Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-326/2025 14.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X3 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, X4 qızının katibliyi, İddiaçı, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC və "xxxx" ASC-yə qarşı pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-43/2024 nömrəli, 05 noyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı və cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 05 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim H.Əhmədov) iddia tələbinin qismən təmin edilməsi, Xırdalan şəhəri, H.Əliyev prospektində özünə məxsus “AAAF-Park” yaşayış massivindəki A saylı küçəsində inşa edilən (inşa edilmiş), 11 saylı, 6 mərtəbəli yaşayış binasında ümumi sahəsi 90.1 kv.metr olan, 2 otaqdan ibarət 2 saylı mənzilə görə əlavə ödənilmiş 4482.5 manat (dörd min dörd yüz səksən iki manat əlli qəpik) məbləğində pul vəsaitinin cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatına görə 100 manat cavabdeh "xxxx" MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilməsi qət edilmişdir. İddiaçı və cavabdeh "xxxx" MMC qətnamədən apellyasiya şikayətləri vermişlər. İŞİN HALLARİ İddiaçı cavabdehlər "xxxx" MMC-yə və "xxxx" ASC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, “AAAF-Park” yaşayış massivindəki, A kompleksində yerləşən 11 saylı ev ünvanındakı İddiaçı məxsus 2 saylı mənzilin naturada ümumi sahəsi 74 kv.m olduğu halda, hüquqmüəyyənedici və texniki sənədlərdə ümumi sahə səhvən 90 kv.m olaraq göstərilməklə mövcud olmayan 16 kvm x 550 manat = 8800 manat izafi dəyər olmaqla hesablanaraq ödənc kimi alındığı və həmin mənzilin 2 ədəd eyvanı, biri 12 kv.m, digəri 18 kv.m olmaqla plastik pəncərə sistemi ilə yerinə quraşdırılmamış 30 kv m-lik plastik pəncərə sistemi üçün ödənilmiş 3300 manat izafi dəyəri olmaqla hesablanaraq ödənc kimi mənzilin yekun dəyərinin üzərinə hesablanmaqla ödənc kimi İddiaçı alınmış cəmi 12100 manat izafi pul məbləğinin cavabdeh “AAAF-İnşaat“ Məhdud Məsuliyyətli Cəmiyyətdən alınıb İddiaçı ödənilməsinin müəyyən edlməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh “AAAF-İnşaat“ Məhdud Məsuliyyətli Cəmiyyət ilə aralarında bağlanmış xx.xx.2014-cü il tarixli İB-A (b) /004 saylı, torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında müqaviləyə əsasən, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən, mülkiyyətindəki “AAAF-Park” yaşayış kompleksindəki “A“ kompleksindəki inşa edilmiş 11 saylı, 6 mərtəbəli yaşayış binasında ümumi sahəsi 90,1 kv metr olan 2 otaqdan ibarət 2 saylı mənzilini qiymətləndirdiyi 49555 manat dəyərindən ilkin 7555 manat nəğd şəkilində özü ödəməklə, hazırkı digər cavabdeh "xxxx" ASC ilə aralarında bağlanmış xx.xx.2014-cü il tarixli, 09Mİ/14 nömrəli “vakala borc müqaviləsi” nə əsasən əvəzindən 42000 manat kredit məbləği sözügedən mənzilə görə ödənilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq öhdəliklərin yerinə yetirilməsinə görə bank ilə “AAAF İnşaat“ MMC ilə arasında xx.xx.2014-cü il tarixli, 09Mİ/14 saylı zaminlik müqaviləsi bağlanmış və əvəzindən cavabdehik daşımağı öhdəsinə götürmüşdür. 120 ay müddətinə aylığı 12 % dərəcəsi ilə verilmiş krediti, tərəfindən 6 il müddətində, yəni 2020-ci ilin iyun ayınadək aylıq 602,58 manat ödənişi banka qaytarıb ödəmişdir. Xüsusi karantin rejimi səbəbindən müstəqil işləyə və qazanc əldə edə bilmədiyinə görə, 1 ildən artıq müddətdə banka borcunu ödəmədiyi səbəbindən "xxxx" ASC “kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinə” dair ona qarşı Abşeron Rayon Məhkəməsində iddia qaldırıb və həmin iş hazırda icraatdadır. Bu mülki işlə bağlı etiraz verib göstərmişdir ki, cavabdeh ”AAAF-Park” yaşayış massivinin onun mülkiyyətinə verdiyi mənzilin naturadakı ümumi sahəsi ilə hüquqmüəyyənedici sənəddə göstərilmiş ümumi sahə arasında əhəmiyyətli dərəcədə fərq var və həmin fərq üzrə ödənilmiş xeyli miqdarda məbləğ həmin hüquqi şəxsdən geri tələb edilməlidir. Həmin iş üzrə iddiaçı "xxxx" ASC əvəzindən izafi ödənilmiş xeyli miqdardakı pulun “AAAF-Park” yaşayış massivindən tələb etmədiyi üçün hazırda özü həmin ödənilmiş izafi pul məbləğini tələb etməkdə haqlıdır. Belə ki, sözügedən fərdi mənzilinin naturada ümumi sahəsi 74 kv.m olduğu halda, hüquqmüəyyənedici və texniki sənədlərdə ümumi sahə səhvən 90 kv m olaraq göstərilib və mövcud olmayan 16 kv m x 550 manat = 8800 manat izafi dəyər hesablanaraq ödənc kimi onlardan alınmışdır. Digər tərəfdən mənzilinin 2 ədəd eyvanı, biri 12 kv m, digəri 18 kv m olmaqla plastik pəncərə sistemi ilə yerinə quraşdırılmadığı və həmin eyvanlardan öz mülahizəsinə uyğun olmaqla 8 ildir ki, istifadə edə bilmədiyinə rəğmən, “AAAF-Park” yaşayış massivi qanunsuz olaraq həmin eyvanların ümumi sahəsinin cəmi olan 30 kv m üçün 3300 manat izafi dəyər mənzilin yekun qiymətinin üzərinə hesablanmaqla ödənc kimi onlardan alınmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Rəhimov X2 Rayon Məhkəməsinin 05 noyabr 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən qətnamədə müəyyən edilən halların iddianın əsaslı olmasını təsdiq etməsinə, əsaslandırma hissəsində öz əksini tapan qanunvericilik aktlarına istinadların iddianın haqlı olmasını təsdiq edici mahiyyətdə olmasına, ekspert rəylərində mənzilin faktiki sahəsinin iddia ərizəsində vurğuladığı sahəyə yaxın – 76.5 kv.m olmasının təsdiqlənməsinə, xx.xx.2024cü il tarixli alqı-satqı müqaviləsinin 3.1.2.4 maddəsinə əsasən, evin eyvanlarının plastiklə şüşələnməli olmasının vurğunlanmasına baxmayaraq, məhkəmə iddia tələbini tam təmin etməmişdir. Çünki alqı-satqı müqaviləsinin sözügedən maddəsində birbaşa olaraq cavabdehin eyvanları plastiklə şüşələməli olması vəzifəsinin təsbit edilməsinə baxmayaraq, cavabdehin öz vəzifəsini icra etməməsi mənzilin dəyərindən 2 eyvanın plastiklə şüşələnməsi məbləğinin geri qaytarılmasına səbəb olmalıdır. Məhkəmə öz əsaslandırmasında da qeyd etmişdir ki, ekspert rəyi əsasında mənzilin faktiki sahəsinin 76.5 kv.m olması təsdiqlənmişdir. Lakin buna baxmayaraq, qətnamənin nəticəvi hissəsində 90.1 kv.m qeyd edilmişdir. Digər tərəfdən məhkəmə tərəfindən hərtərəfli araşdırma prinsipi pozularaq qətnamədə 3300 manat vəsait tələb etdiyi eyvanların şüşələnməsi tələbinə dair heç bir münasibət bildirməmiş, bu tələbinin təmin edilməmə əsasını qeyd etməmişdir. Bütün bunları nəzərə aldıqda iddiaçının tələblərinin tam şəkildə qanuni olması müəyyən edilir. Bütün qeyd edilənlərdən əlavə məhkəmənin cavabdeh tərəfindən verilən birtərəfli məlumatlara, aktlara, hesablamalara əsasən qətnamə qəbul etməsi, cavabdehin eyvan və digər məsələlər üzrə ərizəsində qeyd etdiyi xüsusatları qətnamədə qeyd edərək məhkəmənin öz mövqeyini bildirməməsi ədalətli mühakimə həyata keçirilməsini aradan qaldırmış olur. Məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqini aparmamış, bunun üçün şərait yaratmamışdır. Məhkəmə bir tərəfdən qanunvericilik aktlarına istinad edərək hesablamanın qanuni və faktiki əsaslar üzrə aparılmalı olduğunu vurğulasa da, nəticəvi hissədə uyğunsuzluğa yol verir. Cavabdeh "xxxx" MMC Abşeron Rayon Məhkəməsinin 05 noyabr 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsini, həmin hissədə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisələndirilən qətnamə maddi hüquq normalarına zidd, maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi nəticəsində qət edilmiş əsassız məhkəmə aktıdır. Belə ki, Abşeron Rayon Məhkəməsinin qənaətinə görə...."xxxx" MMC (satıcı) ilə İddiaçı (alıcı) arasında bağlanmış İB-A(b)/004 nömrəli 13 mart 2014-cü il tarixli torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında müqaviləsində sözügedən mənzilin sahəsi 90,10 kv.m göstərilmiş və iddiaçı həmin müqaviləni imzalayaraq şərtlərini və bənddə yazılanları qəbul edərək razılaşmışdır. Lakin müqavilədə mənzilin sahəsi 90,1 kv.m göstərilsə də, mənzilin layihəsində, naturada və ekspert rəyində mənzilin sahəsi 81,95 kv.m olduğundan, məhkəmə hesab edir ki, mənzilin sahəsi 81,95 kv.m müəyyən edilməlidir. Odur ki, mübahisənin düzgün həlli yalnız iddiaçı tərəfindən ödənilmiş artıq vəsaitin cavabdehdən alınaraq iddiaçıya qaytarılması yolu ilə mümkün və daha ədalətli olar, bu baxımdan iddia həmin hissədə əsaslı hesab olunaraq təmin edilməli, iddiaçının (90,1-81,95=8,15) 8,15 kv.m sahəyə hər kvadrat metr üçün 550 (49555:90.1= 550) manat olmaqla (8,15,550=8,645) artıq ödədiyi cəmi 4482,50 manat məbləğində pul cavabdehdən onun xeyrinə tutulmalıdır. Halbuki mübahisə predmetinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 aprel 2024-cü il tarixli 3-16-16/2/10/8729 nömrəli ekspert rəyində müəyyən edilmişdir. Həmin ekspert rəyinə görə, tədqiq olunan binanın 2-ci mərtəbəsində yerləşən mənzilin axdan-oxa olan ölçüləri həmin layihə sənədlərinə uyğun olduğu, lakin mənzilin daxili arakəsmələri layihə-plan sxemə əsasən sökülərək otaqların ölçüləri və quruluşu dəyişdirilmişdir. Habelə sözügedən ekspert rəyinə izah vermək üçün məhkəmə iclasına dəvət edilmiş böyük ekspert Xəyyam İsgəndərov məhkəmə iclasında sözügedən mənzilin layihə sənədinə əsasən uyğunluğunu izah etmişdir. Bundan başqa, Abşeron Rayon Məhkəməsi cavabdeh MMC-nə ödənilmiş mənzilin artıq sahəsinin müəyyən edilməsi absurddur. Məhkəmənin hesablanması mənzilin ümumi dəyərinin kv.m.sahəsinə bölərək müəyyən etməsi tamamilə yanlışdır. Belə ki, ...."xxxx" MMC (satıcı) ilə İddiaçı (alıcı) arasında bağlanmış İB-A(b)/004 nömrəli 13 mart 2014-cü il tarixli torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında müqaviləsində daşınmaz (bənd 2.1.) əmlakın dəyəri sahəsinə görə deyil, əmlak xüsusiyyətlərinə görə müəyyən edilmişdir. Müqavilədən göründüyü kimi mənzilin kv.m. sahəsinin dəyəri göstərilməmişdir. Ancaq mənzilin vahid əmlak dəyəri müəyyənləşdirilmişdir. Eyni zamanda mənzilin kredit üsulu ilə alınmasını nəzərə də alınmalıdır. Həmçinin məhkəmə alıcı İddiaçı mənzilin alan zaman ilkin ödəniş etməsi göstərilməmişdir. Qeyd olunan xüsusatlar tərəflərin qarşılıqlı qaydada, öz iradələrinə uyğun olaraq ifadə etdiyi iki tərəfli əqddir. Birinci instansiya məhkəməsi “iddia müddətinin tətbiqi barədə” ərizəyə mübasibət bildirərkən qənaətə gəlmişdir ki, cavabdehin nümayəndəsi məhkəməyə iddia müddətinin ötürülməsi ilə bağlı ərizə təqdim edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, işin araşdırılan hallarından müəyyən olunduğu kimi iddiaçı ona məxsus mənzilin sahəsinin artıq hesablanması ilə bağlı hüquqlarının pozulması 2019-cu ildə mənzilini təmir edərkən ona məlum olmuşdur. Halbuki məhkəmə iclaslarında iddiaçı Rəhimova cavabdeh MMC-nin nümayəndəsi və məhkəmə tərəfindən verilmiş mənzilin təmir vaxtını 2019-cu il deyil, 2017-ci il bildirmişdir. Hesab edir ki, iddiaçının izahatı və çıxışı düz göstərilməmişdir. Bundan başqa, mübahisələndirilən mənzilin iddiaçı Rəhimova 2016-cı il tarixində təhvil verilməsi müəyyən edilməsi məhkəmə aktında qeyd edilməmişdir. Bu da iddia müddətinin axının hesablanması üçün vacib faktdır. xx.xx.20214-cü il tarixli, İB-A(b)/004 nömrəli müqavilədə vahid əmlak dəyəri – qiymət 49555 manat müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı Rəhimov müqavilənin qismən etibarsız hesab edilməsi və ya ləğv edilməsinə dair tələb irəli sürməmişdir. xx.xx.20214-cü il tarixli, İBA(b)/004 nömrəli müqavilə qanunvericiliyin tələblərinə zidd olmayan, podrat və alqı-satqı (müxtəlif) münasibələrini, habelə işgüzar adətləri özündə əks etdirən ikitərəfli əqddir. Tərəflər mülki hüquqların və vəzifələrin əmələ gəlməsinə əsas olan xx.xx.20214-cü il tarixli, İB-A(b)/004 nömrəli müqaviləni bağlayaraq qarşılıqlı şəkildə icra etmişlər. xx.xx.20214-cü il tarixli, İB-A(b)/004 nömrəli müqavilənin 1.1., 1.2., 2.1-ci bəndləri hər iki tərəfdən tam icra olunmuşdur. Müqavilə şərtlərindən göründüyü kimi daşınmaz əmlakın dəyəri sahəsinə görə deyil, vahid əmlak dəyəri 49555 manat məbləğində müəyyənləşdirilmişdir. Maddi normanın tətbiqi ilə yanaşı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 aprel 2024-cü il tarixli 3-16-16/2/10/8729 nömrəli ekspert rəyində göstərildiyi kimi, tədqiq olunan binanın 2-ci mərtəbəsində yerləşən mənzilin axdan-oxa olan ölçüləri həmin layihə sənədlərinə uyğundur. Müqavilə şərtlərinə əsasən mənzilin çöldən ölçülərinin faktiki sahəyə uyğun olmasını göstərir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, cavabdeh "xxxx" MMC-nin şikayətini qəbul etməyərək, onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdeh "xxxx" ASC-yə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2. maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 05 noyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini müqavilədə mənzilin sahəsi 90,1 kv.m göstərilsə də, mənzilin layihəsində, naturada və ekspert rəyində mənzilin sahəsi 81,95 kv.m olması ilə əsaslandırmış, bu nəticədən narazı qalan iddiaçı qətnaməni iddia tələbinin təmin edilən hissəsində, cavabdeh "xxxx" MMC isə qətnaməni iddia tələbinin təmin edilən hissəsində mübahisələndirmişlər. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətlərinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparmaqla, qətnaməyə bütövlükdə hüquqi qiymət verilməsini zəruri hesab edir. Qeyd edilməlidir ki, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. İddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz. Xırdalan şəhəri, H.Əliyev prospektində “AAAF-Park” yaşayış massivindəki A saylı küçəsində inşa edilən (inşa edilmiş), 11 saylı, 6 mərtəbəli yaşayış binasında 2 otaqdan ibarət 2 saylı mənzilin iddiaçıya satılması barədə "xxxx" MMC (satıcı) ilə İddiaçı (alıcı) arasında İB-A(b)/004 nömrəli, xx.xx.2014-cü il tarixli torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında müqavilənin bağlanması işin mübahisəsiz halıdır. Baxılan iş üzrə mübahisələndirilən hissələrdə iddia tələbinin qanuni əsasını podrat hüquq münasibətlərini tənzimləyən mülki qanunvericilik normaları (daha dəqiq Mülki Məcəllənin 752.1, 766-cı maddələri) təşkil edir. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. Məhkəmə kollegiyası hər iki tərəfin qətnaməni mübahisələndirdiyini nəzərə alaraq hesab edir ki, ilk olaraq cavabdehin apellyasiya şikayətinə münasibət bildirilməlidir. Cavabdeh "xxxx" MMC apellyasiya şikayətinin dəlilinin əsası kimi mübahisəyə maddi və prosessual hüquq normalarının pozulması, eləcə də müddətinin tətbiqi edilməsi barədə ərizəni rədd edən birinci instansiya məhkəməsinin iddia müddətinin başlanğıcının düzgün müəyyənləşdirmədiyinə istinad etmişdir. Belə ki, İddiaçı tərəfindən cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli pretenziya məktubunda mənzilin ümumi sahəsinin az olduğunun 2021-ci ildə ona məlum olduğunu bildirsə də, birinci instansiya məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli məhkəmə iclasında verdiyi izahatında mənzilin ümumi sahəsinin az olduğunun ona 2019cu il tarixdə məlum olduğunu bildirmişdir. Məhkəmə kollegiyası iddia müddətinin axımının hansı vaxtdan başlamalı olduğunu aydınlaşdırmaq məqsədilə iddiaçıya bu məsələyə aydınlıq gətirməsini təklif etmiş və sonuncu izahatında mübahisəli mənzillə bağlı xx.xx.2014-cü ildə bağlanmış müqavilə üzrə həmin mənzildə təmirə başlamaq məqsədilə cavabdeh MMC-yə 2016-cı ildə müraciət etdiyini və həmin ilin mart ayında mənzilin açarlarının ona təqdim edilməklə mənzili rəsmi təhvil aldığını, mənzili təhvil alarkən mənzilin hər yerinə baxdığını, lakin imkanı çatmadığı üçün təmir etməyə gec başlasa da, 2019-cu ildə artıq başa çatdırdığını bildirmişdir. O, həmçinin ixtisasca inşaatçı-mühəndis olduğunu qeyd etmişdir. Göründüyü kimi mübahisəli mənzil iddiaçıya 2016-cı ilin mart ayında rəsmi təhvil verilsə də, özünün qeyd etdiyi kimi maddi imkanı ilə bağlı mənzildə təmir işlərini həmin vaxt aparılması mümkün olmamışdır. Lakin iddiaçının özünün də ixtisasca inşaat mühəndisi olması, eləcə də təmir işləri aparmaq istəyən şəxs kimi iddiaçıya həmin mənzildə təmir-tikinti materiallarına nə qədər vəsait lazım olduğunu bilməməsi mümkünsüzdür. Çünki tikinti materiallarının alınması üçün təmir olunan sahənin ölçmə işlərinin aparılması mütləqdir və bu işlər istər dəvət olunmuş mütəxəssislər, istərsə də iddiaçının özünün ixtisasca inşaat mühəndisi olması nəzərə alınarsa onun özü tərəfindən aparılmaması da inandırıcı görünmür. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, mənzilin sahəsinin az olduğu məhz iddiaçıya mənzilin ona təhvil verildiyi vaxtdan bəlli olsa da, sonuncu mövcud iddianı iddia müddətini ötürməklə qaldırmışdır. Məlum olduğu kimi Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları və s.). Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. (Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarı). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Mülki Məcəllənin 776.1. maddəsinə əsasən sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (Mülki Məcəllənin 375.2. maddəsi). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Mülki Məcəllənin 776.1-ci maddəsində nəzərdə tutulan 5 illik iddia müddətini ötürdüyündən, iddia tələbi təmin edilə bilməz. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinə gəldikdə isə qeyd edir ki, qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri baxımından iddia müddətini ötürdüyündən onun apellyasiya şikayətinin dəlillərinin təmin edilməsi üçün əsasları aradan qaldırdığından, iddiaçının apellyasiya şikayəti təmin edilməməlidir. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir, eləcə də qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 05 noyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsində keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat iddiaçıdan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddia ərizəsinin verilməsinə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş 62 (altmış iki) manat məbləğində dövlət rüsumu İddiaçı alınaraq cavabdeh "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (MPM-nin 119.1. maddəsi). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1., 385.2., 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 05 noyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi rədd edilsin. İddiaçı iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. İddia ərizəsinin verilməsinə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş 62 (altmış iki) manat məbləğində dövlət rüsumu İddiaçı alınaraq cavabdeh "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-326/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-326/2025
14.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver