Məhkəmə qərarları › İş №2(007)-1705/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1705/2022

21.07.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1705/2022 21.07.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçı Məhəmməd oğlunun iştirakı ilə İddiaçı Məhəmməd oğlunun Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Məhəmməd oğlu Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı Məhəmməd oğlu u iddia tələbini onunla əsaslandırdı ki, Bakı şəhəri, Nizami rayonu, N.Abdullayev küçəsi, 4/13 saylı ev onun xüsusi mülkiyyətindədir. Həmin mənzilə dair Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən onun adına 29 mart 2002-ci il tarixli, 013614 saylı qeydiyyat vəsiqəsi verilib.X2 ilə Cavabdeh 2016-cı ildə ailə qurublar. Ailə qurduqdan sonra ona məxsus fərdi evdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük sovxozunda yaşayırlar.Yaşadıqları evin mülkiyyətini təstiq edən sənəd olmadığından cavabdehi öz evinə qeydiyyata salmışdır. Hal-hazırda evində yaşamayan çox şəxslər olduğu üçün onların yerinə kommunal xərcləri ödəmək məcburiyyətində qalır. Cavabdehin mənzildə pasport qeydiyyatında qalması səbəbindən yaşayış sahəsinə sahiblik, istifadə və sərəncam vermək hüquqları məhdudlaşdırılır. Qeyd edilənlərə əsasən, Cavabdeh və azyaşlı uşağı X1 Bakı şəhəri, Nizami rayonu, N.Abdullayev küçəsi, 4/13 saylı evdən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsa da məhkəməyə gəlməmişdir və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının izahatını dinləyib,iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan: Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnvertarlaşdırma və MHQ İdarəsindən verilmiş FM seriyalı, 013614 saylı qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, N.Abdullayev küçəsi, 4/13 saylı evə İddiaçı Məhəmməd oğlunun xüsusi mülkiyyət hüququ xx.xx.2002-ci il tarixdən qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası DİN yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli arayışdan görünür ki,Cavabdeh həmin mənzildə qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyanın alqı-satqı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 647.2-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququ alıcıya daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat anından keçir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, Bakı şəhəri, Nizami rayonu, N.Abdullayev küçəsi, 4/13 saylı ev İddiaçı Məhəmməd oğlunun xüsusi mülkiyyətindədir. Mənzil dövlət qeydiyyatında iddiaçının adına xx.xx.2002-ci il tam pay haqqı ilə qeydiyyata alınmışdır. Cavabdeh həmin mənzildə qeydiyyatda olsa da orada yaşamır. Məhkəmə hesab edir ki, İddiaçı Məhəmməd oğlunın mülkiyyət hüququ məhdudlaşdırılmamalıdır, onun xüsusi mülkiyyətində olan əmlakdan sərbəst və maneasiz istifadə etmək və əmlaka dair sərəncam vermək hüquqlarına təminat verilməlidir. Ona görə də iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdıran hallar aradan qaldırılmalı, Cavabdeh, onun azyaşlı uşağı X1 iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüquqlarına xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh və övladı xx.xx.2019-cu il təvəllüdlü X1 Bakı şəhəri, Nizami rayonu, N.Abdullayev küçəsi, 4/13 saylı evdən istifadə hüquqlarına xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar