Məhkəmə qərarları › İş №2(007)-1664/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-1664/2022

28.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-1664/2022 28.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, Ərizəçi maraqlı şəxs Bakı şəhəri 30 saylı Dövlət Notariat Ofisi cəlb edilməklə “mirasın qəbul edilməsi vaxtının uzadılması” haqqında ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi maraqlı şəxs Bakı şəhəri 30 saylı Dövlət Notariat Ofisi cəlb edilməklə “mirasın qəbul edilməsi vaxtının uzadılması” haqqında ərizə ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, 07.04.2021-ci ildə vəfat etmiş mərhum anası X1 adında olan Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında yerləşən miras əmlakının qəbul edilməsi vaxtının uzadılmasına dair qərar verilməsini xahiş etmişdir. Ərizədən görünür ki, ərizəçi müvafiq pozuntularla məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 307.2.9-cu maddəsinə əsasən mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə xüsusi icraat qaydasında baxır. Ərizəçi yuxarıda göstərilən normaya istinadə etməklə məhkəməyə hazırkı ərizə ilə müraicət etsə də, qeyd etmək lazımdır ki, hazırkı ərizənin mahiyyəti mirasın qəbul edilməsi vaxtının uzadılmasıdır. Qeyd edilən ərizəyə xüsusi icraat qaydasında baxıla bilməz. Belə ki, qanunvericiliklə xüsusi icraat qaydasında baxılmalı olan işlərin konkret dairəsini müəyyən edilmişdir. Xüsusi icraatın digər icraatlardan fərqi, maraqlı şəxslər arasında hüquq barədə mübahisənin olmamasıdır. Qeyd edilənlərə əsasən hazırkı ərizəyə xüsusi icraat qaydasında deyil, iddiaçı icraatı qaydasında baxılmalıdır. MPM-in: 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, hesab edirəm ki, yuxarıda müəyyən edilmiş əsaslarla ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, nöqsanlar aradan qaldırıldıqdan sonra, müvafiq icraat qaydalarına əməl edilməklə, aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olması ərizəçiyə izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 149, 152, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi maraqlı şəxs Bakı şəhəri 30 saylı Dövlət Notariat Ofisi cəlb edilməklə “mirasın qəbul edilməsi vaxtının uzadılması” haqqında ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Nöqsanlar aradan qaldırıldıqdan sonra, müvafiq icraat qaydalarına əməl edilməklə, aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olması ərizəçiyə izah edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar