Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-1661/2022 26.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami rayon qeydiyya şöbəsi cəlb edilməklə “doğum faktının qeyd edilməsi və doğum haqqında akt qeydinin bərpası” haqqında ərizəsinə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami rayon qeydiyya şöbəsi cəlb edilməklə “doğum faktının qeyd edilməsi və doğum haqqında akt qeydinin bərpası” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, onun xx xxxxxxx 1975-ci il tarixdə Ermənistan Respublikası Quqark rayonunun Hallavar kəndində doğulmasının qeyd edilməsi faktının müəyyən edilməsini və onun doğum haqqında akt qeydinın bərpa edilməsini, onun təvəllüdünün xx xxxxxxx 1975-ci il, doğulduğu yerin Ermənistan Respublikası Quqark rayonunun Hallavar kəndi, atasının X1, milliyyəti azərbaycanlı, anasının X2, milliyyəti azərbaycanlı kimi yazılmasını xahiş etmişldir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Araşdırma zamanı müəyyən olunmuşdur ki, Ərizəçi doğum haqqında akt qeydinin bərpası haqqında ərizəsi haqqında mülki iş 24.01.2022-ci il tarixdə məhkəməyə daxil olmuş və hazırda 2(007)-921/2022 nömrəsi ilə məhkəmənin başqa hakiminin icraatındadır. Göstərilən xüsusatlara əsasən hesab edirəm ki, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami rayon qeydiyya şöbəsi cəlb edilməklə “doğum faktının qeyd edilməsi və doğum haqqında akt qeydinin bərpası” haqqında ərizəsinin qəbul edilməsindən imtina edilsin. Ərizə və ona əlavə edilmiş sənədlər Ərizəçi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-1661/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-1661/2022
26.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver