Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-172/2022 17.03.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçı X2n iştirakı ilə İddiaçı İslamoviçin Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun olmaması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı İslamoviçin Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun olmaması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə işə baxılarkən iddia tələbinin həcminin artırılmasına dair ərizə vermişdir. Məhkəmə iclasında iddiaçı X2 iddia tələbini onunla əsaslandırdı ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 12.02.2011-ci il tarixli Çıxarışa görə ünvan 1 ünvandakı 61 saylı mənzilin mülkiyyətçisisidir. Həmin mənzildə o, və oğlu - bu iş üzrə Cavabdeh qeydiyyatdadır. Lakin, Cavabdeh mübahisəli mənzildə yaşamır və heç vaxt yaşamayıb. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 30.09.2004-ciı il tarixli Qətnaməsi ilə ünvan 5 küçəsi 289 saylı ünvanda yerləşən yaşayış sahəsindən və torpaq sahəsindən tərəflərin istifadə qaydası müəyyən edilib: sahəsi 23,4 kv.m.olan bir yaşayış otağı, ayrılan torpaq sahəsi ilə birlikdə İddiaçı istifadəsinə verilib, sahələri 22,9 kv.m. və 12,9 kv.m. olan iki yaşayış otaqları isə qalan torpaq sahəsi ilə birlikdə X1 və uşaqların istifadəsinə verilib. Mənzil növbəsində olduğu iş yerindən ona 3 nəfərilik ailə tərkibi ilə ünvan 1 ünvandakı 61 saylı 2 otaqlı 43,38 kv.m sahəli mənzil verilib. Həmin mənzilə Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən 27.02.2009-cu il tarixli 00470 N-li order verilib. Onun ünvan 3 ünvanında olan mənzildəki Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 30.09.2004-cü il tarixli Qətnaməsi ilə müəyyən edilən payı keçmiş arvadı və uşaqlarının istifadəsində qalıb. X3 Əbdürəhimoviç həmin mənzildə qeydiyyatdadır və orada yaşayır. Cavabdeh ünvan 5 küçəsi 289 saylı ev ünvanında əvvəllər daimi yaşayıb, indi də anası ilə birlikdə yaşayır. Qeyd olunanlara əsasən onun tərəfindən 10000 manat kompensasiya verilməklə Cavabdeh ünvan 1 ünvandakı 61 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsinədair qətnamə qəbul olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsa da məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında iddiaçı işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməmiş və məhkəmə Azərbaycan Respublikası MPM-nin 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə qərardad çıxarmışdır. Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan: Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnentarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilən seriya MA ******* saylı Çıxarışdan görünür ki, ünvan 1 ünvandakı 61 saylı mənzil İddiaçı İslamoviçin xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışından görünür ki, ünvan 1 ünvandakı 61 saylı mənzildə İddiaçı İslamoviç və Cavabdeh Abdurrəhmanoviç qeydiyyatdadırlar. “Yeni Dövr” Qiymətləndirmə Mərkəzinin 24 yanvar 2022-ci il tarixli ekspert rəyindən görünür ki, ünvan 1 ünvandakı 61 saylı mənzilin bazar dəyəri 118300 manat təşkil edir,həmin ərazidə aylıq icarə haqqı isə 470 manat müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında qeyd olunur ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur” İşin hallarından görünür ki, İddiaçı İslamoviç ünvan 1 ünvandakı 61 saylı mənzilin mülkiyyətçisidir.Onun qeyd olunan daşınmaz əmlaka mülkiyyət hüququ 12.02.2011-ci tarixdə qeydiyyatdan keçmişdir. Cavabdeh Cavabdeh iddiaçının oğlu olmaqla mənzildə qeydiyyatdadır. İddiaçının bildirdiynə görə uzun müddətdir ki, mənzildə yaşamır. İddiaçı hal-hazırda 10000 manat kompensasiya verməklə cavabdehin mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsini xahiş edir.Məhkəmə mənzilin dəyərinin cəmi 118000 manat olduğunu, həmin ərazidə aylıq kirayə haqqının 470 manat müəyyən edildiyini, cavabdehin mənzildə yaşamadığını və işin digər diqqətəlayiq hallarını nəzərə alaraq hesab edir ki, təklif olunan kompensasiya ədalətli olmaqla yanaşı həm də mülkiyyətçinin qanunla qorunan hüququna ciddi zərər vurmur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsinə dair razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir.Ona görə də iddiaçı cavabdehə kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürmək hüququna malikdir və iddia tələbinin hüquqi əsasını Mülki Məcəlləsinin 228.2-ci maddəsi təşkil edir.Bundan başqa,cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə hüququnun saxlanması mülkiyyətçi kimi iddiaçının Mülki Məcəlləsinin 152.5-ci maddəsində nəzərdə tutulan əmlaka sərbəst surətdə sahib olmaq,ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə hüquqlarının pozulmasına da gətirib çıxarır. Qeyd olunanlara əsasən məhkəmə iddia tələbini əsaslı hesab edir. Məhkəmə iş üzrə toplanmış sübutları tam və hərtərəfli araşdırıb qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalı,mülkiyyətçi İddiaçı İslamoviçi tərəfindən Cavabdeh 10000 manat kompensasiya verilməklə Cavabdeh ünvan 1 ünvandakı 61 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməlidir. Ekspertiza tədqiqatının dəyəri olan 400 manat Cavabdeh alınaraq “Yeni Dövr” Qiymətləndirmə Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Mülkiyyətçi İddiaçı İslamoviç tərəfindən Cavabdeh 10000 manat kompensasiya verilməklə Cavabdeh ünvan 1 ünvandakı 61 saylı mənzilindən istifadə hüquqlarına xitam verilsin. Ekspertiza tədqiqatının dəyəri olan 400 manat Cavabdeh alınaraq “Yeni Dövr” Qiymətləndirmə Mərkəzinin hesabına ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə ərizə ilə müraciət edə bilərlər. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-172/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(007)-172/2022
17.03.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver