Məhkəmə qərarları › İş №2(007)-163/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-163/2022

08.07.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-163/2022 08.07.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X13 Mirzəyevin sədrliyi, X6 Qurbanovun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1,nümayəndəsi-vəkili Vəkil2, Cavabdeh MMC-nin nümayəndəsi-vəkili Vəkil1, Cavabdeh MMC-nin nümayəndələri Nümayəndə3 və Nümayəndə4 iştirakı ilə İddiaçı İstahsalat firmasının Cavabdeh MMC-nə və maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı çıxarışın ləğvi və sahənin boşaldılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı İstahsalat firması Cavabdeh MMC-nə və maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı qarşı çıxarışın ləğvi və sahənin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə işə baxılarkən Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi-vəkili Vəkil2 iddia tələbini onunla əsaslandırdı ki, İddiaçı Elmi-İstehsalat firmasının Bakı Şəhər İcra Hakimiyyətinə ünvanladığı xx.xx.1995-ci il tarixli 15 saylı məktub əsasında Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ona xx.xx.1995-ci il tarixdə Nizami rayonu, Keşlə qəsəbəsi, 2213-cü məhəllədə, Yenikənd küçəsində inşaat mallarının istehsalı sexinin layihələşdirməsi və tikintisi üçün torpaq ayrılması barədə sərəncam veriilmiş və bu sərəncamda əsasən 8 avqust 1998-ci il tarixdə 98/219 saylı torpağın ayrılmasına dair aktla Nizami rayonu, Keşlə qəsəbəsi, 2213-cü məhəllə, Yenikənd küçəsində inşaat mallarının istehsalı sexinin layihələşdirməsi və tikintisi üçün İddiaçı Elmi-İstehsalat firmasına 0,4 ha torpaq səhəsi ayrılmışdır.Həmin torpağı təyinatı üzrə istifadə edərək tikililər tikilib.Qeyd olunan torpaq və tikililərə dair 31 may 2000-ci il tarixdə Texniki pasport verilib.xx.xx.2007-ci il tarixli çıxarışa əsasən İddiaçı Elmi-İstehsalat firmasının həmin ərazi və tikililər üzərində mülkiyyət hüququ qeydiyyata alınıb.İddiaçı Elmi-İstehsalat firmasına 0,4 ha torpaq sahəsi ayrılmasına baxmayaraq faktiki istifadədə olan torpaq sahəsi 4604,4 kvm. olub və bu barədə 31 may 2000-ci il tarixdə Texniki pasportda müvafiq qeyd aparılıb. Nizami rayonu, Keşlə qəsəbəsi, 2213-cü məhəllə, Yenikənd küçəsində inşaat mallarının istehsalı sexinin layihələşdirməsi və tikintisi üçün İddiaçı Elmi- İstehsalat firmasına ayrılan torpaq sahəsində tikib istifadə etdiyi tikintinin 1110,2 kvm hissəsini və 0,01877 ha torpaq sahəsini "xxxx"ASC-yə olan kredit borcunun əvəzində hərrac yolu ilə xx.xx.2017-cu il tarixdə ******* nömrəli çıxarışa əsasən "xxxx" ASC-nin mülkiyyətinə keçib.Bundan sonra "xxxx"ASC öz mülkiyyətində olan 1110,2 kvm.tikilini və 0,01877 ha. torpaq sahəsini notarial qaydada Cavabdeh MMC-yə satıb və «Zərdabi LTD” MMC aldığı 1110,2 kv.m tikinti hissəsi və 0,01877 ha torpaq sahəsinə çıxarış alan zaman DƏDRX-nin müvafiq əməkdaşı ilə sövdələşərək qanunsuz olaraq İddiaçı Elmi-İstehsalat fırmasına məxsus olan 0,11023 ha torpaq sahəsini cavabdeh “Zərdabi LTD" MMC-yə xx.xx.2019-cu il tarixdə verilən ********** nömrəli çıxarışa əlavə etməklə həmin 0,11023 ha torpaq sahəsini də Cavabdeh MMC-nin mülkiyyətində olduğunu göstərmişdir.Bundan sonra Cavabdeh MMC tərəfindən Nizami rayonu, Keşlə qəsəbəsi, 2213-cü məhəllə, Yenikənd küçəsində yerləşən faktiki 4416,7 kvm. torpaq sahəsini və iddiaçıya məxsus tikililəri də zəbt edərək qanunsuz olaraq istifadə edir və bir giriş qapısı olan həmin qapıda öz mühafizəsini quraraq iddiaçını əraziyə buraxmır və bildirirlər ki, ərazi onlara məxsusdur. Qeyd olunanlara əsasən cavabdeh “Zərdabi LTD" MMC-yə xx.xx.2019-cu il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən ********** nömrəli çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi, “Zərdabi LTD" MMC-nin zəbt etdiyi,iddiaçıya məxsus 4416.7 kvm. torpaq sahəsindən və müvafiq tikililərdən əşyaları ilə birlikdə öz hesabına boşaldılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə1 da eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh MMC-nin nümayəndəsi-vəkili Vəkil1 iddianı qəbul etməmiş və izahat verərək göstərmişdir ki,iddiaçının təqdim etdiyi ayrıc aktındakı sxemin forması və ölçülərindən də göründüyü kimi onun qeyd etdiyi torpaq sahəsi ilə Cavabdeh MMC-nin istifadəsində olan torpaq sahəsi fərqli torpaq sahələridir. Qanunvericiliyin tələbinə uyğun olaraq Cavabdeh MMC "xxxx" ASC-dən əmlak kompleksini bütov halda, yəni tikililər və texniki pasportda göstərilmiş torpaq sahəsi ilə birlikdə almış və bu zaman hər hansı bir pozuntuya yol verilməmişdir. Məhkəməyə təqdim edilmiş sənədlərdən, 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 2-1(82)-1257/2014 saylı xx.xx.2014-cü il tarixli qərarından, sorğulara dair əldə edilmiş cavablardan da sübuta yetirilir ki, Cavabdeh MMC-nin istifadəsində olan Nizami rayonu, Keşlə qəsəbəsi, Yenikənd küçəsi 2213-cü məhəllədə yerləşən torpaq sahəsi bələdiyyə torpağıdır, həmin torpaq dövlət mülkiyyəti olmadığından ona dair Bakı Şəhər İcra Hakimiyyətinin sərəncam verməsi qeyri-mümkündür. Arxiv sənədlərində Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli “Torpaq sahəsinin ayrılması haqqında” 1019 saylı sərəncamı mövcud olsa da, sərəncam qanunsuz verilmiş, sərəncama dair heç bir alt sənəd, ayrıc aktı, cizgi sxem və s. sənədlər sərəncama əlavə edilməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi ayrıc aktı isə nə müəssisənin, nə də heç bir dövlət orqanın möhürü ilə təsdiqlənməmiş, ayrıc aktının mötəbərliyi təsdiqini tapmır, sərəncamın hansı torpaq sahəsinə dair verilməsi qeyri müəyyəndir. Belə olan halda iddiaçının hazırkı iddia tələbinə dair subyektiv hüququ mövcud deyildir. Qeyd olunanlara əsasən iddianın təmin olunmamasını xahiş etmişdir. Cavabdeh MMC-nin nümayəndələri Nümayəndə3 və Nümayəndə4 da eyni məzmunlu izahat verərək iddianın təmin olunmamasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və müstəqil tələb irəli sürməyən 3-cü şəxs Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti öz nümayəndələrini məhkəməyə göndərməmişlər. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləin izahatlarını dinləyib,iş materiallarını araşdıraraq hesab edir ki,iddia təmin olunmamalıdır. İş materiallarında olan: Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli “Torpaq sahəsinin ayrılması haqqında” 1019 saylı sərəncamından görünür ki, İddiaçı Elmi-İstehsalat firmasının xx.xx.1995-ci il tarixli,15 nömrəli məktubu nəzərə alınaraq, həmin müəssisəyə Bakı şəhəri Nizami rayonu Yenikənd küçəsindəki 2213-cü məhəllədə inşaat materiallarının istehsalı sexinin layihələşdirilməsi və tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyi Əmlakın İnvertarlaşdırılması Bürosunun təsdiq etdiyi "xxxx" X9 verilmiş 31 may 2000-ci il tarixli texniki pasportunda Bakı şəhəri Nizami rayonu Yenikənd küçəsindəki 2213-cü məhəllədə inşaat materiallarının istehsalı sexinin tikinti altı sahəsi 1290,0 kvm.,o cümlədən ümumi sahə 1110,2 kvm.,əsas sahə 922,5 kvm.,köməkçi sahəsi isə 187,7 kvm. göstərilmişdir. Həmin texniki pasportda torpaq sahəsi sənəd üzrə 4000 kvm.,faktiki 4604,4 kvm.,yaşıllıq sahəsi 488,0 kvm.,açıq torpaq sahəsi 2189,3 kvm.,ümumi tikinti altı sahə isə 1927.1 kvm. göstərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanlnda DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh MMC-yə verilmiş xx.xx.2019-cu il tarixli texniki pasportunda Bakı şəhəri Nizami rayonu Yenikənd küçəsindəki 2213-cü məhəllədə əmlak kompleksi kimi müəssisənin tikinti altı sahəsi 1290,0 kvm.,o cümlədən ümumi sahə 1110,2 kvm.,əsas sahə 922,5 kvm.,köməkçi sahəsi isə 187,7 kvm. göstərilmişdir. Həmin texniki pasportda torpaq sahəsi faktiki 4604,4 kvm.,tamet örtüklü sahəsi 488,0 kvm.,açıq torpaq sahəsi 2189,3 kvm.,ümumi tikinti altı sahə isə 1927.1 kvm. göstərilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2iqt(81)-1666/2013 saylı,06 iyun 2013-cü il tarixli qərarı ilə İddiaçı Elmi-İstehsalat firmasının cavabdehlər "xxxx"ASC-yə və “Layner” firmasına qarşı “sonrakı ipoteka müqaviləsinə əlavə razılığın etibarsız hesab edilməsi,əmlakın yüklülükdən azad edilməsi” barədə ilkin iddia təmin olunmamış,iddiaçı "xxxx"ASC-nin cavabdehlər İddiaçı Elmi- İstehsalat firmasına, və “Layner” firmasına qarşı kredit və faiz borcunun tutulması,tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi” barədə qarşılıqlı iddiası qismən təmin olunmuş “Layner” firmasından "xxxx"ASC-nin xeyrinə 24 yanvar 2013-cü il tarixinə olan 1.109.700 manat əsas borcun,912.998,39 manat faiz borcunun,cəmi 2.543.226,33 manat məbləğində borcun və 20 manat dövlət rüsumunun tutulması,tutmanın təminat kimi ipoteka ilə yüklü edilmiş İddiaçı Elmi-İstehsalat firmasına məxsus Bakı şəhəri Nizami rayonu Yenikənd küçəsindəki 2213-cü məhəllədə yerləşən inşaat materialları sexinə yönəldilməsi,həmin obyektin boşaldılaraq açıq hərrac yolu ilə satılması,satışdan əldə olunmuş vəsaitin borcun ödənilməsinə yönəldilməsi,qarşılıqlı iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Həmin qərar Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 417/2013 saylı iş üzrə qəbul etdiyi 17 sentyabr 2013-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2(102)-33/14 saylı iş üzrə qəbul etdiyi xx.xx.2014-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-417/2013 saylı iş üzrə qəbul etdiyi 17 sentyabr 2013-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmış, İddiaçı Elmi-İstehsalat firmasının kassasiya şikayəti təmin olunmamışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2603/2017 saylı iş üzrə qəbul etdiyi 27 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı Elmi-İstehsalat firmasının cavabdeh "xxxx" MMCyə qarşı qiymətləndirmə rəyinin etibarsız hesab edilməsi, “Daşınar və Daşınmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzi MMC-nin Bakı şəhəri Nizami rayonu Yenikənd küçəsindəki 2213-cü məhəllədə yerləşən inşaat materialları sexinə dair 27 aprel 2017-ci il tarixli 24/04 saylı hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və həmin protokol əsasında "xxxx"ASC-nin mülkiyyət hüququnun qeydiyyata alınmasına dair ********** saylı,qeydiyyat tarixi xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın dövlət qeydiyyatı və bununla bağlı DƏDRX-dən verilmiş RX seriyalı,1070795 saylı çıxarışın ləğv edilməsi barədə iddiası təmin olunmuşdur. Həmin qətnamədən "xxxx"ASC-nin verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 08 avqust 2018-ci il tarixli qətnaməsi ilə təmin olunmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2603/2017 saylı iş üzrə qəbul etdiyi 27 oktyabr 2017-ci il tarixli qətnaməsi ləğv olunmuş,idda təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 08 avqust 2018-ci il tarixli qətnaməsindən İddiaçı Elmi- İstehsalat firmasının verdiyi kassaiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 yanvar 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş,qətnamə dəyişdirilmədən saxlanmışdır. DƏDRX-dən verilmiş RX seriyalı ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri Nizami rayonu Yenikənd küçəsindəki 2213-cü məhəllədə yerləşən, sahəsi 1110,2 kvm olan əmlak kompleksi kimi müəssisəyə-"xxxx"ASC-nin mülkiyyət hüququ xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.Həmin çıxarışda əmlak kompleksinin ölçüsü 1110.2 kvm. torpaq sahəsinin olçüsü isə 0.01877 ha göstərilmişdir. Daşınmaz Əmlakın alqı-satqısına dair 21 may 2019-cu il tarixli AN-İ seriyalı,0780023 saylı müqavilədən görünür ki,catıcı- "xxxx"ASC Bakı şəhəri Nizami rayonu Yenikənd küçəsindəki 2213cü məhəllədə yerləşən,sahəsi 1110,2 kvm olan əmlak kompleksi kimi müəssisəni(qeyri-yaşayış sahəsini) tam hissədə 847700 manata alıcı- Cavabdeh MMC-yə satmışdır. DƏDRX-dən verilmiş çıxarışdan görünür ki, Bakı şəhəri Nizami rayonu Yenikənd küçəsindəki 2213-cü məhəllədə yerləşən,sahəsi 1110,2 kvm olan əmlak kompleksi kimi müəssisəyə - Cavabdeh MMC-nin mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Həmin çıxarışda əmlak kompleksinin ölçüsü 1110.2 kvm. torpaq sahəsinin olçüsü isə 0.129 ha göstərilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsindən daxil olmuş xx.xx.2021-ci il tarixli məktubda qeyd olunur ki,Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, 2213cü məhəllə, Yenikənd küçəsində yerləşən əmlakın “Zərdabi LTD" MMC-nin mülkiyyətinə verilməsinə əsas olan sənədlər barədə məlumat və sənəd surətlərinin göndərilməsinə dair müraciətinizə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Əıazi İdarəsində baxılmışdır.Bununla əlaqədar olaraq bildiririk ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, 2213cü məhəllə, Yenikənd küçəsində yerləşən əmlak kompleksi 12 saylı notariat kontorunun 4Ə- 866 reyestr nömrəli xx.xx.2019-cu il tarixli alqı-satqı (elektron) müqaviləsinə əsasən Cavabdeh MMCnin adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsindən Xırdalan şəhər Vəkil Bürosuna ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd olunur ki,Sizin reyestr nömrələri qeyd olunmuş ünvanlar barədə müvafiq məlumatların verilməsi haqqında müraciətə baxılmışdır.Bununla əlaqədar bildiririk ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli 1019 nömrəli sərəncamı ilə İddiaçı Elmi- İstehsalat firmasına Bakı şəhəri, Nizami rayonu, Yenikənd küçəsi, 2213-cü məhəllədə yerləşən inşaat materiallarının istehsalı sexinin layihələşdirilməsi və tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında məlumat (sənəd) mövcuddur.Sonradan İddiaçı X12nın adına Bakı şəhəri, Nizami rayonu, Yenikənd küçəsi, 2213-cü məhəllədə yerləşən inşaat materialları istehsalı sexinə (ü/s-1110,2 kv.m.) xx.xx.2000-ci il tarixli 000279 nömrəli “Mülkiyyət hüququ haqqında” şəhadətnamə verilmişdir. Sözügedən şəhadətnamə əsasında həmin əmlak kompleksi xx.xx.2006-cı il tarixdə İddiaçı X12nın adına dövlət reyestrində qeydiyyata alınmışdır. “Hərracın yekunları barədə 24/04 saylı, xx.xx.2017ci il tarixli protokola”, “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2017-ci il tarixli müqavilə”yə və Nərimanov Rayon Məhkəməsinin 2iqt(81)-1666/2013 saylı qətnaməsinə və eyni nömrəli icra vərəqəsinə əsasən qeyd olunan əmlak kompleksi “AGBank" ASC-nin adına rəsmiləşdirilmişdir. 12 saylı NK-nın 4ə-866 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin imzalanması ilə həmin əmlak "xxxx" MMC-nin mülkiyyətinə keçmişdir və hüquqi şəxsin adı ilə bağlı ********** qeydiyyat nömrəli, **********55-12301 reyestr nömrəli çıxarış tərtib edilmişdir.ünvan 4 ünvanı və xüsusi mülkiyyətdə olan 0,261 ha torpaq sahəsi X2 adına 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (82)-1257/2014-cü il tarixli, xx.xx.2014- cü il tarixli qərarına əsasən ilkin qeydiyyata alınmışdır və onun adı ilə bağlı olaraq **********54-10301 reyestr, ********** qeydiyyat nömrəli çıxarış tərtib olunmuşdur. Lakin 13 saylı DNK-nın 4ə-59 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli dəyişdirmə müqaviləsinə və bölgü sxeminə əsasən sözügedən fərdi yaşayış evi və onun yerləşdiyi xüsusi mülkiyyətdə olan 0,19ha torpaq sahəsi X4 mülkiyyətinə verilmişdir və **********98-10301 reyestr, ********** qeydiyyat nömrəli çıxarış ilə onun adına rəsmiləşdirilmişdir.Bakı Şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, 2213-cü məhəllə, Yenikənd küçəsi, 11C saylı sahədə yerləşən 0.0710 ha torpaq sahəsi 13 saylı DNK-nın 4ə-59 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli dəyişdirmə müqaviləsinə və bölgü sxeminə əsasən X2 adına **********00 reyestr, ********** qeydiyyat nömrəli çıxarış ilə qeydə alınmışdır, lakin sözügedən torpaq sahəsi 9 saylı NK-nın 4ə-437 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X1 mülkiyyətinə keçmişdir. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsindən Xırdalan şəhər Vəkil Bürosuna ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd olunur ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, məhəllə 2213 ünvanında yerləşən daşınmaz əmlak haqqında məlumatın verilməsi ilə bağlı müraciətə 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır.Bununla əlaqədar olaraq biidiririk ki, Bakı şəhəri, Nizami rayonu. Keşlə qəsəbəsi məhəllə 2213 ünvanında yerləşən əmlak kompleksinə (İnşaat materialları istehsalı sexi)dair İddiaçı elmi-istehsalat firmasının adına 000279 nömrəli xx.xx.2000-ci ii tarixmülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir.Həmin şəhadətnamə əsasında İddiaçı elmi-istehsalat firması xx.xx.2006-cıtarixdə sözügedən ünvana dair çıxarış almışdır.xx.xx.2017-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-saiqısı barədə müqaviləyə, 24/04 nömrəli xx.xx.2017-ci il tarixli hərrac protokoluna, Nərimanov Rayon Məhkəməsinin 2iqt(81)-1666/2013 nömrəli xx.xx.2014-cü il tarixli qətnaməsinə və eyni nömrəli icra vərəqəsinə əsasən sözügedən əmlak kompleks "xxxx" ASC-nin adına qeydiyyatda rəsmiləşdirilmişdir.12 saylı DNK-nın 21,05.2019-cu il tarixli 4Ə-866 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən sözügedən əmlak kompleks Cavabdeh MMC-nin adına, qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Məhkəmənin sorğusuna cavab olaraq DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli məktubda qeyd olunur ki,Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, 2213cü məhəllə, Yenikənd küçəsində yerləşən əmlakın “Zərdabi LTD" MMC-nin mülkiyyətinə verilməsinə əsas olan sənədlər barədə məlumat və sənəd surətlərinin göndərilməsinə dair müraciətinizə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Əıazi İdarəsində baxılmışdır.Bununla əlaqədar olaraq bildiririk ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, 2213cü məhəllə, Yenikənd küçəsində yerləşən əmlak kompleksi 12 saylı notariat kontorunun 4Ə- 866 reyestr nömrəli xx.xx.2019-cu il tarixli alqı-satqı (elektron) müqaviləsinə əsasən Cavabdeh MMCnin adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Əmlak Məsəlləri Dövlət Komitəsinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyində qeyd olunur ki, “Bildiririk ki, tədqiqat obyektinə müayinə edilməsi üçün idarənin müvafiq şöbəsinin mühəndisinventarlaşdırıcısı X5 (əlaqə nömrəsi: 055.716.14.35) iştirakı 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən həvalə edilmişdir. Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, 2213-cü məhəllə, Yenikənd küçəsində yerləşən, hal- hazırda Cavabdeh MMC-nin istifadəsində olan torpaq sahəsi (4604.4 m2) arxiv sənədlərinə əsasən "xxxx" EİB-yi tərəfindən alınmış 000279 qeydiyyat nömrəli xx.xx.2000-ci il tarixli şəhadətnamədə və 31,05.2000-ci il tarixli texniki pasportda göstərilən tikili və torpaq sahəsi ilə eynidir. Həmin torpaq sahəsinin koordinatlarına əsasən BŞİH-nin xx.xx.1995-ci il tarixli sərəncamı ilə ayılmış 98/29 saylı xx.xx.1998-ci il tarixli ayrılan Ayrıc aktının perimetrik ölçü və bucaqlarına əsasən 4000,0 m2 torpaq sahəsinin bir hissəsində yerləşir, yerdə qalan digər hissələrinə isə ********** qeydiyyat nömrəli xx.xx.2017-ci il tarixli və ********** qeydiyyat nömrəli 11,04.2017-ci il tarixli çıxarışlar verilmişdir. Çıxarışlara əsasən torpaq sahəsi 2600,0 m2 təşkil edir. Cavabdeh MMC-nin texniki pasportuna əsasən 4606,4 kvm. istifadəsində olan torpaq sahəsində yerləşən və MMC-nin mülkiyyətində olan A, B, C və D tikililərinə baxış zamanı "B” tikilisinə bitişik 1mərtəbəli tikili tikilkmişdir, “A” tikilisinin daxilində arakəsmələr götürülmüş kalonlar quraşdırılmış və bir hissəsində əlavə mərtəbə tikilmişdir, “B” tikilisinin bir hissəsinin daxilində rekonstruksiya aparılıb əlavə mansard mərtəbə quraşdırılmışdır, “C” tikilisinində rekonstruksiya işləri aparılmışdır, “D” tikilisi və “İİ” ilə işarələnmiş qurğu sökülmüşdür. Ümumiyyətlə bütün mövcud tikililərin dam örtükləri dəyişdirilmişdir. Aparılmış işlərə dair hüquqmüəyyənedici sənədlər təqdim olunmamışdır. Ayrıc aktının yerdə qalan hissəsində yerləşən və başqa şəxslərə məxsus torpaq sahəsinə və tikililərə baxış keçirilməsinə şərait yaradılmamışdır. Ərazinin faktiki vəziyyətə Ayrıc aktına əsasən yerləşmə cizgisi əlavə olunur” Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə təkrar mütəxəssis rəyinin alınması qərara alınmış və mütəxəssis rəyinin verilməsi Əmlak Məsəlləri Dövlət Komitəsinin mütəxəssislərinə həvalə olunmuşdur. Mütəxəssis qarşısında aşağıdakı suallar qoyulmuşdur:1.Əvvəlki xx.xx.2022-ci il tarixli rəydə qeyd olunan 2600.0 kv.m BŞİH-nin xx.xx.1995-ci il tarixli sərancamına əsasən İddiaçı Elmi- İstehsalat firmasına ayrılmış sənəd üzrə 4000 kv.m.,faktiki 4604,4 kv.m torpaq sahəsinin hüdudları daxilindədirmi? 2.Əgər hüdudları daxilindədirsə ********** qeydiyyat nömrəli,xx.xx.2017-ci il tarixli və ********** qeydiyyat nömrəli xx.xx.2017-ci il tarixli çıxarışlar hansı əsaslarla kimlərin mülkiyyətinə verilmişdir? Mütəxəssis rəyi xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Rəydə suallara cavab olaraq qeyd olunur ki: Birinci sala cavab: Bildiririk ki, qeyd olunan ünvanda yerləşən ********** qeydiyyat nömrəli, xx.xx.2014- cü il tarixli çıxarışla özəlləşən sahə, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli sərəncamı ilə ayrılmış 98/29 saylı, xx.xx.1998-ci il tarixli Ayrıc Aktının perimetrik ölçü və bucaqlarına əsasən ayrılmış 4000,0 m2 torpaq sahəsinin bir hissəsində yerləşir. Vahid elektron kadastr bazasına əsasən ********** və ********** qeydiyyat nömrəli əmlaklar “Zərdabi LTD" MMC-yə məxsus arxiv texniki pasportun baş planında göstərilən 4606.4 m2 torpaq sahəsinin hüdudlarından kənarda yerləşir.Məlumat üçün bildiririk ki, Ayrıc Aktı ilə təqdim edilən texniki pasport arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur. Belə ki, Ayrıc Aktı ilə torpaq sahəsinin 1389,0 m2 hissəsi **********98-10301 reyestr nömrəli əraziyə. 193,0 m2 hissəsi isə **********00 reyestr nömrəli sahəyə düşür. Ətraflı qeyd olunan ortofoto planını Sizə təqdim edirik. 2-ci suala cavab:Bildiririk ki, ********** qeydiyyat nömrəli və **********98-10301 reyestr nömrəli torpaq sahəsi xx.xx.2017-ci il tarixli dəyişmə müqaviləsi əsasında X8 adına qeydiyyata alınmışdır. Sözügedən ********** qeydiyyat nömrəli və **********00 reyestr nömrəli torpaq sahəsi. № 0613348, xx.xx.2017-ci il tarixli Alqı-Satqı müqaviləsi əsasında X3 adına qeydiyyata alınmışdır. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının aparatından Xırdalan Şəhər Vəkil Bürosuna ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda göstərilir ki, Azərbaycan Respublikası Prezidentinin “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2018-ci il tarixli, 226 saylı Fərmanına əsasən Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verildiyindən və idarəyə aid arxiv sənədləri müvafiq qurumda saxlanıldığından qaldırılan məsələ ilə əlaqədar aidiyyatı üzrə müraciət edilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti- Planlaşdırma Mərkəzi tərəfindən Xırdalan şəər vəkil bürosuna ünvanlanmış MİHO/2.1.2-2-2022- 3227 saylı məktubda isə göstərilir ki, Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli “Torpaq sahəsinin ayrılması haqqında” 1019 saylı sərəncamının arxiv əsaslarının olub-olmaması dair məlumatın, müsbət halda həmin sərəncamın və ona əsas olmuş alt sənədlərin təsdiq olunmuş sürətlərinin verilməsi barədə xx.xx.2022-ci il tarixli 277 nömrəli müraciətinzə baxılmışdır. Bildiririk ki, Mərkəzin arxivində mövcud olmuş müvafiq sənədlərə baxış nəticəsində qeyt etdiyiniz məsələ ilə bağlı sənəd aşkar edilməmişdir. Cavabdehin nümayəndəsi-vəkili tərəfindən təqdim olunmuş Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Bakı İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan da görünür ki, Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli “Torpaq sahəsinin ayrılması haqqında” 1019 saylı sərəncamına əsas olmuş ( cizgi sxem və s) sənədlər əlavə edilməmişdir. Cavabdehin nümayəndəsi və vəkili tərəfindən məhkəməyə DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı İnzibati Məhkəməsinə göndərilmiş 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (82)-1257/2014-cü il tarixli, xx.xx.2014- cü il tarixli qərarı, X2 adına verilmiş **********54-10301 reyestr, ********** qeydiyyat nömrəli çıxarış, 13 saylı DNK-nın 4ə-59 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli dəyişdirmə müqaviləsi, X4 adına verilmiş **********98-10301 reyestr, ********** qeydiyyat nömrəli çıxarış, 9 saylı NK-nın 4ə-437 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi, X1 adına qeydiyyata alınmış **********00 reyestr nömrəli çıxarışlar təqdim edilmişdir. Məhkəmə tərəflərin izahatlarını, iş üzrə toplanmış materialları təhlil edərək belə qətnaətə gəlir ki, iddia tələbi rədd edilməlidir. İşin hallarından və toplanmış sübutlardan da görünür ki, Bakı şəhəri Nizami rayonu Yenikənd küçəsindəki 2213-cü məhəllədə inşaat materiallarının istehsalı sexinin ( əmlak kompleksi) İddiaçı Elmi-İstehsalat firması "xxxx"ASC-dən kredit götürməsi ilə əlaqədar özünə məxsus olan və həmin ünvandakı əmlak kompleksi kimi müəssisəni bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Lakin, İddiaçı Elmi-İstehsalat firması kredit öhdəliklərinə əməl etməmiş və yuxarıda sadalanan məhkəmə qərarına əsasən ipoteka predmeti açıq hərracdan satılmış və hərracın nəticələrinə görə həmin obyekt "xxxx"ASC-nin mülkiyyətinə keçmişdir. "xxxx"ASC xx.xx.2017-ci il tarixdə əmlaka mülkiyyət hüququ əldə edərkən əmlak kompleksinin ölçüsü 1110.2 kvm. torpaq sahəsinin olçüsü isə 0.01877 ha (187.7 kv/m) göstərilmişdir. Cəmi = 1297.9 kv.m Daha sonra "xxxx"ASC qeyd olunan əmlak kompleksini- Cavabdeh MMC-yə satmışdır. İddiaçı "xxxx" ASC ilə məhkəmə çəkişmələrinə girmiş və nəticədə Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2(102)-33/14 saylı iş üzrə qəbul etdiyi xx.xx.2014-ci il tarixli qərarı və Ali Məhkəməsinin 28 yanvar 2019-cu il tarixli qərarı ilə "xxxx" ASC-nin ******* saylı çıxarışı qanuni əsaslarla əldə etməsi müəyyən olunmuşdur. Cavabdeh isə "xxxx" ASC ilə bağlanılmış alqı-satqı müqaviləsi əsasında həmin əmlak komleksini özününkiləşdirmişdir. Məhkəmə “Cavabdeh MMC-yə verilmiş xx.xx.2019-cu il tarixli DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən ********** saylı çıxarışının etibarsız bilinərək ləğv edilməsi” hissəsində iddia tələbinə münasibətdə qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş hallar məhkəmələr tərəfindən yenidən araşdırıla və mübahisələndirilə bilməz. Müvafiq çıxarışın əldə edilməsi üçün əsas olmuş alt sənədlər mübahisələndirilmədiyindən və çıxarışın alt sənədləri olmuş "xxxx" ASC-nin ******* seriyalı çıxarışının qanuniliyi Ali Məhkəmənin sadalanan qərarları ilə təsdiqini tapdığından çıxarışın ləğv edilməsi hissəsində iddia tələbi rədd edilməlidir. 4416.7 kv.m torpaq sahəsinin zəbt edilməsi ilə bağlı iddiaçının dəlillərinə münasibətdə isə məhkəmə qeyd edir ki, Cavabdeh MMC-nin istifadəsində olan 4604.4 kv.m torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanlnda DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh MMC-yə verilmiş xx.xx.2019-cu il tarixli texniki pasport əsasında onun istifadəsinə verildiyindən və iddiaçının nümayəndəsi Nümayəndə1 da məhkəmədə "xxxx" X9 verilmiş 31 may 2000-ci il tarixli texniki pasportunu banka girova qoyduğunu etiraf etdiyindən Cavabdeh MMC torpaq sahəsini qanuni əsaslarla əldə etmişdir. "xxxx" X9 verilmiş 31 may 2000-ci il tarixli texniki pasport ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanlnda DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh MMC-yə verilmiş xx.xx.2019-cu il tarixli texniki pasportda göstərilən məlumatların eynilik təşkil etməsi iddiaçının bütünlükdə əmlak kompleksinin faktiki olaraq "xxxx" ASC-ə girov qoyması qənaətinə gəlməyə əsas verir. Əgər məhkəmə hesab etsə ki, Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli “Torpaq sahəsinin ayrılması haqqında” 1019 saylı sərəncamı və xx.xx.1998-ci il tarixli Ayrıc Aktı ilə iddiaçıya ayrılmış torpaq sahəsinin bir hissəsi və ya hamısı Cavabdeh MMC-ni faktiki istifadəsindədir, yenə də, cavabdehin həmin torpaq sahəsini zəbt etmədiyi iş üzrə araşdırılmış sənədlərlə öz təsdiqini tapır. Çünki iddiaçının nümayəndəsi E. Orucəliyevin "xxxx" X9 verilmiş texniki pasportu girova qoyduğunu etiraf etməsi və həmin texniki pasportun əsasında, cavabdehin adına verilmiş yeni texniki pasportun eyilik təşkil etməsi onu göstərir ki, "xxxx" X12 Bakı şəhəri Nizami rayonu Yenikənd küçəsindəki 2213-cü məhəllədə inşaat materialları sexini girov qoyarkən bütün sahəni daxilindəki tikililərlə birlikdə girova qoymuşdur. Bundan başqa DƏDRX-dən alınmış çoxsaylı cavablardan görünür ki, İddiaçı-nin ayrıc aktının hüdudları daxilində olan torpaq sahəsində X4 və X1 birlikdə mülkiyyətində 2600,0 m2 torpaq sahəsi vardır. Beləliklə,yuxarıda sadalanan sübutlarla müəyyən olunur ki, hal-hazırda mübahisəli torpaq sahəsinin 0.129 ha ( 1290 kv.m) hissəsi Cavabdeh-nin, 2600,0 kv.m hissəsi isə X4 və X1 mülkiyyətindədir. Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli “Torpaq sahəsinin ayrılması haqqında” 1019 saylı sərəncamı və 8 avqut 1998-ci il tarixli Ayrıc aktının mötəbərliyinə dair cavabdehin nümayəndəsi-vəkilinin dəlillərinə münasibətdə isə məhkəmə qeyd edir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan və məktuba əlavə edilmiş Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli “Torpaq sahəsinin ayrılması haqqında” 1019 saylı sərəncamının təsdiq olunmuş sürətindən də görünür ki, müvafiq sərəncamın arxiv əsasları mövcuddur və sərəncamın ləğv olunması və ya etibarsızlığı barədə hər hansı bir məlumat mövcud deyildir. İş materiallarına əlavə edilmiş Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Bakı İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubu, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (82)-1257/2014-cü il tarixli, xx.xx.2014- cü il tarixli qərarı, Əmlak Məsəlləri Dövlət Komitəsinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ünvanlanmış çoxsaylı məktubları əlaqəli şəkildə müqayisə edərək məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 8 avqut 1998-ci il tarixli Ayrıc aktının həqiqiliyi iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Belə ki, toplanmış sübutlardan, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin məktublarından və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (82)- 1257/2014-cü il tarixli, xx.xx.2014- cü il tarixli qərarından da müəyyən olur ki, Nizami rayonu, Keşlə qəsəbəsi, Yenikənd küçəsi 2213-cü məhəllədə iddiaçının təqdim etdiyi Ayrıc aktının perimetrik ölçüləri daxilində yerləşən X2 adına İlkin qeydiyyatdan keçmiş 2600.0 kv.m torpaq sahəsinə dair Nizami rayon Keşlə Bələdiyyəsinin 051 nömrəli xx.xx.2004-cü il tarixli qərari və torpaqların alqısatqısına dair akt mövcuddur. Nizami rayonu, Keşlə qəsəbəsi, Yenikənd küçəsi 2213-cü məhəllədə yerləşən inşaat materialları sexinə İddiaçı Elmi-İstehsalat firmasının adına “Mülkiyyət hüququ haqqında şəhadətnamə” isə bələdiyyə qərarından təxminən 4 il əvvəl verilmişdir. Yəni mülkiyyət hüququ haqqında şəhadətnamə ilə şəxsin adına qeydiyyatdan keçmiş və Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı onun istifadəsində verilmiş torpaq sahəsinə dair bələdiyyə tərəfindən digər şəxsin mülkiyyətinə verilməsi barədə qərar verilməsi, yəni sözügedən torpaq sahələrinin eyni torpaq sahəsi olması hüquqi cəhətdən mümkün deyil. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (82)-1257/2014-cü il tarixli, xx.xx.2014- cü il tarixli qərarı ilə müəyyən olunmuşdur ki, Nizami rayonu, Keşlə qəsəbəsi, Yenikənd küçəsi 2213-cü məhəllədə yerləşən və iddiaçının təqdim etdiyi Ayrıc Aktının perimetrik ölçüləri daxilində yerləşən 2600 kv.m torpaq sahəsi bələdiyyə mülkiyyəti olmuş, həmin torpaq sahəsi Keşlə bələdiyyəsi tərəfindən əvəzi ödənilməklə X2 mülkiyyətinə verilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş hallar məhkəmələr və başqa şəxslər üçün məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, Keşlə bələdiyyəsinin müvafiq xx.xx.2004-cü il tarixli qərarının həqiqiliyi və qanuniliyi, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.1998-ci il tarixli Ayrıc Aktının ( həqiqiliyi sübuta yetirilməsə belə) perimetrik ölçüləri daxilində yerləşən, hazırda X4 və X1 mülkiyyətində olan, ümumi sahəsi 2600.kv.m təşkil edən torpaq sahəsinin onların mülkiyyətinə verilməmişdən əvvəl bələdiyyə mülkiyyətində olması (bələdiyyə torpağı olması) mübahisə doğurmur. Toplanmış materiallardan və iddiaçının nümayəndəsi E. Orucəliyevin də məhkəmədə veridyi izahatdan aydın olur ki, mübahisəli torpaq sahəsinin bələdiyyə qərarı əsasında Zülfüqarov Fuadın adına mülkiyyətə verilməsi iddiaçıya məlum olmuş, lakin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (82)-1257/2014-cü il tarixli, xx.xx.2014- cü il tarixli qərarı və Keşlə bələdiyyəsinin qərarı iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Hazırda da mübahisələndirilmir. Odur ki, Nizami rayonu, Keşlə qəsəbəsi, Yenikənd küçəsi 2213-cü məhəllə yerləşən, X2 adına ilkin qeydiyyatdan keçmiş ( hazırda X8 və X1 mülkiyyətində olan) 2600 kv.m torpaq sahəsi və cavabdehin faktiki istifadəsində olan ( həmin torpaq sahəsinin 1290 kv.m hissəsi cavabdehin mülkiyyətindədir) 4604.4 kv.m torpaq sahəsi ilə Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1995ci il tarixli “Torpaq sahəsinin ayrılması haqqında” 1019 saylı sərəncamı ilə iddiaçıya ayrılmış (ayrılması üçün sərəncam verilmiş) torpaq eyni torpaq sahəsi deyildir. Məhkəməyə təqdim edilmiş 8 avqut 1998-ci il tarixli Ayrıc aktının isə arxiv əsasları olmadığından (həmin Ayrıc aktı arxiv məlumatlarında aşkar edilmədiyindən) sübut kimi qəbul edilə bilməz. İş materiallarında olan sübutlarla və mütəxəssis rəyləri ilə bəzi ziddiyyətləri tam araşdırmaqla konkret olaraq “Zərdabi LTD tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin zəbt olunmasını faktı müəyyən olunmamış, iddiaçı tərəfindən 8 avqut 1998-ci il tarixli Ayrıc aktının həqiqliyi və təkzibedilməzliyinə dair sübutlar təqdim edilməmiş, əksinə məhkəməyə təqdim edilmiş Ayrıc aktının hüdudları daxilində yerləşən torpaq sahsinin isə üçüncü şəxslərin mülkiyyətində olması, həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan torpaq sahələrinə aid olması və Cavabdeh-nin mülkiyyətində hal-hazırda əmlak kompleksi kimi müəssisə də daxil olmaqla 1290 kv.m torpaq sahəsinin olması və cavabdehin torpaq sahəsini,eləcə əmlak kompleksi kimi müəssisəni(inşaat materialları sexini) Cavabdeh-nin qanuni əsaslarla əldə etməsi tam olaraq öz təsdiqini tapır. Belə ki, əmlak kompleksi kimi müəssisə "xxxx"ASC-nin, daha sonra isə Cavabdeh-nin mülkiyyətinə tam olaraq, tikililərlə birlikdə keçmişdir. Digər tərəfdən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iddia tələbi digər şəxslərin- X4 və X1 da qanuni maraqlarına toxunduğundan, yəni iddiaçının istinad etdiyi Ayrıc Aktının bir hissəsində digər şəxslərin də mülkiyyətində olan torpaq sahələrin mövcud olduğundan və həmin şəxslərin mülkiyyət hüququnu təsdiq edən sənədlər mübahisələndirilmədiyindən iddia tələbi rədd edilməlidir. Digər mülkiyyətçilərə qarşı iddia tələbi irəli sürülmədiyi üçün onların hansı əsaslarla mübahisəli ərazidə torpaq sahəsi əldə etməsi araşdırılmadı. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsaslandırdığı halları sübuta yetirməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(68-ci paraqraf) “Qavazov Bolqarıstana qarşı” işi üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar”sübut standartları tətbiq edilir(93-cü paraqraf). Məhkəmə hesab edir ki,iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. İddiaçının təqdim etdiyi sübutlar iddianın tam və ya qismən təmin olunması üçün kifayət etmir.Qeyd olunanlara əsasən iddia təmin olunmamlıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı İstahsalat firmasının Cavabdeh MMC-nə və maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı çıxarışın ləğvi və sahənin boşaldılması tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir)ay müddətinə Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar