Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1647/2023 20.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Dadaşova Emina Bəhruz qızının katibliyi, İddiaçı MTK-nın vəkili və nümayəndəsi X5 və nümayəndəsi X16, Cavabdeh4 Rəhı̇ m qızının iştirakları ilə, İddiaçı MTK-nın cavabdehlər Cavabdeh4 Rəhı̇ m qızına, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhər Nizami Rayon İcra Hakimiyyəti cəlb edilməklə “mənzillərin sökülməsi, yeni təmirli mənzillərin verilməsi, kirayə haqqının ödənilməsi, mənzillərdən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MTK cavabdehlər Cavabdeh4 Rəhı̇ m qızına, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhər Nizami Rayon İcra Hakimiyyəti cəlb edilməklə “mənzillərin sökülməsi, yeni təmirli mənzillərin verilməsi, kirayə haqqının ödənilməsi, mənzillərdən çıxarılma” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X6 mülkiyyətindəki Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi 12 ünvanda yerləşən binadakı 58,0 kv.m sahəsi olan ikiotaqlı 2 saylı mənzilinin əvəzinə, 78,0 kv.m sahəsi olan ikiotaqlı təmirli mənzil, Cavabdeh1 mülkiyyətindəki həmin ünvanda yerləşən binadakı 48,4 kv.m sahəsi olan ikiotaqlı 3 saylı mənzilinin və sənədsiz sahəsinin əvəzinə, 78,0 kv.m sahəsi olan ikiotaqlı təmirli mənzil, Cavabdeh3 mülkiyyətindəki həmin ünvanda yerləşən binadakı 54,2 kv.m sahəsi olan ikiotaqlı 5 saylı mənzilinin əvəzinə, 78,0 kv.m sahəsi olan ikiotaqlı təmirli mənzil, Cavabdeh2 mülkiyyətindəki, həmin ünvanda yerləşən binadakı 51,4 kv.m sahəsi olan ikiotaqlı 9 saylı mənzilinin və özbaşına tikilinin əvəzinə, 84,68 kv.m sahəsi olan ikiotaqlı təmirli mənzil verilməklə, cavabdehlərin mənzillərinin sökülməsi, yeni mənzillər təhvil verilənədək cavabdehlərin hər birinə hər ay 450 manat kirayə haqqı ödənilməklə cavabdehlərin söküləcək həmin mənzillərdən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhərinin baş planına əsasən paytaxtın daha da abadlaşdırılaraq gözəlləşdirilməsi məqsədilə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev metrostansiyası yaxınlığında ötən əsrin 40-50-ci illərində inşa edilmiş, istismar müddətini başa vurmuş, müasir yaşayış tələblərinə cavab verməyən, yararsız binaların da sökülərək onların yerində çoxmənzilli, çoxmərtəbəli yaşayış binalarının tikilərək sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulub. Buna görə də Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 75 saylı xx.xx.2016-cı il tarixli və 461 saylı xx.xx.2017-ci il tarixli sərəncamlarına əsasən Bakı şəhəri, Nizami rayonu Q.Qarayev prospekti, A.Manafov, T.Abbasov və Özbəkistan küçələrinin kəsişməsindəki 2452 saylı məhəllədə çoxmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin layihələndirilməsinə dair Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli 75 saylı sərəncamı, tərtib olunmuş 13281 saylı inşaat pasportu və digər sənədləşmələr İddiaçı MTK-nın adına rəsmiləşdirilib və torpaq sahəsi İddiaçı MTK-nın istifadəsinə verilib. Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi 12 ünvandakı 12 mənzilli ikimərtəbəli bina Bakı Şəhər İcra Hakimiyyəti Başçısının qeyd olunan sərəncamı ilə İddiaçı MTK-ya ayrılmış torpaq sahəsində yerləşir. Həmin yaşayış binası 20-ci əsrin 53-cü illərində tikilib, istismar müddəti bitib, köhnə və istifadəyə yararsız vəziyyətdədir. "xxxx" MTK-nın qeyd edilən sərəncamının icrası ilə bağlı Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, A.Manafov, T.Abbasov və Özbəkistan küçələrinin kəsişməsindəki 2452 saylı məhəllədə mövcud yaşayış və qeyri-yaşayış tikililərinin dəyərinin ödənilməsi və sakinlərin qarşılıqlı razılaşma əsasında köçürülməsi işlərini həyata keçirir. 12 saylı 12 mənzilli köhnə yararsız binanın əksər sakinləri ilə razılıq əldə olunsa da yalnız cavabdehlər X11, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ilə onların əsassız varlanmaq niyyətinə düşmələri səbəbindən razılıq əldə etmək mümkün olmayıb. Cavabdeh X11 əsassız varlanmaq məqsədilə müqavilə bağlamaqdan və mənzilini təhvil verməkdən imtina edərək mənzilinin əvəzinə 1 ədəd birotaqlı və 1 ədəd ikiotaqlı mənzillər, Cavabdeh1 əsassız varlanmaq məqsədilə müqavilə bağlamaqdan və mənzilini təhvil verməkdən imtina edərək mənzilinin əvəzinə 1 ədəd sahəsi 117.80 kv.m və 1 ədəd 63,12 kv.m təşkil edən 1/2 otaqlı mənzillər, Cavabdeh3 əsassız varlanmaq məqsədilə müqavilə bağlamaqdan və mənzilini təhvil verməkdən imtina edərək mənzilinin əvəzinə 1 ədəd sahəsi 117,80 kv.m və 1 ədəd 63,12 kv.m təşkil edən 1/2 otaqlı mənzillər, Cavabdeh2 əsassız varlanmaq məqsədilə müqavilə bağlamaqdan, mənzilini təhvil verməkdən imtina edərək mənzilinin və qanunsuz dəmir hasara alınmış, guya qaraj olan yerin əvəzinə 1 ədəd sahəsi 117,80 kv.m və 1 ədəd 78 kv.m təşkil edən 2 otaqlı mənzillər tələb edir. Cavabdehlər əsassız varlanmaq məqsədilə Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi 12 ünvanda yerləşən yaşayış binasının sahə mülkiyyətçiləri kimi razılığa gəlməkdən və yararsız binadan köçməkdən imtina ediblər. Bu səbəbdən də uzun müddətdir cavabdehləri söküləcək yaşayış sahəsindən çıxarmaq, söküntü tikinti işlərinə başlamaq mümkün olmayıb. Nəticədə isə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 461 saylı xx.xx.2017-ci il tarixli sərəncamının icrası və tikinti işlərinə başlanması mümkün olmayıb. Tikinti işlərinin yubanması mənzil tikintisi üçün "Orbita” MTK ilə müqavilələr bağlamış, pay haqqı ödəmiş şəxslərin haqlı etiraz və narazılığına səbəb olmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X28 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, cavabdehlər ilə aralarında barışıq olmamışdır. Cavabdehlər mübahisəli evlərin sökülməsinə deyil, evlərin sahələrinə görə narazıdırlar. Asif müəllimdə sənəd üzrə sahə azdır və onlar zirzəmini də nəzərə alaraq 78 kvadrat metr sahə vəd edirlər. Asif müəllim bir neçə dəfə yanlarında olmuş, mənzili birinci mərtəbədə olduğu üçün qeyri-yaşayış sahəsi kimi qiymətləndirilməsini xahiş etmişdir. Eyni zamanda Afayət xanıma 20 faizdən artıq sahə təklif edirlər. Vidadi müəlimə 147 kv.m sahəsi olan 4 otaqlı ev təklif etsələr də Vidadi müəllim razı deyildir. Vidadi müəllimdə 2 otaqlı mənzildir. Çöldə balaca dəmirdən bir yer düzəldilmiş, hasara alınmış sahə vardır. Həmin əraziyə heç maşın da girə bilməz. Həmçinin, Yuliya xanım, Dolya xanım və Vüsal müəllim sərəncamın ləğvi barədə məhkəmədə iddia qaldırmışdır. İş 7-8 ay bundan qabaq başlamış, iclas təxirə salınmışdır. Bütün bunları isə şirkətə ziyan vurmaq üçün edirlər. O, eyni zamanda bildirdi ki, vətəndaşların köçürülməsi ilə bağlı başqa bir şirkət olmuş, vətəndaşlar ondan şikayət etmiş və Vidadi müəllim də həmin şirkətin dövründə verilmiş ekspert rəyini məhkəməyə təqdim etmişdir. Həmin şirkətin sərəncamı ləğv edilmiş, ləyihə də təsdiq edilməmişdir. Lakin, onların şirkətlərinin layihələri Memarlıq və Şəhərsalma Baş İdarəsində təsdiq edilmişdir. Hazırda 2452-ci məhəllənin torpaq sahəsi MTK-nın istifadəsinə verilmişdir. O, cavabdehlərin mübahisəli ünvanda olan sakinlərin çıxmaması barədə məhkəməyə təqdim etdiyi ərizəyə münasibətdə bildirdi ki, cavabdehlərdən əlavə həmin ünvanda yaşayan bir nəfərdən başqa hamı mənzilin sökülməsinə razıdır. Onunla bağlı da apellyasiya şikayəti verilmişdir və yekun məhkəmə qərarı vardır. Ərizədə imzası olan Əzizova Mariya xanım Dolya xanımın bacısıdır və Dolya xanım ilə razılıq əldə edilmiş, X32 ilə bağlı məhkəmə qətnaməsi qəbul edilmiş və onun tərəfindən qərardan şikayət verilməmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi X12 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, onlar ev paylamırlar, mövcud olan evi əvəz edirlər. Prezidentin sərəncamına əsasən şəhərin daha gözəl görünməsi üçün köhnə tikililər sökülməli və təzələri inşa edilməlidir. Onlar da həmin sərəncamı icra edirlər. Məhkəmə iclasında Cavabdeh4 Rəhı̇ m qızı iddianı qəbul etmədiyini, evin sökülməsinə razı olmadığını, evdən çıxmaq istəmədiyini, iddiaçının verdiyi təklif ilə razı olmadığını bildirərək iddia tələbinin ona aid olan hissədə rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhər Nizami Rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, həmin cavabdehlərin və 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş Cavabdeh1 iddianı qəbul etmədiyini, onlardan başqa 9 nəfərin də köçürülməyə narazı olduğunu, onların yalandan razılaşdığını, sahəsi 117 kvadrat metr olan evə razı olmadığını, ona üç otaqlı təmirli mənzilin təklif olunduğunu, əlavə bir otaqlı mənzil də istəməsini onun evini sökəcəkləri təqdirdə yeni veriləcək evin təmirinə çoxlu pulu çıxacağını, onun mənzilinin sahəsi balkon ilə birlikdə 48,04 kv.metr olduğunu, əlavə qeyri-yaşayış sahələrinin olduğunu, Sovet dövründə qeyriyaşayış sahələrinin də mənzilin sahəsinə daxil olduğunu, Bakı İnzibati Məhkəməsində sərəncamın mübahisələndirilməsi barədə işlərinin olduğunu, MTK-nın yanına bir dəfə getdiyini bildirmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş Cavabdeh2 iddianı qəbul etmədiyini, evindən çıxmadığını, əlavə sahəyə pul verdiyini, şəkər xəstəsi olduğunu, əsəblərinin dözmədiyini, bildirmiş və əlavə olaraq qeyd etmişdir ki, iddiaçı tərəf söyləyir ki, guya onların varlanmaq niyyəti var. Onlar İddiaçı MTK-nın qəbuluna getmişlər və onlara orada hədə-qorxu gəlindi ki, yavaş danışsınlar, səsləri yazılır. Onların yası olanda gəlib evin şəklini çəkib gediblər. Bu axı hansı insanlığa sığır? Deyirlər ki, qaraj balacadır və ancaq ora motosiklet girə bilir. Xeyr, qaraj balaca deyildir. iddiaçı tərəf evləri satanda ölçünü çöldən nəzərə alırlar, lakin onların evinə gələndə sahəni içəridən nəzərə alırlar. Onun evi sənədlə 51.4 kv.m-dir, evin əlavə hissələri ilə sahə 85-90 kv.m olar. O, iddiaçıdan nə 117 kv.m, nə də 78 kv.m sahə istəməmişdir. Onlar onu artıq özünü öldürmə həddinə çatdırıblar. Özünü bu gedişlə yandıracaqdır. O, iddiaçı şirkət ilə barışa bilməz. Onlar ona deyir ki, gedib ailəsi ilə kirayədə yaşasın. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş Cavabdeh3 iddianı qəbul etmədiyini bildirmiş və əlavə olaraq qeyd etmişdir ki, onların tələbləri ayrı-ayrı 2 evdir. Yəni bir otaqlı olmaqla 2 ayrı ev olmasını istəyirlər. Onlar 1993-cü ildə Ağdamdan çıxmışlar. Oğlu müaribə veteranıdır. Onun ailə qurmasını düşünüb ona görə də ona ayrı, özlərinə ayrı ev istəyirlər. Bu evi zorla almışlar. Evdə halal zəhmətləri var. Onlar oradan köçmək istəmirlər. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib onları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir İclasda tədqiq edilmiş və iş materiallarına əlavə edilmiş: - Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 75 saylı xx.xx.2016-cı il tarixli Sərəncamının surətindən görünür ki, “STL-K” firmasının xx.xx.2016cı il tarixli, 01 saylı müraciətini nəzərə alaraq, Bakı şəhər, Nizami rayonu, Q.Qarayev prospekti, A.Manafov, T.Abbasov və Özbəkistan küçələrinin kəsişməsindəki 2452-ci məhəllədə yerləşən tikililərin sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında həmin firmanın istifadəsinə verilmiş və həmin ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi, “STL-K” firmasına həvalə olunmuşdur. - Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 461 saylı xx.xx.2017-ci il tarixli “Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 75 saylı xx.xx.2016-cı il tarixli Sərəncamının addan-ada keçirilməsi haqqında” Sərəncamının surətindən görünür ki, İddiaçı MTK-nın xx.xx.2017-ci il tarixli, 177 saylı müraciətini nəzərə alaraq, Bakı şəhər, Nizami rayonu, Q.Qarayev prospekti, A.Manafov, T.Abbasov və Özbəkistan küçələrinin kəsişməsindəki 2452-ci məhəllədə yerləşən çoxmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsinə dair Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 75 saylı xx.xx.2016-cı il tarixli Sərəncamı, tərtib olunmuş 13281 saylı inşaat pasportu və digər sənədləşmələr İddiaçı MTK-nın adına rəsmiləşdirilmişdir. - xx.xx.2017-ci il tarixli, 1397 saylı torpaq icarə müqaviləsinin surətindən görünür ki, icarəverən Bakı şəhər İcra Hakimiyyəti Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2017ci il tarixli, 461 saylı sərəncamı və 13281 saylı, xx.xx.2017-ci il tarixli inşaat pasportuna əsasən, Bakı şəhəri, Nizami rayonu Q.Qarayev prospekti, A.Manafov, T.Abbasov və Özbəkistan küçələrinin kəsişməsindəki 2452-ci məhəllədə yerləşən 10.000 kv.m olan torpaq sahəsini 49 il müddətinə icarəçi İddiaçı MTK-ya icarəyə vermişdir. Həmin müqavilənin 7.4-cü bəndinə görə icarəçi hər il həmin torpaq sahəsinə görə 22713,60 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. - Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2021-ci il tarixli Tİ-117/21 saylı obyektin tikintisinə icazənin təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu Q.Qarayev prospekti, A.Manafov, T.Abbasov və Özbəkistan küçələrinin kəsişməsindəki 2452-ci məhəllə ünvanında yerləşən torpaq sahəsinin koordinatları təsdiq edilmişdir. - Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2017-ci il tarixli 17/95 sayla qeydiyyata alınmış ayrıc aktından görünür ki, “STL-K” firmasına Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, A.Manafov, T.Abbasov və Özbəkistan küçələrinin kəsişməsindəki 2452-ci məhəllədə yerləşən 1000 hektar ərazidə çoxmərtəbəli yaşayış binalarının tikintisi üçün torpaq sahəsi ayrılmışdır. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikinidə X4 X2 Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli rəyinin nəticə hissəsindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, İ.Əliyev, A.Manafov, T.Abbasov və Özbəkistan küçələrinin kəsişməsindəki 2451-2452-ci məhəllələrdə yaşayış binaları (bina 9.10 və 11) üzrə tikinti layihəsi razılaşdırılır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, ümumi sahəsi 58.0 kv.metr olan Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, ev 12, mənzil 2 (yeni qaydalarla: AZ 1060, Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, 46, M1, m2) xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh4 Rəhı̇ m qızının adına qeydə alınmışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, ümumi sahəsi 48.4 kv.metr olan Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, ev 12, mənzil 3 xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydə alınmışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, ümumi sahəsi 54.2 kv.metr olan Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, ev 12, mənzil 5 xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh3 adına qeydə alınmışdır. - Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin ÖM seriyalı, 229465 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, ev 12, mənzil 9 xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına xx.xx.2005-ci il tarixdə qeydə alınmışdır. - Cavabdeh1 tərəfindən yazılmış, X14, Cavabdeh2, X8, X21, X17, X18, X22, Novruzov Rövşənin, X20 imzaları ilə təsdiq etdiyi xx.xx.2023-cü il tarixli ərizənin surətindən görünür ki, Cavabdeh1 bildirmişdir ki, İddiaçı MTK iddia qaldırmışdır ki, o, tikinti işlərinin yubanmasına mənzil tikintisi üçün İddiaçı MTK ilə müqavilələr bağlamış, pay haqqı ödənmiş şəxslərin etiraz və narazılıqlarına səbəb olmuşdur. Onların bu iddiaları tamamilə əsassızdır. Hal-hazırda binada yaşayan sakinlər evlərini tərk etməmiş və binada yaşayan 12 mənzilin sakini ondan şikayət ərizəsi ilə müraciət etməmişlər və bunu öz imzaları ilə təsdiq edirlər. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. 13-cü maddəsinin İ və İİİ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər; 43-cü maddəsinin İİ hissəsinə əsasən dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına dair xx.xx.1952-ci il Əlavə protokolunun tələblərinə əsasən: 1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. “İnsan hüquqlarının və əsas azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Cəmiyyətin mənafelərinə beynəlxalq hüququn qanunları və ümumi prinsiplərinə nəzərdə tutulmuş şərtlərdən başqa, heç kəs öz əmlakından məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kozacıoğlu Türkiyəyə qarşı” iş üzrə xx.xx.2009-cu il tarixli Qərarının 64-cü bəndində göstərilmişdir ki, müvafiq milli qanunvericiliyə əsasən kompensasiya şərtləri mübahisələndirilən tədbirin zəruri ədalətli balans yaratdığını və xüsusilə də, ərizəçinin üzərinə həddindən artıq yük qoyub qoymadığı qiymətləndirmək üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq, məhkəmə bundan öncə qət etmişdir ki, mülkiyyətin onun dəyərinə uyğun məbləğ ödənilmədən müsadirə olunması, bir qayda olaraq, qeyri-mütənasib müdaxilədir. Lakin, 1 saylı Protokolun 1-ci maddəsi bütün hallarda tam kompensasiya hüququna zəmanət vermir. Qanuni “ictimai maraq” məqsədlərini özgəninkiləşdirilən əmlakın tam bazar dəyərinin ödənilməsindən daha az əhəmiyyətli hesab etmək olar. Həmin Qərarın 65-ci bəndində müəyyən edilmişdir ki, bu halda, müdaxilənin qanunilik tələbinə cavab verdiyi və özbaşına olmadığının artıq müəyyən edilməsi faktını nəzərə alaraq, tam kompensasiyanın ödənilməməsi, eo ipso (bununla) ərizəçinin əmlakının alınmasını, xüsusilə də bu tədbirin ölkənin mədəni irsinin mühafizəsi proqramı kontekstndə həyata keçirildiyini nəzərə alaraq, qanunazidd etmir. Buna görə də, bu halda ərizəçiyə kompensasiyanın ödənməsi üçün milli hakimiyyət orqanlarının əsaslandığı meyar və mexanizmlərin zəruri ədalətli tarazlığı pozub pozmadığı və ərizəçi üçün qeyrimütənasib və həddindən artıq yük yaradıb yaratmadığını müəyyən etmək qalır. Məhkəmə qeyd edir ki, İddiaçı MTK Bakı şəhəri, Nizami rayonu ərazisində apardığı tikinti işlərini Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 75 saylı xx.xx.2016-cı il tarixli və 461 saylı xx.xx.2017-ci il tarixli sərəncamlarına uyğun olaraq mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikinti şirkətlərini tərəfindən öz vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsi ilə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasına uyun olaraq həyata keçirir. Məhkəmə bu zaman xüsusilə bildirir ki, Sərəncamı icra edən İddiaçı MTK tərəfindən cavabdehlərin mülkiyyət hüququ tanınır, qorunur, onlar tərəfindən cavabdehlərin mülkiyyət hüququnun pozuntusu hallarına yol verilməmişdir, cavabdehlərə mülkiyyətlərində olan əmlakın müqabilində ədalətli təkliflər edilir. Bu isə, cavabdehlərin öz mülkiyyətlərində olan yaşayış sahələrindən qanunsuz və əsassız olaraq çıxarılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Cavabdehlərin əksəriyyəti tərəfindən də məhkəmə prosesi zamanı mənzilinin sökülərək əvəzinə yeni tikiləcək müasir binada tam təmirli yeni mənzilin verilməsinə etiraz edilməmiş, lakin veriləcək mənzilin sahəsində mübahisələrinin olması bildirilmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh2 iş materiallarına əlavə etdiyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2016-cı il tarixli, 15345 nömrəli ekspert rəyi ilə rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikinidə X1 mütəxəssisi tərəfindən tərtib edilmiş xx.xx.2016-cı il tarixli aktın məlumatlarını nəzərə alaraq ünvan 3 ünvanlarda yerləşən binaların işlək vəziyyətdə olduğu və həmin binalar üzrə çat və deformasiya olmadığı müəyyən edilmişdir. Hansı ki, qeyd olunan rəydən 6 ildən artıq müddət keçmişdir. Məhkəmə hesab edir ki, cavabdehlərin yaşayış üçün yararsız, insan həyatı üçün təhlükəli vəziyyətdə olan mənzillərdən çıxarılması ilk növbədə orada yaşayanlar üçün həyati vacib məsələdir. Belə ki, cavabdehlərin texniki vəziyyəti qeyri-qənaətbəxş olan, istismara yararsız və qüvvədə olan tikinti normalarının tələblərinə cavab verməyən binada yaşaması gələcəkdə məhz cavabdehlər üçün arzuolunmaz nəticələrin meydana çıxmasına və ya bədbəxt hadisələrin baş verməsinə zəmin yaratmış olacaqdır. Hansı ki, binanın yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında cavabdehlərə mənzillərinin, özbaşına tikililərinin, sənədsiz sahələrinin ölçüsünə ağlabatan ölçüdə əlavə sahələri olan yeni mənzillər verilməklə, habelə yeni çoxmərtəbəli yaşayış binası tikilənədək onlarla birlikdə yaşayan ailə üzvlərinin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilmələri üçün 450 manat məbləğində kirayə haqqı ödənilməsi öhdəliyini İddiaçı MTK öz üzərinə götürür. İddiaçı MTK-nın irəli sürdüyü təklifdən də görünür ki, təkliflər günün tələblərindən də artıqdır və kifayət qədər ədalətli və ağlabatandır, təkliflərin icrasının dərhal həyata keçirilməsinə Sərəncamın icrasını həyata keçirmək vəzifəsini daşıyan MTK tərəfindən hər hansı maneə yoxdur. İddiaçı tərəfindən vaxtında öz üzərinə qoyulmuş öhdəliklərin icra edilməməsi həmin evdə yaşayan digər sakinlərin də hüquqlarının vaxtında reallaşmasına maneə yarada bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir; 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Göründüyü kimi, tikinti işlərini aparan iddiaçı tərəfindən cavabdehlərə edilən həmin təkliflər, Sərəncamla İddiaçı MTK-nın üzərinə qoyulmuş vəzifənin həyata keçirilməsindən irəli gələn addımdır və MTK bu vəzifəsini yerinə yetirməkdən imtina etmir, əksinə, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsinədək və hazırkı iş üzrə iddia ərizəsinin verilməsindən sonra hal-hazıradək olan müddətdə mübahisənin məhkəmədən kənar həlli üçün yetərincə hərəkətlər etmiş, cavabdehlərə əlverişli təkliflər etmişdir. Bundan başqa, məhkəmə tərəfindən də mübahisənin məhkəmədən kənar həlli üçün tərəflərə müvafiq şərait yaradılmış, tərəflərin barışması üçün tədbirlər görülmüşdür. Ərazidə yaşayan çoxsaylı ailələrdən fərqli olaraq hazırkı cavabdehlər onlara məxsus olan mənzillərə iddiaçının təklif etdiyi cavabdehlərin yaşayış sahələrinə uyğun əlavə yaşayış sahələrindən daha çox sahə tələb edirlər. Bu hal cavabdehlərin hüquqdan sui-istifadə etməsi kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlərin qeyd edilən hərəkətləri məhz hüquqdan sui-istifadədir, cavabdehlər İddiaçı MTK tərəfindən tanınan və qorunan mülkiyyət hüquqlarından sözügedən Sərəncamı icra edən iddiaçıya ziyan vuran şəkildə sui-istifadə edirlər ki, onun bu hüquqdan sui-istifadələrinə yol verilməməli, bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən Qərarında müəyyən edilmiş müddəalar da rəhbər tutulmalıdır. Bununla yanaşı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin digər işlər üzrə gəldiyi hüquqi mövqeyindən irəli gələrək diqqətə çatdırılmalıdır ki, mülkiyyətçiyə istismar müddətini bitirmiş, texniki vəziyyətinə görə yolverilməz hesab edilən yaşayış sahəsinin əvəzinə ona daha üstün şəraitli, təmirli yeni tikilmiş və bütün kommunikasiya ilə təchiz edilmiş yaşayış sahəsinin verilməsi heç də onun mülkiyyət hüququna müdaxilə kimi qəbul edilməməli və qiymətləndirilməməlidir. Məhkəmə qeyd edir ki, əmlakdan maneəsiz istifadəyə müdaxilə cəmiyyətin ümumi maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa uyğun olmalı (Sporronq və Lonnrot İsveçə qarşı iş), kompensasiya şərtlərinin ədalətli balans yaradıb yaratmadığı və ərizəçinin üzərinə qeyri-mütənasib yük qoyub-qoymadığı müvafiq qanunvericiliyə uyğun olaraq qiymətləndirilməlidir (Papachelas Yunanıstana qarşı iş). Konvensiya tələblərinə uyğun olmaq üçün kompensasiya iki şərtə cavab verməlidir; birincisi, onun dəyəri mülkiyyətin qiymətinə mütənasib (proporsional) olmalıdır; ikincisi o, ağlabatan müddətdə ödənilməlidir (Scordino İtaliyaya qarşı iş). Hazırki işdə, tikiləcək çoxmərtəbəli yaşayış binasından veriləcək mənzillərin dəyərinin bazar qiymətinə uyğun olmadığı qənaətinə gəlmək üçün məhkəmə hər hansı əsas müəyyən etməmişdir. Şəhərsalmanın planlaşdırılması, eləcə də digər şəxslərin hüquq və azadlıqlarını müəyyən etmək baxımından dövlətin geniş qiymətləndirmə səlahiyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təklif edilən şərtlə cavabdehlərin mülkiyyətinə həyata keçiriləcək müdaxilə mütənasib hesab olunmalıdır (Papachelas Yunanıstana qarşı iş). Məhkəmə eyni zamanda, Cavabdeh1 tərəfindən yazılmış, X14, Cavabdeh2, X8, X21, X17, X18, X22, Novruzov Rövşənin, X20 imzaları ilə təsdiq etdiyi xx.xx.2023-cü il tarixli ərizə ilə bağlı bildirir ki, iddiaçı tərəf tərəfindən məhkəməyə təqdim edilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-89/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı MTK-nın cavabdehlər X15, X9, X26, X23, X19 və X3 qarşı “kompensasiya (əlavə yaşayış sahəsi) verməklə mənzildən çıxarılma” tələbinə dair iddiası təmin edilmişdir. Həmin qətnamədən cavabdehlər X25 və X13 tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2522/2023 saylı, xx.xx.2023cü il tarixli qərardadı ilə cavabdeh X7 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 89/2023 saylı işi üzrə 11 yanvar 2023-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilmiş və ona münasibətdə Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-2522/2023 saylı mülki iş üzrə cavabdeh X9 münasibətdə apellyasiya icraatına xitam verilmişdir. Eyni zamanda Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2522/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdeh X10 apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-89/2023 saylı işi üzrə 11 yanvar 2023-ci il tarixli qətnaməsinin qismən - "Orbita” MTK tərəfindən X10 mülkiyyətindəki, Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi 12 ünvanda yerləşən köhnə yaşayış binasında 55,0 kv.m sahəsi olan iki otaqlı 1 saylı mənzilin əvəzinə "Orbita” MTK tərəfindən həmin ünvanda yeni inşa ediləcək binada qeyd olunan mənzilin sahəsindən 20 faiz artıq sahəsi olan təmirli mənzilin tikilib təhvil verilməklə və yeni mənzil təhvil verilənədək cavabdehlərə hər ay 400 manat kirayə haqqının ödənilməklə çıxarılması hissəsində- dəyişdirilməsi qət edilmişdir. Həmçinin, X27 xx.xx.2022-ci il, X13 xx.xx.2023-cü il və X33 xx.xx.2023-cü il tarixlərdə "Orbita” MTK-ya ərizələr verərək mənzillərinin boşaldıb öz xahişləri ilə MTK-ya təqdim olunmasına, mənzillərindən köçməyə razı olduqlarını, buna görə də Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, İ.Əliyev, A.Manafov, T.Abbasov və Özbəkistan küçələrinin kəsişməsindəki 2452 saylı ünvanda inşa edəcəyi yeni binadan mənzillərlə təmin olunmalarına etiraz etmədiklərini bildirmişlər. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı MTK-nın cavabdehlər Cavabdeh4 Rəhı̇ m qızına, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhər Nizami Rayon İcra Hakimiyyəti cəlb edilməklə “mənzillərin sökülməsi, yeni təmirli mənzillərin verilməsi, kirayə haqqının ödənilməsi, mənzillərdən çıxarılma” barədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərinə aid olan iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona aid edilməlifir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edisin. Cavabdeh4 ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi 12 ünvanında yerləşən binadakı 58,0 kv.m sahəsi olan ikiotaqlı 2 saylı mənzilinin sökülərək əvəzində İddiaçı MTK-nın Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, A.Manafov, T.Abbasov və Özbəkistan küçələrinin kəsişməsindəki 2452 saylı məhəllədə yeni inşa etdiyi binada 78,0 kv.m sahəsi olan ikiotaqlı təmirli mənzil verilsin, yeni mənzil tikilib təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə ona hər ay 450 manat kirayə haqqının ödənilməklə həmin mənzildən çıxarılsın. Cavabdeh1 ona məxsus olan ünvan 4 ünvanında yerləşən binadakı 48,4 kv.m sahəsi olan ikiotaqlı 3 saylı mənzilinin və sənədsiz sahəsinin sökülərək əvəzində İddiaçı MTK-nın Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, A.Manafov, T.Abbasov və Özbəkistan küçələrinin kəsişməsindəki 2452 saylı məhəllədə yeni inşa etdiyi binada 78,0 kv.m sahəsi olan ikiotaqlı təmirli mənzil verilsin, yeni mənzil tikilib təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə ona hər ay 450 manat kirayə haqqının ödənilməklə həmin mənzildən çıxarılsın. Cavabdeh3 ona məxsus olan ünvan 4 ünvanında yerləşən binadakı 54,2 kv.m sahəsi olan ikiotaqlı 5 saylı mənzilinin sökülərək əvəzində İddiaçı MTK-nın Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, A.Manafov, T.Abbasov və Özbəkistan küçələrinin kəsişməsindəki 2452 saylı məhəllədə yeni inşa etdiyi binada 78,0 kv.m sahəsi olan ikiotaqlı təmirli mənzil verilsin, yeni mənzil tikilib təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə ona hər ay 450 manat kirayə haqqının ödənilməklə həmin mənzildən çıxarılsın. Cavabdeh2 ona məxsus olan ünvan 4 ünvanında yerləşən binadakı 51,4 kv.m sahəsi olan ikiotaqlı 9 saylı mənzilinin və özbaşına tikilinin sökülərək əvəzində İddiaçı MTK-nın Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, A.Manafov, T.Abbasov və Özbəkistan küçələrinin kəsişməsindəki 2452 saylı məhəllədə yeni inşa etdiyi binada 84,68 kv.m sahəsi olan ikiotaqlı təmirli mənzil verilsin, yeni mənzil tikilib təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə ona hər ay 450 manat kirayə haqqının ödənilməklə həmin mənzildən çıxarılsın. İddiaçı MTK tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edin: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1647/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1647/2023
20.06.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver