Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1691/2024 02.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs qismində Maraqlı şəxs cəlb olunmaqla (Açar sözlər: “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və onların vəkili və nümayəndəsi Vəkil1 iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs qismində Maraqlı şəxs cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Tələb:
1. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs qismində Maraqlı şəxs cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, ərizəçilər X3 xx.xx.2004-ci il tarixdə, bacısı X2 isə xx.xx.2005-ci il tarixdə Bakı şəhərində doğulması faktı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizəçilər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizəyə dəqiqləşmə verərək, ərizəçi X3 xx.xx.2004-cü il tarixdə Bakı şəhərində anadan olması, milliyyətinin azərbaycanlı olması faktının müəyyən edilməsi, ərizəçiyə doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin Maraqlı şəxs üzərinə qoyulması, doğum haqqında şəhadətnamədə ata qrafasında X10, milliyəti azərbaycanlı, ana qrafasında X8, milliyəti rus qeyd edilməsi, ərizəçi X2 xx.xx.2005-ci il tarixdə Bakı şəhərində anadan olması, milliyyətinin azərbaycanlı olması faktının müəyyən edilməsi, ərizəçiyə doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin Maraqlı şəxs üzərinə qoyulması, doğum haqqında şəhadətnamədə ata qrafasında X10, milliyəti azərbaycanlı, ana qrafasında X8, milliyəti rus qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Ərizənin əsaslandırıldığı hallar:
3. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ərizəçilər X6 xx.xx.2004-ci il tarixdə, bacısı X5 isə xx.xx.2005-ci il tarixdə ev şəraitində doğulmuşlar. İddiaçıların anaları barədə heç bir məlumatları yoxdur, çox az yaşlarında onlara baxmış, sonra isə tərk edib getmişdir. Uşaqları ataları X10 və onun bacısı böyütmüşlər. Orta məktəb təhsili almayıblar. Doğulan vaxtdan doğumları qeydiyyata alınmamışdır. Hazırda ərizəçilər yetkinlik yaşlarına çatıblar doğum haqqında şəhadətnamələri olmadığına görə şəxsiyyət vəsiqəsi alıb, haradasa işləyə bilmirlər. Bu hüquqlardan məhrumdurlar. ünvan 1 ünvanda ataları ilə kirayədə yaşayırlar. Yeganə dolanacaq yerləri atalarının aldığı pensiyadır. Maraqlı şəxsnə ərizəçilərin ataları X10 müraciət etmiş, ərizəçilərə doğum haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Maraqlı şəxs xx.xx.2024-cü il tarixli imtina məktubu ilə bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarına əsasən: doğumun dövlət qeydiyyatına alınması üçün doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd və həmin Qərarın 2.5.4-cü bəndinə əsasən uşaq tibb müəssisəsindən kənar doğulduqda doğuma köməklik göstərmiş və ya doğuşdan sonra valideynlərinin müraciət etdiyi həkimin verdiyi sənəd təqdim olunmalıdır. Buna görə də, məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Tərəflərin izahatları:
4. Məhkəmə iclasında iştirak edən ərizəçilər X5 və X6 ərizəni müdafiə edib, onun məzmununa uyğun izahat verdilər və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdilər.
5. Məhkəmə iclasında iştirak edən ərizəçilərin vəkili və nümayəndəsi Vəkil1 ərizəni müdafiə edib, onun məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, ərizəçilərin anaları rus olub və uşaq vaxtı qoyub gedib doğum haqqında şəhadətnamə alınmayıb. Bu günə qədər sənədsiz və təhsilsiz yaşayıblar. Hazırda şəxsiyyət vəsiqələri olmadığına görə işləyə də bilmirlər. Qeyd etdiklərinə əsasən ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi.
6. Maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
7. Məhkəmə Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan mülki işin baxılmasını mümkün hesab edir.
8. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində göstərdi ki, o, əvvəllər Əmircan qəsəbəsində yaşamışdır. İndi isə Nizami rayonuna köçüblər. Ərizəçilər ilə 2 il qonşu olublar. Onların anaları var idi, sonra onları atıb çıxıb getdi. Ataları Bayram adında naxçıvanlı kişi idi. Anaları hər gün yoldaşı ilə dalaşırdı. Anaları rus idi amma Aytən adı qoymuşdular öz aralarında, əsl adını bilmir. Təxminən Günel 2004-cü ildə, Təhminə isə 2005-ci ildə anadan olub. Uşaqlar Əmircanda evdə olmuşdular. O vaxt məhlədə eşitmişdi ki, Aytənin qızı olub.
9. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində göstərdi ki, Günel və Təhminə onun qaynı qızlarıdır. Anaları Rusiya vətəndaşı yəni rus olub. Qızlar dünyaya gələndən sonra dava düşdü. Uşaqların 3 yaşı olanda onları atıb getdi. Sənəd belə vermədi. Uşaqlar Əmircan qəsəbəsində evdə anadan olublar. Onlara o və baldızı baxıblar, qızlar heç yerdə də oxumayıblar. Rus qadın Rusiyadan bura işləməyə gəlmişdi. Onun pasportu yox idi. Deyirdi ki, pasportunu yandırıb. Qaynı Bayram alverlə məşğul idi. Onlar burada tanış olub evlənmişdilər. Uşaqların anasının adı Raya idi, onlar öz aralarında ona Aytən deyirdilər.
İş materialları:
10. Maraqlı şəxs X7 ünvanlandığı 04 aprel 2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarına əsasən: doğumun dövlət qeydiyyatına alınması üçün doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd və həmin Qərarın 2.5.4-cü bəndinə əsasən uşaq tibb müəssisəsindən kənar doğulduqda doğuma köməklik göstərmiş və ya doğuşdan sonra valideynlərinin müraciət etdiyi həkimin verdiyi sənəd təqdim olunmalıdır. Bununla bağlı məhkəməyə müraciət etmək hüququnun olduğu nəzərinə çatdırılır.
11. Bakı Şəhəri Nizami Bələdiyyəsinin 15 yanvar 2024-cü il tarixli arayışından görünür ki, Ərizəçi1 və Ərizəçi2 ünvan 3 ünvanında qeydiyyatsız yaşayırlar.
12. 12 yanvar 2024-cü il tarixli aktın surətindən görünür ki, Ərizəçi2 və Ərizəçi1 şəxsiyyətlərini təsdiq edən sənədlərinin olmamasını bildirdilər.
13. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, ərizəçilərin vəkili və nümayəndəsi Vəkil1 məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir.
İşin faktiki halları:
14. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi1 03 fevral 2004-cü il tarixdə Bakı şəhərində, Ərizəçi2 15 avqust 2005-ci il tarixdə Bakı şəhərində doğulmuşlar, milliyyətləri azərbaycanlıdır. Maraqlı şəxs 04 aprel 2024-cü il tarixli məktubundan da görünür ki, ərizəçilər doğum haqında şəhadətnamə almaq üçün Qeydiyyat Şöbəsinə müraciət etmişlər, o da öz növbəsində məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Bu səbəbdən ərizəçilər məhkəməyə müraciət etmişdir. Tətbiq edilən hüquq:
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
16. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli qərarın:
4-cü bəndinə əsasən məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər.
Məhkəmənin mövqeyi:
17. Məhkəmə ərizəçilərin və onların vəkil və nümayəndəsinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir.
18. Məhkəmə istinad olunan maddi hüquq normalarının tələbini, Ali Məhkəmənin Plenumunun anoloji işlərlə bağlı gəldiyi hüquqi nəticəni nəzərə alaraq, belə qənaətə gəlir ki, ərizəçilərin müvafiq sənədi başqa qaydada əldə etməsi qeyri-mümkündür, ona görə onlar, hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması üçün məhkəməyə müraciət etməli olmuşlar. Məhkəmədə tədqiq edilmiş sübutlarla isə ərizənin əsaslı olması tam təsdiq olunur.
19. Göründüyü kimi ərizəçilər ev şəraitində doğulmuşlar və onlara doğum haqqında şəhadətnamə verilməsi üçün heç bir sənəd təqdim edilməmişdir, həmçinin anaları onları uşaq ikən qoyub getmişdir. Bu səbəbdən ərizəçilər indiyə qədər şəxsiyyət vəsiqəsi əldə edə bilməmişlər. Hətta təhsil belə almamışlar. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli qərarında qeyd olunduğu kimi hüquqi fakt o zaman məhkəmə tərəfindən müəyyən olunur ki, ərizəçinin müvafiq sənədi başqa qaydada əldə etməsi qeyri-mümkün olsun. İş materiallarına əlavə olunmuş Maraqlı şəxs 04 aprel 2024-cü il tarixli məktubundan da görünür ki, ərizəçilər doğum haqında şəhadətnamə almaq üçün Qeydiyyat Şöbəsinə müraciət etmişlər o da öz növbəsində məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Göründüyü kimi ərizəçilər doğum haqqında şəhadətnaməni başqa qaydada ala bilmirlər. Bu səbəbdən məhkəmə hesab edir ki, onların doğulması faktı müəyyən edilməlidir.
Məhkəmə baxışının hədləri:
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri:
21. Məhkəmə hesab edir ki, ərizə təmin edildiyindən, məhkəmə xərclərinə aid olan, ərizənin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu onlara aid edilməlidir.
Nəticə:
22. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi1 03 fevral 2004-cü il tarixdə Bakı şəhərində doğulması faktı müəyyən edilməli və Ərizəçi1 təvəllüdü 03 fevral 2004-cü il, doğulduğu yer Bakı şəhəri, milliyyəti azərbaycanlı, atası X10, milliyyəti azərbaycanlı, anası X8, milliyyəti rus kimi yazılmalıdır, Ərizəçi2 15 avqust 2005-ci il tarixdə Bakı şəhərində doğulması faktı müəyyən edilməli və Ərizəçi2 təvəllüdü 15 avqust 2005-ci il, doğulduğu yer Bakı şəhəri, milliyyəti azərbaycanlı, atası X10, milliyyəti azərbaycanlı, anası X8, milliyyəti rus kimi yazılmalıdır. Doğum faktının müəyyən edilməsi Ərizəçi1 və Ərizəçi2 doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilməlidir.
23. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi:
Ərizə təmin edilsin. Ərizəçi1 03 fevral 2004-cü il tarixdə Bakı şəhərində doğulması faktı müəyyən edilsin. Ərizəçi1 təvəllüdü 03 fevral 2004-cü il, doğulduğu yer Bakı şəhəri, milliyyəti azərbaycanlı, atası X10, milliyyəti azərbaycanlı, anası X8, milliyyəti rus kimi yazılsın. Ərizəçi2 15 avqust 2005-ci il tarixdə Bakı şəhərində doğulması faktı müəyyən edilsin. Ərizəçi2 təvəllüdü 15 avqust 2005-ci il, doğulduğu yer Bakı şəhəri, milliyyəti azərbaycanlı, atası X10, milliyyəti azərbaycanlı, anası X8, milliyyəti rus kimi yazılsın. Doğum faktının müəyyən edilməsi Ərizəçi1 və Ərizəçi2 doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Məhkəmə xərcləri ərizəçilərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Ülkər Yusifova