Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-1684/2021 20.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, İmanov Nizami Bəxtiyar oğlunun katibliyi iulə İddiaçı CavabdehMMC-yə qarşı cavabdehin üzərinə öhdəliyin qoyulması və pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı CavabdehMMC-yə qarşı cavabdehin üzərinə öhdəliyin qoyulması və pul tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydad müəlumatlandırsalar da məhkəməyə gəlməmişlər. Məhkəmə MPM-nin 185-ci maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin tarixli məhkəmə iclasında məhkəmənin öz təşəbbüsü ilə müəyyən olunmuşdur ki,işin ərazi aidiyyəti pozulmuşdur. Belə ki, işdə olan portaldan çıxarışdan görünür ki, CavabdehMMC-nin hüquqi ünvanı Binəqədi rayonu,Əcəmi Naxçıvani küçəsi,ev 9-dur. Göründüyü kimi cavabdehin hüquqi ünvanı Binəqədi rayonunda yerləşdiyi halda iddia Bakı şəhəri Nizami Rayon Məhkəməsinə verilmişdir. Belə olan halda həmin iddia ərizəsinə Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Beləliklə hesab edirəm ki, iddia ərizəsi ərazi aidiyyəti üzrə verilmədiyindən Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264 və 268- 269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı CavabdehMMC-yə qarşı cavabdehin üzərinə öhdəliyin qoyulması və pul tələbinə dair iddiası üzrə 2(007)3769/2019 saylı mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-1684/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-1684/2021
20.04.2021 · Sair mülki iş - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver