Məhkəmə qərarları › İş №e-2(3-6)-2772/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-2772/2026

24.08.2026 · Sair mülki iş - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2772/2026 24.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı X1 cavabdeh Cavabdeh qarşı işi üzrə Açar sözlər: (“pul”) hakimlər X4 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, iddiaçı X3 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ## ##### 2026-cı il tarixli qətnaməsindən iddiaçı X1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Işin halları və iş üzrə məhkəmə icraat(lar)ı

1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı cavabdeh Cavabdeh 15000 manat məbləğində pul, 5000 manat dəymiş ziyan və ödəmiş olduğu 150 manat dövlət rüsumunun, cəmi 20150 manat pulun ona verilməsi barədə iddia tələbi ilə müraciət etmiş, iddia tələbini belə əsaslandırlmışdır ki, Iddiaçı fərdi sahibkardır və ********** saylı VÖEN ilə Bakı şəhərində, Koroğlu metrosu yaxınlığında mebel ustası kimi fəaliyyət göstərir. Cavabdeh Cavabdeh 2021 ci ildən tanıyır. Əvvəllər cavabdeh müştərisi olmuş, “Instagram” sosial şəbəkəsində istifadə etdiyi @mebel_ustasi.1 adlı profil vasitəsilə onunla əlaqə saxlamış və +*** ** *** ** ** nömrəsi üzərindən ünsiyyət qurmuşdur. Həmin dövrdə iddiaçı cavabdehin evində yataq dəsti quraşdırmış, sonradan aralarında yaxın münasibət yaranaraq sevgi münasibətinə çevrilmişdir. Bir müddət sonra cavabdeh Cavabdeh ona istifadəsində olan “Baic BJ” markalı, 2014-cü il buraxılışlı, LNBSCBAJ6ER420080 BAN nömrəli, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobili satmağı təklif etmişdir. Tərəflər arasında əldə olunmuş razılığa əsasən, iddiaçı həmin avtomobili 15000 manat məbləğində satın almış, ödənişin hissə-hissə edilməsinə qərar verilmişdir. Razılaşmaya görə, borc tam ödənilənədək avtomobil müvəqqəti olaraq cavabdehin istifadəsində qalmalı idi. Iddiaçı da cavabdehə etibar etdiyindən avtomobilin onda qalmasına etiraz etməmişdir. Çünki həmin dövrdə həyat yoldaşı X2 məxsus “QAZel” markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobildən istifadə edirdi. Iddiaçı avtomobilə görə razılaşdırılmış 15000 manatı tam ödədikdən sonra nəqliyyat vasitəsini cavabdehdən tələb etmişdir. Lakin cavabdeh müxtəlif bəhanələrlə əlavə 5000 manat tələb etmiş və iddiaçıya təzyiq göstərmişdir. Iddiaçı məcburiyyət qarşısında özünə məxsus 4169737707431181, 4169741355347228 və **************** nömrəli kart hesablarından cavabdehə məxsus 5239151511467907, 4169738818439196 və **************** nömrəli kart hesablarına əlavə ödənişlər etmişdir. Sonradan məlum olmuşdur ki, cavabdeh həmin avtomobili başqa bir şəxsə satmışdır. Bundan əlavə, cavabdeh dəfələrlə iddiaçını şantaj etmiş, ailə üzvləri ilə əlaqə saxlayaraq onların ünvanına nalayiq və böhtan xarakterli ifadələr işlətmişdir. O, iddiaçının həyat yoldaşına zəng edərək ailəni dağıtmaq niyyətində olduğunu bildirmiş, həmçinin anası və qardaşı ilə dəfələrlə telefon əlaqəsi yaratmışdır. Sonuncu dəfə cavabdeh iddiaçıdan əlavə olaraq 10000 manat tələb etmişdir. Iddiaçı maddi vəziyyətinin ağır olduğunu və borclarının çoxluğunu bildirdikdə, cavabdeh onu Bakı şəhəri, Ekologiya postu yaxınlığında yerləşən “Rahat” marketin yanına çağırmışdır. Həmin vaxt iddiaçının idarə etdiyi “Hyundai Matrix” markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapıları bağlanmış və avtomobilin açarı zorla əlindən alınmışdır. Iddiaçı məcbur qalaraq oradan ictimai nəqliyyat vasitəsi ilə uzaqlaşmışdır. Evdə ailə üzvləri avtomobilin aqibəti ilə maraqlandıqda, o, vəziyyəti gizlətmək məqsədilə avtomobili borclarına görə satışa çıxardığını bildirmişdir. Ertəsi gün hadisə yerinə qayıtdıqda avtomobilin orada olmadığını görmüşdür. Hadisədən təxminən bir həftə sonra cavabdehin 050-553-44-77 nömrəsinə zəng edərək avtomobilini soruşmuşdur. Cavabdeh avtomobilin öz həyətində olduğunu və yalnız 10000 manat qarşılığında qaytaracağını bildirmişdir. Iddiaçı polisə müraciət edəcəyini dedikdə isə cavabdeh qorxaraq avtomobili yaşadığı küçədən götürməsini təklif etmişdir. Avtomobili təhvil alarkən məlum olmuşdur ki, avtomobilin sağ yan güzgüsü və salon güzgüsü sındırılmış, monitoru və “iPhone 15 Pro Max” markalı mobil telefonu oğurlanmış, həmçinin ona məxsus hərbi bilet və şəxsiyyət vəsiqəsi cırılmışdır. Iddiaçı bu barədə cavabdehdən soruşduqda, cavabdeh bunu etiraf etmiş və nalayiq ifadələr işlətmişdir. Iddiaçı dəymiş ziyanın ödənilməsini və məsələnin sülh yolu ilə həllini təklif etsə də, cavabdeh əksinə, onun həyat yoldaşı ilə əlaqə saxlayaraq böhtan xarakterli ifadələr işlətməyə davam etmişdir. Daha sonra, 08–## ######## 2024-cü il tarixlərində iddiaçı məlumat əldə etmişdir ki, cavabdeh özünə məxsus “Infiniti FX35” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobili sataraq ölkədən çıxmışdır. 2025-ci ilin fevral ayında iddiaçı qonşusunun mobil nömrəsi vasitəsilə “WhatsApp” üzərindən cavabdehlə əlaqə saxlamışdır. Cavabdeh cavabında bildirmişdir ki, bacısı Lamiyə vasitəsilə pul göndərəcək, eyni zamanda Bakıda olduğu halda onu əsassız olaraq polisə şikayət edəcəyini qeyd etmişdir. Bundan əlavə, cavabdeh yenidən nalayiq ifadələrlə onu təhqir etmişdir. ##.##.2025-ci il tarixdə tərəflər arasında “WhatsApp” yazışmaları zamanı cavabdeh iddiaçıya məxsus sənədləri cırıb atdığını etiraf etmişdir. Həmin gün cavabdehin bacısı Nümayəndə 050-676-52-25 nömrəsindən zəng edərək iddiaçını təhqir etmiş və bacısının adından bildirmişdir ki, nə borcu, nə də vurulmuş ziyanı ödəməyəcəklər. Iddiaçı cavabdehlə olan bütün yazışmaları və telefon danışıq qeydlərini elektron daşıyıcıya köçürərək maddi sübut kimi saxlamışdır və məhkəməyə təqdim etməyə hazırdır. Buna baxmayaraq, cavabdeh bu günədək nə borcunu, nə də vurduğu maddi ziyanı ödəməmişdir. Bu səbəbdən iddiaçı hüquqlarının müdafiəsi məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

2. Cavabdeh Cavabdeh iddia ərizəsinə etiraz edərək məhkəməyə müraciət etmiş və iddianın tamamilə yalan olduğunu, avtomobilin iddiaçının iştirakı ilə Sumqayıt şəhərində yerləşən avtosalonlardan birində satıldığını bildirmişdir. Avtomobilin satışı ## ### 2022-ci il tarixdə həyata keçirilmişdir. O, həmin avtomobili eyni avtosalonda başqa nəqliyyat vasitəsi ilə dəyişdirərək əvəzində “Infiniti” markalı avtomobil əldə etmişdir. Əvvəlcə tərəflər avtomobili lizinq yolu ilə almağı planlaşdırmışlar. Lakin avtomobilin qiyməti təxminən 40000 manat olduğundan, cavabdeh əlavə borc götürməyə məcbur olmuşdur. Belə ki, o, 10000 manat məbləğində “xxxx” ASC-dən kredit götürmüş, əlavə olaraq 15000 manat məbləğində qohum və tanışlarından borc alaraq avtomobili nağd şəkildə əldə etmişdir. Bütün alqı-satqı prosesi zamanı iddiaçı daim onun yanında olmuşdur. Həmin dövrdə tərəflər arasında normal münasibətlər mövcud olmuşdur. Dəfələrlə bildirmişdir ki, “Infiniti” markalı avtomobil onun üçün çox bahalıdır. Bununla belə, iddiaçı cavabdehə təkidlə demişdir ki, avtomobilə görə yaranmış bütün borcları hissə-hissə ödəyəcək və narahat olmamağını xahiş etmişdir. Sonradan tərəflər arasında münasibətlər normal şəkildə davam etmiş və təxminən altı ay ərzində iddiaçı bank ödənişlərinin həyata keçirilməsində cavabdehə kömək etmişdir. Daha sonra isə iddiaçı maddi vəziyyətinin ağırlaşdığını, müflis olduğunu və artıq borcları ödəmək imkanının olmadığını bildirmişdir. O, cavabdehdən kimdənsə borc tapmasını və ödənişləri davam etdirməsini xahiş etmiş, bir-iki aydan sonra yenidən kömək edəcəyini vəd etmişdir. Sonradan iddiaçının borcları ödəmək imkanının olmadığını tam şəkildə başa düşmüşdür. Bu səbəbdən, məcbur qalaraq 2024-cü ilin may-iyun aylarında “Infiniti” markalı avtomobili satmış, əldə etdiyi vəsaitlə borclarının bir hissəsini ödəmiş və işləmək məqsədilə Rusiya Federasiyasına getmişdir. Iddiaçı ona hər ay 150–200 manat göndərəcəyini bildirərək ölkədən getməməsini xahiş etmişdir. Lakin cavabdeh iki uşağının olduğunu nəzərə alaraq bu məbləğin kifayət etmədiyini düşünmüş və təxminən bir il müddətində Rusiya Federasiyasında işləyərək borclarının bir hissəsini ödəmişdir. O, Rusiya Federasiyasında işlədiyi müddətdə iddiaçı müxtəlif telefon nömrələrindən ona zəng edərək hədə-qorxu gəlmiş, şəxsi münasibətlərini uşaqlarına və bacısına bildirəcəyini deyərək onu şantaj etmişdir. Dəfələrlə iddiaçıdan ondan əl çəkməsini tələb etsə də, iddiaçı müxtəlif bəhanələrlə onu narahat etməyə davam etmiş, hətta bayram münasibətilə aldığı hədiyyələrin, o cümlədən ətir və ayaqqabıların belə pulunu tələb etmişdir. Sonradan iddiaçı onun uşaqlarına təhdid xarakterli mesajlar göndərərək ailəsi yanında şərəf və ləyaqətini alçaltmağa çalışmışdır. Daha sonra isə əvvəllər aldığı hədiyyələrin dəyərini avtomobil məsələsi ilə əlaqələndirərək pul tələb etməyə başlamışdır. Halbuki “Infiniti” markalı avtomobil bank krediti və digər şəxslərdən alınmış borclar hesabına əldə edilmişdir. Hazırda Nəsimi Rayon Məhkəməsində iddiaçı tərəfindən ona qarşı başqa bir pul tələbinə dair mülki iş də qaldırılmışdır və həmin iş məhkəmənin icraatındadır. Iddiaçının ona qarşı davamlı şəkildə böhtan xarakterli, əsassız iddialar qaldırmasından və məhkəmələrə müraciət etməsindən yorulmuşdur. Məcburiyyət qarşısında qalaraq bank çıxarışlarını əldə etmişdir və zərurət yaranarsa onları məhkəməyə təqdim etməyə hazırdır. O, iddiaçıya çox etibar etdiyini, hətta özünə məxsus mənzilin mebellərinin satışını da ona həvalə etdiyini qeyd etmişdir. Bununla əlaqədar cavabdeh məhkəmədən iddiaçı İddiaçı pul tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddiaçı X1 cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 567, 600.1, 650, 1091, 1092.1, 1096.1, 1096.2, 1097.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.3, 14.1, 14.2, 77.1, 107, 119.1, 217.3, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, iş materiallarını, tərəflərin izahatlarını və təqdim edilmiş sübutları məcmu halında qiymətləndirən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehə məxsus avtomobili almaq məqsədilə ona 15000 manat ödəmiş, lakin avtomobil ona verilməmiş, sonradan isə cavabdeh tərəfindən başqa şəxsə satılmışdır. Cavabdeh isə iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı ilə aralarında uzun müddət davam etmiş şəxsi, yaxın münasibətlər olmuş, iddiaçı tərəfindən göndərilən pul vəsaitləri avtomobilin alqı-satqısı ilə bağlı deyil, həmin şəxsi münasibətlər zəminində verilmişdir. Tərəflərin həm iddia ərizəsində, həm məhkəmə iclasında verdikləri izahatlardan onların arasında sadəcə təsadüfi tanışlıq və ya sırf mülki-hüquqi xarakterli münasibətlərin deyil, uzun müddət davam etmiş yaxın şəxsi münasibətlərin, o cümlədən sevgi münasibətlərinin mövcud olduğu müəyyən edilir. Iddiaçı özü də cavabdehi 2021-ci ildən tanıdığını, əvvəlcə onunla müştəri münasibətlərinin yarandığını, sonradan isə aralarında yaxın münasibətin formalaşdığını bildirmişdir. Cavabdeh də öz izahatında tərəflər arasında yaxın münasibətlərin olduğunu, iddiaçının onun evinə gəldiyini, onunla davamlı əlaqə saxladığını, həmin münasibətlər çərçivəsində ona müxtəlif vaxtlarda pul vəsaitləri göndərdiyini göstərmişdir. Bu hallar tərəflərin izahatları ilə qarşılıqlı şəkildə təsdiq olunur. Iş üzrə təqdim edilmiş bank çıxarışları iddiaçının cavabdehə müxtəlif vaxtlarda pul vəsaitləri göndərdiyini təsdiq etsə də, həmin pul vəsaitlərinin məhz avtomobilin alqı-satqı qiyməti kimi ödənildiyini təsdiq etmir. Başqa sözlə, hesabdan çıxarış məlumatları yalnız pul köçürmələrinin faktını sübut edir, lakin həmin köçürmələrin hüquqi təyinatını, yəni avtomobilin alınması məqsədi ilə edildiyini müəyyən etməyə kifayət etmir. Iş materiallarında olan hesabdan çıxarışlardan görünür ki, iddiaçı tərəfindən cavabdehin müxtəlif kart hesablarına 2021–2024-cü illər ərzində çoxsaylı köçürmələr edilmiş, həmin köçürmələr ayrı-ayrı tarixlərdə müxtəlif məbləğlərdə olmuşdur. Köçürülən məbləğlər 4 manat, 5 manat, 7 manat, 10 manat, 12 manat, 15 manat, 20 manat, 25 manat, 30 manat, 35 manat, 40 manat, 50 manat, 60 manat, 70 manat, 80 manat, 100 manat, 150 manat, 180 manat, 200 manat, 250 manat, 280 manat, 300 manat, 315 manat, 350 manat, 400 manat, 405 manat, 600 manat və sair müxtəlif məbləğləri əhatə etmişdir. Məbləğlərin bu cür müxtəlifliyi, ödənişlərin uzun müddət ərzində pərakəndə şəkildə edilməsi və vahid alqı-satqı məbləğinin ödənilməsi ardıcıllığını əks etdirməməsi həmin ödənişlərin avtomobilin konkret satış qiymətinin hissə-hissə ödənilməsi kimi qiymətləndirilməsinə əsas vermir. Məhkəmə nəzərə alır ki, avtomobilin alqı-satqısı kimi əhəmiyyətli hüquqi nəticələr doğuran münasibətlər üzrə, xüsusilə də iddiaçının bildirdiyi kimi 15000 manat məbləğində öhdəlik yaranmışdırsa, həmin öhdəliyin mövcudluğu, tərəflər arasında avtomobilin qiyməti barədə razılaşma, ödənişlərin həmin razılaşma üzrə aparılması və avtomobilin iddiaçıya verilməli olması mötəbər sübutlarla təsdiq olunmalıdır. Lakin iş materiallarında tərəflər arasında avtomobilin 15000 manata satılması barədə yazılı müqavilə, beh müqaviləsi, borcun etirafı, ödənişlərin təyinatında avtomobilə görə edildiyini göstərən qeyd, yazışma, səs yazısı və ya digər mötəbər sübut mövcud deyildir. Iddiaçının istinad etdiyi münasibət nəqliyyat vasitəsinin alqı-satqısı ilə bağlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 650-ci maddəsinə əsasən rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısına dair müddəalar müvafiq qaydada tətbiq edilir. Nəqliyyat vasitələri dövlət qeydiyyatına alınan daşınar əmlak hesab olunduğundan onların özgəninkiləşdirilməsi ilə bağlı hüquqi münasibətlər müəyyən edilmiş forma və rəsmiləşdirmə qaydalarına uyğun həyata keçirilməlidir. Hazırkı iş üzrə tərəflər arasında nəqliyyat vasitəsinin alqı-satqısına dair notarial qaydada təsdiq edilmiş müqavilə, nəqliyyat vasitəsinin iddiaçının adına dövlət qeydiyyatına alınması, yaxud tərəflərin avtomobil üzərində mülkiyyət hüququnun iddiaçıya keçməsinə yönəlmiş iradəsini birmənalı şəkildə təsdiq edən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Iş materiallarında avtomobilin iddiaçıya satılması barədə yazılı razılaşma, alqı-satqı müqaviləsi, avtomobilin təhvil verilməsi aktı, qiymətin ödənilməsini təsdiq edən təyinatlı ödəniş sənədi və ya digər sübutlar mövcud deyildir. Eyni zamanda, iş materiallarında olan etibarnamə özü-özlüyündə avtomobilin alqı satqısını təsdiq edən sənəd kimi qəbul edilə bilməz. Etibarnamə müəyyən hərəkətləri etmək üçün nümayəndəlik səlahiyyəti verən sənəd olmaqla, mülkiyyət hüququnun keçməsini və ya avtomobil üzrə alqı-satqı müqaviləsinin bağlanmasını təsdiq etmir. Iş materiallarında olan etibarnamənin məzmunundan da görünür ki, həmin etibarnamə iddiaçıya yalnız nəqliyyat vasitəsini idarə etmək hüququnun verilməsi ilə bağlı olmuşdur. Etibarnamədə nəqliyyat vasitəsi üzərində sərəncam vermək, onu satmaq, bağışlamaq, özgəninkiləşdirmək, başqa şəxsin adına rəsmiləşdirmək, qiymətini almaq və ya cavabdeh adından avtomobilə dair alqı satqı müqaviləsi bağlamaq kimi səlahiyyətlər nəzərdə tutulmamışdır. Bu baxımdan, etibarnamənin mövcudluğu yalnız iddiaçıya məhdud həcmdə, yəni nəqliyyat vasitəsindən istifadə və onu idarə etmə ilə bağlı səlahiyyət verildiyini göstərir, lakin avtomobilin 15000 manat müqabilində iddiaçıya satılması və həmin məbləğin cavabdehə ödənilməsi barədə iddiaçının dəlilini təsdiq etmir. Bu baxımdan, təkcə etibarnamənin mövcudluğu və tərəflər arasında müxtəlif vaxtlarda həyata keçirilmiş pul köçürmələri tərəflər arasında nəqliyyat vasitəsinin alqı-satqısı müqaviləsinin bağlanmasını, həmin müqavilə üzrə öhdəliklərin yarandığını və iddiaçı tərəfindən ödənilən vəsaitlərin məhz avtomobilin satış qiyməti kimi verildiyini təsdiq edən kifayət qədər və mötəbər sübut kimi qiymətləndirilə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, tərəflər arasında yaxın şəxsi münasibətlərin mövcudluğu şəraitində iddiaçı tərəfindən cavabdehə müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə pul vəsaitlərinin göndərilməsi həyat təcrübəsi baxımından istisna hal deyildir. Şəxsi münasibətlər, o cümlədən sevgi münasibətləri çərçivəsində tərəflərdən birinin digərinə maddi yardım göstərməsi, gündəlik ehtiyaclar, hədiyyələr, şəxsi xərclər və digər məişət xarakterli məqsədlərlə pul verməsi mümkündür. Bu baxımdan, təqdim edilmiş bank əməliyyatları tərəflər arasında şəxsi münasibətlərin mövcud olduğu şəraitdə avtomobil üzrə alqı-satqı qiymətinin ödənilməsi kimi deyil, daha çox münasibətlərin xarakterindən irəli gələn müxtəlif xərclər və maddi yardım kimi qiymətləndirilə bilər. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı iş üzrə iddiaçının üzərinə düşən sübutetmə yükü ondan ibarət olmuşdur ki, o, cavabdehə göndərdiyi pul vəsaitlərinin məhz avtomobilin alqı-satqısı ilə bağlı olduğunu, tərəflər arasında avtomobilə dair razılaşmanın mövcudluğunu, ödənişlərin həmin razılaşmanın icrası məqsədilə edildiyini və cavabdehin həmin məbləği qaytarmaq öhdəliyinin yarandığını sübut etsin. Lakin iddiaçı bu halları məhkəmə üçün inandırıcı və mötəbər sübutlarla təsdiq edə bilməmişdir. Iddiaçı tərəfindən irəli sürülmüş tələbin faktiki halları əsassız varlanma institutunun tətbiqi baxımından da təmin olunmuş hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinin tətbiqi üçün cavabdehin hüquqi əsas olmadan iddiaçının hesabına əmlak əldə etməsi, həmin varlanmanın konkret hüquqi əsasa söykənməməsi və tərəflər arasında mövcud olmuş münasibətlərdən ayrıca, müstəqil şəkildə cavabdehin əsassız əmlak əldə etməsinin sübuta yetirilməsi zəruridir. Lakin hazırkı iş üzrə iddiaçı tərəfindən cavabdehə köçürülmüş pul vəsaitlərinin konkret hansı hüquqi münasibət çərçivəsində verildiyi müəyyən edilmir. Tərəflər arasında şəxsi münasibətlərin mövcudluğu, ödənişlərin uzun müddət ərzində müxtəlif məbləğlərdə və müxtəlif tarixlərdə aparılması, ödənişlərin təyinatının avtomobillə əlaqələndirilməməsi və iddiaçının ödənişlərin məhz avtomobilə görə edildiyini sübut edə bilməməsi cavabdehin hüquqi əsas olmadan varlanması nəticəsinə gəlməyə imkan vermir. Eyni zamanda, iddiaçı tərəfindən cavabdehə verilmiş vəsaitlərin konkret məqsədlə təqdim olunması, həmin məqsədin cavabdeh tərəfindən yerinə yetirilməməsi və nəticədə cavabdehin əsassız əmlak əldə etməsi halları da sübuta yetirilməmişdir. Bu səbəbdən, hazırkı iş üzrə əsassız varlanma ilə bağlı normanın dispozitiv şərtlərinin mövcud olduğu qənaətinə gəlmək mümkün deyildir. Məhkəmə iddiaçının 5000 manat maddi ziyan tələbinə münasibətdə də qeyd edir ki, maddi ziyanın tutulması üçün ziyanın mövcudluğu, ziyanın məbləği, cavabdehin hüquqazidd hərəkəti və həmin hərəkətlə ziyan arasında səbəbli əlaqə sübut edilməlidir. Iddiaçı avtomobilin güzgülərinin sındırılması, monitorun, mobil telefonun götürülməsi, sənədlərin korlanması və sair hallara istinad etsə də, bu halları təsdiq edən mötəbər sübutlar, o cümlədən ziyanın məbləğini müəyyən edən sənədlər, ekspert rəyi, təmir xərclərinə dair qəbzlər və ya cavabdehin həmin hərəkətləri törətməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən 5000 manat maddi ziyan tələbi də sübuta yetirilmiş hesab edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

4. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: - «xxxx» KB ASC-nin HITD-OUT-*****-**** saylı ##.##.2025-ci il tarixli məktubuna əsasən ##.##.2025-ci il tarixli, e- *(***)-****/**** nömrəli qərardadın icrası ilə əlaqədar məktuba cavab olaraq bildirilmişdir ki, İddiaçı (FIN: *******) məxsus 409858********** nömrəli kart ##.##.2024-cü il tarixində qeydiyyata alınmışdır. Bu səbəbdən qərdadda tələb edilən dövr kartın qeydiyyat tarixindən əvvəlki dövrü əhatə etdiyi üçün tələb edilən məlumatların təqdim edilməsi imkan xaricindədir; - Iş materiallarına əlavə edilmiş etibarnamənin surətinə əsasən Cavabdeh tərəfindən İddiaçı adına etibarnamə rəsmiləşdirilmişdir. Etibarnamənin məzmunundan İddiaçı Cavabdeh adından müvafiq hərəkətləri həyata keçirmək səlahiyyətinin verildiyi müəyyən olunur. Sənəddə etibarnamə ilə bağlı nəqliyyat vasitəsindən istifadə hüququnun verildiyi, etibarnamənin qüvvədə olma müddətinin isə ##.##.2026-cı ilədək olduğu görünür; - “xxxx” ASC tərəfindən verilmiş ödəniş kartı üzrə çıxarışa əsasən İddiaçı məxsus 416974******** nömrəli kart hesabı üzrə - ##.##.2021-ci il tarixdə kart hesabına 74 manat və 1 manat məbləğində vəsait daxil olmuş, ##.##.2021-ci il tarixdə həmin kart hesabından 1 manat məbləğində vəsait çıxılmış, ##.##.2021-ci il tarixdə karta 500 manat məbləğində vəsait daxil olmuş, ##.##.2021-ci il tarixdə isə kart hesabından 20 manat və 545 manat məbləğində vəsait məxaric edilmişdir; - “xxxx” ASC-nin çıxarışına əsasən İddiaçı məxsus 416973******** nömrəli kart hesabı üzrə - ##.##.2021-ci il tarixdə kart hesabına 30 manat və 50 manat məbləğində vəsait daxil olmuş, həmin tarixdə kart hesabından 50 manat, 29 manat və 1 manat məbləğində vəsait məxaric edilmiş, ##.##.2021-ci il tarixdə isə kart hesabına 20 manat məbləğində vəsait daxil olmuşdur; - Hesabdan çıxarışlara əsasən ##.##.2022-ci il tarixli GTKР*******A*** saylı kredit müqaviləsinə əlavə olaraq xxxx tərəfindən ödəniş qrafiki tərtib edilmişdir. Həmin ödəniş qrafikində kredit alan şəxs kimi Cavabdeh, kredit məbləği 10.125 manat, faiz dərəcəsi 19,19 faiz illik, kreditin müddəti isə 48 ay göstərilmişdir. Ödəniş qrafikində aylıq ödənişlərin tarixi, əsas borcun ödənişi, faiz ödənişi və kredit qalığı əks olunmuşdur. Qrafikə əsasən, aylıq ödəniş məbləği əsasən 303,75 manat, son ödəniş isə 308,96 manat kimi göstərilmişdir; - iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən Cavabdeh müxtəlif kart hesablarına 2021–2024-cü illər ərzində İddiaçı məxsus, sonu 7228 və 1181 rəqəmləri ilə bitən kartlardan müxtəlif məbləğlərdə pul vəsaitləri göndərilmişdir. Həmin vəsaitlərin məbləği ayrı-ayrı əməliyyatlar üzrə 4 manatdan 600 manatadək dəyişmişdir; - ##.##.2025-ci il tarixli ödəniş qəbzinə əsasən İddiaçı tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hesabına dövlət rüsumu olaraq 150 manat məbləğində ödəniş edilmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

5. Iddiaçı iddia ərizəsiylə eyni məzmunlu apellyasiya şikayəti verərək, Bakı Şəhəri Nəsimi Rayon məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsinin dəyişdirilərək, cavabdeh Cavabdeh 15000 manat məbləğində pul, 5000 manat dəymiş ziyan və ödəmiş olduğu 150 manat dövlət rüsumunun, cəmi 20150 manatın ona verilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 182.1, 1096.1, 1097.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217-ci maddələrinə istinadən qeyd edilmişdir ki, özü fərdi sahibkardır, ********** saylı VÖEN vardır, mebel ustası kimi Bakı şəhəri, Koroğlu metrosunun yaxınlığında fəaliyyət göstərir. Məhkəmə araşdırması zamanı düzgün mövqeyə yönəlməmiş və onun hüquqları pozulmuşdur. Belə ki, məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı əsasında müvafiq soruğusu zamanı - Cavabdeh **************** nömrəli kart hesabına aşağıdakı məbləğlərdə vəsaitlər göndərilmişdir: ##.##.2021-ci il tarixdə 50 manat, ##.##.2021-ci il tarixdə 30 manat, ##.##.2021-ci il tarixdə 25 manat, ##.##.2021-ci il tarixdə 50 manat, ##.##.2021-ci il tarixdə 20 manat, ##.##.2021-ci il tarixdə 30 manat, ##.##.2021-ci il tarixdə 280 manat, ##.##.2021-ci il tarixdə 10 manat, ##.##.2021-ci il tarixdə 20 manat, ##.##.2021-ci il tarixdə 20 manat, ##.##.2021-ci il tarixdə 400 manat, ##.##.2021-ci il tarixdə 50 manat, ##.##.2022-ci il tarixdə 400 manat, ##.##.2022ci il tarixdə 405 manat, ##.##.2022-ci il tarixdə 100 manat, ##.##.2022-ci il tarixdə 30 manat, ##.##.2022-ci il tarixdə 20 manat, ##.##.2022-ci il tarixdə 20 manat və 30 manat, ##.##.2022ci il tarixdə 125 manat, ##.##.2022-ci il tarixdə 50 manat, ##.##.2022-ci il tarixdə 30 manat, ##.##.2022-ci il tarixdə 15 manat, ##.##.2022-ci il tarixdə 200 manat, ##.##.2022-ci il tarixdə 235 manat, ##.##.2022-ci il tarixdə 100 manat, ##.##.2022- ci il tarixdə 30 manat, ##.##.2022-ci il tarixdə 70 manat, ##.##.2022-ci il tarixdə 50 manat, ##.##.2022-ci il tarixdə 150 manat, ##.##.2022-ci il tarixdə 33 manat, ##.##.2022-ci il tarixdə 30 manat, ##.##.2022-ci il tarixdə 10 manat, ##.##.2022-ci il tarixdə 30 manat, ##.##.2022-ci il tarixdə 20 manat, ##.##.2022-ci il tarixdə 15 manat, ##.##.2022-ci il tarixdə 30 manat, ##.##.2022-ci il tarixdə 20 manat, ##.##.2022-ci il tarixdə 20 manat, ##.##.2022-ci il tarixdə 30 manat və 30 manat, ##.##.2022-ci il tarixdə 100 manat, ##.##.2022-ci il tarixdə 20 manat, ##.##.2022-ci il tarixdə 18 manat, ##.##.2022-ci il tarixdə 100 manat, ##.##.2022-ci il tarixdə 20 manat, ##.##.2022-ci il tarixdə 20 manat, ##.##.2022-ci il tarixdə 70 manat, 20 manat və 20 manat, ##.##.2022-ci il tarixdə 15 manat, ##.##.2022-ci il tarixdə 50 manat, ##.##.2022-ci il tarixdə 100 manat, ##.##.2022-ci il tarixdə 35 manat, ##.##.2022-ci il tarixdə 50 manat, ##.##.2022-ci il tarixdə 30 manat, ##.##.2022-ci il tarixdə 100 manat, ##.##.2022-ci il tarixdə 20 manat, ##.##.2022-ci il tarixdə 600 manat, ##.##.2022-ci il tarixdə 200 manat, ##.##.2022- ci il tarixdə 65 manat, ##.##.2022-ci il tarixdə 300 manat, ##.##.2022-ci il tarixdə 350 manat və 50 manat, ##.##.2022-ci il tarixdə 100 manat, ##.##.2022-ci il tarixdə 100 manat məbləğində vəsait göndərilməsi, Cavabdeh **************** nömrəli hesabına aşağıdakı məbləğlərdə vəsaitlər göndərilmişdir: ##.##.2022-ci il tarixdə 100 manat, ##.##.2022 ci il tarixdə 600 manat, ##.##.2022-ci il tarixdə 35 manat, ##.##.2022-ci il tarixdə 60 manat, ##.##.2022-ci il tarixdə 16 manat, ##.##.2022-ci il tarixdə 25 manat, ##.##.2023-cü il tarixdə 100 manat, ##.##.2023-cü il tarixdə 100 manat, ##.##.2023-cü il tarixdə 100 manat, ##.##.2023-cü il tarixdə 65 manat, ##.##.2023-cü il tarixdə 40 manat, ##.##.2023-cü il tarixdə 10 manat və 20 manat, ##.##.2023-cü il tarixdə 115 manat, ##.##.2023-cü il tarixdə 200 manat, ##.##.2023-cü il tarixdə 20 manat, ##.##.2023-cü il tarixdə 20 manat, ##.##.2023-cü il tarixdə 20 manat, ##.##.2023-cü il tarixdə 30 manat və 20 manat, ##.##.2023-cü il tarixdə 70 manat, ##.##.2023-cü il tarixdə 135 manat, ##.##.2023-cü il tarixdə 114 manat və 35 manat, ##.##.2023-cü il tarixdə 20 manat, ##.##.2023-cü il tarixdə 20 manat, ##.##.2023-cü il tarixdə 100 manat, ##.##.2023-cü il tarixdə 100 manat, ##.##.2023-cü il tarixdə 35 manat, ##.##.2023-cü il tarixdə 100 manat, ##.##.2023-cü il tarixdə 200 manat, ##.##.2023-cü il tarixdə 50 manat, ##.##.2023-cü il tarixdə 24 manat, ##.##.2023-cü il tarixdə 6 manat, ##.##.2023-cü il tarixdə 14 manat, ##.##.2023-cü il tarixdə 150 manat və 40 manat, ##.##.2023-cü il tarixdə 60 manat, ##.##.2023-cü il tarixdə 10 manat və 150 manat, ##.##.2023-cü il tarixdə 20 manat və 40 manat, ##.##.2023-cü il tarixdə 50 manat və 40 manat, ##.##.2023-cü il tarixdə 150 manat, ##.##.2023-cü il tarixdə 35 manat, ##.##.2023-cü il tarixdə 40 manat, ##.##.2023-cü il tarixdə 30 manat, ##.##.2023-cü il tarixdə 600 manat və 150 manat, ##.##.2023-cü il tarixdə 20 manat, 50 manat və 30 manat, ##.##.2023-cü il tarixdə 180 manat, ##.##.2023-cü il tarixdə 12 manat, ##.##.2023-cü il tarixdə 50 manat, ##.##.2023-cü il tarixdə 250 manat, ##.##.2023-cü il tarixdə 30 manat, ##.##.2023-cü il tarixdə 20 manat, ##.##.2023-cü il tarixdə 55 manat və 30 manat, ##.##.2023-cü il tarixdə 265 manat, ##.##.2023-cü il tarixdə 85 manat, ##.##.2023-cü il tarixdə 20 manat, ##.##.2023-cü il tarixdə 50 manat, ##.##.2023-cü il tarixdə 22 manat, ##.##.2023-cü il tarixdə 25 manat, ##.##.2023cü il tarixdə 50 manat, ##.##.2023-cü il tarixdə 315 manat, ##.##.2023-cü il tarixdə 5 manat, ##.##.2023-cü il tarixdə 4 manat, 10 manat və 20 manat, ##.##.2023 cü il tarixdə 50 manat, ##.##.2023-cü il tarixdə 70 manat, ##.##.2023-cü il tarixdə 40 manat, ##.##.2023-cü il tarixdə 20 manat, ##.##.2023-cü il tarixdə 15 manat, ##.##.2023-cü il tarixdə 30 manat, ##.##.2023cü il tarixdə 60 manat, ##.##.2023-cü il tarixdə 10 manat, ##.##.2023-cü il tarixdə 55 manat, ##.##.2023-cü il tarixdə 40 manat, ##.##.2023-cü il tarixdə 300 manat və 15 manat, ##.##.2023-cü il tarixdə 110 manat, ##.##.2023-cü il tarixdə 100 manat, ##.##.2023-cü il tarixdə 40 manat, ##.##.2023-cü il tarixdə 280 manat, ##.##.2023-cü il tarixdə 40 manat, ##.##.2023-cü il tarixdə 70 manat, ##.##.2023-cü il tarixdə 75 manat və 60 manat, ##.##.2023cü il tarixdə 30 manat, ##.##.2023-cü il tarixdə 40 manat, ##.##.2023-cü il tarixdə 80 manat, ##.##.2023-cü il tarixdə 50 manat, ##.##.2023-cü il tarixdə 100 manat, ##.##.2023-cü il tarixdə 40 manat və 60 manat, ##.##.2023-cü il tarixdə 60 manat və 30 manat, ##.##.2023-cü il tarixdə 60 manat, ##.##.2024-cü il tarixdə 60 manat və 40 manat, ##.##.2024-cü il tarixdə 100 manat, ##.##.2024-cü il tarixdə 180 manat, ##.##.2024-cü il tarixdə 60 manat, ##.##.2024-cü il tarixdə 80 manat və 25 manat, ##.##.2024-cü il tarixdə 50 manat, ##.##.2024-cü il tarixdə 40 manat, ##.##.2024-cü il tarixdə 400 manat, ##.##.2024-cü il tarixdə 100 manat, ##.##.2024-cü il tarixdə 40 manat, ##.##.2024-cü il tarixdə 40 manat, ##.##.2024-cü il tarixdə 40 manat, ##.##.2024-cü il tarixdə 40 manat, ##.##.2024-cü il tarixdə 20 manat, ##.##.2024-cü il tarixdə 20 manat, ##.##.2024-cü il tarixdə 20 manat məbləğində vəsait göndərilməsi və Cavabdeh **************** nömrəli kart hesabına ##.##.2023-cü il tarixdə 12 manat, ##.##.2024-cü il tarixdə 7 manat, ##.##.2024-cü il tarixdə 5 manat, ##.##.2024-cü il tarixdə 7 manat, ##.##.2024-cü il tarixdə 20 manat, ##.##.2024-cü il tarixdə 20 manat, ##.##.2024-cü il tarixdə 20 manat, ##.##.2024-cü il tarixdə 10 manat, ##.##.2024- cü il tarixdə 40 manat, ##.##.2024cü il tarixdə 20 manat məbləğində vəsait göndərilməsi öz əksini tapmışdır. Lakin, məhkəmə bunu nəzərə almamışdır. Belə ki, "Elektron notariat" X10 Ç İ X A R İ Ş-dan görünür ki, BAIC A115 MINIK , Istehsal ili: 2014, Mühərrik №: -, BAN №: LNBSCBAJ*ER****** nömrəli nəqliyyat vasitəsini Cavabdeh Bakı şəhəri * saylı notariat ofisində ona ##.##.2022-ci il tarixdə etibar etmişdir. Bu etibarnamə isə onu vicdanlı alıcı kimi göstərmişdir. Lakin o, onu məhkəməyə verdikdən sonra məhkəmə hazırlıq iclası ##.##.2025-ci il tarixində, saat 12:15-ə təyin edilmişdir. Cavabdeh Cavabdeh isə ##.##.2025 23:07:43 radələrində etibarnaməyə xitam vermişdir ki, o, ondan həmin avtomobili və ya onun dəyəri olan 15000 manatı tələb edə bilməsin. Bu barədə etibarnaməni apelyasiya şikayətinə əlavə edir. Bundan başqa, Cavabdeh ona qarşı etdiyi cinayətə görə barəsində ibtidai istintaq aparılır. Bu barədə qərarları da apellyasiya şikayətinə əlavə edir. Bundan başqa, ondan pul tələb etməsin deyə, cavabdeh onun həyat yoldaşını da əsassız olaraq xüsusi ittiham qaydasında məhkəməyə vermiş və Sabirabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)**/**** saylı hökmünə əsasən X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə bəraət verilməsi və onun təqsirsiz elan edilməsi hökm edilmişdir. Hətta Bakı şəhəri Binəqədi Rayon Polis Idarəsi onun barəsində əsassız cinayət işinin rədd edilməsi barədə qərarlar qəbul etdiyi üçün onlara qarşı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində mülki qaydada iddia qaldırmışdır və icraata götürmə barədə ##.##.2026-cı il tarixli qərdadı da apelyasiya şikayətinə əlavə edir. Hətta onun şəxsən Cavabdeh ilə olan telefon danışığının səs yazısı da var ki, orada şəxsən özü avtomobili ona satmasını bildirmişdir. Bunu da apelyasiya məhkəməsinə iclasda şəxsən CD disk formasında təqdim edəcəkdir. Qanunvericiliyin vicdanlı alıcının hüquqlarını qoruyan müddəalarına əsasən, o, həmin əmlakı vicdanlı şəkildə əldə etmişdir və vicdanlı alıcı hesab olunmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlardan, ödəniş sənədlərindən və digər materiallardan müəyyən edilmişdir ki, o, əmlakı əldə edərkən vicdanlı davranmış, əmlakın özgəninkiləşdirilməsində hər hansı qanun pozuntusundan xəbərsiz olmuşdur. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə əldə edənin xəbəri olmadığı və bilməli olmadığı hallarda əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirdisə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarlarında da vicdanlı əldə edənin hüquqlarının dövlət müdafiəsi altında olduğu vurğulanıb. Göründüyü kimi, BAIC A115 minik, istehsal ili: 2014, BAN №: LNBSCBAJ*ER****** nömrəli nəqliyyat vasitəsini cavabdeh Cavabdeh almışdır və bu barədə avtomobilə dair ödənişlər etmişdir. Bu qədər ödənişlər sırf avtomobilə dair olmuşdur. Qanuni olaraq sorğular zamanı təqdim olunmuş pul transferlərinə dair heç bir araşdırma aparılmamışdır. Əslində məhkəmə hər bir sübutu öz mənbəyinə və mənşəyinə görə əsaslandırmalı və buna dair hüquqi qiymət verməli idi. Onun əsaslı sübutlarla pul verdiyi şəxsə münasibətdə hüquqları tapdalanmışdır. O, avtomobili alan zaman həmin avtomobilin girovda olmaması və barəsində digər həbs qərarlarının olmaması onun Mülki Məcəllənin müddəalarına əsasən vicdanlı alıcı olmasını sübuta yetirir. Hətta Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsinin iş materialları hissəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2026-cı il tarixli, */**** nömrəli ekspert rəyinə əsasən, ekspertiza tədqiqatına təqdim olunan materiallarda verilmiş məlumatlarda Cavabdeh tərəfindən işlədilmiş söz, söz birləşməsi və ifadələr İddiaçı şərəf və ləyaqətini nalayiq formada ləkələyən məlumatlar hesab edilmişdir. Bu ifadələri isə o, pulunu tələb etdikdə işlətmişdir. Ona görə də onu təhrik etmişdir ki, ona borclu olduğu pulu verməsin. 1096-cı maddə mülki hüquq pozuntusunun (deliktin) anlayışını müəyyən edir. Başqasına təqsirli və hüquqa zidd hərəkət və ya hərəkətsizlik nəticəsində ziyan vurulduqda mülki məsuliyyət yaranır. 1097-ci maddə fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin zərərvuran tərəfindən tam həcmdə ödənilməsini nəzərdə tutur. Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Beləliklə, məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər. Mülki Prosessual Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.2 və 418.3-cü maddələrinə əsasən, bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddi və mənəvi zərərikdən əziyyət çəkən şəxs ona vurulmuş zərərin əvəzinin (təzminat) ödənilməsini tələb etmək hüququna malikdir. Həmin şəxs ona vurulmuş maddi zərərin əvəzinin tam ödənilməsini o şərtlə tələb edə bilər ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mənəvi zərərin ödənilməsi tələbi bu tələbin irəli sürülməsinə səbəb olmuş iddia ilə birlikdə və yaxud belə iddia olmadan müstəqil, habelə cinayət mühakimə icraatı zamanı irəli sürülə bilər. Əgər o, ona bu pulları ödəməsəydi, özünə gələcəkdə istədiyi tərzdə nəqliyyat vasitəsi ala bilərdi. Bundan başqa isə qətnamədə əsassız olaraq bildirilmişdir ki, guya Hyundai Matrix markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanla bağlı sübut təqdim etməmişdir. Amma o isə iddia tələbində həmin hissədə hüquqi cəhətdən cinayət işi baş verdiyi üçün müvafiq orqanlara şikayət etdiyini və buna görə də Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarına əsasən İddiaçı şikayətinin təmin edilməsi, Bakı şəhəri Binəqədi Rayon Polis Idarəsinin Istintaq Şöbəsinin müstəntiqi, R Tahir Rəcəbli tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli "cinayət təqibinin başlanmasının rədd edilməsi barədə" qərarın qanunsuz hesab edilməsi və həmin qərarın ləğv edilməsi, İddiaçı şikayəti üzrə bu qərarda göstərilən xüsusatlar nəzərə alınmaqla yenidən araşdırma aparılmasının Bakı şəhəri Binəqədi Rayon Polis Idarəsinin Istintaq Şöbəsinə həvalə olunması, qərarın icrasına nəzarətin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora tapşırılması qərara alınmışdır. O isə mənəvi ziyanı Cavabdeh onu ailəsi ilə şantaj etdiyi üçün 5000 (beş min) manat tələb etmişdir. Birinci instansiya məhkəməsi isə qətnaməni kobudcasına səhv olaraq çıxarmışdır. Heç bir hüquqi mövqeyə dair əsaslı səbəblər göstərilməmişdir. Işin faktik halları belədir ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 15000 manat məbləğində pul, 5000) manat dəymiş ziyan və ödəmiş olduğu 150 manat dövlət rüsumunun, cəmi 20150 manatın ona verilməsi barədə iddiasının təmin edilməsini xahiş etmişdir. O hesab edir ki, qeyd edilənlərə əsasən qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin gəldiyi nəticə işin faktik hallarına uyğun gəlmir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş sənədlər düzgün araşdırılıb hüquqi qiymət verilməmişdir. Məhkəmə təqdim edilən sübutları araşdırmadan iddianın rədd edilməsi barədə qətnamə qəbul etmişdir. Halbuki o, cavabdeh Cavabdeh 15000 manat məbləğində pul, 5000 manat dəymiş ziyan və ödəmiş olduğu 150 manat dövlət rüsumunun, cəmi 20150 manat məbləğində pul vəsaitini tələb etsə də, iddiası təmin edilməmişdir. Bu isə ədalətsiz qəbul edilmiş bir qətnamədir. Bütün bunları nəzərə alaraq qeyd edir ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e- *(***)-****/**** saylı qətnaməsi qanunun pozulması ilə qəbul edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi üzrə iddia tələbi obyektiv və subyektiv araşdırma aparılmadan rədd edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi üzrə iş materillarında olan sübutlara istinad edilməmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutları bir-birilə müqayisəli şəkildə təhlil etməklə hər bir sübutu öz mənbəyinə və mənsubiyyətinə qiymətləndirməklə iddiaçının izahatını və iş materiallarına əlavə edilmiş sənədlər olan sübutları işin faktiki hallarına uyğun gəldiyinə görə mötəbər hesab etməli idi. Bundan başqa cavabdehin etirazını isə maddi məsuliyyətindən yaxa qurtarmağa yönəldilmiş hərəkət kimi dəyərləndirməli idi. Lakin məhkəmə bu hissəyə də hüquqi qiymət verməkdən çəkinmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar:

6. Cavabdeh Cavabdeh elektron məhkəmə informasiya sistemi vasitəsi ilə apellyasiya şikayətinə yazılı etiraz ərizəsini təqdim edərək qeyd etmişdir ki, o özünə məxsus "Baic BJ” markalı avtomobili iddiaçının iştirakı ilə Sumqayıt şəhərində yerləşən avtosalanda satıb, elə həmin salondan da başqa markalı avtomobil əldə etmişdir. Öz avtomobilini iddiaçıya satmağıyla bağlı aralarında hər hansı razılaşma olmamışdır. Əgər bu razılaşma mövcud olmuş olsa idi, iddiaçı avtomobilin satışı və alışı zamanı öz etirazını bildirər, vermiş olduğu pulu elə həmin vaxt ondan tələb edərdi. Iddiaçının ona göndərmiş olduğu pul vəsaitləri şəxsi münasibətlər zəminində olmuşdur. Bir müddət yaxın münasibətdə olublar və iddiaçı onun şəxsi xərclərini qarşılamışdır. Birinci instansiya məhkəməsində iş hərtərəfli, tam və obyektiv araşdırılmışdır.

7. Iddiaçı elektron kabinet vasitəsi ilə ərizə ilə müraciət edərək qeyd etmişdir ki, cavabdeh Cavabdeh apellyasiya şikayətinə qarşı təqdim etdiyi ##.##.2026-cı il tarixli etirazını nəzərdən keçirərək, həmin etirazda əks olunan iddiaları qətiyyətlə təkzib edir və aşağıdakıları məhkəmənin diqqətinə çatdırır: Cavabdeh etirazında iddia etmişdir ki, guya o onunla yaxın münasibətdə olmuş və onun şəxsi xərclərini qarşılamışdır. O cavabdeh Cavabdeh ilə heç bir zaman şəxsi münasibətdə olmamış və onun heç bir şəxsi xərclərini qarşılamamışdır. Cavabdehin bu iddiası tamamilə uydurmadır, həqiqətə uyğun deyildir və üzərinə düşən maliyyə məsuliyyətindən boyun qaçırmaq məqsədi daşıyır. O rəsmi ailəli şəxsən, cavabdeh ilə aralarında heç bir nikah münasibəti və ya ailə bağı mövcud olmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32, 33 və 34-cü maddələrinə əsasən, nikah dövründə qazanılan vəsaitlər ər və arvadın ümumi birgə mülkiyyətidir. Nikahda olmadığı, kənar bir şəxs olan cavabdehə ailənin büdcəsindən "şəxsi xərc" adı altında iri məbləğdə pul vəsaitinin ödənilməsi həm mənəvi, həm də hüquqi cəhətdən mümkünsüzdür. Tərəfindən və həyat yoldaşı tərəfindən cavabdehə köçürülən pul vəsaitləri şəxsi xərc deyil, məhz aralarında olan avtomobil alqı-satqısı razılaşmasına əsasən ödənilmişdir. Cavabdeh bu pulları mənimsəyərək Mülki Məcəllənin 1091ci maddəsinin tələblərini pozmuş və əsassız varlanmışdır.

8. Cavabdeh elektron kabinet vasitəsi ilə müvafiq vəsatətlər versə də, vəsatətləri müdafiə etmədiyindən onların təmin edilməsi üçün əsaslar müəyyən edilməmişdir.

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək, şikayətinin təmin edilməsini xahiş etmiş, həmçinin 5000 manat mənəvi zərəri cavabdehdən avtomobillə əlaqəli deyil, ona və ailə üzvlərinə qarşı təhqiramiz ifadələr işlətdiyi, şantajları ilə bağlı tələb etdiyini bildirmişdir.

10. Cavabdeh Cavabdeh elektron məhkəmə informasiya sistemi vasitəsi ilə ərizə ilə müraciət edərək səhhəti ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş,məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri:

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 21.1 .Şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

650. Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğısatqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir.1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə (maddələrinə) əsasən: 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

14. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 385-390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə mübahisələndirilən hissəyə münasibətdə araşdıran məhkəmə kollegiyası diqqətə çatdırır ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilən birinci instansiya məhkəməsinin araşdırma predmeti olan hallara dair dəlil əks edilməmiş və münasibətləri tənzimləyən mülki qanunvericiliyin tələblərinə müvafiq təkzibedici sübutlar araşdırmaya təqdim edilməmişdir. Belə ki, iddiaçı tərəf cavabdehə müxtəlif vaxtlarda ödənmiş bank hesabından çıxarışlar təqdim etsə də, həmin çıxarışların məhz tərəflər arasında bağlanmış şifahi alğı-satqının müqaviləsinin icrası, yəni avtomobil üçün ödənilmiş məbləğ olduğunu təsdiq edəcək mötəbər sübutlar, o cümlədən notarial qaydada təsdiq edilmiş yazılı müqavilə, telefon danışıqları, mesajlar, səs yazısı və s təqdim edə bilməmişdir. Bununla yanaşı iddiaçı 5000 manat mənəvi zərəri cavabdehdən onu və ailə üzvlərini şantaj, təhdid etdiyi, ailəsində mənəvi narahatçılıq yaratdığı üçün tələb etdiyini bildirsə də, cavabdeh tərəfindən həmin hərəkətlərin edildiyini təsdiq edən və bu hərəkətlərin ona və ailə üzvlərinə mənəvi sarsıntı yaşatdığını təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir.

15. Apellyasiya şikayəti əsassız olduğundan və təmin edilmədiyindən onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu (məhkəmə xərci) ödəyənə aid edilməlidir.

16. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət e t d i : Iddiaçı X1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ## ##### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemi) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar