Məhkəmə qərarları › İş №2(007)-1594/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(007)-1594/2022

12.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1594/2022 12.08.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı öhdəliklərin icra edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı öhdəliklərin icra edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi-vəkili Vəkil iddia tələbini onunla əsaslandırdı ki, X2 ilə "xxxx" MMC arasında bağlanılan 18 sentyabr 2017-ci il tarixli müqaviləyə əsasən, ünvan 1 ünvanda yerləşən mənzilin sökülərək yerində yeni yaşayış binasının tikilməsi, həmin yeni tikilidə mülkiyyətçi Olqa Starikovaya yeni mənzilin verilməsi və bu müddət ərzində aylıq 400 manat məbləğində kirayə haqqının ödənilməsi nəzərdə tutulub.Mülkiyyətçi 01 dekabr 2018-ci il tarixədək, yəni ölüm tarixinədək aylıq kirayə pulunu alıb. Mülkiyyətçinin vəfatından sonra Azərbaycan Respublikasının qüvvədə olan qanunveriviliyinə əsasən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında hüquqlar İddiaçı ötürülüb. Lakin buna baxmayaraq, cavabdeh "xxxx" MMC müqavilə üzrə öhdəliklərini pozaraq 2019-cu ildən etibarən müqavilə üzrə nəzərdə tutulan kirayə haqqını ödəməkdən yayınır. 40 aylıq müddət üçün ödənilməyən kirayə haqqı yığılaraq 16000 (on altı min) manat həcminə çatıb.Cavabdehə dəfələrlə həm şifahi, həm də yazılı müraciət edərək məsələnin məhkəmədənkənar həllinə təşəbbüs göstərsələr də cavabdeh tərəf mülkiyyətçinin hüquqları kobud şəkildə pozmuş,kirayə hgaqqını ödəməmişdir.Qeyd olunanlara əsasən, cavabdeh "xxxx" MMC-dən 18 sentyabr 2017-ci il tarixli müqaviləyə əsasən ödənilməli olan 16000 manat pulun İddiaçı xeyrinə tutulması və bundan sonra müqavilədə qeyd olunan ev təhvil verilənədək hər ay 400 manat kirayə haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh "xxxx" MMC məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsa da məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi-vəkili Vəkil işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməmiş və məhkəmə Azərbaycan Respublikası MPM-nin 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə qərardad çıxarmışdır. Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan: "xxxx" MMC ilə X2 arasında bağlanmış 18 sentyabr 2017-ci il tarixli müqaviləyə əsasən, ünvan 1 ünvanda yerləşən mənzilin sökülərək yerində yeni yaşayış binasının tikilməsi, həmin yeni tikilidə mülkiyyətçi Olqa Starikovaya yeni mənzilin verilməsi və bu müddət ərzində aylıq 400 manat məbləğində kirayə haqqının ödənilməsi nəzərdə tutulub. Ölüm haqqında şəhadətnamədən görünür ki, X2 26 dekabr 2018-ci il tarixdə ölmüşdür. Qanun haqqında vərəsəlik hüququ haqqında xx.xx.2021-ci il tarixli şəhadətnamədən görünür ki, X1 hüquqi varisi İddiaçıdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir İşin hallarından görünür ki, X2 ilə "xxxx" MMC arasında bağlanılan 18 sentyabr 2017ci il tarixli müqaviləyə əsasən, ünvan 1 ünvanda yerləşən mənzilin sökülərək yerində yeni yaşayış binasının tikilməsi, həmin yeni tikilidə mülkiyyətçi Olqa Starikovaya yeni mənzilin verilməsi və bu müddət ərzində aylıq 400 manat məbləğində kirayə haqqının ödənilməsi nəzərdə tutulub.Mülkiyyətçi 01 dekabr 2018-ci il tarixədək, yəni ölüm tarixinədək aylıq kirayə pulunu alıb. Mülkiyyətçinin vəfatından sonra Azərbaycan Respublikasının qüvvədə olan qanunveriviliyinə əsasən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında hüquqlar İddiaçı ötürülüb.Lakin cavabdeh mənzili X1 hüquqi varisinə təhvil verməmiş və mərhumun ölümündən sonra ödəməli olduğu kirayə haqqını ödəməmişdir. Kirayə haqqı ödənilməyən ayların sayı 40-a bərabərdir. 40 ay x 400 manat=16000 manat. Şərh olunanlara əsasən məhkəmə iddia tələbini əsaslı hesab edir. Məhkəmə iş üzrə toplanmış sübutları tam və hərtərəfli araşdırıb, hesab edir ki, iddia təmin olunmalı, "xxxx" MMC-dən 18 sentyabr 2017-ci il tarixli müqaviləyə əsasən ödənilməli olan aylıq 400 manat,cəmi 16000 mant kirayə haqqı(40 ay x 400 manat=16000 manat) İddiaçı xeyrinə tutulmalı və müqavilədə qeyd olunan ev təhvil verilənədək hər ay 400 manat kirayə haqqı iddiaçının xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. "xxxx" MMC-dən 18 sentyabr 2017-ci il tarixli müqaviləyə əsasən ödənilməli olan aylıq 400 manat,cəmi 16000 manat kirayə haqqı (40 ay x 400 manat=16000 manat) İddiaçı xeyrinə tutulsun. Müqavilədə qeyd olunan ev təhvil verilənədək hər ay 400 manat kirayə haqqı "xxxx" MMC-dən İddiaçı xeyrinə tutulsun. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə ərizə ilə müraciət edə bilərlər. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar