Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-516/2026 30.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və maddi ziyanın ödənilməsi” tələbi, qüvvə) Hakimlər X3 (sədrlik edən və məruzəçi), Mehdiyev Elçin Məhəmməd oğlu və Mustafayev Etibar Mustafa oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi, cavabdeh Cavabdeh iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları
1. Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 9.212 manat 35 qəpik məbləğində vurulmuş maddi ziyanın və 112 manat 13 qəpik dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Iddiaçı İddiaçı ##.##.2025-ci il tarixdə iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək ,“QAZ 3302-14 YÜK” markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobilin satılmasına dair bağlanmış ##.##.2025-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, cavabdeh Cavabdeh 9.212,35 manat məbləğində vurulmuş maddi ziyanın, 112,13 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Iddiaçı İddiaçı ##.##.2025-ci il tarixdə iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, 33020050298177 ban nömrəli, “QAZ 3302-14 YÜK” markalı **-XX- *** dövlət qeydiyyat nişanlı avtomobilin satılmasına dair bağlanmış ##.##.2025-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, cavabdeh Cavabdeh 9.212,35 manat məbləğində vurulmuş maddi ziyanın, avtomobilin əmtəəlik görünüşünün itirilməsi və bazar qiymətinin düşməsinə görə hesablanmış 19000 manat pulun, 179 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, ona məxsus “BMW X7 XDRIVE 40I” markalı, **- TT-*** dövlət qeydiyyat nişanlı avtomobil ##.##.2024-cü il tarixdə saat 17:00 radələrində Bakı Qazax yolunun 70-ci kilometrliyində hərəkətdə olan zaman arxa tərəfdən gələn Cavabdeh özünə məxsus olan və onun idarə etdiyi “QAZ 3302-14 YÜK” markalı **-XX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə ona məxsus avtomobilə doğru sürətlə hərəkət edərkən yolun ara məsafələri qaydalarını pozaraq arxa hissədən “BMW X7 XDRIVE 40I” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Zərbənin təsirindən “QAZ 3302-14 YÜK” maralı **-XX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi buraxılış ili 2023-cü il olan onun tərəfindən BMW servisdən 2023-cü ilin may ayında alınmış və həmin vaxtadək heçvaxt qəzaya uğramamış “BMW X7 XDRIVE 40I” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobili arxadan vurmuşdur. Nəticədə onun avtomobilinə xeyli miqdarda ziyan dəymişdir. Belə ki, “BMW X7 XDRIVE 40I markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobilin “yük yeri qapısının aşağı hissəsi, qoruyucu planka, arxa bamper, örtük elementi, bamperin bərkidici elementi, bamperin kronşteyni, kipləşdirici araqatı, köndələn tiri, arxa tirin bərkidici elementi, tutqacı, bamperin dayaq elementi, alt qoruyucu, başaltının təmir dəsti, arxa bamperin naqil dəsti, smart opener sensorunun naqili, airbagsteueri, elektron idarəetmə bloku, ultrasəs dəyişdirici (radar), gücləndirici, podqolovnikləri yararsız vəziyyətə düşmüşdür. Qeyd edir ki, BDYPI tərəfindən ##.##.2024-cü il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərara əsasən “QAZ 3302-14 YÜK” maralı 99- XX-286 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində ( araməsafəsi qaydalarının pozulmasına görə) nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 40 manat inzibati cərimə edilmişdir. Inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərarla onun avtomobilinə zərər dəyməsi ilə nəticələnən yolnəqliyyat hadisəsində sürücü Cavabdeh təqsirli olduğu müəyyən edilir. Bildirir ki, hadisənin cavabdeh Cavabdeh təqsirli olaraq törətdiyi hüquqazidd əməllər (ara məsafəsi qaydalarını pozması) nəticəsində baş verməsi məhz bu hadisə nəticəsində ona məxsus avtomobilə zərər dəyməsi işin mübahisəsiz halıdır. Ona görə də, cavabdeh Cavabdeh hüquqazidd hərəkətinə görə məsuliyyət daşıdığı üçün cavabdehlik daşıyır və iddiaçı qarşısında mülki məsuliyyəti yaranır. Belə olan halda onun qanunvericiliyə əsasən hadisə nəticəsində ona məxsus olan avtomobilə dəymiş zərəri tələb etmək hüququ yaranır. Belə ki, ona məxsus olan “BMW X7 XDRIVE 40I” markalı, 10- TT-049 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin həcmi “IMPROTEX MOTORS MMM BMW servisi” tərəfindən tərtib edilmiş ##.##.2024-cü il tarixli qiymətləndirmə aktına əsasən 14.212,35 manat məbləğində müəyyən edilmişdir. Onun tərəfindən avtomobil BMW Servis MMC-də təmir elətdirilmiş və 14.212,35 manat pul onun tərəfindən ödənilmişdir. “QAZ 3302-14 YÜK” markalı **-XX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari sığortaçısı “xxxx” ASC tərəfindən hadisə nəticəsində avtomobilinə dəymiş zərərə görə yəni sığorta hadisəsinə görə ona 5.000 manat məbləğində franşiza məbləği sığorta ödənişi edilmişdir. Sığorta tərəfindən 5.000 manat məbləğində vəsaitin ödəniş edildiyini nəzərə alsaq, 9.212,35 manat (14.212,35 - 5000 = 9.212,35) məbləğində maddi ziyan ödənilməmiş qalmaqdadır. Onun 2023-cü il buraxılışlı cəmi 1 il sürdüyü, əvəllər heç vaxt qəzaya düşməyən, üzərində heç bir təmir işi aparılmamış, çox az məsafə qət etmiş “BMW X7 XDRIVE 40I” markalı avtomobilim cavabdeh Cavabdeh törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində ziyan vurmaqla avtomobilin bazar dəyərini də qatqat aşağı salmaqla ona maddi ziyan vurmuş, avtomobilə vurduğu 9.212,35 manat maddi ziyan cavabdehdən tutulub ona ödənilməlidir. Iddiaçı İddiaçı ##.##.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək hazırda iddia ərizəsinin artırılması zərurəti yarandığını qeyd etmişdir. Belə ki, ona məxsus “BMW X7 XDRIVE 40I” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobil ##.##.2024-cü il tarixdə saat 17:00 radələrində Bakı Qazax yolunun 70-ci kilometrliyində hərəkətdə olan zaman arxa tərəfdən gələn Cavabdeh özünə məxsus olan və onun idarə etdiyi “QAZ 3302-14 YÜK” markalı **-XX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə ona məxsus avtomobilə doğru sürətlə hərəkət edərkən yolun ara məsafələri qaydalarını pozaraq arxa hissədən “BMW X7 XDRIVE 40I” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Zərbənin təsirindən “QAZ 3302-14 YÜK” maralı **- XX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi buraxılış ili 2023-cü il olan onun tərəfindən BMW servisdən 2023-cü ilin may ayında alınmış və həmin vaxtadək heçvaxt qəzaya uğramamış “BMW X7 XDRIVE 40I” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobili arxadan vurmuşdur. Nəticədə onun avtomobilinə xeyli miqdarda ziyan dəymişdir. “BMW X7 XDRIVE 40I markalı, **-TT- *** dövlət qeydiyyat nişanlı avtomobilin “yük yeri qapısının aşağı hissəsi, qoruyucu planka, arxa bamper, örtük elementi, bamperin bərkidici elementi, bamperin kronşteyni, kipləşdirici araqatı, köndələn tiri, arxa tirin bərkidici elementi, tutqacı, bamperin dayaq elementi, alt qoruyucu, başaltının təmir dəsti, arxa bamperin naqil dəsti, smart opener sensorunun naqili, airbagsteueri, elektron idarəetmə bloku, ultrasəs dəyişdirici (radar), gücləndirici, podqolovnikləri yararsız vəziyyətə düşmüşdür. Qeyd edir ki, BDYPI tərəfindən ##.##.2024-cü il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərara əsasən “QAZ 3302-14 YÜK” maralı **-XX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.1 -ci maddəsində (araməsafəsi qaydalarının pozulmasına görə) nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 40 manat inzibati cərimə edilmişdir. Inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərarla onun avtomobilinə zərər dəyməsi ilə nəticələnən yol nəqliyyat hadisəsində sürücü Cavabdeh təqsirli olduğu müəyyən edilir. Bildirir ki, onun mülkiyyətində olan “BMW X7 XDRIVE 40I markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə nəticəsində avtomobilin əmtəəlik görünüşünün itirilməsi və bazar qiymətinin düşməsinə görə mövcud bazar qiymətinin 10% həddində aşınmaya məruz qalmışdır. Avtomobilin indiki zədəsiz bazar qiymətinin təxmini 190000 manat olduğunu nəzərə alaraq, minimum 10% əmtəəlik görüntüsünün itirilməsi və mövcud bazar qiymətinin düşdüyünü əsas götürərək, əlavə olaraq 19000 manat civarında əlavə zərərə uğramışdır. Bundan əlavə bildirir ki, tərəflərindən müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edilərək cavabdeh Cavabdeh mülkiyyətində olan QAZ 3302- 14 YÜK” markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsinin cavabdehə qadağan edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Göyçay Rayon Məhkəməsinin e-**(***)-*/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə iddiaçı Ibrahimov T aleh Vəli oğlunun cavabdeh Cavabdeh qarşı ziyan tələbinə dair iddiasına baxılıb qurtaranadək cavabdeh Cavabdeh mülkiyyətində olan 33020050298177 ban nömrəli, “QAZ 3302-14 YÜK” markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsi cavabdeh Cavabdeh qadağan edilməsi qərara alınmışdır. Həmin qərar dərhal qüvvəyə minmişdir. Məhkəmə qərardadı ilə özgəninkiləşdirilməsi qadağan edilən avtomobil ##.##.2025-ci il tarixində cavabdeh tərəfindən qanunsuz olaraq özgəninkiləşdirilmişdir. Bildirir ki, sözügedən avtomobilin özgəninkiləşdirilməsinin qadağan edilməsi gələcəkdə məhkəmə qətnaməsinin təminatı kimi qəbul edilmişdir. Lakin göründüyü kimi cavabdeh məhkəmə qətanməsinin gələcəkdə icrasından yayınmaq üçün qanunsuz olaraq avtomobili qəsdən və formal olaraq özgəninkiləşdirmiş, başqasının adına keçirmişdir. Belə ki, Azərbaycan Respublikası DIN Baş Dövlət Yol Polisi Idarəsi tərəfindən vəkil sorğusuna verilmiş cavab məktubundan da göründüyü kimi ##.##.2025-ci il tarixində məhkəmə qərardadı ilə özgəninkiləşdirilməsi qadağan edilmiş avtomobil ##.##.2025-ci il tarixində satılmışdır. Ona görə də hesab edirlər ki, Cavabdeh mülkiyyətində olan 33020050298177 ban nömrəli, “QAZ 3302-14 YÜK” markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı bağlanmış ##.##.2025-ci il tarixli alqısatqı müqaviləsi də etibarsız hesab edilməlidir. Çünki Göyçay Rayon Məhkəməsinin e-**(***)-*/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə Cavabdeh mülkiyyətində olan 33020050298177 ban nömrəli, “QAZ 3302-14 YÜK” markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsi cavabdeh Cavabdeh qadağan edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsini rəhbər tutaraq, 33020050298177 ban nömrəli, “QAZ 3302-14 YÜK” markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı bağlanmış ##.##.2025-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, cavabdeh Cavabdeh 9.212,35 manat məbləğində vurulmuş maddi ziyanın, 112,13 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Iddiaçı İddiaçı ##.##.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh 9.212,35 manat məbləğində vurulmuş maddi ziyanın və 112,13 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mülki iş baxılması üçün sizin icraatınıza verilmişdir. Hazırda iddia ərizəsinin artırılması zərurəti yaranmışdır. Belə ki, ona məxsus “BMW X7 XDRIVE 40I markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobil ##.##.2024-cü il tarixdə saat 17:00 radələrində Bakı Qazax yolunun 70-ci kilometrliyində hərəkətdə olan zaman arxa tərəfdən gələn Cavabdeh özünə məxsus olan və onun idarə etdiyi “QAZ 3302-14 YÜK” markalı **- XX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə iddiaçıya məxsus avtomobilə doğru sürətlə hərəkət edərkən yolun ara məsafələri qaydalarını pozaraq arxa hissədən “BMW X7 XDRIVE 40I” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Zərbənin təsirindən “QAZ 3302-14 YÜK” maralı **-XX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi buraxılış ili 2023-cü il olan iddiaçı tərəfindən BMW servisdən 2023-cü ilin may ayında alınmış və həmin vaxtadək heçvaxt qəzaya uğramamış “BMW X7 XDRIVE 40I” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobili arxadan vurmuşdur. Nəticədə iddiaçı İddiaçı avtomobilinə xeyli miqdarda ziyan dəymişdir. “BMW X7 XDRIVE 40I markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobilin “yük yeri qapısının aşağı hissəsi, qoruyucu planka, arxa bamper, örtük elementi, bamperin bərkidici elementi, bamperin kronşteyni, kipləşdirici araqatı, köndələn tiri, arxa tirin bərkidici elementi, tutqacı, bamperin dayaq elementi, alt qoruyucu, başaltının təmir dəsti, arxa bamperin naqil dəsti, smart opener sensorunun naqili, airbagsteueri, elektron idarəetmə bloku, ultrasəs dəyişdirici (radar), gücləndirici, podqolovnikləri yararsız vəziyyətə düşmüşdür. Qeyd edir ki, BDYPI tərəfindən ##.##.2024-cü il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərara əsasən “QAZ 3302-14 YÜK” maralı 99- XX-286 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində (araməsafəsi qaydalarının pozulmasına görə) nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 40 manat inzibati cərimə edilmişdir. Inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərarla onun avtomobilinə zərər dəyməsi ilə nəticələnən yol nəqliyyat hadisəsində sürücü Cavabdeh təqsirli olduğu müəyyən edilir. Bildirirlər ki, onun mülkiyyətində olan “BMW X7 XDRIVE 40I” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə nəticəsində avtomobilin əmtəəlik görünüşünün itirilməsi və bazar qiymətinin düşməsinə görə mövcud bazar qiymətinin (əmtəə görüntüsü) 10% həddində aşınmaya məruz qalmışdır. Belə ki, hər kəsə bəllidir ki, avtomobil təmir edilsə belə artıq onun statusu qəza keçirmiş avtomobil statusu alır və ikinci əl bazarında daha ucuz qiymətə satılır. Bu isə avtomobilin dəyər itkisinə (əmtəə görüntüsü) səbəb olur. Azərbaycan Respublikasında istifadə edilən metodlara əsasən əmtəə nişanı bir neçə faktorlarla müəyyən edilir. Təmir xərclərinin avtomobilin bazar dəyərinə nisbəti, zədələnmiş detalların sayı və əhəmiyyəti, (açar hissələri: kuzov, şassi, hava yastığı, çərçivəsi və sair), avtomobilin yaşı, təmirin keyfiyyəti. Nəzərə almaq lazımdır ki, ona məxsus avtomobil təzə yürüşü yetərincə az olan və yeni avtomobildir, bu da dəyər itkisini artıran amillərdəndir. Xüsusən premium seqmentdə bu ciddi təsir göstərir. Alıcılar risk alırlar və qiymətdən 9-10 faiz güzəşt tələb edirlər. Yəni bu avtomobilin satışda ən azı 15-20000 manat aşağı satılması qaçınılmazdır. Göründüyü kimi cavabdehin törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində avtomobilinə zərər dəymiş, avtomobilin real bazar (əmtəəlik görüntüsü) dəyəri aşağı düşmüşdür. Avtomobilin indiki zədəsiz bazar qiyməti təxmini 190000 manat olduğunu nəzərə alaraq, minimum 10% əmtəəlik görüntüsünün itirilməsi və mövcud bazar qiymətinin düşdüyünü əsas götürərək, əlavə olaraq 19000 manat civarında əlavə zərərə uğramışdır. Avtomobilin 2024-cü ilin sentyabr ayına orta bazar qiyməti nəzəri qaydada təxminən 190.000 manat olan həmin avtomobilin təmirdən sonra bazar qiymətində təxminən 10 faizədək fərq olması istisna olunmur. Ona görə də hesab edirlər ki, həmin pul məbləği də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan əlavə bildirirlər ki, tərəflərindən müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edilərək cavabdeh Cavabdeh mülkiyyətində olan QAZ 3302- 14 YÜK” markalı 99- XX-286 dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsinin cavabdehə qadağan edilməsi barədə qərardad qəbul ediməsini məhkəmədən xahiş etmişlər. Göyçay Rayon Məhkəməsinin e-**(***)-*/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə onun cavabdeh Cavabdeh qarşı ziyan tələbinə dair iddiasına baxılıb qurtaranadək cavabdeh Cavabdeh mülkiyyətində olan 33020050298177 ban nömrəli, “QAZ 3302-14 YÜK” markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsi cavabdeh Cavabdeh qadağan edilməsi qərara alınmışdır. Həmin qərar dərhal qüvvəyə minmişdir. Məhkəmə qərardadı ilə özgəninkiləşdirilməsi qadağan edilən avtomobil ##.##.2025-ci il tarixində cavabdeh tərəfindən bilərəkdən və qanunsuz olaraq özgəninkiləşdirilmişdir. Bildirirlər ki, sözügedən avtomobilin özgəninkiləşdirilməsinin qadağan edilməsi gələcəkdə məhkəmə qətnaməsinin təminatı kimi qəbul edilmişdir. Lakin göründüyü kimi cavabdeh məhkəmə qətanməsinin gələcəkdə icrasından yayınmaq üçün qanunsuz olaraq avtomobili qəsdən və formal olaraq özgəninkiləşdirmiş, başqasının adına keçirmişdir. Belə ki, Azərbaycan Respublikası DIN Baş Dövlət Yol Polisi Idarəsi tərəfindən vəkil sorğusuna verilmiş cavab məktubundan da göründüyü kimi ##.##.2025-ci il tarixində məhkəmə qərardadı ilə özgəninkiləşdirilməsi qadağan edilmiş avtomobil ##.##.2025-ci il tarixində satılmışdır. Ona görə də hesab edir ki, Cavabdeh mülkiyyətində olan 33020050298177 ban nömrəli, “QAZ 3302-14 YÜK” markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı bağlanmış ##.##.2025-ci il tarixli alqı-satqı müqaviləsi də etibarsız hesab edilməlidir. Çünki Göyçay Rayon Məhkəməsinin e-**(***)-*/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə Cavabdeh mülkiyyətində olan 33020050298177 ban nömrəli, “QAZ 3302-14 YÜK” markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsi cavabdeh Cavabdeh qadağan edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası DIN ##.##.2025-ci il tarixli cavab məktubundan da göründüyü kimi, ##.##.2025-ci il tarixində məhkəmə qərardadı ilə özgəninkiləşdirilməsi qadağan edilmiş Cavabdeh mülkiyyətində olan 33020050298177 ban nömrəli, “QAZ 3302-14 YÜK” markalı 99-XX- 286 dövlət qeydiyyat nişanlı avtomobil ##.##.2025-ci il tarixində Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs formal olaraq satılmışdır. Daha sonra ##.##.2025-ci il tarixində elə cavabdeh Cavabdeh qohumu (soyadlarıda onların qohum olduğuna dəlalət edir) X2 adına avtomobilin idarə edilməsi üçün etibarnamə vermişdir. Buda avtomobilin formal olaraq satılmasına dəlalət edir. Göründüyü kimi cavabdeh gələcəkdə məhkəmə qətnaməsinin icrasından yayınmaq üçün avtomobili qanunsuz olaraq özgəninkiləşdirmiş, daha sonra yaxın qohumunun adına etibarnamə vermişdir. Yəni avtomobil sənəddə başqa şəxsin adına rəsmləşdirilsə də, faktiki olaraq Cavabdeh və qohumlarının istifadəsindədir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna d air etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki Məcəllənin 21-ci maddəsi zərərin əvəzinin ödənilməsi ilə əlaqədar ümumi norma kimi çıxış edir. Zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Yəni mülki hüquq məsuliyyəti əmələ gəlmə əsasına görə müqavilə və müqavilədənkənar olmaqla iki növdə yaranır. Ikinci növ ziyan vurma nəticəsində əmələ gələn məsuliyyət adlanır və fiziki şəxsin şəxsiyyətinə, əmlakına və işgüzar nüfuzuna zərər vurmaq yolu ilə yaranır. Hazırki işdə də zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası müqavilədənkənar - delikt hüququndan yaranır. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələrində əksini tapmış müddəaların təhlilindən göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən Iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsini rəhbər tutaraq, 33020050298177 ban nömrəli, “QAZ 3302-14 YÜK” markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı bağlanmış ##.##.2025-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, cavabdeh Cavabdeh 9.212,35 manat məbləğində vurulmuş maddi ziyanın, avtomobilin əmtəəlik görünüşünün itirilməsi və bazar qiymətinin düşməsinə görə hesablanmış 19000 manat pulun, 179 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Gülnaz Qurbanova) iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Cavabdeh dəymiş ziyanın əvəzi olaraq 9.212,35 manat və nəqliyyat vasitəsinin əmtəə dəyərinin itkisinə görə 19000 manat pulun alınaraq iddiaçı İddiaçı ödənilməsi, ekspertiza xərci 300 manat məbləğində pulun cavabdeh Cavabdeh tutularaq “Uniprice MMC-nin hesabına ödənilməsi (VÖEN: **********, Hesab № AZN AZ 77AIIB400600C9447929844218, Bank: KapitalBank ASC Bravo 3 filialı, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ01350100000000001944, filialın kodu: 201296; SÜIFT kod: AIIBAZ2XXXX), dövlət rüsumu 259.13 manat məbləğin 197.13 manatın cavabdeh Cavabdeh alınaraq iddiaçı İddiaçı ödənilməsi, dövlət rüsumunun kəsiri 62 manatın iddiaçı İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
4. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 139.2, 157.2, 337.1, 386.1, 1096.1, 1096.2, 1097.1, 1108.1-ci, Insan Hüquqlarının və X5 Haqqında Konvensiyasının 6 və 13cü maddələrinə, «S.N.Məmmədovanın şikayəti uzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər uzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ####### 2004-cü il tarixli qərarına, «X7 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MIÜMK-ın ## ###### 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2008-ci il tarixli qərarına, «H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ###### 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ######## 2014-cü il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair # ##### 2021-ci il tarixli Qərarına istinad etmişdir.
5. Qətnаmədən nаrаzı qаlаn cavabdeh Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
6. Cavabdeh Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Göyçay Rayon Məhkəməsinin göstərilən iş üzrə qətnaməsini “cavabdeh Cavabdeh dəymiş ziyanın əvəzi olaraq 9.212,35 manat və nəqliyyat vasitəsinin əmtəə dəyərinin itkisinə görə 19000 manat pul alınaraq iddiaçı İddiaçı ödənilməsi” hissədə qanunsuz, əsassız və ədalətsiz hesab edir. Ona görə ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. Göyçay Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-***/**** saylı qətnaməsi cavabdeh Cavabdeh aid hissədə qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmə iş üzrə sübutları tam, hərtərəfli və obyektiv qiymətləndirməmiş, iddiaçının irəli sürdüyü tələblərin hüquqi təbiətini düzgün müəyyən etməmiş, sübutetmə yükünü düzgün bölüşdürməmiş, həm maddi, həm də prosessual hüquq normalarını pozaraq əsassız nəticəyə gəlmişdir. Qətnamədən görünür ki, ilkin iddia yalnız 9.212,35 manat maddi ziyanın və 112,13 manat dövlət rüsumunun tutulmasına dair olmuş, sonradan ##.##.2025-ci il və ##.##.2025-ci il tarixli ərizələrlə iddiaçı həm ##.##.2025-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini, həm də avtomobilin əmtəəlik görünüşünün itirilməsi və bazar qiymətinin düşməsinə görə 19.000 manat əlavə məbləğin tutulmasını tələb etmişdir. Məhkəmə MPM-nin 53-cü maddəsini formal qaydada tətbiq etmiş, lakin iddiaçının sonradan verdiyi ərizələrlə sadəcə tələbin həcmini artırmadığını, tamamilə yeni predmet və yeni hüquqi əsas əlavə etdiyini nəzərə almamışdır. Ilk tələb delikt nəticəsində maddi zərərin tutulmasına aid olduğu halda, sonrakı mərhələdə ayrıca əqd mübahisəsi – alqı-satqı müqaviləsinin etibarsızlığı – və bununla yanaşı ayrıca “əmtəəlik görünüşün itirilməsi və bazar qiymətinin düşməsi” adı altında yeni pul tələbi irəli sürülmüşdür. Bu isə yalnız məbləğin artırılması deyil, iddianın predmet və əsasının dəyişdirilməsi idi. Belə dəyişikliklərə yol verilməsi üçün MPM-nin 53-cü maddəsində nəzərdə tutulan şərtlərin – bu əsasların məhz məhkəmə baxışı gedişində yaranmasının və ya onların əvvəldən irəli sürülməsinin iddiaçıdan asılı olmayan səbəblərdən mümkün olmamasının – mövcudluğu məhkəmə tərəfindən müəyyən edilməmiş, qətnamədə əsaslandırılmamışdır. Əksinə, qətnamədən görünür ki, iddiaçı sonradan öz tələblərini genişləndirmiş, lakin məhkəmə bu prosessual məsələyə hüquqi qiymət vermədən həmin yeni tələblərə mahiyyəti üzrə baxmışdır. Bu hal prosessual qanunvericiliyin tələblərinin pozulması olmaqla cavabdehin müdafiə hüququnu da məhdudlaşdırmışdır. Maddi ziyanın 9.212,35 manat hissəsində də məhkəmə sübutları düzgün qiymətləndirməmişdir. Qətnamədən görünür ki, iddiaçı avtomobilin təmir xərclərinin 14.212,35 manat olduğunu, bunun 5.000 manatının sığorta tərəfindən ödənildiyini, qalan 9.212,35 manatın isə cavabdehdən tutulmalı olduğunu bildirmişdir. Lakin cavabdehin etirazında əsaslı olaraq göstərilmişdir ki, iddia ərizəsinə qüsur aktı, ehtiyat hissələrinin tam siyahısı, təsdiqli smeta, ödəniş qəbzləri və iddiaçının məhz öz şəxsi vəsaiti hesabına həmin məbləği ödədiyini təsdiq edən mötəbər sübutlar əlavə edilməmişdir. Etirazda həmçinin göstərilmişdir ki, iş materiallarından avtomobilin rəsmi servis mərkəzində təmir olunması və xərclərin bir hissəsinin sığorta şirkəti tərəfindən ödənilməsi görünür, lakin iddiaçı hansı hissənin sığorta, hansı hissənin öz vəsaiti hesabına ödənildiyini aydın, dəqiq və mötəbər sübutlarla təsdiq etməmişdir. Məhkəmə isə bu çatışmazlıqları aradan qaldırmadan, sadəcə “ödəniş faktı”na istinad edib həmin məbləği təmin etmişdir. Halbuki delikt üzrə real zərərin ödənilməsi üçün MM-in 21.2cimaddəsinin mənasına görə zərərin mövcudluğu və konkret məbləği sübut olunmalıdır; mücərrəd istinadlar, birtərəfli servis sənədləri və ya yalnız iddiaçının izahatı bunun üçün kifayət deyildir. Qətnamənin əsas qüsurlarından biri də məhkəmənin ilkin qüsur aktı ilə sonradan alınmış qiymətləndirmə aktı arasındakı ciddi fərqə hüquqi qiymət verməməsidir. Qətnamənin təsviri hissəsindən görünür ki, cavabdeh etirazında ilkin qüsur aktına əsasən ziyanın 7.480 manat hesablandığını, iddiaçının həmin hesablamaya etiraz etmədiyini, sığorta tərəfindən ödənilmiş 5.000 manatı qəbul etdiyini, buna baxmayaraq hadisədən bir aydan artıq müddət keçdikdən sonra – ##.##.2024-cü il tarixdə – başqa bir qiymətləndirmə aktı təqdim edilərək ziyanın 14.212,35 manat kimi göstərildiyini bildirmişdir. Bu, zərərin miqdarının müəyyən edilməsində ziddiyyət yaradan mühüm hal idi və məhkəmə həmin ziddiyyətin səbəbini, sonrakı aktda əlavə olunan hissələrin məhz hadisə ilə səbəbli əlaqədə olub-olmadığını, nə üçün ilkin qiymətləndirmədən iki dəfəyə yaxın artıq məbləğin əsaslı hesab edildiyini araşdırmalı idi. Lakin qətnamədə bu məsələyə cavab verilməmiş, yalnız iddiaçıya sərf edən sonrakı sənəd əsas götürülmüşdür. Belə yanaşma MPM-də nəzərdə tutulan sübutların tamvə obyektiv qiymətləndirilməsi prinsipinə uyğun deyil. Məhkəmə 19.000 manat “əmtəəlik görünüşün itirilməsi və bazar qiymətinin düşməsi” tələbi üzrə də maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Qətnamədən görünür ki, iddiaçı bu tələbi avtomobilin təxmini bazar qiymətinin 190.000 manat olması və qəza keçirmiş avtomobil statusu aldığı üçün təxminən 10 faiz ucuzlaşması barədə ümumi mülahizələrə əsaslandırmışdır. Lakin bu tələb MM-in21-ci maddəsinin mənasında real zərər kimi yalnız konkret, mötəbər və yoxlanıla bilən sübutlarla təsdiq edildiyi halda təmin edilə bilərdi. Cavabdehin etirazında haqlı olaraq göstərilmişdir ki, iş materiallarında olanekspert rəyi konkret analoji modellərin faktiki satış qiymətləri, müqayisə cədvəlləri, bazar təhlili və real satış nümunələri ilə əsaslandırılmamış, yalnız “qəza keçirmiş avtomobillərə bazar münasibəti”, “statistika”, “bazar müşahidəsi” kimi ümumi ifadələrdən istifadə olunmuşdur. Ekspert avtomobilinkonkret zədələrinin bazar qiymətinə hansı ölçüdə təsir etdiyini, iddia edilən faiz itkisi ilə zədənin xarakteri arasında səbəbli əlaqəni, niyə məhz 10 və ya 13 faizlik azalma qəbul olunduğunu inandırıcı şəkildə izah etməmişdir. Məhkəmə isə həmin rəyi tənqidi qiymətləndirmədən, onun elmi-metodiki əsaslarını və sübut gücünü araşdırmadan qəbul etmişdir. Etirazda göstərildiyi kimi, fotoşəkillərdən görünən zədələr əsasən arxa bamper və bamperaltı plastik-konstruktiv elementlərlə məhdudlaşmış, avtomobilin daşıyıcı konstruksiyasına, şassi və əsas kuzov elementlərinə ciddi müdaxilə və ya deformasiya sübut edilməmişdir. Belə olduğu halda, avtomobilin real bazar dəyərinin sırf bu zədələrə görə 19.000 manat azalmasının qəbul edilməsi faktiki hallar ilə uzlaşmır. Məhkəmə bu hissədə zərərin mövcudluğunu fərziyyə üzərində qurmuş, premium seqment avtomobillər barədə ümumi mülahizələri konkret işin sübutları əvəzinə əsas götürmüşdür. Halbuki MM-in 1096 və 1108-ci maddələrinin düzgün tətbiqi baxımından cavabdehin delikt məsuliyyəti yalnız səbəbli əlaqədə olan, sübuta yetirilmiş zərər həddində yarana bilər. Təbii amortizasiya, bazar dəyişkənliyi, avtomobilin yaşı, istifadəsi və oxşar obyektiv amillərdən irəli gələn qiymət azalması delikt zərəri kimi cavabdehin üzərinə qoyula bilməz. Cavabdehin etirazında da məhz bu mövqe irəli sürülmüş, 2023-cü il buraxılışlı avtomobilin qiymət azalmasının qəzadan deyil, təbii amortizasiya və bazar faktorlarından irəli gələ biləcəyi göstərilmişdir. Məhkəmə həmin arqumentlərə hüquqi cavab verməmiş, yalnız nəticə xarakterli ümumi mülahizələrlə kifayətlənmişdir. Qətnamədə məhkəmə “iddiaçı tərəfindən təqdim edilmiş ekspert rəyi iş üzrə digər sübutlarla ziddiyyət təşkil etmir, həmin rəydə göstərilən məbləğin faktiki olaraq ödənilməsi bu rəyin etibarlılığını gücləndirir” nəticəsinə gəlmişdir. Lakin həmin yanaşma yanlışdır. Birincisi, ödənişin mövcudluğu avtomatik olaraq həmin xərclərin hamısının hadisə ilə səbəbli əlaqədə olduğunu, zəruri və ağlabatan olduğunu, yaxud onların hamısının cavabdehdən tələb edilə biləcəyini sübut etmir. Ikincisi, məhkəmə “ödəniş faktı” ilə “zərərin hüquqi mənada sübuta yetirilməsi” anlayışlarını eyniləşdirmişdir. Üçüncüsü, məhkəmə cavabdehin etirazında göstərilən konkret etirazları – ödəniş sənədlərinin natamamlığı, sığorta ödənişinin miqdarının təsiri, ilkin qüsur aktı ilə son qiymətləndirmə aktı arasındakı fərq, ekspert rəyinin nəzəri xarakteri – ayrıca araşdırıb əsaslandırılmış qaydada rədd etməmişdir. Beləliklə, qətnamə sübutların qiymətləndirilməsi hissəsində də yetərli motivasiyaya malik deyildir. Beləliklə, iş üzrə delikt məsuliyyətinin şərtləri – zərərin mövcudluğu, onun konkret məbləği, səbəbli əlaqə və həmin zərərin məhz cavabdehin hərəkəti nəticəsində yaranması – tam həcmdə sübut olunmamış, məhkəmə MM-in 21, 1096, 1108 və 1115-ci maddələrinin tətbiqi üçün zəruri olan hüquqi şərtləri formal qaydada qəbul etmiş, qeyd olunan maddi hüquq normalarının tətbiqində səhvə yol verərək, MM-nin tələblərini pozmuşdur. Bu səbəbdən qətnamə cavabdeh Cavabdeh aid hissədə ləğv edilməli, iddia tələbləri isə təmin olunmamalıdır.
7. Ona görə də, Göyçay Rayon Məhkəməsinin e-2(046)-678/2025-nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsinin qismən - “cavabdeh Cavabdeh dəymiş ziyanın əvəzi olaraq 9.212,35 manat və nəqliyyat vasitəsinin əmtəə dəyərinin itkisinə görə 19000 manat pul alınaraq iddiaçı İddiaçı ödənilməsi” hissədə ləğv edilməsini, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməsini, iddiaçı İddiaçı - “cavabdeh Cavabdeh dəymiş ziyanın əvəzi olaraq 9.212,35 manat və nəqliyyat vasitəsinin əmtəə dəyərinin itkisinə görə 19000 manat pul alınaraq iddiaçı İddiaçı ödənilməsi” haqqında iddiasının əsassız olduğu üçün təmin edilməməsini, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılsını xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Verilmiş apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı X1 məhkəmə kollegiyasının iclasına gəlməmişdir.
10. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini və Göyçay Rayon Məhkəməsinin e-2(046)-678/2025-nömrəli qətnaməsinin qismən -“cavabdeh Cavabdeh dəymiş ziyanın əvəzi olaraq 9.212,35 manat və nəqliyyat vasitəsinin əmtəə dəyərinin itkisinə görə 19000 manat pul alınaraq iddiaçı İddiaçı ödənilməsi” hissədə ləğv edilməsini, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməsini, iddiaçı İddiaçı - “cavabdeh Cavabdeh dəymiş ziyanın əvəzi olaraq 9.212,35 manat və nəqliyyat vasitəsinin əmtəə dəyərinin itkisinə görə 19000 manat pul alınaraq iddiaçı İddiaçı ödənilməsi” haqqında iddiasının əsassız olduğu üçün təmin edilməməsini, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanmasını xahiş etdi.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Konstitusiyası: 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır. 29.IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
14. Insan Hüquqlarının və X5 Haqqında Konvensiyası:
6. («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
13. Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir.
15. «S.N.Məmmədovanın şikayəti uzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər uzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ####### 2004-cü il tarixli qərarı: Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Adı çəkilən qərarda Konstitusiya Məhkəməsinin Plenumu xüsusi olaraq onu da qeyd etmişdir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır.
16. «X7 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MIÜMK-ın ## ###### 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2008-ci il tarixli qərarı: Əldə edənin əmlakı onu özgəninkiləşdirməyə səlahiyyəti olmayan şəxsdən əldə etdiyini bilməməsi faktının mövcudluğu tələbin təmin olunmasının mümkünlüyü baxımından vicdanlı sahibi mülkiyyətçiyə nisbətdə daha üstün hüquqi mövqeyə çıxarır.
17. «H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ###### 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ######## 2014-cü il tarixli qərarı: Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair # ##### 2021-ci il tarixli Qərarı: Hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
23. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
24. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
25. Cavabdeh Cavabdeh Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)- ***/**** nömrəli qətnaməsinin qismən ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını həmin hissədə yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, ##.##.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçı İddiaçı məxsus “BMW X7 X DRIVE 40I” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər dəymişdir. Belə olan halda məhkəmə qeyd etmişdir ki, iddiaçı İddiaçı birinci hüququ, yəni məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququ vardır. Məhkəmə qeyd etmişdir ki, işin faktiki halları baxımından iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin “mülki hüquq pozuntusuna” dair müddəaları nəzərdən keçirilə bilər. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir. Məhkəmə göstərmişdir ki, hazırki mülki iş üzrə iddiaçı İddiaçı zərər vurulması, zərərin cavabdeh Cavabdeh qanunsuz, təqsirli hərəkəti nəticəsində vurulması, cavabdehin qanunsuz hərəkəti ilə zərər arasında səbəbli əlaqə olması işin mübahisəsiz hallarıdır. Belə ki, işin faktiki hallarına əsasən müəyyən edilmişdir ki, iddiaçının qanuni sahibliyində olan “BMW X7 X DRIVE 40I” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobilə cavabdeh Cavabdeh təqsirli olduğu yol-nəqliyyat hadisəsi nəticəsində zərər dəymiş, baş vermiş yol-nəqliyyat hadisəsinə görə cavabdeh təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir. Zərərin miqdarı ilə bağlı isə məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən ilkin olaraq 9.212 manat 35 qəpik məbləğində pul vəsaitinin tutulması tələbi irəli sürülmüş və cavabdeh məhkəməyə ərizə təqdim edərək iddia tələbini qəbul etmədiyini, ilkin qüsur aktında dəymiş ziyanın həcminin 7480 manat məbləğində müəyyən edildiyini, ondan 5000 manatın sığorta şirkəti tərəfindən iddiaçıya ödənildiyini bildirmişdir. Bununla yanaşı cavabdeh məhkəməyə vəsatət təqdim edərək məhkəmə-əmtəəşünaslıq ekspertizasını keçirilməklə, qüsur aktında qeyd edilmiş “BMW X7 X DRIVE 40I” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələrinin dəyəri və təmir xərclərinin orta bazar qiymətlərinə uyğun olub-olmamasının müəyyən edilməsini xahiş etmişdir. Ekspertiza keçirildikdən sonra ekspert rəyindən müəyyən olnumuşdur ki, “BMW X7 XDRIVE 40I” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyyat hissələrinin dəyəri və təmir xərclərinin orta bazar qiyməti 9650,00 manat təşkil edir. Iş materiallarından görünür ki, tərəflər təqdim etmiş ekspert rəyləri və məhkəmə tərəfindən təyin olunmuş ekspertiza rəyi arasında müəyyən uyğunsuzluqlar mövcud olmuşdur. Lakin məhkəmə sübutları qiymətləndirərkən yalnız onların formal mənşəyini deyil, həm də işin faktiki halları ilə nə dərəcədə uyğunluğunu nəzərə almalıdır. Belə ki, iddiaçı tərəfindən təqdim olunmuş ekspert rəyində göstərilən hallar iddiaçının faktiki davranışı ilə – yəni həmin rəydə göstərilən məbləğin artıq ödənilməsi ilə – təsdiq olunmuşdur. Bu isə həmin rəyin real iqtisadi münasibətləri əks etdirdiyini göstərən əlavə sübut kimi qiymətləndirilə bilər. Belə olan halda, məhkəmə hesab eetmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş ekspert rəyində göstərilən nəticələr iş üzrə digər sübutlarla ziddiyyət təşkil etmir, həmin rəydə göstərilən məbləğin faktiki olaraq ödənilməsi bu rəyin etibarlılığını gücləndirir, ödəniş faktı mübahisəli hüquq münasibətinin reallığını və məzmununu təsdiq edən mühüm haldır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, məhkəmə sübutları öz daxili inamına əsasən, onların hərtərəfli, tam və obyektiv araşdırılması nəticəsində qiymətləndirir və heç bir sübutun əvvəlcədən müəyyən edilmiş üstün qüvvəsi yoxdur. Beləliklə, məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş ekspert rəyi işin faktiki halları ilə daha uyğun olduğundan və əlavə olaraq ödəniş faktı ilə təsdiqləndiyindən, həmin rəyin sübut kimi qəbul edilməsi və iddianın bu hissədə təmin olunması üçün əsas götürülməsi qanunauyğundur. Iddiaçı İddiaçı avtomobilin əmtəəlik görünüşünün itirilməsi və bazar qiymətinin düşməsinə görə hesablanmış 19000 manat pulun cavadeh Cavabdeh tutulmasına münasibətdə məhkəmə hesab etmişdir ki, iddia tələbi bu hissədə də əsaslıdır və təmin edilməlidir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, iddiaçı İddiaçı zərər vurulması, zərərin cavabdeh Cavabdeh qanunsuz, təqsirli hərəkəti nəticəsində vurulması, cavabdehin qanunsuz hərəkəti ilə zərər arasında səbəbli əlaqə olması işin mübahisəsiz hallarıdır. Bu ziyanın vurulması nəticəsində avtomobilə dəymiş real zərərdən başqa, həmin hadisə nəticəsində avtomobilin eyni zamanda əmtəə dəyərinin itirilməsi müşahidə olunmuşdur. Əmtəə dəyərinin itirilməsinin dərəcəsini müəyyən etmək üçün məhkəmə tərəfindən məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuş və rəydə qeyd olunmuşdur ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində buraxılış ili 2023-cü il olan, qara rəngli “BMW X7 XDRIVE 40I” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir olunduqdan sonra qəzalı vəziyyəti nəzərə alınmaqla əmtəə dəyərinin itirilməsi (əmtəə itkisi) faizi 13 % və ya 29250,00 manat və ya təşkil etmişdir. Lakin Mülki Prosessual qanunvericiliyinin tələblərinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır, yəni hal-hazırda iddiaçı İddiaçı tələb etdiyi məbləğdən artıq məbləğin tutulması üçün müstəsna hal müəyyən olunmamışdır.
28. Apellyasiya şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır.
29. Belə ki, Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 33020050298177 ban nömrəli, “QAZ 3302-14 YÜK” markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdehdur. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “BMW X7 XDRIVE 40I” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçıdur. Sığorta aktından görünür ki, ##.##.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində BMW X7” markalı **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq sığorta şirkəti tərəfindən iddiaçı İddiaçı hesabına 5000 manat pul köçürülmüşdür. “IMPROTEX MOTORS MMM BMW servisi” tərəfindən tərtib edilmiş ##.##.2024-cü il tarixli qiymətləndirmə aktına əsasən xidmətlər üçün məbləğ (ƏDVsiz) 2087.17, ehtiyyat hissələri üçün məbləğ (ƏDVsiz) 9957.01, ümumi məbləğ 12 044,18, ƏDV 2167.82, ödəniş üçün yekun məbləğ 14212 manat hesablanmışdır. Göyçay Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-**(***)-**/**** saylı qərardadından görünür ki, cavabdeh Cavabdeh JN-*** nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən ümumibirgə mülkiyyətində olan Göyçay rayonu Çaxırlı kəndində yerləşən 0.94 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin və JN-***F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən ümumibirgə mülkiyyətində olan Göyçay rayonu Çaxırlı kəndində 0.60 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin üzərində həbs qoyulmuşdur. Göyçay Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-**(***)-**/**** saylı qərardadından görünür ki, ərizəçi İddiaçı Cavabdeh məxsus (ümumibirgə pay) Göyçay rayonu Çaxırlı kəndi 0.94 ha kənd təsərrüfatı təyinatlı və Göyçay rayonu Çaxırlı kənd 0.64 ha yaşayış təyinatlı torpaq sahələrinin istifadəsi, özgəninkiləşdirilməsi Cavabdeh və üçüncü şəxslərə işə məhkəmə qaydasında yekun qətnamə qəbul edilənədək qadağan edilməsi və üzərinə həbs qoyulması barədə ərizəsi təmin edilməmişdir. Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh mülkiyyətində olan 33020050298177 ban nömrəli, “QAZ 3302-14 YÜK” markalı 99-XX286 dövlət qeydiyyat nişanlı avtomobili alıcı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ##.##.2025-ci il tarixdə satmışdır. Uniprice MMC-nin ##.##.2025-ci il tarixli UNI/M **-***/**** saylı ekspert rəyindən görünür ki, iş materillarına əsasən “BMW X7 XDRIVE 40I” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyyat hissələrinin dəyəri və təmir xərclərinin orta bazar qiyməti 9650,00 manat təşkil edir. Uniprice MMC-nin ##.##.2025-ci il tarixli UNI/O **-***/**** saylı ekspert rəyindən görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində buraxılış ili 2023-cü il olan, qara rəngli “BMW X7 XDRIVE 40I” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir olunduqdan sonra qəzalı vəziyyəti nəzərə alınmaqla əmtəə dəyərinin itirilməsi (əmtəə itkisi) faizi 13 % və ya 29250,00 manat və ya təşkil etmişdir. 2. “BMW X7 XDRIVE 40I” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı buraxılış ili 2023-cü il olan qara rəngli avtonəqliyyat vasitəsinin saz (qəzaya uğramamış) vəziyyədə 2023-cü ilin sentyabr ayı tarixinə bazar dəyəri 225000 (iki yüz iyirmi beş min) manat təşkil edir. 3. “BMW X7 XDRIVE 40I” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2023cü il olan qara rəngli avtonəqliyyat vasitəsi təmir olunduqdan sonra, avtomobilin dekabr 2023-cü ilin dekabr ayı tarixinə bazar dəyəri 195750, (bir yüz doxsan beş min yeddi yüz əlli) manat təşkil edir. Ekspert rəyi beynəlxalaq qiymətləndirmə standartlarına eləcə də, əmlakın qiymətləndirilməsi üzrə digər beynəlxalq qiymətləndirmə birliklərinin peşakar qiymətləndirmə qaydalarına uyğun olaraq hazırlanmışdır. Iddiaçı tərəfindən təqdim olunmuş 14201142 və ***** nömrəli qəbzlərdən görünür ki, “IMPROTEX MOTORS MMM BMW servisi”in hesabına cəmi olaraq 14.212,35 manat ödəmişdir. ********** saylı mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün 113.60 manat dövlət rüsumu ödənilmişdir. ********** saylı mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün 63 manat dövlət rüsumu ödənilmişdir. ********** saylı mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün 20 manat dövlət rüsumu ödənilmişdir. ********** saylı mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün 02 manat dövlət rüsumu ödənilmişdir.
29. Apellyator apellyasiya şikayətində göstərmişdir ki, Göyçay Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-***/**** saylı qətnaməsi cavabdeh Cavabdeh aid hissədə qanuni və əsaslı hesab edilə bilməz, məhkəmə iş üzrə sübutları tam, hərtərəfli və obyektiv qiymətləndirməmiş, iddiaçının irəli sürdüyü tələblərin hüquqi təbiətini düzgün müəyyən etməmiş, sübutetmə yükünü düzgün bölüşdürməmiş, həm maddi, həm də prosessual hüquq normalarını pozaraq əsassız nəticəyə gəlmişdir.
30. Lakin məhkəmə kollegiyası qeyd edilənlərlə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.
31. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
32. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, birinci instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Birinci instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, birinci instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
33. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan birinci instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
34. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən, düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin fаktlаr nöqteyinəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin ləğv edilməsi üçün əsаslаr olmаdığındаn, cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin.
Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.