Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-166/2022 27.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, X2 Qurbanovun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı LPO İddiaçı ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini onunla əsaslandırdı ki, Ləğv prosesində olan İddiaçı ASC-nin 8 saylı filialı ilə Cavabdeh arasında bağlanan 12 fevral 2007-ci il tarixli 284 nömrəli kredit müqaviləsinə əsasən “Kamaz 53212” markalı ** GA *** dövlət qeydiyyat nişanlı avtomobilin alınması məqsədi ilə cavabdehə 18 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 7582 manat məbləğində kredit verilib. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan avtomobilin ipotekaya qoyulması məqsədilə 12 fevral 2007-ci il tarixli 284 saylı ipoteka müqaviləsi bağlanıb. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməyib və borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi və yazılı müraciət olunması barədə bildiriş göndərilməsinə baxmayaraq,cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməyib.Cavabdehin 02 iyun 2021-ci il tarixə 3085.96 manat əsas borc, 31.72 manat faiz borcu, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2.005.95 manat faiz borcu,cəmi 5123.63 manat kredit borcu vardır.Qeyd olunanlara əsasən Cavabdeh 12 fevral 2007-ci il tarixli 284 nömrəli kredit müqaviləsinə əsasən Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 3085.96 manat əsas borc, 31.72 manat faiz borcu, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2.005.95 manat faiz borcu, olmaqla cəmi 5123.63 manat kredit borcunun, 30 manat dövlət rüsumunun 0.40 manat bank xidmət haqqının tutulması,tutmanın ipoteka predmeti olan “Kamaz 53212” markalı ** GA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilməsi, həmin nəqliyyat vasitəsinin açıq hərrac yolu ilə satılması,satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi,satışdan əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada məlumatlandırılsa da məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan: İddiaçı ASC-nin 8 saylı filialı ilə Cavabdeh arasında bağlanmış 12 fevral 2007-ci il tarixli 284 nömrəli kredit müqaviləsindən görünür ki, “Kamaz 53212” markalı ** GA *** dövlət qeydiyyat nişanlı avtomobilin alınması məqsədi ilə cavabdehə 18 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 7582 manat məbləğində kredit verilib. İddiaçı ASC-nin 8 saylı filialı ilə Cavabdeh arasında bağlanmış12 fevral 2007-ci il tarixli 284 saylı ipoteka müqaviləsindən görünür ki,kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan “Kamaz 53212” markalı ** GA *** dövlət qeydiyyat nişanlı avtomobil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. X1 19 sentyabr 2022-ci il tarixli ekspert rəyindən görünür ki, “Kamaz 53212” markalı ** GA *** dövlət qeydiyyat nişanlı avtomobil real bazar qiyməti təqribən 18532 manat müəyyən edilir. Maliyyə arayışından görünür ki, Cavabdeh 02 iyun 2021-ci il tarixə 3085.96 manat əsas borcu, 31.72 manat faiz borcu, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2.005.95 manat faiz borcu, cəmi 5123.63 manat kredit borcu vardır. Mədaxil qəbzindən görünür ki,bank məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu 0.40 manat xidmət haqqı ödəmişdir. Cavabdehə ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki,iddiaçı pretenziya qaydasına əməl etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəlləinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin hallarından görünür ki,tərəflər arasında qanunla müəyyən olunan qaydada kredit və ipoteka müqavilələri bağlanmışdır.Bank həmin müqavilə ilə üzərinə götürdüyü öhdəliklərə əməl edərək kredit məbləğini ödəmiş,borclu isə öz öhdəliklərini yerinə yetirməmişdir.Nəticədə onun banka 5123.63 manat ödənilməmiş borcu qalmışdır. Ona görə də məhkəmə hesab edir ki iddia əsaslıdır. Məhkəmə işin hallarını tam və hərtərəfli arşdırıb,sübutları qiymətləndirərək hesab edir ki,iddia təmin olunmalı, Cavabdeh 12 fevral 2007-ci il tarixli 284 nömrəli kredit müqaviləsinə əsasən Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 3085.96 manat əsas borc, 31.72 manat faiz borcu, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2.005.95 manat faiz borcu,cəmi 5123.63 manat kredit borcu,30 manat dövlət rüsumu 0.40 manat bank xidmət haqqı tutulmalı,tutma ipoteka predmeti olan “Kamaz 53212” markalı ** GA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilməli,həmin nəqliyyat vasitəsi açıq hərrac yolu ilə satılmalı,satışdan əldə olunan vəsaitin kredit borcu yönəldilməli,satışdan əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləği Cavabdeh Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 12 fevral 2007-ci il tarixli 284 nömrəli kredit müqaviləsinə əsasən Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 3085.96 manat əsas borc, 31.72 manat faiz borcu, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2.005.95 manat faiz borcu,cəmi 5123.63 manat kredit borcu,30 manat dövlət rüsumu 0.40 manat bank xidmət haqqı tutulsu. Tutma ipoteka predmeti olan “Kamaz 53212” markalı ** GA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilsin. Həmin nəqliyyat vasitəsi açıq hərrac yolu ilə satılsın,satışdan əldə olunan vəsait kredit borcuna yönəldilsin. Satışdan əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləği Cavabdeh Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev Əsli ilə düzdür:
Məhkəmə qərarları › İş №2(007)-166/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-166/2022
27.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver