Məhkəmə qərarları › İş №2(3-7)-739/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-739/2026

02.06.2026 · Sair mülki iş - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(3-7)-739/2026 02.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X2 (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və X3 ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi, İddiaçılar iddiaçı2 və iddiaçı1 iştirakı ilə, İddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı «nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, avtomobilin alınıb verilməsi, bu mümkün olmadıqda isə pul» tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tаrixli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdehlər cavabdeh3 və cavabdeh2 qarşı buraxılış ili 2008-ci il olan “X1” markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobilin geri qaytarılması və yaxud 1200 (on iki min) manat pulun və tərəfindən ödənilmiş 126 (bir yüz iyirmi altı) manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət etmişdir. İddiaçı tərəf iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdeh1 cavabdeh kimi tanınması, cavabdeh1 ilə cavabdeh2 arasında bağlanmış ## #### 2025-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 buraxılış ili 2008-ci il olan “Toyota Prius” Hibrid markalı **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobilin geri qaytarılması və yaxud 12000 (on iki min) manat pulun və tərəfindən ödənilmiş 126 (bir yüz iyirmi altı) manat dövlət rüsumunun alınaraq mənə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tаrixli *(***)-****/**** saylı qətnaməsi ilə (hakim İmanov Zaman) iddia tələbinin qismən təmin edilməsi, iddiaçı2 adından cavabdeh2 ilə cavabdeh1 arasında **-LS-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” (Hibrid) markalı, buraxılış ili 2008, qırmızı metallik rəngli, mühərrik: U******, Ban: JTQKB20U387772092 olan minik markalı avtomaşına dair ## #### 2025-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsi (Nömrə nişanı **-FC-***, Şəhadətnamə: BD 688937) etibarsız hesab edilməsi, **-LS-*** (faktiki **-FC-***) dövlət qeydiyyat nişanlı “Toyota Prius” (Hibrid) markalı, buraxılış ili 2008, qırmızı metallik rəngli, mühərrik: U******, Ban: JTQKB20U387772092 olan minik markalı avtomaşın cavabdeh cavabdeh1 alınıb iddiaçı2 Niyaməddin oğluna qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddia qismən təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 126 (bir yüz iyirmi altı) manat məbləğində pul vəsaitinin cavabdeh cavabdeh1 alınıb iddiaçı2 verilməsi qət edilmişdir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026--ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilmiş, apellyasiya şikayəti baxılması üçün mülki iş ilə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəm kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş məhkəmə baxışından çıxarılaraq, birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəməyə daxil olmuş, *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli, Gəncə Şəhər Məhkəməsinin məktubundan görünür ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-5978/2025 nömrəli, ## ##### 2026-cı il tarixli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmənin sözügedən qətnaməsindən digər cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti məhkəməyə daxil olmuşdur. Odur ki, həmin apellyasiya şikayətinin işə əlavə edilməsi üçün *(***)-****/**** saylı mülki işin Gəncə Şəhər Məhkəməsinə qaytarılması xahiş olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar iddiaçı2 və iddiaçı1 mülki işin məhkəmə baxışından çıxarılmasına etiraz etmədiklərini bildirmişdir. Cavabdeh tərəfə məhkəmənin vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edərək, işə baxmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(*-*)-***/**** saylı qərardadı ləğv edilməli və mülki iş məhkəmə baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytarmaq səlahiyyəti vardır. Həmin Məcəllənin 402.2.5-ci maddəsinə əsasən bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 384.0.6-cı maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, (3-7)- 739/2026 saylı qərardadı ləğv edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının icraatına olan *(*-*)-***/**** saylı mülki iş apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə geri qaytarılsın. Qərardad elan olnduğu andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar