Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-386/2026 24.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı «avtomobilin qanunsuz saxlanılmasından azad edilərək təhvil verilməsi və ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmlak və maddi ziyan tələbi, iddiaya cavab verməli olmayan şəxs) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), Mehdiyev Elçin Məhəmməd oğlu və X2 ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, Iddiaçı İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı avtomobilin qanunsuz saxlanılmasından azad edilərək təhvil verilməsi və ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: Işin halları:
1. Iddiaçı İddiaçı cavabdeh2 və cavabdeh1 qarşı “avtomobilin qanunsuz saxlanılmasından azad edilərək təhvil verilməsi və ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan “Ford Tranzit” markalı, 2013cü il, **-QP-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehlərin qanunsuz saxlanmasından azad edilərək ona təhvil verilməsinə, avtomobilin ona təhvil verilmədiyi dövrdə çəkdiyi maddi zərərin (kirayə gəlirindən məhrum olma, təxminən aylıq 400-500 manat, ümumi məbləğin məhkəmə tərəfindən dəqiqləşdirilməsi ilə) cavabdehlərdən tutulmasına və cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində onun yaşadığı mənəvi zərərin (əsəbi gərginlik, ailəmin maddi təminatının çətinləşməsi, sosial vəziyyətimin pisləşməsi) ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Onun mülkiyyətində olan “Ford Tranzit” markalı, 2013-cü il, **-QP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq onun adına rəsmi qeydiyyatdadır. Avtomobilin idarə olunması üçün əvvəllər cavabdehlərə-cavabdeh2 və X5 etibarnamə verilmişdir. Lakin həmin etibarnamələr onun tərəfindən rəsmən ləğv edilmişdir. Etibarnamələrin ləğvinə baxmayaraq, cavabdehlər avtomobili ona təhvil verməkdən imtina edir və hazırda avtomobil Göyçay rayonu, Qaraməryəm kəndində onların qanunsuz saxlanmasındadır. O, dəfələrlə Daxili Işlər Nazirliyinə, X1 Idarəsinə və “102” xidmətinə müraciət etmiş, lakin müraciətlərinə hüquqi qiymət verilməmiş, nəticəsi barədə də ona məlumat təqdim olunmamışdır. Avtomobilin ona qaytarılmaması nəticəsində o maddi gəlirdən də məhrum olmuşdur. Belə ki, avtomobili kirayə verərək əldə etdiyi vəsaitlə borclarını ödəyirdi. Indi isə həm borclarını ödəmək imkanından, həm də ailəsinin əsas gəlir mənbəyindən məhrum edilmişdir. 3.Cavabdeh cavabdeh1 iddia ərizəsinə etiraz verərək göstərmişdir ki, o, iddiaçı İddiaçı guya icarə müqaviləsi əsasında idarə etdiyi və guya hazırda qanunsuz saxladığı 2013-cü il buraxılışlı, “Ford Tranzit” markalı,**-QP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qaytarılması və icarə haqqının ondan tutulması barədə məhkəməyə verdiyi iddiasına etiraz edir. Iddiaçı İddiaçı iddia edir ki, guya o, onun avtomobilini aylıq 400-500 manat müqabilində icarəyə götürmüşdür. Lakin bu barədə məhkəməyə heç bir yazılı müqavilə, qəbz, yaxud müvafiq sübut təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə belə hüquqi münasibətlər yalnız yazılı müqavilə ilə təsdiq oluna bilər. Yazılı müqavilə və ödəniş faktı təqdim olunmadığına görə iddia əsassızdır. Bildirir ki, 2025-ci ilin mart ayının sonları öz işi ilə bağlı “Ford Tranzit” markalı nəqliyyat vasitəsi almaq qərarına gəlmişdir. Həmin vaxt İddiaçıla münasibətləri yaxşı idi. İddiaçı həmin nəqliyyat vasitəsini daha ucuz qiymətə Gürcüstandan alaraq Azərbaycana gətirə biləcəyini ona bildirdi. Münasibətləri həmin vaxtı iddiaçı ilə yaxşı olduğundan eyni zamanda inanıb etibar etdiyindən ona öz şəxsi vəsaiti hesabına bilet alaraq Gürcüstana göndərmək qərarına gəldi. İddiaçı Gürcüstandan həmin nəqliyyat vasitəsini alaraq gətirdikdən sonra gömrük qeydiyyatından keçməsi üçün yaxın dostuna etibarnamə verdi. Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun olaraq nəqliyyat vasitəsi nəqliyyat vasitəsini gətirən şəxsin yəni İddiaçı adına rəsmiləşdirilərək ona həmin nəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə verildi. Qısa müddət sonra bacısı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ilə İddiaçı ailə münasibətlərinə xitam vermək qərarına gəldilər. Məhz bundan sonra İddiaçı həmin nəqliyyat vasitəsini adına rəsmiləşdirməkən imtina edərək adına olan etibarnaməni ləğv etməklə barəsində müvafiq orqanlara və məhkəməyə əsassız iddialar verməyə başladı. Qeyd etmək istəyir ki, iddiaçı iddiasında avtomobilin guya onda olduğunu göstərsə də, bu həqiqətə uyğun deyil. Həmin avtomobil bacısı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs istifadəsindədir. Yəni nəqliyyat vasitəsi hazırda onun istifadə və ya faktiki saxlanılmasında deyil. Bacısı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs sözügedən avtomobilin hazırda onda olması ilə bağlı hazırki iş üzrə məhkəməyə rəsmi ərizədə göndərmişdir. Bu halda iddianın əsassızlığını bir daha sübut edir.
Birinci instansiya məhkəməsində icraat
4. Məhkəmə iclasında iddiaçı İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddianı müdafiə etmiş, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etmiş və əlavə olaraq bildirmişdir ki, avtomobil 2025-ci ilin aprel ayında alınmış, alındıqdan sonra etibarnamə vermişdir. Qardaşı Rauf deyir ki, cavabdeh cavabdeh1 ilə aralarında yazılı qaydada yox, amma şifahi razılaşma ilə avtomobili icarəyə vermiş, aralarında danışıq olmuşdur ki, avtomobili işlədib hər ay 500 manat pul verəcək. Pul 2-3 ay ödənilmədiyi üçün qardaşı etibarnamələri ləğv etdirmiş, sonra avtomobilini geri istəmiş, lakin avtomobil qardaşına qaytarılmayaraq gizlədilmişdir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasında cavabdeh cavabdeh1 iddianı qəbul etməmiş və izahat verərək bildirmişdir ki, qeyd olunan avtomobil onda deyil. Iddiaçının ona qarşı iddia tələbi ilə müraciət etməyi düzgün deyil. Iş materillarında olan ərizədən də görünür ki, avtomobil birgə nikah dövründə bacısı Aysel almış, hazırda da avtomobil bacısındadır. Ona qeyd olunan avtomobili idarə edilməsi üçün etibarnamə verilmiş, iddiaçı İddiaçıla bacısı arasında problem yarandıqdan sonra bacısı avtomobili götürərək aparmışdır. Iddiaçının qeyd etdiyi icrayə əsasən hər ay 400-500 manat pulun ödənilməsi həqiqət deyil. Bununla bağlı heç bir sübut belə yoxdur. Digər cavabdeh cavabdeh2 bu işlə heç bir əlaqəsi yoxdur. cavabdeh2 onun şəriyinin qayınıdır. Onların əvvəllər çox Ford avtomobilləri olmuş, cavabdeh2 və Nümayəndə oğlu onların sürücüsü olmuş, ona görə də cavabdeh2 etibarnamə verilmişdir.
6. Iş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh cavabdeh2 lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6- ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Göyçay Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim: G.Qurbanova) iddia qismən təmin edilmiş, cavabdeh cavabdeh1 sahibliyində və istifadəsində olan “X3” yük markalı, **-QP-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2013, mühərrik nömrəsi N/Z SIL, BAN WFOXXXTTFXDC63379 olan avtomobilin iddiaçı İddiaçı təhvil verilməsi. dövlət rüsumu üçün ödənilmiş 100 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
8. Məhkəmə müəyyən etmişdir ki, “Ford Tranzit” markalı,**-QP-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2013, mühərrik nömrəsi N/Z SIL, BAN WFOXXXTTFXDC63379 olan avtomobil İddiaçı mülkiyyətindədir. Həmin avtomobil İddiaçı tərəfindən ##.##.2025-ci il tarixdə cavabdeh1 və ##.##.2025-ci il tarixdə cavabdeh2 etibarnamə verilmişdir. Hazırda İddiaçı verdiyi etibarnamələri notariat ofisində xitam vermiş və avtomobilin qaytarılmasını tələb edir. Bundan başqa avtomobil cavabdeh cavabdeh1 sahibliyinə və istifadəsinə verilsə də, halhazırda sonuncunun bacısı və iddiaçının keçmiş həyat yoldaşı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs sahibliyindədir.
Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
9. Avtomobil cavabdehlərə etibarnamə əsasında verilmiş, sonradan həmin etibarnamələrə xitam verilmişdir. Mülki Məcəllənin tələblərinə əsasən mülkiyyətçi və ya digər sahib, əmlakının qanunsuz sahibliyindən geri tələb edə bilər. Əgər əmlak vicdanlı sahibdədirsə, mülkiyyətçi yalnız əmlakın onun iradəsindən asılı olmayaraq (itmə, oğurluq və s.) sahibliyindən çıxması hallarında geri tələb edə bilər. Vicdansız sahibdən isə əmlak hər bir halda geri tələb oluna bilər və mülkiyyətçi əmlakın qaytarılması ilə yanaşı, əmlakdan götürülmüş gəlirlərin və vurulmuş zərərin əvəzini də tələb edə bilər. Həmçinin, istər vicdanlı, istərsə də vicdansız sahib əmlaka çəkdiyi zəruri məsrəflərin əvəzini tələb edə bilər. Bu qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.5 və 157.6-cı maddələrində əks olunub. Mülkiyyətçi əmlakını geri tələb edərkən, əmlakın onun və ya onun verdiyi şəxsin sahibliyindən iradəsindən asılı olmayaraq çıxdığını sübut etməlidir. Hazırkı mübahisədə cavabdeh cavabdeh1 əmlakın onun sahibliyindən və istifadəsindən iradəsindən asılı olmayaraq çıxdığını sübüt edə bilməmişdir. Məhkəmə müəyyən edir ki, avtomobil hazırda üçüncü şəxsin (cavabdeh cavabdeh1 bacısı və iddiaçının keçmiş arvadı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs) istifadəsindədir və bu, qanunsuz sahiblənmə sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, iddiaçı qanunsuz sahibdən əmlakını geri tələb etmək hüququna malikdir (vinikasiya iddiası). Avtomobilin mülkiyyət hüququ hələ də iddiaçıya məxsusdur. Iddiaçı cavabdehlərin dəyişdirilməsinə razılıq vermədiyindən, məhkəmə yalnız ilkin cavabdehlər barəsində qərar verə bilər.
10. Bundan başqa birgə nikah dövründə ərin (arvadın) hansının sahibliyində olmasından və ya adına qeydə alınmasından asılı olmayaraq mübahisə halında həmin əmlakın ayrıca əmlak olduğu və ya ayrıca əmlak hesabına əldə edildiyi sübuta yetirilərsə, ərin (arvadın) tələbi ilə geri qaytarılmalıdır. Hazırkı mübahisəli avtomobil faktiki olaraq birgə nikah dövründə əldə olunsa da, hər iki tərəf həmin əmlakın ər-arvadın birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq deyil, iddiaçı ilə cavabdeh cavabdeh1 birgə iş fəaliyyəti nəticəsində əldə olunduğunu bildirmişlər. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əmlak tələbi hissəsində cavabdeh cavabdeh1 münasibətdə təmin edilməlidir.
11. Mübahisəli avtomobilin digər cavabdeh cavabdeh2 istifadəsi və sahibliyində olmadığı həm iş materialları həm tərəflərin izahatı ilə öz təsdiqini tapmışdır. Belə ki, cavabdeh2 yalnız sürücü vəzifələrinin yerinə yetirilməsi üçün etibarnamə verilmiş, sonradan isə ləğv edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh2 münasibətdə əsaslı olmadığından rədd edilməlidir.
12. Iddia tələbinin ikinci hissəsi, yəni kirayə gəlirindən məhrum olma, təxminən aylıq 400-500 manat, ümumi məbləğin məhkəmə tərəfindən dəqiqləşdirilməsi ilə cavabdehlərdən tutulmasına və cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində mənəvi zərərin (əsəbi gərginlik, ailəmin maddi təminatının çətinləşməsi, sosial vəziyyətimin pisləşməsi) ödənilməsi tələbinə münasibətdə məhkəmə bildir ki, yuxarıda qeyd olunan tələbin irəli sürülməsi üçün iddiaçı subyektiv hüquqa malik olsa da, tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, məhkəmə tərəfindən dəymiş maddi zərərin dəqiqləşdirilməsi isə mümkün olmamışdır. AR MPMnin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləinin 77.3-cü maddəsinə əsasən işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Məhkəmə iddiaçının nümayəndəsinə aylıq 400-500 manat məbləğində kirayə haqqından məhrum olunması və cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində keçirdiyi mənəvi sarsıntılarla bağlı sübutlar təqdim edilməsini təklif etsə də, iddiaçı tərəf bunan imtina etmişdir.
13. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməlidir. Cavabdeh cavabdeh1 sahibliyində və istifadəsində olan “X3” yük markalı, **-QP-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2013, mühərrik nömrəsi N/Z SIL, BAN WFOXXXTTFXDC63379 olan avtomobil iddiaçı İddiaçı təhvil verilməlidir. Iddia tələbi qalan hissədə təmin edilməməlidir.
14. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab etmişdir ki, iddia qismən təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməli, dövlət rüsumu üçün ödənilmiş 100 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1, 152.1, 157.2, 365.1.3, 366.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.3, 218.3, 220.5-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiya məhkəməsində icraat:
a) Apellyasiya şikayətinin dəlilləri
16. Qətnаmədən nаrаzı qаlаn cavabdeh cavabdeh1 tərəfindən аpellyаsiyа şikаyəti verilmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir.
18. Belə ki, ilk növbədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tələbi pozulmuşdur. Həmin maddəyə görə mülkiyyətçi yalnız özgəsinin qanunsuz sahibliyində olan əmlakını geri tələb edə bilər. Bu norma vindikasiya iddiasının əsasını təşkil edir və tətbiqi üçün üç əsas şərt tələb olunur: iddiaçının mülkiyyət hüququnun olması, əmlakın konkret cavabdehin faktiki sahibliyində olması və həmin sahibliyin qanunsuz olması. Lakin iş üzrə məhkəmə özü müəyyən edir ki, avtomobil cavabdeh cavabdeh1 sahibliyində deyil, üçüncü şəxs–Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs istifadəsindədir . Buna baxmayaraq məhkəmə həmin normaya istinad edərək avtomobilin məhz cavabdehdən alınmasını qət etmişdir. Bu isə normanın tətbiq şərtlərinin tamamilə nəzərə alınmaması deməkdir. Yəni, faktiki olaraq mövcud olmayan “cavabdehin sahibliyi” hüquqi olaraq qəbul edilmiş və nəticə buna əsaslanmışdır. Beləliklə, maddənin dispozisiyası yanlış subyektə tətbiq edilmişdir ki, bu da maddi hüququn kobud pozuntusudur. Bununla yanaşı, Mülki Məcəllənin 152.1-ci maddəsi də düzgün tətbiq edilməmişdir. Həmin maddə mülkiyyət hüququnun məzmununu–sahiblik, istifadə və sərəncam səlahiyyətlərini müəyyən edir və dövlət tərəfindən qorunduğunu təsbit edir. Məhkəmə avtomobilin iddiaçının mülkiyyətində olduğunu qəbul etsə də, eyni zamanda avtomobilin üçüncü şəxs tərəfindən faktiki istifadə edildiyini müəyyən edir. Buna baxmayaraq həmin üçüncü şəxsin hüquqi vəziyyətini, o cümlədən birgə nikah dövründə əldə edilmiş əmlak kimi mümkün pay hüququnu araşdırmadan və onu prosesə cəlb etmədən qərar qəbul edir. Bu isə mülkiyyət hüququnun yalnız formal qeydiyyata əsasən deyil, real hüquqi münasibətlər çərçivəsində qorunmalı olması prinsipini pozur və nəticədə üçüncü şəxsin potensial mülkiyyət və ya birgə mülkiyyət hüququna müdaxilə ilə nəticələnir. Eyni zamanda Mülki Məcəllənin 157.5 və 157.6-cı maddələrinin də düzgün tətbiq edilmədiyi görünür. Məhkəmə həmin maddələrə istinad edərək vicdanlı və ya vicdansız sahib anlayışlarını ümumi şəkildə izah etsə də, konkret olaraq avtomobilin kimdə olması, həmin şəxsin vicdanlı və ya vicdansız sahib olub-olmaması, əmlakın onun sahibliyinə necə keçməsi kimi halları müəyyən etməmişdir. Halbuki bu maddələrin tətbiqi üçün konkret sahibin müəyyən edilməsi və onun hüquqi statusunun qiymətləndirilməsi zəruridir. Məhkəmə isə əmlakın üçüncü şəxsdə olduğunu qəbul etdiyi halda bu şəxsin statusunu ümumiyyətlə araşdırmadan nəticə çıxarmışdır ki, bu da normanın tətbiqinin formal və yanlış aparıldığını göstərir. Digər ciddi maddi hüquq pozuntusu ondan ibarətdir ki, məhkəmə hüquqi nəticəni faktiki vəziyyətə uyğunlaşdırmamışdır. Hüququn ümumi prinsiplərinə görə, məhkəmə qərarı real icra oluna bilən və hüquqi münasibətləri faktiki vəziyyətə uyğun tənzimləyən akt olmalıdır. Lakin bu işdə məhkəmə özü müəyyən etdiyi fakt –avtomobilin cavabdehdə olmaması–ilə ziddiyyət təşkil edən nəticə qəbul etmişdir. Bu isə hüququn tətbiqində məntiqi əlaqənin qırılması deməkdir. Belə qərar hüquqi baxımdan düzgün hesab oluna bilməz, çünki hüquqi norma faktiki vəziyyətə uyğun tətbiq edilməlidir. Bundan əlavə, dolayısı ilə Mülki Məcəllənin öhdəlik və məsuliyyət prinsipləri də pozulmuşdur. Şəxs yalnız öz faktiki davranışına və nəzarətində olan əmlaka görə məsuliyyət daşıya bilər. Lakin burada cavabdeh faktiki olaraq malik olmadığı əmlakı təhvil verməyə məcbur edilir. Bu isə hüquqi məsuliyyətin subyektinin yanlış müəyyən edilməsi deməkdir. Nəhayət, bu pozuntuların ən bariz nəticəsi ondan ibarətdir ki, qəbul edilmiş qətnamə icra olunması mümkün olmayan qətnamədir. Məhkəmə cavabdehin malik olmadığı əmlakın ondan alınmasını qət etmişdir. Bu isə hüququn tətbiqində ən ağır səhvlərdən biridir, çünki məhkəmə aktı yalnız hüquqi cəhətdən deyil, həm də faktiki baxımdan icra edilə bilən olmalıdır. Qətnamənin hüquqi əsaslandırılmasında xüsusi olaraq qeyd olunmalıdır ki, məhkəmənin gəldiyi nəticə yalnız maddi hüquq baxımından deyil, həm də qərarın icrası və hüquqi müəyyənlik prinsipi baxımından ciddi qüsurludur. Belə ki, iş materiallarından və məhkəmənin öz müəyyən etdiyi hallardan açıq şəkildə görünür ki, mübahisəli avtomobil cavabdeh cavabdeh1 deyil, üçüncü şəxs–Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs faktiki sahibliyindədir. Bu hal məhkəmə tərəfindən də qəbul edilmiş və qətnamədə birbaşa göstərilmişdir. Lakin buna baxmayaraq məhkəmə avtomobilin məhz cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qərar qəbul etmişdir. Bu vəziyyət gələcəkdə hüquqi və faktiki ziddiyyət yaradır. Çünki Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs haqlı olaraq belə arqument irəli sürə bilər ki, məhkəmə qətnaməsi ilə avtomobilin onun sahibliyindən alınması qət edilməmişdir, baxmayaraq ki, məhkəmə avtomobilin məhz onun istifadəsində olduğunu bilirdi və bunu qərarda qeyd etmişdir. Bu isə o deməkdir ki, faktiki sahib olan şəxsə münasibətdə heç bir hüquqi nəticə çıxarılmayıb və onun üzərində hər hansı icra tədbiri görülməsi üçün hüquqi əsas yaradılmayıb. Digər tərəfdən, cavabdeh cavabdeh1 münasibətdə çıxarılan qərar icra mərhələsində faktiki olaraq mümkünsüz olacaqdır. Çünki icra sənədi üzrə ondan tələb edilən əmlak–avtomobil–onun sahibliyində deyil. Icra orqanı icra hərəkətləri zamanı müəyyən edəcək ki, borclu şəxs (cavabdeh) həmin əmlaka faktiki malik deyil və onu təqdim etmək imkanına malik deyil. Bu halda “Icra haqqında” qanunvericiliyin məntiqinə uyğun olaraq belə icra sənədi icrası mümkün olmayan sənəd kimi geri qaytarılacaq. Beləliklə, məhkəmənin qəbul etdiyi qətnamə hüquqi nəticə doğurmayan, icrası mümkün olmayan bir akt halına düşür. Bu isə məhkəmə qərarının effektivlik prinsipinin pozulması deməkdir. Məhkəmə qərarı yalnız formal deyil, real icra edilə bilən və hüquqi münasibətləri həll edən akt olmalıdır. Lakin burada nə faktiki sahib olan şəxsə münasibətdə qərar verilib, nə də cavabdehə münasibətdə çıxarılan qərarın icrası mümkündür. Beləliklə, məhkəmə Mülki Məcəllənin 152.1, 157.2, 157.5 və 157.6-cı maddələrini düzgün tətbiq etməmiş, nəticədə faktiki hallara zidd, hüquqi cəhətdən əsassız və icrası mümkün olmayan qətnamə qəbul etmişdir.
19. Birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan bütün halları müəyyən etməmiş, yalnız avtomobilin iddiaçının mülkiyyətində olmasına, cavabdehlərə etibarnamə verməsinə istinad etmiş, iddiaçının cavabdeh barəsində hüquq mühafizə orqanlarında (polis şöbəsində) şikayətinin olub-olmamasını araşdırılmamışdır. Prosessual hüquq normalarına gəldikdə isə, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi pozulmuşdur. Bu maddəyə görə hər bir tərəf istinad etdiyi halları sübut etməlidir. Iddiaçı avtomobilin cavabdehin sahibliyində olduğunu sübut etməli idi, lakin belə sübut təqdim olunmamışdır. Əksinə, iş materiallarından və məhkəmənin öz mövqeyindən görünür ki, bu hal mövcud deyil. Buna baxmayaraq iddia təmin edilmişdir ki, bu da sübutetmə yükünün düzgün tətbiq edilmədiyini göstərir. MPM-nin 88-ci maddəsi də pozulmuşdur, çünki məhkəmə sübutları obyektiv və hərtərəfli qiymətləndirməmişdir. Cavabdehin əsas müdafiə arqumenti–əmlakın onda olmaması–təsdiqləndiyi halda nəzərə alınmamışdır. MPM-nin 217.3-cü maddəsi baxımından qətnamə əsaslandırılmamışdır, çünki məhkəmənin gəldiyi nəticə müəyyən etdiyi faktlarla uyğun gəlmir. Bu isə daxili ziddiyyətli qətnamə deməkdir. MPM-nin 218-ci maddəsinin tələbləri də pozulmuşdur, çünki məhkəmə iş üçün həlledici olan faktı–əmlakın faktiki sahibini–müəyyən etsə də, həmin faktın hüquqi nəticəsini düzgün qiymətləndirməmiş və müvafiq hüquqi nəticə çıxarmamışdır.
20. Odur ki, Apellyasiya şikayətinin təmin edilməsi, Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri.
21. Iddiaçı İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə qarşı yazılı etirazında apellyasiya şikayətinin təmin olunmaması, Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
22. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh cavabdeh1 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
24. Işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı İddiaçı, cavabdehlər cavabdeh2, cavabdeh1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs səbəb və mümkünsüzlüyü barədə məlumat vermədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 365.1.3-cü maddəsinə əsasən, etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi nəticəsində xitam verilir.
26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
27. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
29. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
30. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
31. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
32. Cavabdeh cavabdeh1 Göyçay Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmunundan görünür ki, apellyator iddianın təmin edilmiş cavabdeh cavabdeh1 sahibliyində və istifadəsində olan “X3” yük markalı, **-QP-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2013, mühərrik nömrəsi N/Z SIL, BAN WFOXXXTTFXDC63379 olan avtomobil iddiaçı İddiaçı təhvil verilməsi hissəsində rədd edilməsini xahiş etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli və iddia tələbi həmin hissədə də rədd edilməlidir.
34. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
35. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adı çəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, “Ford Tranzit” markalı,**-QP-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2013, mühərrik nömrəsi N/Z SIL, BAN WFOXXXTTFXDC63379 olan avtomobil İddiaçı mülkiyyətindədir. Həmin avtomobili idarə etmək üçün İddiaçı tərəfindən ##.##.2025-ci il tarixdə cavabdeh1 və ##.##.2025-ci il tarixdə cavabdeh2 etibarnamə verilmiş, sonradan həmin etibarnamələrə xitam verilmişdir. İddiaçı verdiyi etibarnamələri notariat ofisində xitam verilməsini əsas gətirərək hazırkı cavabdehlərdən avtomobilin geri qaytarılmasını tələb edir. Sözegedən avtomobil cavabdeh cavabdeh1 istifadəsinə verilsə də, hal-hazırda sonuncunun bacısı və iddiaçının keçmiş həyat yoldaşı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs sahibliyindədir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, Göyçay Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli qərarı ilə İddiaçıla onun rəsmi nikahlarına xitam verilmişdir. 2013-cü il istehsalı olan **-QP-*** dövlət qeydiyyat nişanlı, Ford Tranzit markalı nəqliyyat vasitəsi İddiaçıla onun birgə nigah dövründə sonuncunun adına rəsmiləşdirilmişdir. Sözügedən nəqliyyat vasitəsi hal-hazırda ondadır və həmin nəqliyyat vasitəsinin bölünməsi ilə bağlı Göyçay Rayon Məhkəməsinə müraciət etmək üçün zəruri sənədləri əldə etmək məqsədi ilə bağlı o, mediasiya təşkilatına müraciət etmişdir.
36. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, iddianın hüquqi əsası düzgün müəyyənləşdirilməmiş və buna görə də, onun gəldiyi nəticə qanuni və əsaslı hesab edilmir.
37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tələbinin pozulması, avtomobilin cavabdeh cavabdeh1 sahibliyində deyil, üçüncü şəxs–Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs istifadəsində olmasına baxmayaraq məhkəmə həmin normaya istinad edərək avtomobilin məhz cavabdehdən alınmasını qət etməsi, normanın tətbiq şərtlərinin tamamilə nəzərə alınmamasına dair dəlilləri ilə razılaşaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
38. Kollegiya qeyd edir ki, iddiaçının hazırkı cavabdeh cavabdeh1 tələb etdiyi **-QP- *** dövlət qeydiyyat nişanlı, “Ford Tranzit” markalı nəqliyyat vasitəsi cavabdehin deyil, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb olunmuş Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs sahibliyində və istifadəsində olması işin mübahisə olunmayan halıdır.
39. Belə ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs birinci instansiya məhkəməsinə ərizə təqdim edərək bildirmişdir ki, Göyçay Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli qərarı ilə İddiaçıla onun rəsmi nikahlarına xitam verilmişdir. 2013-cü il istehsalı olan **-QP-*** dövlət qeydiyyat nişanlı, Ford Tranzit markalı nəqliyyat vasitəsi İddiaçıla onun birgə nigah dövründə sonuncunun adına rəsmiləsdirilmişdir. Sözügedən nəqliyyat vasitəsi hal-hazırda ondadır və həmin nəqliyyat vasitəsinin bölünməsi ilə bağlı Göyçay Rayon Məhkəməsinə müraciət etmək üçün zəruri sənədləri əldə etmək məqsədi ilə bağlı o, mediasiya təşkilatına müraciət etmişdir.
40. Kollegiya hesab edir ki, iddiaçının tələbinin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsi nəzərdən keçirilə bilər; Belə ki, Mülki Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər;
41. Mülki Məcəllənin 157-ci maddəsinə əsaslanan iddianın təmin edilməsi üçün maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi (yaxud qanuni sahibi) olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Hazırkı iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə, baxılan mübahisə üzrə iddiaçının üzərinə düşən sübutetmə yükü qaytarılmasını tələb etdiyi əmlakın özünün mülkiyyətində (qanuni sahibliyində) olduğunun, onun cavabdehdə saxlandığının, cavabdehin həmin əşyaya qanunsuz sahiblik etməsinin sübut olunmasıdır.
42. Kollegiya qeyd edir ki, mübahisəli avtomobilin cavabdeh cavabdeh1 sahibliyinə və istifadəsinə verilsə də, həmin avtomobilin hal-hazırda sonuncunun bacısı və iddiaçının keçmiş həyat yoldaşı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs sahibliyində olmasının müəyyən edilməsinə baxmayaraq iddiaçı tərəfindən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cavabdeh kimi cəlb olunmadığından onun mülkiyyətçisi olduğu avtomobilin cavabdeh cavabdeh1 qaytarılması tələbinə dair iddianın əsaslı olub-olmaması baxımından mahiyyəti üzrə qiymət verilə bilməz.
43. Buna baxmayaraq birinci instansiya məhkəməsi tələbə cavab verməli olan şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cavabdeh olmadan verilmiş iddia tələbinə iddianın mahiyyəti üzrə əsaslılığı baxımından qiymət verərək iddianı təmin etmişdir.
44. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, mübahisəli əmlak cavabdeh cavabdeh1 sahibliyində olmadığı halda iddianın ona qarşı təmin edilməsi, qəbul olunmuş qətnamənin icrasız qalması ilə nəticələnə bilər.
45. Kollegiya qeyd edir ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki-prosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur (MPM-nin 50-ci maddəsi).
46. Həmçinin, MPM-nin 51-ci maddəsinə görə, başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər, lakin digər cavabdehin işə qoşulması məsələsi hər bir halda iddiaçı tərəfindən ona qarşı tələb irəli sürülməsi qaydasında həyata keçirilməlidir. Həmin Məcəllənin 51.3-cü maddəsinə görə isə, başqa cavabdeh işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında və ya məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı əsasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edilir. Məhkəmə baxışı zamanı başqa cavabdehin işə cəlb edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
47. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə ## ###### 2011-ci il tarixli Qərarı).
48. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
49. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
50. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
51. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, irəli sürdüyü iddia tələbinə münasibətdə iddiaçı məhkəmə müdafiəsi hüququna malik olsa belə, həmin tələb buna cavab verməli olan subyektə qarşı yönəldilmədiyindən təmin edilə bilməz; iddianın əsaslılığı məsələsinə gəldikdə isə, iddiaçıya izah edilməlidir ki, hazırkı iddia ilə iddiaya cavab verməli olan subyektə qarşı tələb irəli sürmək hüququ vardır.
52. Iddianın cavab verməli olmayan subyektə qarşı yönəldildiyi qənaətinə gəlindiyindən, kollegiya hesab edir ki, apellyasiya şikayətinin digər dəlillərinə hüquqi qiymət verilməsinə zərurət yoxdur.
53. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, cavabdeh cavabdeh1 sahibliyində və istifadəsində olan “X3” yük markalı, **-QP-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2013, mühərrik nömrəsi N/Z SIL, BAN WFOXXXTTFXDC63379 olan avtomobilin iddiaçı İddiaçı təhvil verilməsi hissəsində ləğv edilməli, iddia tələbi iddiaya cavab verməli olan şəxs cavabdeh kimi cəlb edilmədən verildiyi üçün rədd edilməlidir. 54.Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
55. Kollegiya hesab edir ki, iddia rədd olunduğundan ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
56. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Göyçay Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi qismən, iddianın təmin edilmiş cavabdeh cavabdeh1 sahibliyində və istifadəsində olan “X3” yük markalı, **-QP-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2013, mühərrik nömrəsi N/Z SIL, BAN WFOXXXTTFXDC63379 olan avtomobilin iddiaçı İddiaçı təhvil verilməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. Iddia tələbi cavabdeh cavabdeh1 sahibliyində və istifadəsində olan “X3” yük markalı, **-QP-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2013, mühərrik nömrəsi N/Z SIL, BAN WFOXXXTTFXDC63379 olan avtomobilin iddiaçı İddiaçı təhvil verilməsi hissəsində rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.