Məhkəmə qərarları › İş №e-2(046)-678/2025

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-678/2025

05.03.2026 · Sair mülki iş - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-678/2025 05.03.2026 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi, Cavabdeh, Cavabdeh X3 vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9.212 manat 35 qəpik məbləğində vurulmuş maddi ziyanın və 112 manat 13 qəpik dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək ,“QAZ 3302-14 YÜK” markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobilin satılmasına dair bağlı bağlanmış xx.xx.2025-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh 9.212,35 manat məbləğində vurulmuş maddi ziyanın, 112,13 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, **********8177 ban nömrəli, “QAZ 3302-14 YÜK” markalı **-XX- *** dövlət qeydiyyat nişanlı avtomobilin satılmasına dair bağlı bağlanmış 02.2025-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh 9.212,35 manat məbləğində vurulmuş maddi ziyanın, avtomobilin əmtəəlik görünüşünün itirilməsi və bazar qiymətinin düşməsinə görə hesablanmış 19000 manat pulun, 179 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki Ona məxsus “BMW X7 XDRİVE 40İ” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü il tarixdə saat 17:00 radələrində Bakı Qazax yolunun 70-ci kilometrliyində hərəkətdə olan zaman arxa tərəfdən gələn Cavabdeh özünə məxsus olan və onun idarə etdiyi “QAZ 3302-14 YÜK” markalı **-XX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə ona məxsus avtomobilə doğru sürətlə hərəkət edərkən yolun ara məsafələri qaydalarını pozaraq arxa hissədən “BMW X7 XDRİVE 40İ” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Zərbənin təsirindən “QAZ 3302-14 YÜK” maralı **-XX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi buraxılış ili 2023-cü il olan onun tərəfindən BMW servisdən 2023-cü ilin may ayında alınmış və həmin vaxtadək heçvaxt qəzaya uğramamış “BMW X7 XDRİVE 40İ” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobili arxadan vurmuşdur. Nəticədə onun avtomobilinə xeyli miqdarda ziyan dəymişdir. Belə ki, “BMW X7 XDRİVE 40İ markalı, **-TT- *** dövlət qeydiyyat nişanlı avtomobilin “yük yeri qapısının aşağı hissəsi, qoruyucu planka, arxa bamper, örtük elementi, bamperin bərkidici elementi, bamperin kronşteyni, kipləşdirici araqatı, köndələn tiri, arxa tirin bərkidici elementi, tutqacı, bamperin dayaq elementi, alt qoruyucu, başaltının təmir dəsti, arxa bamperin naqil dəsti, smart opener sensorunun naqili, airbagsteueri, elektron idarəetmə bloku, ultrasəs dəyişdirici (radar), gücləndirici, podqolovnikləri yararsız vəziyyətə düşmüşdür. Qeyd edir ki, BDYPİ tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərara əsasən “QAZ 3302-14 YÜK” maralı **-XX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1ci maddəsində ( araməsafəsi qaydalarının pozulmasına görə) nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 40 manat inzibati cərimə edilmişdir. İnzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərarla onun avtomobilinə zərər dəyməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsində sürücü Cavabdeh təqsirli olduğu müəyyən edilir. Bildirir ki, hadisənin Cavabdeh təqsirli olaraq törətdiyi hüquqazidd əməllər (ara məsafəsi qaydalarını pozması) nəticəsində baş verməsi məhz bu hadisə nəticəsində ona məxsus avtomobilə zərər dəyməsi işin mübahisəsiz halıdır. Ona görə də, Cavabdeh hüquqazidd hərəkətinə görə məsuliyyət daşıdığı üçün cavabdehlik daşıyır və iddiaçı qarşısında mülki məsuliyyəti yaranır. Belə olan halda onun qanunvericiliyə əsasən hadisə nəticəsində ona məxsus olan avtomobilə dəymiş zərəri tələb etmək hüququ yaranır. Belə ki, ona məxsus olan “BMW X7 XDRİVE 40İ” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin həcmi “İMPROTEX MOTORS MMM BMW servisi” tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qiymətləndirmə aktına əsasən 14.212,35 manat məbləğində müəyyən edilmişdir. Onun tərəfindən avtomobil BMW Servis MMC-də təmir elətdirilmiş və 14.212,35 manat pul onun tərəfindən ödənilmişdir. “QAZ 3302-14 YÜK” markalı **-XX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari sığortaçısı "xxxx" ASC tərəfindən hadisə nəticəsində avtomobilinə dəymiş zərərə görə yəni sığorta hadisəsinə görə ona 5.000 manat məbləğində franşiza məbləği sığorta ödənişi edilmişdir. Sığorta tərəfindən 5.000 manat məbləğində vəsaitin ödəniş edildiyini nəzərə alsaq, 9.212,35 manat (14.212,35 - 5000 = 9.212,35) məbləğində maddi ziyan ödənilməmiş qalmaqdadır. Onun 2023-cü il buraxılışlı cəmi 1 il sürdüyü, əvəllər heç vaxt qəzaya düşməyən, üzərində heç bir təmir işi aparılmamış, çox az məsafə qət etmiş “BMW X7 XDRİVE 40İ” markalı avtomobilim Cavabdeh törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində ziyan vurmaqla avtomobilin bazar dəyərini də qat-qat aşağı salmaqla ona maddi ziyan vurmuş, avtomobilə vurduğu 9.212,35 manat maddi ziyan cavabdehdən tutulub ona ödənilməlidir. Cavabdeh xx.xx.2025-ci il tarixdə iddia ərizəsinə etiraz verərək iddiaçının iddia ərizəsində yazdıqları ilə razılaşmır və etirazını məhkəmənin nəzərinə çatdıraraq bildirir ki, iddiaçının iddia ərizəsində yazdıqlarını aşağıdakı əsaslara görə qəbul etmir. İddia ərizəsində yazdıqları ilə razılaşmır, belə ki qeyd etməyi zəruri hesab edir ki, iddiaçının iddia tələbi əsassızdır. Belə ki, xx.xx.2024-cü il tarixdə saat 17:00 radələrində Bakı-Qazax yolunun 70-ci kilometrliyində hərəkətdə olan zaman özünə məxsus olan və idarə etdiyi “QAZ 3302-14 YÜK” markalı **-XX- *** dövlət qeydiyyat nişanlı avtomobillə iddiaçıya məxsus avtomobillə toqquşmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tululan inzibati xətanı törətməyi müəyyən olunduğundan 40 manat inzibati cərimə olunmuşdur. Bildirir ki, ilkin qüsur aktına əsasən “BMW X7 XDRİVE 40İ” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 7480 manat müəyyən edilmiş, həmin dəymiş ziyanın hesablanmasına iddiaçı heç bir etiraz etməmiş və həmin məbləğlə razılaşaraq sığorta şirkəti tərəfindən ödənilmiş 5000 manatı qəbul etmişdir. İddia ərizəsi ilə tanış olarkən ona məlum olmuşdur ki, iddiaçıya məxsus olan “BMW X7 XDRİVE 40İ” markalı **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin həcmi “İMPROTEX MOTORS MMM BMW servisi” tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qiymətləndirmə aktına əsasən 14.212,35 manat məbləğində müəyyən edilmişdir. Hesab edir ki, iddiaçının iddia tələbi əsassızdır. Belə ki, ilkin qüsür aktında iddiaçının avtomobilinə dəymiş ziyan ümumi 7480 manat hesablandığı halda, iddiaçı hadisədən 01 aydan artıq müddət keçdikdən sonra, yəni xx.xx.2024-cü il tarixdə qiymətləndirilmə aktı almış və guya ziyan 14.212,35 manat hesablanmışdır. Yuxarıda qeyd olunanları nəzərə alınaraq məhkəmədən İddiaçı ona qarşı maddi ziyana görə pul tələbinə iddianın əsassız olduğundan təmin edilməməsini xahiş edir. İddiaçı xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək hazırda iddia ərizəsinin artırılması zərurəti yarandığını qeyd etmişdir. Belə ki, ona məxsus “BMW X7 XDRİVE 40İ” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü il tarixdə saat 17:00 radələrində Bakı Qazax yolunun 70-ci kilometrliyində hərəkətdə olan zaman arxa tərəfdən gələn Cavabdeh özünə məxsus olan və onun idarə etdiyi “QAZ 3302-14 YÜK” markalı **-XX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə ona məxsus avtomobilə doğru sürətlə hərəkət edərkən yolun ara məsafələri qaydalarını pozaraq arxa hissədən “BMW X7 XDRİVE 40İ” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Zərbənin təsirindən “QAZ 3302-14 YÜK” maralı **-XX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi buraxılış ili 2023-cü il olan onun tərəfindən BMW servisdən 2023-cü ilin may ayında alınmış və həmin vaxtadək heçvaxt qəzaya uğramamış “BMW X7 XDRİVE 40İ” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobili arxadan vurmuşdur. Nəticədə onun avtomobilinə xeyli miqdarda ziyan dəymişdir. “BMW X7 XDRİVE 40İ markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobilin “yük yeri qapısının aşağı hissəsi, qoruyucu planka, arxa bamper, örtük elementi, bamperin bərkidici elementi, bamperin kronşteyni, kipləşdirici araqatı, köndələn tiri, arxa tirin bərkidici elementi, tutqacı, bamperin dayaq elementi, alt qoruyucu, başaltının təmir dəsti, arxa bamperin naqil dəsti, smart opener sensorunun naqili, airbagsteueri, elektron idarəetmə bloku, ultrasəs dəyişdirici (radar), gücləndirici, podqolovnikləri yararsız vəziyyətə düşmüşdür. Qeyd edir ki, BDYPİ tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərara əsasən “QAZ 3302-14 YÜK” maralı **-XX- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 -ci maddəsində (araməsafəsi qaydalarının pozulmasına görə) nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 40 manat inzibati cərimə edilmişdir. İnzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərarla onun avtomobilinə zərər dəyməsi ilə nəticələnən yol nəqliyyat hadisəsində sürücü Cavabdeh təqsirli olduğu müəyyən edilir. Bildirir ki, onun mülkiyyətində olan “BMW X7 XDRİVE 40İ markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə nəticəsində avtomobilin əmtəəlik görünüşünün itirilməsi və bazar qiymətinin düşməsinə görə mövcud bazar qiymətinin 10% həddində aşınmaya məruz qalmışdır. Avtomobilin indiki zədəsiz bazar qiymətinin təxmini 190000 manat olduğunu nəzərə alaraq, minimum 10% əmtəəlik görüntüsünün itirilməsi və mövcud bazar qiymətinin düşdüyünü əsas götürərək, əlavə olaraq 19000 manat civarında əlavə zərərə uğramışdır. Bundan əlavə bildirir ki, tərəflərindən müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edilərək Cavabdeh mülkiyyətində olan QAZ 3302- 14 YÜK” markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsinin cavabdehə qadağan edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Göyçay Rayon Məhkəməsinin e-16(046)-6/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı İbrahimov T aleh Vəli oğlunun Cavabdeh qarşı ziyan tələbinə dair iddiasına baxılıb qurtaranadək Cavabdeh mülkiyyətində olan **********8177 ban nömrəli, “QAZ 3302-14 YÜK” markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsi Cavabdeh qadağan edilməsi qərara alınmışdır. Həmin qərar dərhal qüvvəyə minmişdir. Məhkəmə qərardadı ilə özgəninkiləşdirilməsi qadağan edilən avtomobil xx.xx.2025-ci il tarixində cavabdeh tərəfindən qanunsuz olaraq özgəninkiləşdirilmişdir. Bildirir ki, sözügedən avtomobilin özgəninkiləşdirilməsinin qadağan edilməsi gələcəkdə məhkəmə qətnaməsinin təminatı kimi qəbul edilmişdir. Lakin göründüyü kimi cavabdeh məhkəmə qətanməsinin gələcəkdə icrasından yayınmaq üçün qanunsuz olaraq avtomobili qəsdən və formal olaraq özgəninkiləşdirmiş, başqasının adına keçirmişdir. Belə ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən vəkil sorğusuna verilmiş cavab məktubundan da göründüyü kimi xx.xx.2025-ci il tarixində məhkəmə qərardadı ilə özgəninkiləşdirilməsi qadağan edilmiş avtomobil xx.xx.2025-ci il tarixində satılmışdır. Ona görə də hesab edirlər ki, Cavabdeh mülkiyyətində olan **********8177 ban nömrəli, “QAZ 3302-14 YÜK” markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı bağlanmış xx.xx.2025-ci il tarixli alqı-satqı müqaviləsi də etibarsız hesab edilməlidir. Çünki Göyçay Rayon Məhkəməsinin e-16(046)-6/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Cavabdeh mülkiyyətində olan **********8177 ban nömrəli, “QAZ 3302-14 YÜK” markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsi Cavabdeh qadağan edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsini rəhbər tutaraq, **********8177 ban nömrəli, “QAZ 3302-14 YÜK” markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı bağlanmış xx.xx.2025-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh 9.212,35 manat məbləğində vurulmuş maddi ziyanın, 112,13 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 9.212,35 manat məbləğində vurulmuş maddi ziyanın və 112,13 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mülki iş baxılması üçün sizin icraatınıza verilmişdir. Hazırda iddia ərizəsinin artırılması zərurəti yaranmışdır. Belə ki, ona məxsus “BMW X7 XDRİVE 40İ markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü il tarixdə saat 17:00 radələrində Bakı Qazax yolunun 70-ci kilometrliyində hərəkətdə olan zaman arxa tərəfdən gələn Cavabdeh özünə məxsus olan və onun idarə etdiyi “QAZ 3302-14 YÜK” markalı **-XX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə iddiaçıya məxsus avtomobilə doğru sürətlə hərəkət edərkən yolun ara məsafələri qaydalarını pozaraq arxa hissədən “BMW X7 XDRİVE 40İ” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Zərbənin təsirindən “QAZ 3302-14 YÜK” maralı **-XX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi buraxılış ili 2023-cü il olan iddiaçı tərəfindən BMW servisdən 2023-cü ilin may ayında alınmış və həmin vaxtadək heçvaxt qəzaya uğramamış “BMW X7 XDRİVE 40İ” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobili arxadan vurmuşdur. Nəticədə İddiaçı avtomobilinə xeyli miqdarda ziyan dəymişdir. “BMW X7 XDRİVE 40İ markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobilin “yük yeri qapısının aşağı hissəsi, qoruyucu planka, arxa bamper, örtük elementi, bamperin bərkidici elementi, bamperin kronşteyni, kipləşdirici araqatı, köndələn tiri, arxa tirin bərkidici elementi, tutqacı, bamperin dayaq elementi, alt qoruyucu, başaltının təmir dəsti, arxa bamperin naqil dəsti, smart opener sensorunun naqili, airbagsteueri, elektron idarəetmə bloku, ultrasəs dəyişdirici (radar), gücləndirici, podqolovnikləri yararsız vəziyyətə düşmüşdür. Qeyd edir ki, BDYPİ tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərara əsasən “QAZ 3302-14 YÜK” maralı **-XX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində (araməsafəsi qaydalarının pozulmasına görə) nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 40 manat inzibati cərimə edilmişdir. İnzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərarla onun avtomobilinə zərər dəyməsi ilə nəticələnən yol nəqliyyat hadisəsində sürücü Cavabdeh təqsirli olduğu müəyyən edilir. Bildirirlər ki, onun mülkiyyətində olan “BMW X7 XDRİVE 40İ” markalı, **-TT- *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə nəticəsində avtomobilin əmtəəlik görünüşünün itirilməsi və bazar qiymətinin düşməsinə görə mövcud bazar qiymətinin (əmtəə görüntüsü) 10% həddində aşınmaya məruz qalmışdır. Belə ki, hər kəsə bəllidir ki, avtomobil təmir edilsə belə artıq onun statusu qəza keçirmiş avtomobil statusu alır və ikinci əl bazarında daha ucuz qiymətə satılır. Bu isə avtomobilin dəyər itkisinə (əmtəə görüntüsü) səbəb olur. Azərbaycan Respublikasında istifadə edilən metodlara əsasən əmtəə nişanı bir neçə faktorlarla müəyyən edilir. Təmir xərclərinin avtomobilin bazar dəyərinə nisbəti, zədələnmiş detalların sayı və əhəmiyyəti, (açar hissələri: kuzov, şassi, hava yastığı, çərçivəsi və sair), avtomobilin yaşı, təmirin keyfiyyəti. Nəzərə almaq lazımdır ki, ona məxsus avtomobil təzə yürüşü yetərincə az olan və yeni avtomobildir, bu da dəyər itkisini artıran amillərdəndir. Xüsusən premium seqmentdə bu ciddi təsir göstərir. Alıcılar risk alırlar və qiymətdən 9-10 faiz güzəşt tələb edirlər. Yəni bu avtomobilin satışda ən azı 15-20000 manat aşağı satılması qaçınılmazdır. Göründüyü kimi cavabdehin törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində avtomobilinə zərər dəymiş, avtomobilin real bazar (əmtəəlik görüntüsü) dəyəri aşağı düşmüşdür. Avtomobilin indiki zədəsiz bazar qiyməti təxmini 190000 manat olduğunu nəzərə alaraq, minimum 10% əmtəəlik görüntüsünün itirilməsi və mövcud bazar qiymətinin düşdüyünü əsas götürərək, əlavə olaraq 19000 manat civarında əlavə zərərə uğramışdır. Avtomobilin 2024-cü ilin sentyabr ayına orta bazar qiyməti nəzəri qaydada təxminən 190.000 manat olan həmin avtomobilin təmirdən sonra bazar qiymətində təxminən 10 faizədək fərq olması istisna olunmur. Ona görə də hesab edirlər ki, həmin pul məbləği də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan əlavə bildirirlər ki, tərəflərindən müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edilərək Cavabdeh mülkiyyətində olan QAZ 3302- 14 YÜK” markalı 99- XX-286 dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsinin cavabdehə qadağan edilməsi barədə qərardad qəbul ediməsini məhkəmədən xahiş etmişlər. Göyçay Rayon Məhkəməsinin e-16(046)-6/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə onun Cavabdeh qarşı ziyan tələbinə dair iddiasına baxılıb qurtaranadək Cavabdeh mülkiyyətində olan **********8177 ban nömrəli, “QAZ 3302-14 YÜK” markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsi Cavabdeh qadağan edilməsi qərara alınmışdır. Həmin qərar dərhal qüvvəyə minmişdir. Məhkəmə qərardadı ilə özgəninkiləşdirilməsi qadağan edilən avtomobil xx.xx.2025-ci il tarixində cavabdeh tərəfindən bilərəkdən və qanunsuz olaraq özgəninkiləşdirilmişdir. Bildirirlər ki, sözügedən avtomobilin özgəninkiləşdirilməsinin qadağan edilməsi gələcəkdə məhkəmə qətnaməsinin təminatı kimi qəbul edilmişdir. Lakin göründüyü kimi cavabdeh məhkəmə qətanməsinin gələcəkdə icrasından yayınmaq üçün qanunsuz olaraq avtomobili qəsdən və formal olaraq özgəninkiləşdirmiş, başqasının adına keçirmişdir. Belə ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən vəkil sorğusuna verilmiş cavab məktubundan da göründüyü kimi xx.xx.2025-ci il tarixində məhkəmə qərardadı ilə özgəninkiləşdirilməsi qadağan edilmiş avtomobil xx.xx.2025-ci il tarixində satılmışdır. Ona görə də hesab edir ki, Cavabdeh mülkiyyətində olan **********8177 ban nömrəli, “QAZ 3302- 14 YÜK” markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı bağlanmış xx.xx.2025-ci il tarixli alqı-satqı müqaviləsi də etibarsız hesab edilməlidir. Çünki Göyçay Rayon Məhkəməsinin e-16(046)-6/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Cavabdeh mülkiyyətində olan **********8177 ban nömrəli, “QAZ 3302-14 YÜK” markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsi Cavabdeh qadağan edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası DİN xx.xx.2025-ci il tarixli cavab məktubundan da göründüyü kimi, xx.xx.2025-ci il tarixində məhkəmə qərardadı ilə özgəninkiləşdirilməsi qadağan edilmiş Cavabdeh mülkiyyətində olan **********8177 ban nömrəli, “QAZ 3302-14 YÜK” markalı 99-XX- 286 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2025-ci il tarixində X5 formal olaraq satılmışdır. Daha sonra xx.xx.2025-ci il tarixində elə Cavabdeh qohumu (soyadlarıda onların qohum olduğuna dəlalət edir) X4 adına avtomobilin idarə edilməsi üçün etibarnamə vermişdir. Buda avtomobilin formal olaraq satılmasına dəlalət edir. Göründüyü kimi cavabdeh gələcəkdə məhkəmə qətnaməsinin icrasından yayınmaq üçün avtomobili qanunsuz olaraq özgəninkiləşdirmiş, daha sonra yaxın qohumunun adına etibarnamə vermişdir. Yəni avtomobil sənəddə başqa şəxsin adına rəsmləşdirilsə də, faktiki olaraq Cavabdeh və qohumlarının istifadəsindədir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna d air etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki Məcəllənin 21-ci maddəsi zərərin əvəzinin ödənilməsi ilə əlaqədar ümumi norma kimi çıxış edir. Zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Yəni mülki hüquq məsuliyyəti əmələ gəlmə əsasına görə müqavilə və müqavilədənkənar olmaqla iki növdə yaranır. İkinci növ ziyan vurma nəticəsində əmələ gələn məsuliyyət adlanır və fiziki şəxsin şəxsiyyətinə, əmlakına və işgüzar nüfuzuna zərər vurmaq yolu ilə yaranır. Hazırki işdə də zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası müqavilədənkənar - delikt hüququndan yaranır. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələrində əksini tapmış müddəaların təhlilindən göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsini rəhbər tutaraq, **********8177 ban nömrəli, “QAZ 3302-14 YÜK” markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı bağlanmış xx.xx.2025-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh 9.212,35 manat məbləğində vurulmuş maddi ziyanın, avtomobilin əmtəəlik görünüşünün itirilməsi və bazar qiymətinin düşməsinə görə hesablanmış 19000 manat pulun, 179 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə iddia ərizəsinə etiraz verərək İddiaçı ona qarşı maddi ziyanın ödənilməsi tələbi ilə Göyçay Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində **********8177 ban nömrəli, “QAZ 3302-14 YÜK” markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobi ilə bağlı bağlanmış xx.xx.2025-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ondan 9.212,35 manat məbləğində vurulmuş maddi ziyanın, avtomobilin əmtəəlik görünüşünün itirilməsi və bazar qiymətinin düşməsinə görə hesablanmış 19000 manat pulun, 179 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. İddiaçı MPM-nin 53-cü maddəsinə əsasən verdiyi ərizədə, mübahisələndirilən alqı-satqı müqaviləsi üzrə alıcı olan X7 cavabdeh kimi göstərilsə də, məhkəmə tərəfindən həmin şəxs iş üzrə cavabdeh qismində əlavə edilməmişdir. O, həmin iddia ərizəsinə etiraz edir və aşağıda göstərilən əsaslara görə hesab edir ki, İddiaçı ona qarşı “maddi ziyanın ödənilməsi” tələbi əsassızdır və təmin olunmamalıdır. Belə ki, iddiaçı 9212,35 manat real zərər yazır, lakin qüsur aktı, ehtiyat hissələrinin siyahısı, servis tərəfindən təsdiq edilmiş smeta, ödəniş qəbzləri iddia ərizəsinə əlavə olunmayıb. İş materiallarından aydın görünür ki, avtomobil rəsmi servis mərkəzində bərpa olunmuş, qüsur aktı və servis hesabfakturaları üzrə xərclərin böyük hissəsi sığorta şirkəti tərəfindən ödənilmişdir. İddiaçı iddia ərizəsində bu məqamı qəsdən gizlətmiş, hansı məbləğin sığorta tərəfindən qarşılandığını, özünün isə hansı məbləği ödədiyini dəqiq göstərməmişdir. MPM-nin sübutetmə yükü qaydalarına əsasən, iddiaçı real zərərin məhz öz şəxsi vəsaiti hesabına çəkildiyini sübut etməli idi. Halbuki təqdim edilən sənədlərdə iddiaçı tərəfindən ödənilmiş xərcləri təsdiq edən heç bir müstəqil sübut yoxdur. Sığortanın ödədiyi hissəni nəzərə almadan “bütün məbləği” cavabdehdən tələb etməsi hüquqa və ədalət prinsipinə ziddir, çünki eyni zərər iki dəfə kompensasiya edilə bilməz. Həmçinin, iş materiallarında olan ekspert rəyi bir çox səbəbdən etibarlı sübut kimi qəbul edilə bilməz. Rəydə “qəza keçirmiş avtomobillərə bazarda münasibət”, “bazar müşahidəsi”, “statistika” kimi ümumi ifadələrdən istifadə olunmuş, lakin konkret analoji modellərin satış qiymətləri, müqayisə cədvəlləri, real bazar təhlili və faktiki satış nümunələri göstərilməmişdir. Ekspert yalnız təxmini faiz tətbiq etmiş, avtomobilin konkret zədələrinin satış dəyərinə hansı ölçüdə təsir etdiyini əsaslandırmamış, zədənin xarakteri ilə iddia edilən 13% itki arasında səbəb-əlaqə izah etməmişdir. Fotoşəkillərdən də görünür ki, avtomobilin zədələri xarici və konstruktiv cüzi elementlərlə məhdud olub, kəskin deformasiya və ya konstruktiv müdaxilə yoxdur. Tam və keyfiyyətli bərpadan sonra premium sinif avtomobillərdə belə ölçüdə dəyər itkisi olması iddiası real bazar təcrübəsinə uyğun deyil. Üstəlik, ekspert rəyi yalnız məhkəmənin tapşırığı ilə təqdim edilmiş nəzəri qiymətləndirmədir və faktiki bazar satışını, tələb-təklif balansını, avtomobilin tam bərpa olunmuş texniki vəziyyətini əks etdirmir. Nəticə etibarilə, iddiaçının təqdim etdiyi sübutlar, xüsusilə də qiymətləndirmə rəyi, nə bazar dəyərinin itirildiyini, nə də iddia edilən real zərərin mövcudluğunu sübut etmir. Bu səbəblərdən həm 19.250 manatlıq “əmtda dəyərinin itirilməsi”, həm də 9.212,35 manatlıq “real zərər” tələbi hüquqi və faktiki əsasdan məhrumdur və təmin olunmamalıdır. Beləliklə, İddiaçı tərəfindən irəli sürülmüş "maddi ziyanın ödənilməsi” tələbi, eləcə də avtomobilin guya bazar dəyərinin aşağı düşməsi barədə əlavə iddia həm faktiki, həm də hüquqi baxımdan sübut olunmamışdır və buna görə də təmin edilməməlidir. Mülkiprosessual hüququn mahiyyəti ondan ibarətdir ki, iddiaçı iddiasını sübut etmədən onu təmin etdirmək hüququna malik ola bilməz. Bu işdə isə iddiaçı tərəfindən irəli sürülmüş tələblərin heç biri sübut edilməmişdir. İddiaçının avtomobilinin guya qəzaya görə “bazar dəyərinin 10% aşağı düşməsi” barədə irəli sürdüyü tələb həm iqtisadi baxımdan, həm avtomobil bazarının real funksionallığı baxımından, həm də hüquqi müstəvidə tam əsassızdır. Avtomobillər istifadəyə verildiyi andan etibarən - yəni salondan çıxarıldığı ilk dəqiqədən başlayaraq qiymət itirmə prosesinə məruz qalır. Bu, avtomobil bazarında obyektiv və hamıya məlum qanunauyğunluqdur. Hər bir avtomobil birinci il 10-15%, ikinci il əlavə 7-10%, üçüncü il 5-7% ortalama bazar dəyərini itirir. Beləliklə, 2023-cü il buraxılışlı avtomobil 2025-ci ildə artıq təbii formada 20-30% arasında dəyər itirmiş olur. Bu ümumi bazar qanunauyğunluğu olduğu üçün 2023-cü il buraxılışlı avtomobilin 2025-ci ildə “dəyərinin düşməsi” aydın şəkildə zaman, istifadə və yaşlanma faktoru ilə bağlıdır, qəzayla deyil. Halbuki avtomobilin 2023-cü il buraxılışlı olması və hazırda 2 ildən çox müddət işlədilməsi onsuz da bazar dəyərinin düşdüyünü göstərir və bunu qəzayla əlaqələndirmək hüquqi baxımdan tamamilə əsassızdır. MM-nin 21.2 maddəsinə görə "zərər” yalnız hüquqa zidd hərəkətlə yaradılan əlavə ziyanı ifadə edir. Avtomobilin yaşa görə qiymətinin aşağı düşməsi təbii amortizasiya, texniki köhnəlmə, bazar şərtlərinin dəyişməsi, yeni modellərin satışa çıxması kimi obyektiv səbəblərdən irəli gəlir və heç bir halda zərər hesab edilə bilməz. Ona görə də iddiaçının “qəza avtomobilin bazar dəyərini saldı” deməsi hüquqi kateqoriya olmaqdan uzaq, sırf fərziyyədir. Avtomobil 2023-cü il buraxılışı olduğu üçün onun dəyəri onsuz da 2025-ci ildə yaş səbəbi ilə düşmüşdür. Bu, bazarın öz daxilində formalaşmış təbii qiymət dəyişikliyidir, hər hansı yol-nəqliyyat hadisəsi ilə əlaqələndirilə bilməz. Avtomobilin təbii amortizasiya səbəbi ilə ucuzlaşması hüquqi zərər deyil və cavabdehdən tələb edilə bilməz. Qəzaya bağlanan “dəyər itkisi” isə heç bir sənəd, ekspertiza və rəy ilə təsdiqlənmədiyinə görə hüquqi nəticə doğurmur və təmin edilə bilməz. İddiaçı tərəfindən təqdim edilmiş fotoya baxdıqda görünür ki, hadisə nəticəsində “BMW X7” avtomobilində zədələnmə yalnız arxa bamper və bamper altı plastikkonstruktiv elementlərlə məhdudlaşmışdır. Arxa qapaq, arxa panel, şassi, sütunlar, çərçivə, təkər tağları və avtomobilin daşıyıcı konstruksiyasına aid heç bir hissədə zədə əlaməti yoxdur. Xüsusilə fotoda arxa qapağın və panelin tam şəkildə simmetriyasını, əyilməməsini və. konstruktiv deformasiya daşımamasını açıq görmək olur. Arxa bamper plastik materialdan ibarət olduğuna görə, ona dəyən zərbə çox vaxt xarici səthdə əzik və cızıq yaradır, lakin avtomobilin bazar dəyərini aşağı sala biləcək əsas konstruktiv zədələnmə yaratmır. Foto-da də bamperin üzərində lokal deformasiyanın olduğunu, lakin dəmir və çərçivə hissəsində hər hansı qırıq, əyilmə və ya struktur dağılmanın olmadığını görmək mümkündür. Avtomobilin tam təmirxana şəraitində görüntüləri (foto 5-7) zədənin yalnız bamper, bamper bərkidiciləri və amortizasiya məqsədli plastik blokların dəyişdirilməsi ilə məhdudlaşdığını göstərir; heç bir daşıyıcı hissə sökülməmiş vəavtomobilin “karkas” adlanan özək konstruksiyasına toxunulmamışdır. Bu tip zədələr avtomobil bazarında “kosmetik zədələnmə” hesab olunur və bu cür zədə avtomobilin ümumi bazar dəyərini aşağı salmır. Bazar dəyərinin azalması yalnız o hallarda mümkündür ki, avtomobilin şassisi əyilsin, arxa paneldə deformasiya olsun, təhlükəsizlik elementləri açılsın, avtomobil struktur dəyişikliyə məruz qalsın və ya istehsal zavodu səviyyəsində hissələrdə yenidən bərpa mümkün olmayan dəyişiklik olsun. Bu fotolarda belə hallar yoxdur; avtomobil arxa hissədən vizual olaraq tam formadadır və yalnız dəyişdirilməsi ucuz olan plastik hissələrdə izlər mövcuddur. Üstəlik, avtomobil 2023-cü il buraxılışıdır və artıq iki illik işlənmiş nəqliyyat vasitəsidir. İstifadə müddəti və yürüş artımı nəticəsində istənilən avtomobilin bazar dəyəri öz-özünə aşağı düşür. Yəni bu avtomobildə hazırkı dəyər azalması qəzaya görə deyil, avtomobilin təbii amortizasiya prosesi ilə bağlıdır. Avtomobil bazarında dəyərin düşməsi illərlə ölçülür, zədənin ağırlığı ilə yox; iki il işlənmiş avtomobilin qiymət azalmasını qəzaya bağlamaq hüquqi və iqtisadi baxımdan düzgün yanaşma deyil. Nəticə olaraq, fotolardan görünən lokal səthi zədə heç bir halda avtomobilin konstruktor səviyyəsində dəyişməsinə, təhlükəsizlik və daşıyıcı hissələrdə deformasiyaya səbəb olmadığı üçün nə avtomobilin bazar dəyərini aşağı salır, nə də iddiaçının söylədiyi kimi əlavə maddi zərər yaradıb. Bu zərər sırf bamper və bamper altı plastik hissələrin dəyişdirilməsi ilə aradan qaldırıla bilən, bazar qiymətinə təsiri olmayan minimal xarakterli zədələnmədir və avtomobilin qiymət itkisi barədə iddianı əsaslandırmır. İddiaçı iddia ərizəsindən də göründüyü kimi, iddiaçı iddia ərizəsində irəli sürdüyü tələbləri və göstərdiyi halları sübut edən hər hansı bir sübutu iddia ərizəsinə əlavə etməmişdir. Göstərilənlərə əsasən İddiaçı ona qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddiası əsassız olduğu üçün təmin edilməməsini xahiş edir. Cavabdeh X3 vəkili Vəkil xx.xx.2026-cı il tarixdə iddia ərizəsinə etiraz verərək bildir ki, iddiaçı tərəfindən irəli sürülən tələblər faktiki hallara, iş materiallarına və mövcud sübutlara uyğun deyil, həmçinin vicdanlı alıcının mülkiyyət hüququnun əsassız və qeyri-mütənasib məhdudlaşdırılmasına yönəlib. İddiaçı tərəfindən iddia tələbinin artırılması barədə ərizədə Cavabdeh məxsus olmuş “QAZ 3302-14 YÜK” markalı avtomobilin xx.xx.2025-ci il tarixli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi tələb olunur və iddiaçı bunu avtomobil üzərinə məhkəmə qərardadı ilə qoyulmuş özgəninkiləşdirmə qadağasının guya bilərəkdən pozulması ilə əsaslandırır. Eyni zamanda iddiaçı iddia edir ki, avtomobil formal olaraq X3 adına keçirilmiş, faktiki istifadə isə əvvəlki sahib və onun qohumları tərəfindən davam etdirilmişdir. Lakin bu iddialar yalnız mülahizə xarakteri daşıyır, iş materiallarında bu halları təsdiq edən heç bir mötəbər və sübuta yetirilmiş fakt mövcud deyildir. Əvvəla qeyd edilməlidir ki, X1 avtomobili vicdanlı alıcı qismində əldə etmişdir. Avtomobilin alqı-satqısı zamanı onun üzərinə hər hansı məhkəmə qadağası və ya həbs barədə Muradın məlumatı olmamışdır və belə məlumatın olması obyektiv olaraq da mümkün olmamışdır. Çünki avtomobillərin alqısatqısının rəsmiləşdirildiyi səlahiyyətli dövlət orqanında həmin tarixə avtomobil üzərinə qoyulmuş qadağa barədə qeydiyyat aparılmamışdır. Bu halda vicdanlı alıcının mövcud olmayan və ya açıq reyestrlərdə əksini tapmayan məhdudiyyət barədə məlumatlı olmasını tələb etmək hüquqi baxımdan əsassızdır. Mülki dövriyyənin sabitliyi və hüquqi müəyyənlik prinsipi tələb edir ki, dövlət tərəfindən aparılan rəsmi qeydiyyata etibar edən şəxs sonradan bunun mənfi nəticələrinə qatlanmalı olmasın. Əks yanaşma vicdanlı alıcının mülkiyyət hüququnun müdafiəsiz qalmasına, hüquqi dövriyyənin isə faktiki olaraq iflic olmasına gətirib çıxarar. Bundan başqa, iddiaçı tərəfindən irəli sürülən tələblər mütənasiblik prinsipinə də ziddir. Belə ki, məhkəmə qətnaməsi ilə iddia təmin ediləcəyi təqdirdə, iddiaçının zərərinin ödənilməsi Cavabdeh digər əmlakları hesabına, yaxud icra mərhələsində qanunvericilikdə nəzərdə tutulmuş başqa üsullarla təmin edilə bilər. Bu halda vicdanlı alıcının mülkiyyət hüququnun pozulmasına hüquqi və faktiki zərurət mövcud deyildir. Arazın öz öhdəliklərinə görə üçüncü şəxsin — vicdanlı alıcının hüquqlarının məhdudlaşdırılması nə mülki qanunvericiliyin mahiyyətinə, nə də ədalət prinsipinə uyğundur. Borclunun davranışının nəticələri yalnız onun öz əmlakı və hüquqları çərçivəsində həll edilməlidir. Eyni zamanda vurğulanmalıdır ki, avtomobil Muradın mülkiyyətinə keçdikdən sonra Cavabdeh istifadəsinə verilməmiş, onun idarə edilməsi üçün heç bir etibarnamə tərtib edilməmişdir. Bu barədə iş materiallarında hər hansı sənəd, şahid ifadəsi və ya digər sübut mövcud deyildir. Məhkəmə iclaslarında da belə bir hal müəyyən edilməmişdir və iddiaçı tərəfindən bu iddianı təsdiq edən heç bir sübut təqdim olunmamışdır. İddiaçı tərəfindən alqı-satqı müqaviləsinin formal olması iddiası da eyni dərəcədə əsassızdır. Müqavilənin formal xarakter daşıdığını göstərən hər hansı obyektiv dəlil mövcud deyil. Nə iş materiallarında, nə də məhkəmə araşdırması zamanı bu qənaətə gəlməyə əsas verən faktlar müəyyən edilmişdir. Yalnız ehtimal və subyektiv mülahizələr əsasında bağlanmış mülki müqavilənin etibarsız sayılması qanunvericiliyin tələblərinə ziddir. Beləliklə, iddiaçının etiraz edilən tələbləri sübutlarla təsdiq olunmur, vicdanlı alıcının hüquqlarını əsassız şəkildə məhdudlaşdırmağa yönəlib və mülki hüququn əsas prinsiplərinə ziddir. Göstərilənləri nəzərə alaraq, İddiaçı tərəfindən verilmiş iddia tələbinin xx.xx.2025-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissədə əsassız hesab edilərək təmin edilməməsini, vicdanlı alıcı olan X3 mülkiyyət hüquqlarının qorunmasını təmin edən qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materialları : xx.xx.2024-cü il tarixli ilkin qüsur aktının surətindən görünür ki, “Autouniversal Servis” tərəfindən 2022-ci il buraxılış olan “BMW X7” markalı **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobil sevis mərkəzində ilkin texniki baxış zamanı ehtiyyat hissələrinin dəyəri və təmir xərcləri 7480 manat hesablanmışdır. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **********8177 ban nömrəli, “QAZ 3302-14 YÜK” markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdehdur. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “BMW X7 XDRİVE 40İ” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçıdur. Sığorta aktından görünür ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində BMW X7” markalı **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq sığorta şirkəti tərəfindən İddiaçı hesabına 5000 manat pul köçürülmüşdür. “İMPROTEX MOTORS MMM BMW servisi” tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qiymətləndirmə aktına əsasən xidmətlər üçün məbləğ (ƏDVsiz) 2087.17, ehtiyyat hissələri üçün məbləğ (ƏDVsiz) 9957.01, ümumi məbləğ 12 044,18, ƏDV 2167.82, ödəniş üçün yekun məbləğ 14212 manat hesablanmışdır. Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-16(046)-41/2025 saylı qərardadından görünür ki, Cavabdeh JN-603 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən ümumibirgə mülkiyyətində olan Göyçay rayonu Çaxırlı kəndində yerləşən 0.94 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin və JN-625F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən ümumibirgə mülkiyyətində olan Göyçay rayonu Çaxırlı kəndində 0.60 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin üzərində həbs qoyulmuşdur. Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-16(046)-40/2025 saylı qərardadından görünür ki, ərizəçi İddiaçı Cavabdeh məxsus (ümumibirgə pay) Göyçay rayonu Çaxırlı kəndi 0.94 ha kənd təsərrüfatı təyinatlı və Göyçay rayonu Çaxırlı kənd 0.64 ha yaşayış təyinatlı torpaq sahələrinin istifadəsi, özgəninkiləşdirilməsi Cavabdeh və üçüncü şəxslərə işə məhkəmə qaydasında yekun qətnamə qəbul edilənədək qadağan edilməsi və üzərinə həbs qoyulması barədə ərizəsi təmin edilməmişdir. Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh mülkiyyətində olan **********8177 ban nömrəli, “QAZ 3302-14 YÜK” markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobili alıcı X5 xx.xx.2025-ci il tarixdə satmışdır. Uniprice MMC-nin xx.xx.2025-ci il tarixli UNİ/M 51-268/2025 saylı ekspert rəyindən görünür ki, iş materillarına əsasən “BMW X7 XDRİVE 40İ” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyyat hissələrinin dəyəri və təmir xərclərinin orta bazar qiyməti 9650,00 manat təşkil edir. Uniprice MMC-nin xx.xx.2025-ci il tarixli UNİ/O 40-661/2025 saylı ekspert rəyindən görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində buraxılış ili 2023-cü il olan, qara rəngli “BMW X7 XDRİVE 40İ” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir olunduqdan sonra qəzalı vəziyyəti nəzərə alınmaqla əmtəə dəyərinin itirilməsi (əmtəə itkisi) faizi 13 % və ya 29250,00 manat və ya təşkil etmişdir. 2. “BMW X7 XDRİVE 40İ” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı buraxılış ili 2023-cü il olan qara rəngli avtonəqliyyat vasitəsinin saz (qəzaya uğramamış) vəziyyədə 2023-cü ilin sentyabr ayı tarixinə bazar dəyəri 225000 (iki yüz iyirmi beş min) manat təşkil edir. 3. “BMW X7 XDRİVE 40İ” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2023-cü il olan qara rəngli avtonəqliyyat vasitəsi təmir olunduqdan sonra, avtomobilin dekabr 2023-cü ilin dekabr ayı tarixinə bazar dəyəri 195750, (bir yüz doxsan beş min yeddi yüz əlli) manat təşkil edir. Ekspert rəyi beynəlxalaq qiymətləndirmə standartlarına eləcə də, əmlakın qiymətləndirilməsi üzrə digər beynəlxalq qiymətləndirmə birliklərinin peşakar qiymətləndirmə qaydalarına uyğun olaraq hazırlanmışdır. İddiaçı tərəfindən təqdim olunmuş 14201142 və 10828 nömrəli qəbzlərdən görünür ki, “İMPROTEX MOTORS MMM BMW servisi”in hesabına cəmi olaraq 14.212,35 manat ödəmişdir. ********** saylı mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün 113.60 manat dövlət rüsumu ödənilmişdir. ********** saylı mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün 63 manat dövlət rüsumu ödənilmişdir. ********** saylı mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün 20 manat dövlət rüsumu ödənilmişdir. ********** saylı mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün 02 manat dövlət rüsumu ödənilmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş İddiaçı məhkəməyə gəlməmiş, elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasını onun iştirakı olmadan keçirib iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışında Cavabdeh izahat verərək bildirdi ki, yol-nəqliyyat hadisəsindən sonra 7480 manat məbləğində pul kəsilmişdir. Sığorta şirkəti iddiaçı tərəfə 5000 manat pul vermişdir. Əgər avtomobilin xərci çox idisə ona əvvəlcədən məlumat verməli idi ki, ziyan ödənilsin. İddiaçı sığorta şirkətindən 5000 manat alaraq razılaşaraq çıxıb getmişdir. Hadisədən 3-4 ay müddət keçdikdən sonra iddiaçı ondan 14212 manat pulun ödənilməsi ilə bağlı məhkəmə müraciət etmişdir. Sonra iddia tələbində alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı müraciət etmiş, onun məhkəmə prosesindən məlumatı olmamışdır. O, sözügedən avtomobili xəstəsi olduğu və maddi ehtiyaclarını qarşılamaq üçün satmışdır. Avtomobili satmamışdan qabaq onun məhkəmə prosesindən məlumatı olmamış, avtomobili satdıqdan sonra məhkəmə tərəfindən ona məlumat gəlmişdir. Alqı-satqı barədə müqaviləsi xx.xx.2025-ci il tarixdə bağlanmış, üzrəinə həbs qoyulması ilə bağlı xx.xx.2025-ci il tarixdə məlumat almışdır. Məhkəmə baxışında cavabdeh X3 vəkili Vəkil izahat verərək bildirdi ki, iddiaçı onların alqı-satqı müqaviləsini mübahisənləndirir. Buna görə də hesab edir ki, yol-nəqliyyat hadisəsi ilə bağlı müəyyən məsələlərdə fikir bildirməlidirlər. İlk öncə qeyd edir ki, sığorta hadisəsi baş vermiş, sığorta şirkəti gələrək avtomobilə dəymiş ziyana mütəxəssis rəyi alaraq qiymətləndirmişdirlər. Həmin qiymətləndirmə aktını iddiaçı tərəf mübahisələndirməmiş, həmin qiymətləndirmə hazır ki, vəziyyətdə qüvvədədir. Sonrakı qiymətləndirmə aktlarını onlar əsassız hesab edirlər. Başqa iddiaçının heç bir hüququ yoxdur ki, alqı-satqı müqaviləsini mübahisələndirsin. İddiaçı iddia ərizəsində qeyd edir ki, guya ki, alqı-satqı formal olmuş, alqısatqı olduqdan sonra da onlar qarşı tərəfə etibarnamə vermişdirlər. Belə bir halın olması ilə bağlı iddiaçı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Ona görə də hesab edir ki, iddiaçının qeyd etdiyi dəlil əsassızdır. Hüquqlarını müdafiə etdiyi X7 vicdanlı alıcıdır, çünki avtomobilin üzərinə həbsin qoyulması icra olunmamış, bu barədə avtomobillərin qeydiyyatı informasiya sisteminə heç bir məlumat qeydiyyata alınmamış, buna görə müdafiə etdiyi şəxs heç vaxt bilə bilməzdi ki, avtomobilin üzərində həbs vardır. Bundan başqa digər cavabdehin özünündə bununla bağlı məlumat olmamışdır. Müvəqqəti təminat tədbiri ilə bağlı ərizəyə baxılarkən həmin qərardad cavabdehin şəxsən özünə elan olmamış, cavabdehin həmin dövrdə elektron kabineti olmamışdır ki, qərardaddan məlumatı olsun. Cavabdehin özünündə bildirdiyi kimi avtomobil xx.xx.2025-ci il tarixdə satılmış, qərardad cavabdehin ünvanına xx.xx.2025-ci il tarixdə çatdırılmışdır. Buna görə də hesab edirlər ki, avtomobilin alqı-satqısı aparılan zaman qanunvericiliyin heç bir tələbi pozulmamışdır. Buna görə də məhkəmədən iddia tələbinin həmin hissədə təmin olunmamasını xahiş edir. Eyni zamanda iddiaçı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini onun üçün istəyir ki, qətnamənin gələcəkdə icrasına heç bir maneəçilik yaranmasın. Onu da məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, digər qərardadlarla cavabdehin mülkiyyətində olan 0.60 ha həyatyanı torpaq sahəsinə və 0.94 ha pay torpağına həbs qoyulmuşdur. Həmin qərardad qüvvədədir, torpaq sahələrinin üzərinə həbs qoyulmuşdur. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 4.1, 4.2. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Konstitusiyası:

29.İ. Hər kəsin mülkiyyət hüququ vardır. 29.İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

İnsan Hüquqlarının və X6 Haqqında Konvensiyası:

6. («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

13. Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir.

«S.N.Məmmədovanın şikayəti uzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər uzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli qərarı:

Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Adı çəkilən qərarda Konstitusiya Məhkəməsinin Plenumu xüsusi olaraq onu da qeyd etmişdir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır.

«X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarı:

Əldə edənin əmlakı onu özgəninkiləşdirməyə səlahiyyəti olmayan şəxsdən əldə etdiyini bilməməsi faktının mövcudluğu tələbin təmin olunmasının mümkünlüyü baxımından vicdanlı sahibi mülkiyyətçiyə nisbətdə daha üstün hüquqi mövqeyə çıxarır.

«H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 sentyabr 2014-cü il tarixli qərarı:

Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarı:

Hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. İşin faktiki halı:

İddiaçı özünə məxsus “BMW X7 X DRİVE 40İ” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2024-cü il tarixdə saat 17:00 radələrində Bakı Qazax yolunun 70-ci kilometrliyində hərəkətdə olan zaman arxa tərəfdən gələn Cavabdeh özünə məxsus olan idarə etdiyi “QAZ 3302-14 YÜK” markalı **-XX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə iddiaçıya məxsus avtomobilə doğru sürətlə hərəkət edərkən yolun ara məsafələri qaydalarını pozaraq arxa hissədən “BMW X7 XDRİVE 40İ” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Nəticədə iddiaçının avtomobilinə xeyli miqdarda ziyan dəymişdir. BDYPİ tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərara əsasən “QAZ 3302-14 YÜK” maralı **-XX- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində ( araməsafəsi qaydalarının pozulmasına görə) nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 40 manat inzibati cərimə edilmişdir.

Məhkəmənin mövqeyi:

Məhkəmə mülki iş üzrə iddia ərizəsini, mülki iş materiallarına əlavə edilmiş sənədləri nəzərdən keçirib təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İddiaçı tərəfindən Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi” tələbin iddiaçıya məxsus olan “BMW X7 X DRİVE 40İ” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobi ilə “QAZ 3302-14 YÜK” maralı **-XX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh tərəfindən zərər vurulması ilə əsaslandırılmışdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli” qərarında vurğulamışdır ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı məxsus “BMW X7 X DRİVE 40İ” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər dəymişdir. Belə olan halda məhkəmə qeyd edir ki, İddiaçı birinci hüququ, yəni məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququ vardır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir. Məhkəmə qeyd edir ki, işin faktiki halları baxımından iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin “mülki hüquq pozuntusuna” dair müddəaları nəzərdən keçirilə bilər. Mülki qanunvericiliyə əsasən hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl mülki hüquq pozuntusudur (1096.1m). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir (1097.1 m). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: törədilmiş əməlin hüquqa zidd olması- ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; əməlin təqsirli olaraq törədilməsi- təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması- qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması- zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18.04.22 ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir. Məhkəmə qeyd edir ki, hazırki mülki iş üzrə İddiaçı zərər vurulması, zərərin Cavabdeh qanunsuz, təqsirli hərəkəti nəticəsində vurulması, cavabdehin qanunsuz hərəkəti ilə zərər arasında səbəbli əlaqə olması işin mübahisəsiz hallarıdır. Belə ki, işin faktiki hallarına əsasən müəyyən edilir ki, iddiaçının qanuni sahibliyində olan “BMW X7 X DRİVE 40İ” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobilə Cavabdeh təqsirli olduğu yol-nəqliyyat hadisəsi nəticəsində zərər dəymiş, baş vermiş yol-nəqliyyat hadisəsinə görə cavabdeh təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir. Zərərin miqdarı ilə bağlı isə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən ilkin olaraq 9.212 manat 35 qəpik məbləğində pul vəsaitinin tutulması tələbi irəli sürülmüş və cavabdeh məhkəməyə ərizə təqdim edərək iddia tələbini qəbul etmədiyini, ilkin qüsur aktında dəymiş ziyanın həcminin 7480 manat məbləğində müəyyən edildiyini, ondan 5000 manatın sığorta şirkəti tərəfindən iddiaçıya ödənildiyini bildirmişdir. Bununla yanaşı cavabdeh məhkəməyə vəsatət təqdim edərək məhkəmə-əmtəəşünaslıq ekspertizasını keçirilməklə, qüsur aktında qeyd edilmiş “BMW X7 X DRİVE 40İ” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələrinin dəyəri və təmir xərclərinin orta bazar qiymətlərinə uyğun olubolmamasının müəyyən edilməsini xahiş etmişdir. Ekspertiza keçirildikdən sonra eksper rəyindən müəyyən olnumuşdur ki, “BMW X7 XDRİVE 40İ” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyyat hissələrinin dəyəri və təmir xərclərinin orta bazar qiyməti 9650,00 manat təşkil edir. İş materiallarından görünür ki, tərəflər təqdim etmiş ekspert rəyləri və məhkəmə tərəfindən təyin olunmuş ekspertiza rəyi arasında müəyyən uyğunsuzluqlar mövcud olmuşdur. Lakin məhkəmə sübutları qiymətləndirərkən yalnız onların formal mənşəyini deyil, həm də işin faktiki halları ilə nə dərəcədə uyğunluğunu nəzərə almalıdır. Belə ki, iddiaçı tərəfindən təqdim olunmuş ekspert rəyində göstərilən hallar iddiaçının faktiki davranışı ilə – yəni həmin rəydə göstərilən məbləğin artıq ödənilməsi ilə – təsdiq olunmuşdur. Bu isə həmin rəyin real iqtisadi münasibətləri əks etdirdiyini göstərən əlavə sübut kimi qiymətləndirilə bilər. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş ekspert rəyində göstərilən nəticələr iş üzrə digər sübutlarla ziddiyyət təşkil etmir, həmin rəydə göstərilən məbləğin faktiki olaraq ödənilməsi bu rəyin etibarlılığını gücləndirir, ödəniş faktı mübahisəli hüquq münasibətinin reallığını və məzmununu təsdiq edən mühüm haldır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, məhkəmə sübutları öz daxili inamına əsasən, onların hərtərəfli, tam və obyektiv araşdırılması nəticəsində qiymətləndirir və heç bir sübutun əvvəlcədən müəyyən edilmiş üstün qüvvəsi yoxdur. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən təqdim edilmiş ekspert rəyi işin faktiki halları ilə daha uyğun olduğundan və əlavə olaraq ödəniş faktı ilə təsdiqləndiyindən, həmin rəyin sübut kimi qəbul edilməsi və iddianın bu hissədə təmin olunması üçün əsas götürülməsi qanunauyğundur. İddiaçı avtomobilin əmtəəlik görünüşünün itirilməsi və bazar qiymətinin düşməsinə görə hesablanmış 19000 manat pulun cavadeh Cavabdeh tutulmasına münasibətdə məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də əsaslıdır və təmin edilməlidir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, İddiaçı zərər vurulması, zərərin Cavabdeh qanunsuz, təqsirli hərəkəti nəticəsində vurulması, cavabdehin qanunsuz hərəkəti ilə zərər arasında səbəbli əlaqə olması işin mübahisəsiz hallarıdır. Bu ziyanın vurulması nəticəsində avtomobilə dəymiş real zərərdən başqa, həmin hadisə nəticəsində avtomobilin eyni zamanda əmtəə dəyərinin itirilməsi müşahidə olunmuşdur. Əmtəə dəyərinin itirilməsinin dərəcəsini müəyyən etmək üçün məhkəmə tərəfindən məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuş, və rəydə qeyd olunmuşdur ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində buraxılış ili 2023-cü il olan, qara rəngli “BMW X7 XDRİVE 40İ” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir olunduqdan sonra qəzalı vəziyyəti nəzərə alınmaqla əmtəə dəyərinin itirilməsi (əmtəə itkisi) faizi 13 % və ya 29250,00 manat və ya təşkil etmişdir. Lakin Mülki Prosessual qanunvericiliyinin tələblərinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır, yəni hal-hazırda İddiaçı tələb etdiyi məbləğdən artıq məbləğin tutulması üçün müstəsna hal müəyyən olunmamışdır. Cavabdeh ilə X7 arasında bağlanmış xx.xx.2025-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə münasibətdə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, mövcud mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildikdə, onda Mülki Məcəllənin 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir. Mülki Məcəllənin 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Məhkəmə iş materiallarını araşdıraraq bu qənaətə gəlir ki, alqı-satqı müqaviləsi rəsmiləşdirildiyi anda əşyaya sərəncam verilməsi ilə bağlı hüquqi bir məhdudiyyət olmamış və həmin əqd qanunvericiliyə uyğun şəkildə bağlanmışdır. Alqı-satqı müqaviləsinin isə başqa əqdi pərdələmək məqsədilə bağlanması və bu qəd üzrə daşınmaz əşyanı alan tərəfin vicdanlı olmadığı sübuta yetirilməmişdir. Konstitusiya Məhkəməsinin ayrı-ayrı işlər üzrə müxtəlif vaxtlarda qəbul etdiyi qərarlarda vicdanlı əldə edənin hüquqlarının qorunması, mülkiyyətçiyə nisbətdə onun daha üstün hüquqi mövqeyə çıxması və əqdin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildiyi halda, Mülki Məcəllənin 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməsi qeyd edilmişdir. Hazırki işin hallarından və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qəbul etdiyi qərarlarda əks olunan hüquqi mövqeyindən çıxış edərək məhkəmə hesab edir ki, cavabdeh X7 alqı-satqı müqaviləsinə əsasən nəqliyyat vasitəsini vicdanlı əldə edən olduğundan, xx.xx.2025-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi ləğv edilə bilməz.

Məhkəmə xərcələri:

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 101-1.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər onların mənafelərinə xidmət edə biləcək halların müəyyən edilməsi üçün öz təşəbbüsləri ilə ekspertizanın aparılmasını sifariş vermək üçün məhkəmə ekspertizası idarəsinə və ya özəl məhkəmə ekspertinə rəsmi müraciət etmək hüququna malikdirlər. Həmin Məcəllənin 101-1.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin sifarişi ilə ekspertiza həmin şəxslə məhkəmə ekspertizası idarəsinin rəhbəri və ya özəl məhkəmə eksperti arasında bağlanan müqavilə əsasında ekspertizanı sifariş edən şəxsin hesabına həyata keçirilir. Həmin Məcəllənin 113.1-ci maddəsinə əsasən iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. Həmin Məcəllənin 113.2-ci maddəsinə əsasən iddia tələbləri artırıldıqda, rüsumun kəsir məbləği artırılmış iddia qiymətinə müvafiq olaraq ödənilir. Yuxarıda qeyd olunanlara əsasən, ekspertiza xidmətlərinin göstərilməsi üçün ekspertiza xərci 300 manat məbləğində pul Cavabdeh tutularaq “Uniprice MMC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumu 259.13 manat məbləğin 197.13 manatı Cavabdeh alınaraq İddiaçı ödənilməli, dövlət rüsumunun kəsiri 62 manat İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh dəymiş ziyanın əvəzi olaraq 9.212,35 manat və nəqliyyat vasitəsinin əmtəə dəyərinin itkisinə görə 19000 manat pul alınaraq İddiaçı ödənilsin. Ekspertiza xərci 300 manat məbləğində pul Cavabdeh tutularaq “Uniprice MMC-nin hesabına ödənilsin (VÖEN: **********, Hesab № AZN AZ 77AİİB400600C**********218, Bank: KapitalBank ASC Bravo 3 filialı, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ********************, filialın kodu: 201296; SÜİFT kod: AİİBAZ2XXXX). Dövlət rüsumu 259.13 manat məbləğin 197.13 manatı Cavabdeh alınaraq İddiaçı ödənilsin. Dövlət rüsumunun kəsiri 62 manat İddiaçı tutularaq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar