Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-1597/2025 23.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Emina Bəhruz qızının katibliyi ilə, İddiaçı MTK-nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mülkiyyət hüququnun itirilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: İddia tələbi :
1. İddiaçı MTK-nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mülkiyyət hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh1 məxsus ünvan 1 ünvanda 59.3 kv.metr olan yaşayış sahəsinin boşaldılaraq İddiaçı MTK-nə təhvil verilməsi, həmin qeyri-yaşayış sahəsinin əvəzinə İddiaçı Mənzil Tikinti Kooperativi tərəfindən ona həmin ərazidə, yeni tikiləcək 9 saylı binanın 7-ci mərtəbəsində xarici sahəsi 91 kv.m, daxili sahəsi 79.6 kv.m olan 1 ədəd 3 otaqlı 3B-40 nömrəli təmirli mənzil və həmin binada sahəsi 18 kv.m olan 1 ədəd qaraj verilməsi, əlavə olaraq mülkiyyətçiyə mənzili təhvil verdiyi gündən yeni mənzillə təmin olunan günədək 750 manat kirayə haqqı Kooperativ tərəfindən ödənilməsi, mülkiyyətçinin mənzilindəki əşyaların köçürülməsi üçün 500 manat daşıma xərcinin təmin edilməsi, Cavabdeh1 ona məxsus olan hazırkı yaşayış sahəsinin mülkiyyət hüququnun itirilməsi, Cavabdeh2 məxsus ünvan 2 ünvanda 58,7 kv.m olan yaşayış sahəsini boşaldılaraq İddiaçı MTK-nə təhvil verilməsi, həmin yaşayış sahəsinin əvəzinə İddiaçı Mənzil Tikinti Kooperativi tərəfindən ona həmin ərazidə, yeni tikiləcək 7 saylı binanın 5-ci mərtəbəsində xarici sahəsi 94 kv.m, daxili sahəsi 82 kv.m olan 1 ədəd 3 otaqlı 3B-30 nömrəli təmirli mənzil və həmin binada sahəsi 18 kv.m olan 1 ədəd qaraj verilməsi, əlavə olaraq Mülkiyyətçiyə mənzili təhvil verdiyi gündən yeni mənzillə təmin olunan günədək 750 manat kirayə haqqı Kooperativ tərəfindən ödənilməsi, mülkiyyətçinin mənzilindəki əşyaların köçürülməsi üçün 500 manat daşıma xərcinin təmin edilməsi, Cavabdeh2 ona məxsus olan hazırkı yaşayış sahəsinə mülkiyyət hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 338 saylı sərəncamı ilə İddiaçı Mənzil Tikinti Kooperativinin xx.xx.2021-ci il tarixli, 1/14 saylı müraciəti, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2021-ci il tarixli, XO-01 -02*2021 -07818 saylı, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli, **********06 saylı rəyləri və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitunun xx.xx.2021-ci il tarixli,xx/xx-01239 saylı razılıq məktubu, eləcə də Azərbaycan Respublikasının Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 saylı fərmanı ilə təsdiq olunmuş “Yerli İcra Hakimiyyətləri haqqında” Əsasnamənin və torpaq qanunvericiliyinin tələbləri nəzərə alınmaqla, Bakı şəhəri, Nizami rayonu, 2519-cu məhəllədə, K.Balakişiyev və Nəsimi küçələrinin kəsişməsində, yerquqruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 6,02 ha. torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri(mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun tənzimlənməsi şərti ilə yeni, çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün İddiaçı Mənzil Tikinti Kooperativinin icarə əsasında istifadəsinə verilmişdir. İddiaçı Mənzil Tikinti Kooperativi həmin sərəncamların icrası ilə əlaqədar mühim işlər görmüş, ərazidə yaşayan sakinlərin əksəriyyəti ilə razılıq əldə edərək onların yaşadığı istismar müddəti bitmiş, yaşayış üçün yararsız olan binaları sökərək yeni müasir tipli, yüksək mərtəbəli binalar tikmiş, əvvəlki mənzillərdən daha artıq yaşayış sahəsi olan mənzilləri tam təmirli vəziyyətdə razılığa gəlmiş sakinlərin istifadəsinə vermişdir. Həmin işlər hal-hazırda davam etdirilir. Lakin binalar üzrə sakinlərin əksəriyyəti ilə müqavilələr bağlansa da tikinti işlərinə hələ də başlanmamışdır. Bunun səbəbləri cavabdehlər tərəfindən törənən maneələrdir. Belə ki, cavabdehlərin istifadəsində olan yaşayış sahəsinin mülkiyyətçiləri danışıqların aparılması və razılığın əldə olunması üçün razılığa gəlmirlər. Cavabdehlərin bu hərəkətlərinin MTK-nin işlərini gecikdirməkdən başqa heç bir hüquqi tərəfi yoxdur və onların bu gecikdirmələrinə görə MTK ilə razılığa gələn sakinlər getdikcə yaxın zamanda yeni mənzil əldə etmək ümidlərini itirirlər. Kooperativ onlarla bağlanmış müqavilələrin şərtlərinə müəyyən edilmiş müddət ərzində əməl etməzsə külli miqdarda zərərlə üzləşə bilər. Belə olan halda, kooperativin məhkəməyə müraciət etməkdən başqa çarəsi qalmır. Xatırladır ki, Cavabdeh1 ünvan 4 ünvanda 59,3 kv.m olan yaşayış sahəsi vardır. İddiaçı MTK onun 59.3 kv.m olan yaşayış sahəsinin əvəzində orada inşa ediləcək 9 saylı yeni yaşayış binasında 7-ci mərtəbəsində xarici sahəsi 91 kv.m, daxili sahəsi 79.6 kv.m olan 1 ədəd 3 otaqlı 3B-40 nömrəli təmirli mənzil və həmin binada sahəsi 18 kv.m olan 1 ədəd qaraj sahəsi təklif edir. Əlavə olaraq Mülkiyyətçiyə mənzili təhvil verdiyi gündən yeni mənzillə təmin olunan günədək 750 manat kirayə haqqı Kooperativ tərəfindən ödənilicəkdir. Mülkiyyətçinin mənzilindəki əşyaların köçürülməsi üçün 500 manat daşıma xərci təmin ediləcəkdir. Digər Cavabdeh2 ünvan 2 ünvanda 58.7 kv.m olan yaşayış sahəsi vardır. Onun əvəzinə İddiaçı MTK onun 58.7 kv.m olan yaşayış sahəsinin əvəzində orada inşa ediləcək 7 saylı yeni yaşayış binasında 5-ci mərtəbəsində xarici sahəsi 94 kv.m, daxili sahəsi 82 kv.m olan 1 ədəd 3 otaqlı 3B-30 nömrəli təmirli mənzil və həmin binada sahəsi 18 kv.m olan 1 ədəd qaraj sahəsi təklif edir. Əlavə olaraq Mülkiyyətçiyə mənzili təhvil verdiyi gündən yeni mənzillə təmin olunan günədək 750 manat kirayə haqqı Kooperativ tərəfindən ödəniləcəkdir. Mülkiyyətçinin mənzilindəki əşyaların köçürülməsi üçün 500 manat daşıma xərci təmin ediləcəkdir.
Tərəflərin izahatları :
3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı MTK-nın nümayəndəsi və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir.
4. İddiaçı MTK-nın nümayəndəsi Nümayəndə1 ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir.
5. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq :
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
170.1. Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.2. İşin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. 170.3. Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır : 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa.
7. “Dövlət rüsumu haqqında” Qanun :
5.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır: 5.1.2. ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə.
8. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli Qərarı 2-ci bənd :
Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.
Məhkəmənin mövqeyi :
9. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.
10. Belə ki, iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmiş, iş üzrə hazırlıq iclası təyin edilmişdir. İddiaçı MTK-nın nümayəndəsi Nümayəndə1 ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
11. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hüququn hamılıqla qəbul olunmuş dispozitivlik prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri gütürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərar).
12. Konstitusiya Məhkəməsinin Plenumu L.İ.Binnətovanın şikayəti üzrə 8 may 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin, ilk növbədə tərəflərin iş materiallarından və prosessual hüquqlardan maraqlarına uyğun sərbəst istifadə etməsinin mümkünlüyünü nəzərdə tutur. Buna uyğun olaraq iddianın qaldırılması, onun əsasının və predmetinin müəyyənləşdirilməsi, habelə iddiadan imtina edilməsi iddiaçının iradəsindən asılıdır.
13. Mülki prosessual qanunvericiliyə əsasən hazırlıq icraatında iddiaçının vəsatəti ilə ərizə geri qaytarıla bilər.
14. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli Qərarına əsasən hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.
Nəticə :
15. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən hazırlıq icraatı mərhələsində iddia ərizəsinin geri qaytarılması barədə ərizə verildiyindən mülki prosessual qanunvericiliyin tələbinə əsasən İddiaçı MTK-nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mülkiyyət hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılmalıdır.
16. Həmçinin məhkəmə qeyd edir ki, hazırki mülki iş materiallarına əlavə edilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu (Ödəyici: Nümayəndə1: FİN:xxxxxxx; qəbzin nömrəsi:**********; büdcə səviyyə kodu:142213; tarix:xx.xx.2025 saat:15:27) dövlət büdcəsindən iddiaçının nümayəndəsi Nümayəndə1 geri qaytarılmalıdır.
17. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170-ci maddəsini və “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli Qərarını rəhbər tutaraq, məhkəmə
Qərara Aldı:
İddiaçı MTK-nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mülkiyyət hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılsın. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu (Ödəyici: Nümayəndə1: FİN:xxxxxxx; qəbzin nömrəsi:**********; büdcə səviyyə kodu:142213; tarix:xx.xx.2025 saat:15:27) dövlət büdcəsindən iddiaçının nümayəndəsi Nümayəndə1 geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Starə Əliyeva