Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1596/2024 16.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı və İddiaçı Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı münasibətdə 126.600 ABŞ dolları, digər İddiaçı münasibətdə isə 21500 ABŞ dolları, eyni zamanda 12560 manat faiz pulun və ödənilmiş 451 manat dövlət rüsumunun geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1262/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə, İddiaçı Cavabdeh qarşı «borc» tələbinə dair iddiası ayrıca icraata ayrılmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı 21500 ABŞ dolları olan pulunu ələ keçirməklə maddi ziyan vurmuşdur. Eyni zamanda həmin məsələ ilə bağlı da yazılı verdiyi ərizəsindən görünür ki, əlavə olaraq 12560 manat faiz olaraq ödənilməsini öz öhdəsinə götürmüşdür. Beləliklə, ümumi şəkildə cavabdeh qeyd olunan sənədə əsasən İddiaçı münasibətdə 21500 ABŞ dolları və 12560 manat faiz pulu məbləğində maddi ziyan vurmuşdur. Hazırda iddiaçı cavabdeh tərəfindən ona vurulmuş olan maddi ziyanın ödənilməsini tələb edir. Bununla bağlı bir sıra aidiyyəti qurumlara da tərəfindən müraciət edilməsinə baxmayaraq heç bir nəticə əldə etmək mümkün olmamışdır. Buna əsasən də, hazırda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən, Cavabdeh İddiaçı münasibətdə 21500 (iyinni bir min beş yüz) ABŞ dolları, eyni zamanda 12560 manat faiz pulun və tərəfindən ödənilmiş dövlət rüsumunun geri ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında İddiaçı iddianı müdafiə edib, əlavə olaraq göstərmişdir ki, Kamil onunla bir kənddən olmuşdur. Onlar həmçinin Moskvada 10 il birlikdə olmuşlar. 2013-cü ildə o, Bakıya gəlmişdir. Kamil ona, Türkiyədən boru gətirdiyini, bu işə pul verərsə, vəziyyətinin indiki halından da yaxşı olacağını demişdir. X5 106 kv.m sahəli evi olmuş və həmin evi sataraq 21.500 ABŞ dolları məbləğində pulu Kamilə vermişdir. Kamil o, öz evini satdığından 12.560 manat məbləğində kirayə haqqını ona ödəyəcəyini demiş, lakin bunu vərəqdə faiz pulu kimi qeyd etmişdir. Kamilin qeyd etdiyi, qaytardığını dediyi məbləğlər onun əvvəlki borclarından olmuşdur. Kamil ondan əvvəllər də borc almış və qaytarmışdır. Lakin sonuncu dəfə aldığı pulu geri qaytarmamışdır. Göstərdiklərinin nəzərə alınmasını və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iddianı müdafiə edib, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı tələbini qəbul etməyərək bildirdi ki, onun heç kimə borcu yoxdur. O, 2017-ci ildən bəri Elşənə pul ödəmişdir. Onun Elşənə 14.000 dollar borcu qalmışdır. O, Elşənə bildirmişdir ki, artıq ondan aldığı borcun 3 qatını ödəmişdir və müflis olduğunu deyərək faizləri dayandırmasını xahiş etmişdir. Amma Elşən faizləri dayandırmamışdır. Bundan başqa o, Elşənə 7000 dollar da pul vermişdir. Göstərdiklərinin nəzərə alınmasını və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh vəkili və nümayəndəsi Vəkil iddianı tələbini qəbul etməyərək bildirdi ki, Kamil Elşənin ona verdiyi pulu artıq məbləğdə ona qaytarmışdır və Kamilin Elşənə borcu yoxdur. Göstərdiklərinin nəzərə alınmasını və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -01 ədəd vərəqdəki xx.xx.2021-ci il tarixli “borc müqaviləsi” başlıqlı iltizamdan görünür ki, Cavabdeh həmin iltizamda “Borc müqaviləsi-mən Cavabdeh AZE ******** Azərbaycan Nehrəm kəndi xx.xx.1967... İddiaçı AZE ******** Azərbaycan Nehrəm xx.xx.1981... mənim Elşənə 21.500$ borcum var. 21.500 $+ faizi 12560 manat borcum var. Öhdəliyimdə olan pulu hissə-hissə may ayının axrına qaytaracağam. İmza Kamil” məzmunlu ifadə yazaraq öz imzası ilə iltizamı təsdiq etmişdir; -********** nömrəli, xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 451 (dörd yüz əlli bir) manat dövlət rüsumu ödəmişdir. - 01 ədəd CD disk sübut qismində iş materiallarına əlavə edilməsi üçün Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Cavabdeh 21.500 ABŞ dolları borc pul vermişdir. Cavabdeh həmin pulu İddiaçı almış və bu borcunu, həmçinin 12560 manat məbləğində faiz pulunu geri qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh iddiaçıya həmin məbləğdə pul borcunun olmasını xx.xx.2021-ci il tarixdə əlyazması ilə iltizam yazaraq və imza edərək təsdiqləmişdir. İddiaçının etdiyi müraciətlərə baxmayaraq, cavabdeh borc məbləği qaytarmamış və borcu qaytarmaqla bağlı üzərinə düşən öhdəliklərə əməl etməmişdir. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21.500 ABŞ dolları məbləğində pulun və 12650 manat faiz borcunun Cavabdeh tutularaq ona ödənilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 329.2-ci maddəsinə əasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır; 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Qeyd edilənlərlə müəyyən olundu ki, İddiaçı Cavabdeh 21.500 ABŞ dolları məbləğində borc vermiş, cavabdeh həmin məbləğdə pulu iddiaçıdan borca almışdır. Müqavilədə müəyyən edilən müddətdə iddiaçının tələb etməsinə baxmayaraq, cavabdeh aldığı borcu ödəməmiş və borc verənin bununla bağlı tələb etdiyi vəzifəsini icra etməmişdir. Cavabdeh borcu qaytarmadığından, iddiaçı pulun cavabdehdən alınıb, ona verilməsi ilə bağlı iddia qaldırmalı olmuşdur. Məhkəmə iş materiallarına əlavə edilmiş 01 ədəd CD diskdə olan audio yazıya baxış keçirərək müəyyən etdi ki, həmin audio yazı X3 ilə Cavabdeh arasında olan dialoqu əks etdirir. Dialoqda Cavabdeh, B.N.Məmmədova İddiaçı aldığı borc məbləğlərini, həmin borclardan nə qədər pulu geri qaytardığını bildirmişdir. B.N.Məmmədov isə dialoq zamanı bunu təsdiq etmişdir. Məhkəmə həmin audio yazı ilə bağlı qeyd edir ki, cavabdehin B.N.Məmmədov ilə dialoqu zamanı qeyd etdiyi borcun, İddiaçı qaytardığını dediyi pulun məhz hazırkı iddianın predmeti olan 21.500 ABŞ dolları məbləğində borcdan qaytarılması həmin audio yazı ilə sübuta yetirilmir. Məhkəmə Cavabdeh “onun iddiaçıya hər hansı borcunun qalmaması” barədə izahatında göstərdiklərinə münasibətdə isə qeyd edir ki, o, izahatında İddiaçı ümumilikdə 14.000 ABŞ dolları məbləğində borcu qaldığını, qalan pulu ödədiyini göstərmişdir. Lakin iddiaçı Cavabdeh ondan aralarında bağlanmış müqavilədən əvvəlki tarixlərdə borc pul aldığını və o zaman qaytardığını, xx.xx.2021-ci il tarixdə yazılı müqavilə bağlamaqla aldığı 21.500 ABŞ dolları məbləğində borcdan heç vaxt ödəniş etmədiyini qeyd etmişdir. Cavabdeh isə bunun əksini təsdiq edə biləcək mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi və cavabdeh tərəfindən şəxsən imzalanmış iltizamdan isə görünür ki, o, iddiaçıya (əsas borca münasibətdə) 21.500 ABŞ dolları borcunun olmasını etiraf etmiş, hissə-hissə qaytarmağı öz öhdəsinə götürmüşdür, məhkəmə iclası zamanı isə həmin iltizamın şəxsən özü tərəfindən imzalanmasını inkar etməmişdir. Belə olan halda, cavabdehin məhkəmə iclasında göstərdikləri xüsusatlar iddia tələbinin həmin hissədə rədd edilməsi üçün əsas ola bilməz. Mülki qanunvericiliyə görə, borc müqaviləsinə əsasən iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Borc müqaviləsi həm şifahi, həm də yazılı bağlanıla bilər. Borc müqaviləsində borc verən borc vermək üzrə öhdəliyini yerinə yetirdikdən sonra onun üzərində yalnız hüquqlar qalır ki, bu da verilmiş borcun qaytarılmasını tələb etməkdən ibarətdir. Borc alan isə borc predmetini aldıqdan sonra onu qaytarmaq vəzifəsini daşıyır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh borc almaqla iddiaçı qarşısında öhdəlik götürdüyündən, aldığı pulu eyni qaydada borc verənə qaytarmalı olduğundan və öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, borc məbləğini ödəməlidir. Məhkəmə iddia tələbinin 12.560 manat faiz borcunun tutulması hissəsinə münasibətdə isə qeyd edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı iddia tələbində həmin məbləğin faiz borcu olduğunu bildirsə də, məhkəmə iclasında isə ziddiyyətli izahat verərək, öz evini sataraq cavabdehə bəhs olunan əsas borc 21.500 ABŞ dolları pulu verdiyini, evini satdığı üçün 12.560 manat məbləğin pulu isə kirayə haqqı qismində cavabdehin ona ödəməsini razılaşdırdıqlarını qeyd etmişdir. Cavabdeh isə əksinə, həmin pulun kirayə haqqı deyil, iddiaçı faizlə pul verdiyi üçün həmin 12.560 manat pulun əsas verilmiş pula hesablanmış faiz olduğunu bildirmişdir. Bu yerdə məhkəmə qeyd edir ki, iddia tələbi 21.500 ABŞ dolları borcun tutulması hissəsində əsaslı olsa da, 12.560 manat faiz pulun tutulması hissəsində təmin edilə bilməz, belə ki, iddiaçının qanunvericiliklə müəyyən edilmiş qaydada kredit təşkilatı və ya bu sahədə müvafiq lisenziya əsasında fəaliyyət göstərən şəxs olmaması da nəzərə alınmaqla, “faiz” borcun tutulması hissəsində iddia təmin edilə bilməz. Bu zaman xüsusilə qeyd edilməlidir ki, iddiaçının hazırkı tələbi məhz verilmiş borcun qaytarılması ilə bağlıdır, məhkəmə araşdırması zamanı cavabdehə 21.500 ABŞ dolları və 12.560 manat pulun borc verilməsi deyil, sadəcə 21.500 ABŞ dolları borc verilməsi təsdiqini tapmışdır, iddiaçı tərəf də bunu inkar etməmişdir. Buna görə də, iddia həmin hissədə təmin edilə bilməz. Bundan başqa, məhkəmə hesab edir ki, iddia tələbi üzrə ABŞ dolları ilə ifadə olunan borc məbləği qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla, cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 21.500 (iyirmi min beş yüz) ABŞ dolları məbləğində pul qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə Cavabdeh tutularaq, İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1262/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh ödənilmiş 451 (dörd yüz əlli bir) manat dövlət rüsumunun əvəzinin alınaraq X2 ödənilməsi nəzərə alınmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 21500 (iyirmi bir min beş yüz) ABŞ dolları məbləğində pul qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №2(007)-1596/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1596/2024
16.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver