəsinin (böyük format) ixtisar edilməsi əmr edilmişdir.

60. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilən etiraz ərizəsində əmr belə əsaslandırılmışdır ki, cəmiyyət tərəfindən iddiaçının əmək müqaviləsinə xitam verilən zaman qanunvericiliyin bütün tələblərinə əməl olunmuşdur. İşəgötürən tərəfindən Əmək Məcəllənin 77-ci maddəsinə uyğun olaraq İddiaçı rəsmi xəbərdarlıq edilmiş, daha sonra isə qanunvericiliyin tələblərinə uyğun olaraq onun əmək müqaviləsinə ştat vahidinin ixtisarı ilə əlaqədar xitam verilmişdir. Əmək müqaviləsinə xitam verildiyi tarixdə Cəmiyyətdə işin həcminin azalması səbəbindən artıq xərclərin qarşısının alınması və maliyyə vəziyyətinin yaxşılaşdırılması məqsədilə bəzi ştatlar üzrə işçi sayı azaldılmış və işəgötürənin mülahizəsinə əsasən, peşəkarlıq səviyyəsi daha yüksək olan işçilər müvafiq vəzifələrdə saxlanılmışdır. İşəgötürən “ərazi marketləri üzrə menecer” vəzifəsini ixtisar edərkən qanunvericilikdə müəyyən edilmiş yuxarıda göstərilən meyarlarla yanaşı, həm də müxtəlif ərazilərdə bu vəzifədə çalışan işçilərin peşəkarlıq səviyyəsini nəzərə almışdır ki, bu da məntiqlidir. Yəni, eyni və ya oxsar ərazilərdə bu vəzifədə çalışan işçilərin peşəkarlıq səviyyəsi müqayisə edilərək ixtisar ediləcək işçini işəgötürən müəyyən etmiş və gələcəkdə zəruri halda ixtisar edilən işçinin işini görə bilən işçi müəyyən edilmişdir. İxtisar zamanı işçinin peşəkarlıq səviyyəsinin müəyyən edilməsi işəgötürənin müstəsna hüququdur ki, görülən işlərin xarakteri (yəni onun çalışdığı sahədə bu işlərin digər ərazilərdə çalışan “ərazi marketləri üzrə menecer”lər tərəfindən yerinə yetirilməsi imkanları) nəzərə alınmaqla işəgötürən İddiaçı ixtisar edilməsi qənaətinə gəlmişdir.

61. Məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 77-ci maddəsinin tələbinə əsasən ştatlar ixtisar olunduğuna görə həmin Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə əmək müqaviləsini ləğv etməzdən əvvəl cavabdeh tərəfindən iddiaçıya xəbərdarlıq edilməsi, xəbərdarlıq müddəti əvəzinə müvafiq ödəniş almasına dair işdə sübutlar mövcuddur. İddiaçı da ona xəbərdarlıq edilməsini mübahisələndirmir. Cavabdeh tələbini onunla əsaslandırmışdır ki, onunla əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən, ştatın ixtisarı ilə əlaqədar xitam verilməsi maliyyə çətinlikləri ilə əlaqədar olmayıb, qərəzli xarakter daşıyıb. O izahatında qeyd etmişdir ki, bir gün içərisində ona əmək müqaviləsinə xitam veriləcəyi barədə xəbərdarlıq edilmiş, ərizəsini yazmaqla işdən çıxması tələb edilmiş, yoxsa maddə ilə işdən çıxarılacağı bildirilmişdir. O da məcbur olub müvafiq ödənişləri almaq üçün ərizə yazmağa razı olmuşdur.

62. Cavabdeh MMC tərəfindən iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi məhz cavabdeh müəssisədə aparılmış maliyyə islahatları ilə əsaslandırılmasına baxmayaraq işin məhkəmə araşdırılması nəticəsində qeyd edilən hal öz təsdiqini tapmamışdır. Belə ki, işin məhkəmə tərəfindən araşdırılan halları ilə cavabdeh müəssisədə maliyyə islahatlarının aparılması öz təsdiqini tapsada, iddiaçı ilə əmək müqaviləsinə məhz həmin əsasla xitam verilməsi halı öz təsdiqini tapmamışdır.

63. Belə ki, cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında qeyd etmişdir ki, həmin tarixlərdə Cavabdeh MMC-də maliyyə çətinlikləri olması ictimaiyyətədə məlum olmuş, həmin tarixlərdə 12 mağaza bağlanmış, 151 ştat ixtisar edilmişdir.

64. İddiaçı cavabdehin nümayəndəsinin qeyd edilən dəlillərinə münasibətdə qeyd etmişdir ki, həmin mağazaların bağlanma səbəbləri həmin mağazaların icarə haqqlarının çox və mağazaların fəaliyyətindən əldə edilən gəlirlərin isə az olması olmuşdur. Həmçinin qeyd etmişdir ki, cavabdeh müəssisədə ixtisar edilən ştatlar ofis işçilərinə aid olmuş, ərazi menecerlərinə aid olmamışdır.

65. Məhkəmə iclasında tədqiq edilmiş iş materialları ilə müəyyən edilmişdir ki, cavabdehin nümayəndəsinin qeyd etdiyi mağazalara dair bağlanmış icarə müqavilələrinin əksər hissəsinə (9-na) iddiaçı ilə əmək müqaviləsinə xitam verildiyi tarixdən sonra xitam verilmişdir. Həmçinin cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında qeyd etmişdir ki, həmin mağazalarda çalışan işçilər digər mağazalara keçirilmişdir. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, bağlanan mağazalardan yalnız biri üzrə fəaliyyətin təşkili iddiaçıya həvalə edilmişdir. Qeyd edilən hallar onu deməyə əsas verir ki, əgər cavabdeh müəssisədə maliyyə çətinlikləri ilə əlaqədar işçilərin ixtisarı aparılırdısa, bağlanmış mağazalar da çalışan işçilərin, o cümlədən həmin mağazalar üzrə fəaliyyətin təşkili həvalə edilmiş digər ərazi menecerlərindən ən azı birinin əmək müqaviləsinə xitam verilərdi.

66. Cavabdehin nümayəndəsi müəssisədə aparılmış islahatlar zamanı ərazi meneceri vəzifəsi üzrə yalnız 1 ştat vahidinin deyil, bir neçə ştat vahidinin ixtisarının nəzərdə tutulduğunu sübut etməyə çalışmışdır. Lakin cavabdeh tərəfindən həmin tarixlərdə “ərazi marketləri üzrə menecer” vəzifəsi üzrə başqa ştatın ixtisar olunması sübuta yetirilə bilməmişdir.

67. Belə ki, cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında, o cümlədən məhkəmə təqdim etdiyi məktubda qeyd etmişdir ki, iddiaçının ixtisar edildiyi tarixə aparılan islahatlar çərçivəsində digər ixtisarlarla yanaşı ərazi menecerlərinin sayında 3 ştat vahidinin ixtisarı nəzərdə tutulmuşdur. Həmin tarixdə ərazi menecerlərindən biri şirkətə vurduğu ziyana görə Əmək Məcəlləsinin 70 (ç) maddəsi ilə işdən azad edilmiş, digəri isə sınaq müddətində öz ərizəsi ilə işdən azad edilmişdir. Faktiki olaraq ixtisar üçün nəzərdə tutulmuş 3 ərazi meneceri sayı azalmışdır.

68. Məhkəmə ərazi menecerlərinin sayında 3 ştat vahidinin nəzərdə tutulmasına dair cavabdehin izahatını səmimi qəbul etməmiş, iddiaçıya münasibətdə qərəzliliyin olmamasının sübut edilməsinə yönəlmiş cəhd kimi qiymətləndirmiş və buna tənqidi yanaşmışdır.

69. Belə ki, məhkəmə qeyd edir ki, 3 ərazi menecerinin ixtisarı nəzərdə tutulmuş olsa idi xx.xx.2023-cü il tarixli əmrdə 3 ərazi meneceri vəzifəsi üzrə ştatın ixtisarı barədə əmr verilmiş olardı.

70. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə isə müəyyən edilmişdir ki, Cavabdeh MMC tərəfindən ərazi marketləri üzrə menecer vəzifəsi üzrə ştatın ixtisarına dair əmr xx.xx.2023-cü il tarixdə verilməsinə baxmayaraq qeyd edilən işçilərdən biri ilə əmək müqaviləsinə xitam verilməsinə dair əmr 09 oktyabr 2023-cü ildə qəbul edilmiş və həmin əmrin verilməsi üçün əsas işçinin xx.xx.2023-cü il tarixli ərizəsi olmuşdur. Digər işçi ilə əmək müqaviləsinə xitam verilməsinə dair əmr isə 06.10.23-cü il tarixdə verilmiş və əmrin verilməsinə əsas isə onun kassadan pul götürməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə tərtib edilmiş akt olmuşdur.

71. Məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 71-ci maddəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.

72. Əmək Məcəlləsinin 78.1-ci maddəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda bəzi kateqoriyadan olan işçilərin işdə saxlanılmasına üstünlük verməlidir.

73. Qanunvericiliyin qeyd edilən tələbindən göründüyü kimi, Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə işçilərin sayı ixtisar edilərkən həmin Məcəllənin 78-ci maddəsinin 2-ci hissəsinin tələbinə əsasən işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda bəzi kateqoriyadan olan işçilərin işdə saxlanılmasına üstünlük verməlidir. Hazırkı halda iddiaçının işlədiyi ştat vahidi ixtisar edilmiş, yəni həmin ştat üzrə işçilərin sayı 1 ştat vahidi azaldılmışdır.

74. Cavabdeh tərəfindən isə işçilərin sayı azaldılarkən iddiaçının peşəkarlıq səviyyəsinin yoxlanılmasını təsdiq edən, o cümlədən onun işdə saxlanılmasında üstünlük hüququna malik olub-olmamasının yoxlanılmasını təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir.

75. Əksinə isə yuxarıda qeyd etdiyimiz kimi işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçı ilə əmək müqaviləsinə statların ixtisarı ilə əlaqədar xitam verilməsinə baxmayaraq, həmin əmrin verildiyi tarixdən 1 ay sonra həmin vəzifə üzrə 2 yeni işçi ilə əmək müqaviləsi bağlanılmaqla ərazi meneceri vəzifəsinə işə qəbul edilmişlər. Nə qədər də ki cavabdehin nümayəndəsi yeni işə qəbul edilən işçilərin kiçik format üzrə, yəni balaca mağazalar üzrə fəaliyyətin təşkili ilə əlaqədar işə qəbul edildiklərini əsaslandırsa da faktiki olaraq onlar 1 ay öncə ixtisar edilmiş ərazi menecer vəzifəsi üzrə işə qəbul edilmişlər.

76. Cavabdehin nümayəndəsi etiraz ərizəsində yeni işə qəbul edilən işçilər ilə bağlı qeyd etmişdir ki, növbəti aylarda cəmiyyətdə iş yükünün artması səbəbindən müvafiq vəzifə üzrə daha çox işçiyə tələbat yaranmış və bu səbəbdən həmin vəzifəyə yeni işçi qəbul olunmuşdur.

77. Belə olan halda məhkəmədə cavabdehin nümayəndəsi tərəfindən iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsinin məhz Cavabdeh MMC-də aparılan maliyyə islahatları ilə əlaqədar olduğunu təsdiq etmək üçün təqdim edilən sənədlərin tarixləri (əksər hissəsi dekabr ayına aid olan bağlanan mağazalar ilə əlaqədar icarə müqavilələrinə xitam verilməsinə razılaşmalar, ixtisar barədə əmrlər) ilə eyni tarixlərdə 2 yeni işçinin iş yükünün artması ilə əlaqədar işə qəbul edilməsi sual yaradır.

78. Cavabdehin nümayəndəsi qeyd etmişdir ki, iddiaçının əmək haqqısı yüksək olmuş (4500 manat), onunla əmək müqaviləsinə xitam verilməklə, onun əmək haqqısına, hətta daha az əmək haqqı verilməklə iki işçi işə qəbul edilmişdir. Belə olan halda məhkəmədə əgər cavabdeh cəmiyyətdə maliyyə isalahatlarının aparılması ilə əlaqədar iddiaçının əmək müqaviləsinə xitam verilmişdirsə, islahatların başlandığı tarixlər ilə (2023-cü ilin yay aylarında - təqdim edilən sənədlərdən görünür ki, ixtisarlar, mağazaların bağlanması həmin tarixlərdə başlanılmışdır) eyni vaxtlarda (2023-cü ilin iyul ayında) iddiaçının əmək haqqısının 4500 manata qaldırılması sual yaradır.

79. Cavabdehin nümayəndəsinin qeyd edilən izahatına münasibətdə məhkəmə əgər iddiaçı ilə əmək müqaviləsinə onun əmək haqqısının yüksək olması, maliyyə islahatları ilə əlaqədar xitam verilmişdirsə, bəlkə iddiaçıya daha az əmək haqqı, qeyd edilən kiçik formatlı mağazalar təklif edilsə idi işləyərdi, təklif edilmişdirmi sualına münasibətdə cavabdehin nümayəndəsi qeyd etmişdir ki, “iddiaçıdan şikayətlər var idi” ona görə təklif edilməmişdir.

80. Məhkəmə qeyd edir ki, cavabdehin nümayəndəsinin məhkəmə iclaslarında (xx.xx.2024, xx.xx.2024) verdiyi izahatlar da, iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsinin səbəblərinin məhz cavabdehin nümayəndəsinin əsaslandırmağa çalışdığı maliyyə islahatları və s. ilə əlaqədar olmadığını müəyyən etməyə imkan verir.

81. Belə ki, məhkəmə iclaslarında verdiyi izahatlarında (xx.xx.2024-cü il tarixli) qeyd etmişdir ki, ümumiyyətlə, həmin dövrdə iddiaçı barəsində araşdırmalar aparılırdı, mağaza müdirlərinin, işçilərinin xeyli sayda şikayətləri var idi. Əslində iddiaçını Əmək Məcəlləsinin 70 “ç” bəndi ilə işdən çıxarılmalı idi. Şirkət işçinin vəziyyətini də nəzərə alaraq öz hüququndan istifadə edərək işçini Əmək Məcəlləsinin 70 “b” bəndi ilə işdən çıxarmışdır.

82. Məhkəmə onu da qeyd edir ki, cavabdeh tərəfindən təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilmiş iş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixli əmr ilə iddiaçıya həvalə edilmiş mağazalar xx.xx.2023-cü il tarixli əmr ilə 2 işçi arasında bölünmüşdür.

83. Cavabdehin nümayəndəsi məhkəmə iclasında izahatında bildirmişdir ki həmin mağazalar İsayev Anara müvəqqəti olaraq verilmişdir, daha sonra isə şirkətin əvvəlki işçilərindən olan Nurlan Allaverdiyevin səlahiyyətləri genişləndirilərək mağazalar ona həvalə olunmuşdur.

84. Yuxarıda qeyd edilənlər onu deməyə əsas verir ki, iddiaçının əmək müqaviləsinə xitam verildiyi dövrdə Cavabdeh MMC-də maliyyə islahatları aparılsa da, iddiaçının əmək müqaviləsinə xitam verilməsi həmin islahatların nəticəsi olmamış, həmin islahatlar ilə iddiaçının əmək müqaviləsinə xitam verilməsi arasında səbəbli əlaqə olması cavabdeh tərəfindən sübuta yetirilməmişdir.

85. Məhkəmə qeyd edir ki, iddiaçı ilə əmək müqaviləsinə işçilərin sayının ixtisar ilə əlaqədar xitam verilmişdirsə, bu zaman ixtisar real olmalı, cavabdeh ixtisarın real olduğunu, yəni işçilərin sayının azaldılması zərurəti ilə əlaqədar ixtisar barədə əmr verildiyini sübuta yetirməlidir. Lakin işin müəyyən edilmiş halı odur ki, cavabdeh tərəfindən işçilərin sayının ixtisarı ilə əlaqədar əmr verildiyi tarixdən bir ay ərzində eyni vəzifə üzrə 2 yeni işçi işə qəbul edilmişdir.

86. Cavabdehin nümayəndəsinin izahatlarına əsasən işin müəyyən edilmiş halı odur ki, işçinin işdən çıxarılması üçün əsas ondan daxil olmuş şikayətlər olmuşdur. Hansıki cavabdehin nümayəndəsi həmin şikayətlər konfidensial olduğu üçün məhkəmə iclasında açıqlaya bilməyəcəyini bildirmişdir. Məhkəmə qeyd edir ki, belə olduğu halda işçi barəsində intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilərdi və ya kobud pozuntular olduğu halda digər əsasla işdən çıxarıla bilərdi.

87. Beləliklə məhkəmə qeyd edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbayca Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilməsinə dair Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, T2903-23 saylı əmr əsassızdır. Lakin işin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, iddiaçı pozulmuş hesab etdiyi hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş 1 aylıq müddət ötürüldükdən sonra məhkəməyə müraciət etmişdir.

88. Cavabdeh "xxxx" MMC tərəfindən hazırki iddia tələbinə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edilərək məhkəmədən iddianın rədd edilməsi xahiş edilmişdir.

89. Məhkəmə qeyd edir ki, iddia tələbi əmrin ləğv edilməsi və iddiaçının işə bərpa edilməsi ilə əlaqədar olduğundan, iddiaçının pozulmuş hesab etdiyi mübahisənin həlli üçün isə qanunvericilikdə 1 təqvim ayı ərzində məhkəməyə müraciət edilməsi nəzərdə tutulduğundan, məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslı olsa da, işə bərpa edilməsi ilə bağlı iddia tələbi təmin edilməməlidir.

90. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

91. Bu zaman məhkəmə tərəfindən göstərilən məqamlar aydınlaşdırılmalıdır: 1) Hazırki iş üzrə iddiaçı hüquqlarının pozulduğunu nə zaman aşkar etmişdir? 2) Həmin andan etibarən 1 təqvim ayı müddəti ərzində məhkəməyə müraciət etmişdirmi? 3) Həmin müddətin axımını dayandıran hallar mövcud olmuşdurmu?

92. Əmək mübahisələrindən irəli gələn tələblərin qanuni həlli baxımdan iddia müddətinin axımının başlanmasının müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir və bu zaman Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinin müddəaları mütləq nəzərə alınmalıdır. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır.

93. İddiaçı əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilməsi barədə əmrdən məlumatlı olması həm işdə olan materiallar, həm də iddiaçının özünün etirafı ilə təsdiq olunur.

94. Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü bəndinə əsasən isə, əmrin alındığı, son haqq-hesab sənədlərinin verildiyi gün işçinin hüququnun pozulmasının aşkar edildiyi gün hesab edilir. İddiaçı 06 oktyabr 2023-cü il tarixdən etibarən "xxxx" MMC-dən işdən çıxdığını bilmiş və onun məhkəməyə müraciət etmək üçün iddia müddətinin axımı həmin gündən başlamışdır.

95. İddiaçı məhkəmə iclasında verdiyi izahatında məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş 1 aylıq iddia müddətini üzrlü səbəblərdən buraxdığını bildirmişdir.

96. Belə ki, o qeyd etmişdir ki, onun iddia müddətini ötürməsinin səbəbi iki dəfə mediasiyaya müraciət etməsi olmuşdur. O qeyd etmişdir ki, ilk öncə işə bərpa tələbi ilə mediasiya təşkilatına müraciət etmiş, daha sonra əmək haqqı tələbi ilə də bağlı məhkəmədə iddia qaldırmaq qərarına gəldiyindən iki dəfə mediasiya təşkilatına müraciət etmişdir.

97. Mediasiya qanunvericiliyinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, iddiaçı 2 dəfə mediasiya təşkilatına müraciət etmişdir.

98. İddiaçının birinci müraciəti zamanı mübahisə predmeti işə bərpa olmuş və həmin müraciət zamanı xx.xx.2023-cü il tarixdə mediasiya prosesinin tətbiqi barədə təklif, xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyası barədə bildiriş göndərilmiş və İlkin mediasiya sessiyası xx.xx.2023-cü il tarixdə keçirilmişdir. Belə olan halda xx.xx.2023-cü il tarixdən başlamış iddia müddətin axımı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək dayandırılmışdır.

99. İddiaçının mediasiyaya ikinci müraciəti zamanı mübahisə predmeti işə bərpa və iş vaxtından artıq işlərə görə əmək haqqı tələbi olmuş və həmin müraciəti zamanı xx.xx.2024-cü il tarixdə mediasiya prosesinin tətbiqi barədə təklif, xx.xx.2024-cü il tarixdə ilkin mediasiya sessiyası barədə bildiriş göndərilmiş və İlkin mediasiya sessiyası xx.xx.2024-cü il tarixdə keçirilmişdir. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə isə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir.

100. Göründüyü kimi mübahisəli əmr qəbul edildikdən sonra iddiaçı pozulmuş hesab etdiyi əmək hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş 1 aylıq müddəti ötürmüşdür.

101. İddiaçı iddia müddətinin üzrlü səbəbdən buraxılmasını bildirsə də, ötürülmüş müddətin bərpasına dair ərizə verməmişdir. Odur ki, iddiaçının qeyd olunan dəlili də əsassız hesab olunmalıdır.

102. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı bəndinə əsasən bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.

103. Qanunun tələblərindən göründüyü kimi işçi işə bərpa ilə bağlı məhkəməyə müraciət etmək üçün bir aylıq müddəti ötürərsə və həmin müddətin ötürülməsi onun xəstələnməsi və digər obyektiv hallarla bağlı olarsa, məhkəmə həmin müddəti bərpa edə bilər.

104. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2021-ci il tarixli qərarında göstərilmişdir ki, ... məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir.

105. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarlar).

106. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfininin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarılması üçün əsasdır.

107. Yuxarıda qeyd edilənlər onu deməyə əsas verir ki, iddiaçı məhkəməyə müraciət edərkən iddia müddətini ötürülməsi və cavabdeh tərəfindən də iddia müddətinin tətbiqi barədə ərizə məhkəməyə təqdim edilməsi iddianın rədd olunması üçün əsas təşkil edir.

108. Məhkəmə qeyd edir ki, iddia tələbinin məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbi işə bərpa tələbi ilə bağlı olduğu və iddiaçının işə bərpa tələbi iddia müddətinin ötürülməsi səbəbindən təmin edilmədiyi üçün iddia tələbinin həmin hissəsinə qiymət verilməsinə zərurət yoxdur, həmin hissədə də iddia tələbi təmin edilməməlidir.

İddia tələbinin iş vaxtından artıq işə görə əmək haqqının ödənilməsi hissəsi ilə bağlı :

109. Əmək qanunvericiliyinə əsasən iş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. İşçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla əmək haqqı ödənilir.

110. İddiaçı iddia tələbinin iş vaxtından artıq işlərə cəlb edilməsi hissəsini onun iş vaxtının həftə içi 5 (beş) gün olmasına baxmayaraq işəgötürənin göstərişi əsasında şənbə günləri də işləməsi ilə əsaslandırmışdır.

111. Cavabdeh MMC-nin nümayəndəsi məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə verərək verilmiş iddia tələbinin hazırkı hissəsi ilə bağlı 2021-ci ilin oktyabr ayından 01 aprel 2023-cü il tarixədək olan müddət üçün 1 illik iddia müddətinin ötürülməsi ilə əlaqədar həmin hissədə rədd edilməsini xahiş etmişdir.

112. Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarını nəzərə alaraq hesab edir ki, iddia müddətinin ötürülməsi ilə bağlı cavabdehin nümayəndəsinin dəlillərinə hüquqi qiymət verməmişdən əvvəl irəli sürülmüş iddia tələbinə hüquqi qiymət verilməlidir. İddia məhkəmə tərəfindən əsassız hesab edildiyi təqdirdə iddia müddətinin tətbiqi barədə ərizəyə də ehtiyac qalmayacaqdır.

113. Məhkəmə verilmiş iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

114. İddiaçı Cavabdeh MMC tərəfindən iş vaxtından artıq işlərə cəlb edilməsini qeyd etməsinə baxmayaraq məhkəməyə iş vaxtından artıq işə cəlb edilməsini, hansı müddətə iş vaxtından artıq işə cəlb edilməsini təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir.

115. Belə ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinin iş və istirahət vaxtını tənzimləyən 4.7-ci bəndində nəzərdə tutulmuşdur ki, iş şöbənin tərtib etdiyi və işçi ilə razılaçdırdığı növbəli iş cədvəli üzrə yerinə yetirilir. İşçinin iş qrafiki aparılan əməliyyatların tələbatına müvafiq olaraq dəyişə bilər. Müqavilənin 4.8-ci bəndində nəzərdə tutulmuşdur ki, aidiyyatı qanunvericiliklə müəyyən olunmuş müstəsna hallarda, işəgötürən işçidən yazılı sürətdə iş günü müddəti bitdikdən sonra (iş vaxtından artıq iş) və iş günü hesab edilməyən bayram və istirahət günləri zamanı işləməyi xahiş edə bilər. İş vaxtından artıq vaxtda və iş günü hesab edilməyən batram və istirahət günləri görülən iş yalnız işəgötürən tərəfindən yazılı surətdə müvafiq işlərin görülməsinə dair qabaqcadan xahiş edilməsi halında tanınacaq və kompensasiya olunacaq.

116. Əmək qanunvericiliyinə əsasən işçinin iş vaxtı əmək müqaviləsi ilə müəyyən edilir.

117. Tərəflər arasında bağlanmış əmək müqaviləsindən göründüyü kimi müqavilədə iddiaçının iş vaxtı iddiaçının qeyd etdiyi kimi həftədə 40 saat, həftə içi beş gün olaraq müəyyən edilməmişdir.

118. Müqavilədən göründüyü kimi işçinin iş vaxtı olaraq işçi ilə razılaşdırılan və işəgötürən tərəfindən tərtib edilən növbəli iş cədvəli üzrə işlərin yerinə yetirilməsi müəyyən edilmişdir.

119. İddiaçı məhkəməyə qarşılıqlı razılıq əsasında işəgötürən tərəfindən tərtib edilmiş cədvəl və belə cədvəl üzrə müəyyən edilmiş iş vaxtından artıq işlədiyini təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir.

120. İddiaçının məhkəməyə təqdim etdiyi cədvəl isə özünün qeyd etdiyi kimi onun özü tərəfindən tərtib edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ümumiyyətlə həmin cədvəl iddiaçının həmin cədvəl üzrə işlədiyini təsdiq edən sübut qismində qəbul edilə bilməz.

121. Şahid ifadələrinə münasibətdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki halda iddiaçı şənbə gününün onun növbəli iş cədvəli üzrə iş günü olmamasını sübut edə bilmədiyi üçün həmin ifadələrdə şahidlərin iddiaçının şənbə günü işləməsini təsdiq etdikləri halda belə iddiaçının iş vaxtından artıq işlərə cəlb edilməsini müəyyən etmək üçün sübut qismində qəbul edilə bilməz. Hazırkı halda ilk növbədə şənbə gününün iş günü olmaması sübut edilməli idi.

122. Məhkəmə tərəfindən tədqiq edilən iş materialları, şahid ifadələrinə əsasən cavabdeh tərəfindən iddiaçının iş vaxtından artıq işlərə cəlb edilməsini müəyyən etmək mümkün olmamışdır.

123. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

124. Maddənin məzmunundan göründüyü kimi sübut edilməli hallar dedikdə isə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar, cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.

125. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

126. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübutetmə baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi).

127. Bu baxımdan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.

128. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

129. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».

130. Buna görə də məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutları məhkəməyə təqdim edilmədiyindən iddia tələbi həmin hissədə təmin oluna bilməz. İddia müddətinin tətbiqi barədə ərizəyə də qiymət verilməsi zərurəti yoxdur.

Nəticə :

131. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqı”na dair iddia tələbi təmin edilməməlidir.

132. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi: İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqı”na dair iddia tələbi təmin edilməsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar