Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1940/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər:maddi zərərin əvəzinin ödənilməsi) 07.08.2025 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-386/2025 nömrəli mülki iş üzrə 04 mart 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 07 avqust 2025-ciil tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Şabran Bə lədiyyəsinin mülkiyyətində olan Şabran şəhəri ərazisində yerləşən 84.04 ha kənd təsərrüfatı təyinatlı (əkin) torpaq sahəsi üzərində xx.xx.2019-cu ildən xx.xx.2067ci il tarixədək İddiaçı icarə hüququ dövlət qeydiyyatına alınmışdır.
2. Şabran Rayon Məhkəməsinin inzibati xətaya dair iş üzrə xx.xx.2024-cü il tarixli, 3(031)-153/2024 nömrəli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, onun barəsində 200 manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. 3. xx.xx.2024-ci il və xx.xx.2024-cü il tarixli Aktlara əsasən, İddiaçı icarəsində olan 84 ha əkin torpaq sahəsinə onun müraciəti əsasında baxış keçirildiyi, 84 hektarın 6 hektarında 34 baş iri buynuzlu mal-qaranın, 2 he ktarında 30 baş iri buynuzlu mal-qaranın onun icarəsində olan əkin torpaq sahəsində müəyyən olunduğu və əkin sahəsinin malqara tərəfindən tapdalanaraq əzildiyi və yararsız hala düşdüyü göstərilmişdir. Həmin tarixlərdə tərtib edilmiş digər aktlarda baxış zamanı İddiaçı icarəsində olan 84.04 ha əkin sahəsinin 6 ha və 2 ha hissəsinə iribuynuzlu heyvanların girməsi, otlaması və əkin sahəsinin əzilməsi nəticəsində fermerin becərdiyi taxıl sahəsinin tam yararsız hala düşməsinin müəyyən olunduğu qeyd edilmişdir.
4. X6 X2 sektorunun müdiri Ramin Mürsəlovun xx.xx.2024-cü il tarixli rəyinə əsasən İddiaçı məxsus 84.04 ha əkin sahəsinin (arpa) 6 ha hissəsi tam yararsız hala düşmüşdür. Sözügedən ərazinin suvarılan torpaqlara aid olduğu, aqrotexniki xidmətlərin vaxtı-vaxtında aparıldığı və ötən il əldə olunmuş məhsuldarlıq nəzərə alınsa 2023-2024-cü ilin məhsulu üçün təxminən 31 sentner məhsul gözlənilir. Əldə olunan məhsulun (arpa) bazar qiymətinin 0,37 manat olduğu nəzərə alınsa: 6 ha x 31 sent x 0,37 man=6.882 man. İddiaçı məxsus əkin sahəsinə ümumilikdə 6.882 manat civarında dəymiş zərər müəyyən edilmişdir. 17 may 2024-cü il tarixli rəyə əsasən, İddiaçı məxsus 84.04 ha əkin sahəsinin (arpa) 2 ha hissəsi tam yararsız hala düşmüşdür. Sözügedən ərazinin suvarılan torpaqlara aid olduğu, aqrotexniki xidmətlərin vaxtı-vaxtında aparıldığı və ötən il əldə olunmuş məhsuldarlığı nəzərə alınsa 2023-2024-cü ilin məhsulu üçün təxminən 31 sentner məhsul gözlənilir. Əldə olunan məhsulun (arpa) bazar qiymətinin 0,37 manat olduğu nəzərə alınsa: 2 ha x 31 sent x 0,37 man=2294 manat təşkil edir. İddiaç ı məxsus əkin sahəsinə ümumilikdə 2.294 manat civarında zərərin dəydiyi müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı (bundan sonra- iddiaçı) Cavabdeh (bundan sonra- cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona vurduğu ziyana görə 9.176 manatın tutulub ona verilməsi və cavabdehə mal-qarasının onun icarəsində olan 84.04 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinə buraxılmasına qadağa qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun Şabran rayonu, Qarabağlı qəsəbəsinin yaxınlığında icarə hüquqi ilə 84.04 ha kənd təsərrüfatlı torpaq sahəsi vardır. Həmin torpaq sahəsində taxıl əkib, becərir. Cavabdeh Şabran rayonu, Qarabağlı qəsəbəsində yaş ayır və onun çoxlu sayda iribuynuzlu mal-qarası vardır. Cavabdeh dəfələrlə mal-qarasını onun icarəsində olan torpaq sahəsində əkdiyi taxıl əkin sahəsinə buraxaraq otarmış, bu barədə ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq nəticəsi olmamışdır. Sonuncu dəfə 3 may 2024-cü il tarixdə yenə mal-qarasını onun icarəsində olan torpaq sahəsində əkdiyi taxıl əkin sahəsinə buraxaraq otarmış, o, bu barədə şikayət etmiş, bələdiyyə sədri, X4 nümayəndəsi, polis şöbəsinin nümayəndəsi gəlib həmin faktı, yəni cavabdehə məxsus mal-qaranın onun taxıl əkdiyi əkin sahəsində görmüşlər, əkin sahəsinin mal-qara tərəfindən yararsız hala salındığını aşkar etmişlər və bu barədə akt da tərtib edilmişdir. O, Şabran rayon X1 dəymiş ziyanın hesablanması ilə əlaqədar müraciət etmiş, müraciəti əsasında mütəxəssislər yararsız hala düşmüş əkin sahəsinə baxmış, ona 6.882 manat ziyanın dəyməsini müəyyən etmişlər və bu barədə mütəxəssis rəyi verilmişdir.
7. Cavabdeh iddiaya etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, etirazını onunla əsaslandırmışdır ki, iddiaçının iddia ərizəsində göstərdikləri yalandır. 03 may 2024- cü il tarixdə Şabran rayonu, Qarabağlı qəsəbəsinin sakini Rəvan Cəfərov saat 11-30-da ona zəng edərək bildirmişdir ki, malları 5 hektar torpaq sahəsindədir, gəlməlisən. O, da dövlətə məxsus “Qaz 53” markalı, **-JC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə həmin əraziyə getmişdir. O, sahəyə çatanda görmüşdür ki, həmin ərazidə 20-yə yaxın adam, yəni Şabran rayon İcra Hakimiyyətinin nümayəndələri, Şabran şəhəri üzrə nümayəndəsi, Şabran bələdiyyəsinin sədri və digər rəsmi şəxslər vardır. Mal- qaranın onun olduğunu onlara bildirmişdir. O, onlara açıq-aşkar bildirmişdir ki, 1200 ha torpaq sahəsi Şabran rayonu ərazisinə aid olduğu halda, Quba rayonu, Buduq kənd sakinləri həmin ərazini zəbt etmişlər. Onların mal-qaralarını ora buraxırlar, onlar mallarını atla qəsdən sürüb gətirib bu əraziyə ötürürlər. İkinci yol yoxdur ki, mallar harasa getsin. Sonradan xəbər vermişlər ki, cavabdehin mal-qarası əkin sahəsindədir. Onun izahına baxmayaraq, həmin vaxt ərazidə olan 3 polis əməkdaşından adını Rəşadət bildiyi şəxs ona camaatın içində əmr edərək bildirmişdir ki, polis şöbəsinə getməliyik və onu Şabran rayon Polis Şöbəsinə gətirmişlər. Dövlətin maşınını isə həmin ərazidə qoymuşdur və yolda isə avtomobilin açarlarını Güləmli qəsəbəsində İkram adlı şəxsin mağazasına qoymuşdur və uşaqlara dem işdir ki, gedin oradan götürün. Həmin gün günorta saat 4-ə qədər onu qeyri-qanuni, ac-susuz polis şöbəsində saxladıqdan sonra onu Şabran rayon məhkəməsinə gətirdilər. Məhkəməyə gətiriləndə başa düşmüşdür ki, onu polisə müqavimət adı ilə məhkəməyə gətiriblər. Şabran rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(031)-153/2024 saylı qərarı ilə onu əsassız yerə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilərək 200 (iki yüz) manat məbləğində cərimə etdilər. Məhkəmədə öz etirazını bildirmişdir ki, o, heç kəsə müqavimət göstərməmişdir. Hal-hazırda isə İddiaçı ona qarşı iddia tələbi ilə iddia qaldıraraq ondan ziyan tələb edir. Həmin 5 hektar torpaq sahəsində arpa olmamışdır. Arpanın olmamasının səbəbi isə bu ilin aprel ayında yağış yağmaması və həmin ə razinin suvarılmamasıdır. 84 hektar torpaq sahəsi əslində Şabran rayon İcra Hakimiyyəti başçısınındır. İddiaçı sadəcə olaraq sənəddə adı vardır. Belə olmasa idi heç kəs 20-yə yaxın dövlət məmurunu ani şəkildə həmin əraziyə yığa bilməzdi.
8. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin aparıcı aqronomu Rəşid Hacıyev tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki, 2024-cü ildə Şabran rayonu, Qarabağlı qəsəbəsinin yaxınlığında icarə hüququ ilə iddiaçıya məxsus 84.04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 8 hektar hissəsinə iribuynuzlu heyvanların girməsi nəticəsində zərər dəymişdir. İcarə hüququ ilə iddiaçıya məxsus 84,04 ha kənd təsərrüfatı təy inatlı torpaq sahəsi suvarılan ərazidir. Bu ilin (2024-cü ilin) yaz aylarında 84,04 ha torpaq sahəsində əkilən arpa bitmişdir. Qeyd olunmuş 8 ha sahədən başqa qalan 76,04 hektarında məhsul biçilərkən məhsuldarlıq 3031 sentner civarında olmuşdur. 84,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ətrafı xəndəklərlə qazılı olduğundan və ərazidə qapı mövcud olduğundan iribuynuzlu heyvanların həmin əraziyə kənar təsir olmadan daxıl olması mümkündür. Həmçinin ərazidəki iribuynuzlu heyvanlar arpa sahəsini yeməklə yanaşı, tapdalayaraq və orada yataraq tam yararsız hala salmışlar.
9. Şabran Rayon Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli, 2(031)-545/2024 nömrəli qətnaməsi ilə (hakim Könül Mirzəfərova) iddia təmin edilərək, cavabdehdən 9.176 manat məbləğində ziyanın alınaraq iddiaçıya verilməsi v ə cavabdehin mal-qarasının iddiaçının icarəsində olan 84.04 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinə buraxılmasına qadağa qoyulması qət edilmişdir.
10. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. 11. xx.xx.2024-cü il tarixdə cavabdeh barədə Şabran Rayon Məhkəməsində Az ərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı inzibati işə baxılarkən cavabdeh mal-qaranın iddiaçıya məxsus torpaq sahəsini girməsini etiraf etmişdir.
12. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin aparıcı aqranomu Rəşid Hacıyev tərəfindən verilmiş mülki iş üzrə kənd təsərrüfatı obyektlərinin ekspertizasının təyin edilməsi barədə rəyindən görünür ki, 2024cü ildə Şabran rayonu, Qarabağlı qəsəbəsinin yaxınlığında icarə hüququ ilə iddiaçıya məxsus 84.04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 8 hektar hissəsinə iribuynuzlu heyvanların girməsi nəticəsində zərər dəymişdir. İcarə hüququ ilə iddiaçıya məxsus 84,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi suvarılan ərazidir. Bu ilin (2024-cü ilin) yaz aylarında 84,04 hektar torpaq sahəsində əkilən arpa bitmişdir. Qeyd olunmuş 8 hektar sahədən başqa qalan 76,04 ha məhsul biçilərkən məhsuldarlıq 30-31 sentner civarında olmuşdur. 84,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ətrafı xəndəklərlə qazılı olduğundan və ərazidə qapı mövcud olduğundan iribuynuzlu heyvanların həmin əraziyə kənar təsir olmadan daxil olması mümkündür. 1 baş iribuynuzlu heyvanın neçə kiloqram arpa yeməsi heyvanın çəkisindən asılıdır. Həmçinin ərazidəki iribuynuzlu heyvanların arpa sahəsini yeməklə yanaşı, tapdalayaraq və orada yataraq tam yararsız hala salmışdır. Belə olan halda, iddiaçıya məxsus torpaq sahəsində əkilmiş 84,04 ha a rpa sahəsinin 8 hektarı biçinə yararsız hala düşməsi məhkəmədə sübuta yetirilmişdir.
13. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək qeyd etmişdir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
14. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə, Mülki Məcəllənin 14.1, 14.2.6, 21.1, 21.3, 1096.1, 1096.2, 1097.1, 1115-ci, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 3 may 2024-cü il tarixində mal-qaranı Quba rayonu, Buduq kənd sakinləri atla qəsdən sürüb gətirib həmin əraziyə salmışlar. Göründüyü kimi heç bir təqsirli, hüquqazidd hərəkəti və hərəkətsizliyi mövcud olmamış, iddia edilən ziyanla arasında hər hansı bir səbəbli əlaqə yoxdur. İddiaçının iddia etdiyi torpaq sahəsində arpa olmamışdır. Arpanın olmamasının səbəbi isə 2024-cü ilin aprel ayında yağış yağmaması və həmin ərazinin suvarılmamasıdır. Göründüyü kimi, ortalıqda ziyandan söhbət belə gedə bilməz. Şabran Rayon Məhkəməsinin qərardadına əsasən məhkəməyə öz adından, imzası ilə ekspert rəyini təqdim etmiş aqronom Rəşid Hacıyev bundan əvvəl də torpağa baxış keçirilməsində, aktların tərtib edilməsində i ştirak etmiş, həmin sənədlər qarşı tərəfdən məhkəməyə təqdim edilmişdir. Belə olan halda, onun tərəfindən ekspert rəyi verilə bilməzdi. Şabran rayonunun balansında olan 1200 hektar bələdiyyənin örüş və ehtiyat fond torpaqları Şabran rayonu ərazisinə aid olduğu halda Quba rayonu, Buduq kənd sakinləri həmin ərazini zəbt etmişdirlər ki, mal-qaranın otlaması üçün başqa ərazi olmadığından Şabran rayon Qarabağlı qəsəbəsi sakinləri olaraq mal-qaranı otlaması üçün həmin əraziyə buraxırlar, onlar isə orada mal-qaranın otlamasına icazə vermirlər, malları atla qəsdən sürüb həmin ərazidən çıxardırlar və gətirib iddiaçının icarəsinə verilmiş əraziyə ötürürlər. Göründüyü kimi, qəsəbə sakinləri mal-qaranı otarmağa yer tapmırlar. İddiaçı ziyan tələbinə dair iddiasını Şabran rayon məhkəməsinə vermiş, məhkə mə isə iddia ərizəsini aidiyyət qaydalarını pozaraq, icraata götürmüşdür. Belə olan halda, məhkəmə işi baxılması üçün Cəbrayıl Rayon Məhkəməsinə göndərməli idi. Çünki ziyan tələbinin müstəsna aidiyyətlə heç bir əlaqəsi yoxdur. Göründüyü kimi, məhkəmədə işə baxılarkən prosessual hüquq normaları pozulmuşdur. xx.xx.2024-cü il tarixində keçirilmiş son məhkəmə iclasından xəbərsiz olmuşlar. Sonuncu məhkəmə baxışı iclasının vaxtı və yeri barədə ümumiyyətlə məlumat verilməmişdir. Sonradan xəbər tutmuşlar ki, xx.xx.2024-cü il tarixdə onların xəbəri olmadan məhkəmə iclası keçirilmiş və qətnamə qəbul olunmuşdur. xx.xx.2024-cü il tarixində ümumiyyətlə ona məxsus mal-qara iddiaçının icarəsində olan torpaq sahəsinə daxil olmamışdır. Əgər hər şey iddiaçının dediyi kimidirsə, hansı səbəbdən ziyanın dəyməs ini özündə əks etdirən heç bir fotoşəkil olmaması sual doğurur Yenə də saxta mütəxəssis rəyləri, saxta aktlar əsasında növbəti tələb ortaya çıxmışdır. Məhkəmə araşdırmalı idi ki, ona məxsus mal-qara hansı səbəbdən xx.xx.2024-cü il tarixində İddiaçı məxsus icarədə olan torpaq sahəsinə daxil olmuşdur. Mal-qara özbaşına dərin çalaları keçib, bağlı qapıdan iddiaçının icarəsində olan torpaq sahəsinə necə daxil ola bilərdi. xx.xx.2024-cü il tarixdə o, həmin ərazidə olmamış, telefon zəngi əsasında əraziyə gəlmişdir. Quba rayonu, Buduq kənd sakinlərinin təqsirli hərəkətləri araşdırılmayıb. İddiaçının ziyan vurulduğunu iddia etdiyi ərazi suvarılan ərazi olması və orada arpa bitməsi sual yaradır. Arpa bitməyən ərazidə mal-qara hansı arpanı yeməsi, oturaraq hansı arpanı məhv etməsi məlum deyil. Yerin də baxış keçirilsə idi, həmin ərazinin suvarılmayan ərazi olduğu təsdiqini tapardı. İddia olunur ki, xx.xx.2024-cü il tarixində bir neçə saat ərzində, bir neçə mal-qara 6882 manat məbləğində arpanı yeyib, tapdalayıb məhv edib. Sual olunur ki, 1 baş inək bir neçə saat ərzində neçə kq arpa yeyə bilər. Göründüyü kimi qətnamə qəbul olunarkən mühüm əhəmiyyəti olan sadalanan bu və digər faktiki hallar aydınlaşdırılmamışdır.
17. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-386/2025 nömrəli mülki iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Zahid Məmmədov (sədrlik edən, məruzəçi), Mirbahəddin Hüseynov və İlqar Dəmirov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəməsinin 26 noyabr 2024-cü il tarixli, 2(031)545/2024 nömrəli qətnaməsi dəyişdirilmədə n saxlanılmışdır.
18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. Hazırkı tələbin qanuni əsasını Mülki Məcəllənin 1110-cu maddəsi təşkil edir. Həmin maddəyə əsasən, heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzar ət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur.
19. İşin mübahisəsiz hallarına əsasən, Şabran şəhəri ərazisində yerləşən 84.04 ha kənd təsərrüfatı təyinatlı (əkin) torpaq sahəsi iddiaçının icarəsinə verilmiş, iddiaçı həmin ərazidə taxıl-arpa yetişdirilməsi ilə məşğul olmuş, 03 may 2024-cü il və 17 may 2024-cü il tarixlərdə cavabdehin iri buynuzlu mal-qarası əkin sahəsinə daxil olmuşdur. İddiaçı qeyd edilən əsaslarla ona maddi ziyan vurulması səbəbindən hazırkı iddianı qaldırmış, iş materiallarında olan aktlar, fotoşəkillər, şahid ifadələri və rəylərə əsasən iddiaçıya maddi ziyan vurulması təsdiqini tapdığından, iddia təmin edilmişdir.
20. Cavabdehin etirazı ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlilləri də tam əsassızdır. Cavabdeh istər birinci instansiya, is tərsə də apellyasiya instansiyası məhkəməsində iddiaçının irəli sürdüyü dəlillərə və tələbinin əsaslılığını sübut etmək məqsədi ilə təqdim olunmuş sübutların mötəbərliyini şübhə altına alan, onları təkzib edən hər hansı sübutları məhkəməyə təqdim etməmişdir. Torpaq sahəsinin suvarılan ərazi olduğu, orada arpa yetişdirildiyi işdə olan rəylərlə təsdiqləndiyindən, həmin halların araşdırılması üçün əraziyə baxış keçirilməli olması barədə şikayətin dəlilləri əsassızdır.
21. İşə aidiyyət qaydalarının pozulması ilə baxılması barədə cavabdehin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi xx.xx.2024-cü il tarixdə işə Şabran Rayon Məhkəməsində baxılmalı olması barədə qərardad qəbul etmiş, cavabdeh həmin qərardaddan şikayət verməmişdir. Ona görə də MPM-in müstəs na aidiyyət qaydalarını müəyyən edən 39-cu maddəsinin tələbləri baxımından apellyasiya şikayətinin qeyd edilən dəlili də əsaslı deyil.
22. Məhkəmə iclasının vaxtı barədə məlumatlandırılmaması barədə şikayətin dəlilləri ilə bağlı isə iş materialları, habelə məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, cavabdeh məhkəmə bildirişi və sms-bildirişlə məhkəmənin xx.xx.2024-cü il tarixli iclası barədə lazımi qaydada məlumatlandırılmış, bu barədə xəbərnaməli poçt qəbzini xx.xx.2024-cü il tarixdə imzalamışdır.
23. Apellyasiya şikayətinin digər dəlilləri ilə bağlı isə məhkəmə kollegiyası qeyd etmişdir ki, həmin dəlillər də məhkəmə araşdırması ilə öz təsdiqini tapmamış (cavabdehin heyvanlarının həmin əraziyə başqası tərəfindən salınması) bir qisim dəlillər isə (mal-qaranı otarmaq üçün sakin lərin örüş sahəsinin olmaması) ümumiyyətlə hazırkı məhkəmə araşdırmasının predmetini təşkil etməmişlər.
24. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə, Mülki Məcəllənin 14.1, 14.2.6, 21.1, 21.3, 1096.1, 1096.2, 1097.1, 1115-ci, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
25. Cavabdeh kassasiya şikayəti verərək (Vəkil1), iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
26. Kassasiya şik ayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası MPM-in 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. İddiaçı cavabdehin Cəbrayıl rayonu, Böyük Mərcanlı kəndində qeydiyyatda olduğunu bilə-bilə ziyan tələbinə dair iddiasını Şabran Rayon Məhkəməsinə vermiş, məhkəmə isə iddia ərizəsini aidiyyət qaydalarını pozaraq icraata götürmüşdür. Belə olan halda, məhkəmə işi baxılması üçün Cəbrayıl Rayon Məhkəməsinə göndərməli idi. Çünki ziyan tələbinin müstəsna aidiyyətlə heç bir əlaqəsi yoxdur. O, işin Cəbrayıl Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Lakin işə ərazi aidiyyəti qaydalarının pozulması ilə baxılmışdır. Birinci instansiya məhkəməsində işə baxılarkən aidiyyət qaydalarının pozulması ilə nəticələnən qərardadın qəbul edilməsi və onun qərardaddan şikayət verməməsi o, demək deyildir ki, aidiyyət qaydalarının pozulması ilə əlaqədar irəli sürdüyü dəlillər əsassızdır. 1200 hektar torpaq sahəsi Şabran rayonu ərazisinə aid olduğu halda, Quba rayonu, Buduq kənd sakinləri həmin ərazini zəbt etmişlər. Onlar mal-qaralarını ora buraxır, onlar mallarını atla qəsdən sürüb gətirib mübahisəli əraziyə ötürürlər. İkinci yol yoxdur ki, mallar harasa getsin. 3 may 2024-cü il tarixində mal-qaranı Quba rayonu, Buduqkənd sakinləri atla qəsdən sürüb gətirib iddiaçının icarəsində olan əraziyə salmışdır. Onun təqsirli, hüquqazidd hərəkəti və hərəkətsizliyi mövcud olmamış, iddia edilən ziyanla arada hər-hansısa bir sə bəbli əlaqə yoxdur. Həmçinin 84.04 ha torpaq sahəsinin ətrafı dərin çuxurlarla qazılıdır. Oradan nəinki heyvanlar, heç insan belə keçə bilməz. 84.04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ətrafının xəndəklərlə qazılı olduğu və ərazidə qapı mövcud olduğu məhkəməyə təqdimolunmuş ekspertin rəyində də qeyd olunmaqdadır. Göründüyü kimi mal-qaranın özbaşına olaraq 84.04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə daxil olması qeyrimümkündür. Növbəti məsələ odur ki, iddiaçının iddia etdiyi torpaq sahəsində arpa olmamışdır. Arpanın olmamasının səbəbi isə 2024-cü ilin aprel ayında yağış yağmaması və həmin ərazinin suvarılmamasıdır. Göründüyü kimi, ziyandan söhbət belə gedə bilməz. İddiaçı tərəfindən məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Aqrar Xidmətlər Agentliyinin Bitki mü hafizəsi və Fumiqasiya (zərəzsizləşdirmə) Mərkəzinin aparıcı aqronomu Rəşid Hacıyev tərəfindən məhkəməyə təqdim edilmiş rəyə ümumiyyətlə ekspert rəyi adını vermək olmaz. Apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
28. Maddə 14.2.6. Başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasıdır.
29. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərə rin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
30. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
31. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
32. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
33. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
34. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
35. Maddə 1110. Heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədb irlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir.
36. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq no rmalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlımünasibətinə uyğun əsaslandırılmalıdır.
42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normal arının düzgün tətbiq edilməsini yoxlayır.
44. Maddə 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
45. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətin dən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
48. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq edib və iş də, cavabdehin kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
49. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
50. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, hazırkı tələbin qanuni əsasını Mülki Məcəllənin 1110-cu maddəsi təşkil edir və həmin maddəyə əsasən, heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanı n nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur.
51. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarına görə, Şabran rayonu ərazisində yerləşən 84.04 ha kənd təsərrüfatı təyinatlı (əkin) torpaq sahəsi iddiaçının icarəsinə verilmiş, iddiaçı həmin ərazidə taxıl-arpa yetişdirilməsi ilə məşğul olmuş, 03 may 2024-cü il və 17 may 2024-cü il tarixlərdə cavabdehin iri buynuzlu mal-qarası əkin sahəsinə daxil olmuşdur. İddiaçı qeyd edilən əsaslarla ona maddi ziyan vurulması səbəbindən hazırkı iddianı qaldırmış, iş materiallarında olan aktlar, fotoşəkillər, şahid ifadələri və rəylərə əsasən iddiaçıya maddi ziyan vurulması təsdiqini tapdığından, iddia təmin edilmişdir.
52. Cavabdeh istər birinci, istərsə də apellyasiya instansiyası məhkəm əsinə iddiaçının irəli sürdüyü dəlilləri və tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Əksinə, sözügedən torpaq sahəsinin suvarılan ərazi olması və orada arpa yetişdirilməsi işdə olan aktlarla, rəylə təsdiq olunur.
53. Hazırkı işə ərazi aidiyyət qaydalarının pozulması ilə baxılmasına dair cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdıraraq apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi xx.xx.2024-cü il tarixdə işə Şabran Rayon Məhkəməsində baxılmalı olması barədə qərardad qəbul etmiş, cavabdeh həmin qərardaddan şikayət verməmişdir. Ona görə də MPM-in müstəsna aidiyyət qaydalarını müəyyən edən 39-cu maddəsinin tələbləri baxımından apellyasiya şikayətin in qeyd edilən dəlili də əsaslı hesab edilə bilməz.
54. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülk i Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qə r a r a a l d ı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 04 mart 2025-ci il tarixli, 2(105)-386/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.