Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1723/2024 06.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxsnə qarşı ərizəsinə dair mülki iş üzrə (Açar sözlər: “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. Tələb :
1. Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən X5 ilə arasında xx.xx.1970-ci il tarixdə Ermənistan Respunlikasının Meğri rayonunda bağlanmış nikaha dair akt qeydinin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Ərizənin əsaslandırıldığı hallar :
2. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının vətəndaşı X5 ilə xx.xx.1970-ci ildə Ermənistan SSR-nin Meğri rayonunda rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan 4 (dörd) övladları anadan olmuşdur. Nikah haqqında şəhadətnamənin əslini itirmişdir. Yoldaşı Azərbaycan Respublikasının vətəndaşı X5 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Bununla belə ondan xx.xx.1989-cu il tarixli Bakı şəhəri İcra Hakimiyyətinin Mənzildəyişmə №-108089 nömrəli order əsasında Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi ev 28, 5 saylı mənzil miras əmlak kimi onun adında qalmış, həmin əmlakın vərəsəlik qaydasında qəbul edilməsi üçün aralarındakı nikah haqqında şəhadətnamənin əslinin təqdim edilməsinə zərurət yaranmışdır. Nikahları Ermənistanda SSR-da qeydiyyata alındığından dublikatnın çıxarılması da mümkünsüz olmuşdur. Qanunvericiliyin tələblərinə görə ilk öncə AR-sı ƏN Maraqlı şəxsnə “nikah haqqında akt qeydinin bərpa edilməsinə” dair müraciəti AR-sı Ailə Məcəlləsinin 162-ci maddəsinin tələblərinə əsasən “vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası” bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Belə olan halda tərəfindən itmiş nikah haqqında şəhadətnamənin həqiqətən olduğunu təqdim edə bilmədiyindən müraciətinə xx.xx.2024-cü il tarixli 3-16-5/7-533-15/24 nömrəli məktubla imtina edilmişdir. Nəticədə oda məcbur olub məhkəməyə müraciət etməli olmuşdur.
İş materialları :
3. AZ-İİ seriyalı, 380505 nömrəli “ölüm haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 xx.xx.2023-cü il tarixində vəfat etmiş və bu barədə 5 saylı Bakı “Asan Xidmət” Mərkəzində Ədliyyə Nazirliyi Qeydiyyat şöbəsi tərəfindən ölüm baqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 912 nömrə ilə qeyd edilmişdir.
4. Azərbaycan SSR Şəhər Xalq Deputatları Soveti Rayon İcraiyyə Komitəsi tərəfindən verilmiş xx.xx.1989-cu il tarixli, 108089 nömrəli orderin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 və onun ailə üzvləri olan həyat yoldaşı Ərizəçi, oğlu S.D.Kazımov, qızları R.D. Kazımova və M.D. Kazımovaya Bakı şəhəri, Naxçıvanski küçəsi, ev 28, 5 saylı mənzilə köçmək hüququ verilmişdir.
5. İş materiallarına İ-СЛ seriyalı, 338154 nömrəli “doğum haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 1973-cü il tarixdə Ermənistan, Meğri rayonunda anadan olmuşdur.
6. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının X1 ünvanlandırdığı xx.xx.2016-cı il tarixli, K-111-112 nömrəli məktubun surətindən görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin Mənzildəyişmə İdarəsinin arxiv sənədləri arasında xx.xx.1989-cu il tarixli, 108089 nömrəli order vardır.
7. AA seriyalı, ******* nömrəli “şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, X6 xx.xx.1973-cü il tarixində Ermənistan, Meğri rayonunda doğulmuşdur.
8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlandırılmış 3-16-5/7-533-15/24 nömrəli, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, itmiş sənədin həqiqətən olduğunu təsdiq edən sənəd təqdim edilə bilinmədiyindən müvafiq akt qeydinin qeydiyyat şöbəsində bərpası mümkün deyildir.
9. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, Ərizəçi tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir.
Tərəflərin izahatları :
10. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında qeyd etmişdir ki, onun nikahı oğlu dünyaya gəldikdən sonra bağlanmışdır. Həmin dövrdə qayda var idi uşağı qeydiyyata aldırmaq üçün nikah bağlanlanmalı idi. O nikah haqqında şəhədətnaməni Ermənistandan köçdüyü zaman orada qoyub gəlmişdir. Onlar 1988-ci il tarixində Ermənistandan Bakıya köçmüşlər. Köhnə pasportun arxa hissəsində nikahın bağlanması ilə bağlı məlumatlar qeyd edilmişdir. Lakin həmin pasportlar yeniləri verildikdə yığılmışdır.
11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir.
12. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Şahid ifadələri :
13. Məhkəmə iclasında iştirak edən Şahid1 izahat verərək bildirmişdir ki, ərizəçi onun qardaşımın həyat yoldaşıdır. Qardaşı 8 aydır vəfat etmişdir. Onlar 1988-ci il tarixində Bakıya köçmüşlər. Oradan köçdükləri zaman ərizəçinin nikah haqqında şəhadətnaməsi Ermənistanda qalmışdır. Ərizəçinin birinci övladı doğulduğu zaman qardaşının və ərizəçinin nikahları olmadığı üçün uşağı xəstəxanadan çıxarda bilməmişlər. Buna görə də qardaşı gedib nikah bağlamışdır. Nikah Mehri rayonunda bağlanmışdır.
14. Məhkəmə iclasında iştirak edən Şahid2 izahat verərək bildirmişdir ki, o ərizəçinin böyük bacısıdır. Ərizəçi 1969-cu il tarixində evlənmişdir. 1970-ci ildə ilk övladı dünyaya gəlmişdir. Uşaq doğulduqdan sonra bacım və onun həyat yoldaşı nikah düşmüşlər. O Bakıya 1975-ci il tarixində gəlmişdir. Bacısının həyat yoldaşı 2023-cü ilin oktyabr ayında vəfat etmişdir.
Tətbiq edilən hüquq :
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının;
308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.1. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.
311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
16. Azərbaycan Respublikası Ailə Məcəlləsi :
158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 162.2. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. 162.3. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpa edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 164.4. Vətəndaşlıq vəziyyəti aktının qeyd olunduğu haqqında ərizə verən şəxslərə müvafiq şəhadətnamə verilir. 164.5. Vətəndaşlıq vəziyyəti akt qeydi “Elektron məhkəmə” informasiya sistemindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülmüş məhkəmə qətnaməsindən çıxarışa əsasən aparıldıqda, akt qeydi üzrə şəhadətnamə və ya arayış barəsində akt qeydi tərtib edilmiş şəxs müraciət etdikdə verilir.
17. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının:
1.2. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.
4. Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. 4.1. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. 4.5. Nikahın qeydə alınma faktının müəyyən edilməsi xahişi ilə məhkəməyə o, halda müraciət edilə bilər ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanının itmiş qeydin bərpa edilməsinin mümkün olmamasını təsdiq edən sənəd mövcud olsun. Məhkəmə ər-arvadın hər ikisinin sağ olduqları dövrdə onların nikahının qeydə alınması faktının müəyyən edilməsindən imtina edə bilməz, çünki qanunvericilik buna hər hansı məhdudiyyət qoymamışdır. Nikahın qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə ər və ya arvad, yaxud onların hər ikisi müraciət edə bilər. Məhkəməyə ərarvaddan biri ərizə verdikdə, digəri maraqlı şəxs qismində işdə iştirak etməyə cəlb edilməlidir.
18. Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativhüquqi aktların təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəalarının :
14. İtmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir.
16. Doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında itmiş akt qeydləri yalnız müvafiq akt qeydinin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir.
21. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.3-cü maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpa edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış daxil olduqda qeydiyyat şöbələri və ya konsulluq idarələri tərəfindən rəy tərtib edilmədən akt qeydi bərpa olunur və maraqlı şəxs müraciət etdikdə ona müvafiq şəhadətnamə və ya arayış verilir.
İşin faktiki halı :
19. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, Ərizəçi həyat yoldaşı X5 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Ərizəçinin həyat yoldaşı X4 Azərbaycan SSR Şəhər Xalq Deputatları Soveti Rayon İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 108089 nömrəli orderi verilmiş Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi ev 28, 5 saylı mənzili miras əmlak olaraq vərəsəlik qaydasında qəbul etməsi üçün ərizəçi ilə X5 arasında bağlanmış nikah haqqında şəhadətnamənin təqdim edilməsi zərurəti yaranmışdır. Lakin Ərizəçi nikah haqqında şəhadətnaməni itirdiyindən və X5 arasında nikahının bağlanılması haqqında akt qeydi Ermənistanda SSR-da aparıldığından, sənədin surətinin çıxarılması mümkün olmamışdır.
20. Ərizəçi nikah haqqında akt qeydinin bərpası üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin nikahın bağlanılmasını təsdiq edəcək sənədi təqdim edə bilmədiyindən müvafiq akt qeydinin qeydiyyat şöbəsində bərpa edilməsi mümkün olmamışdır. Belə olduğu təqdirdə, Ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
21. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, Ərizəçi ilə X5 arasında xx.xx.1970-ci il tarixdə Ermənistanın Meğri rayonunda bağlanmış nikahın qeyd edilmə faktının məhkəmədən kənar müəyyən edilməsi mümkün deyil və ərizəçi həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilməz.
22. Məhkəmə qeyd edir ki, Ərizəçi ilə X5 arasında xx.xx.1970-ci il tarixdə Ermənistanın Meğri rayonunda bağlanmış nikahın qeyd edilməsinə dair hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir.
Məhkəmənin mövqeyi :
23. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını tədqiq edərək, eyni zamanda işdə olan sübutları qiymətləndirərək qeyd edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir.
24. Belə ki, Ərizəçi ilə X2 xx.xx.1970-ci il tarixdə Ermənistan Respunlikasının Meğri rayonunda nikahlarının bağlanılması faktı, iş materialları, ərizəçinin izahatı və şahid ifadələri ilə öz təsdiqini tapmışdır.
25. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi şərtlərinə ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktların hüquqi əhəmiyyətli faktlar olması və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onları bərpa edə bilməməsi daxildir. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə, isə həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Başqa sözlə, müəyyən edilməsi tələb edilən hüquqi əhəmiyyətli faktı təsdiq edən sənədin əldə olunması və ya bərpa edilməsi mümkün olmamalıdır.
26. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlandırılmış 3-16-5/7-533-15/24 nömrəli, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, itmiş sənədin həqiqətən olduğunu təsdiq edən sənəd təqdim edilə bilinmədiyindən müvafiq akt qeydinin qeydiyyat şöbəsində bərpası mümkün olmamışdır.
27. Göründüyü kimi, ərizəçi nikah qeydinin bərpası ilə bağlı qeydiyyat şöbəsinə müraciət etsə də, qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər olmadığından bərpa etmək mümkün olmamışdır. Ərizəçinin nikah haqqında qeydinin bərpası başqa qaydada mümkün deyildir.
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəaların” 14-cü bəndində qeyd edilmişdir ki, itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir.
29. Ərizəçinin müəyyən edilməsini xahiş etdiyi fakt hüquqi əhəmiyyətli olduğu üçün məhkəmə belə nəticəyə gəlir ki, X5 ilə Ərizəçi arasında bağlanmış nikah faktının məhkəmədən kənar qaydada müəyyən edilməsi və ərizəçinin həmin faktı təsdiq edən sənədi başqa qaydada alması mümkün olmadığından ərizəçi haqlı olaraq məhkəməyə müraciət etmiş və onun həyat yoldaşı olan mərhum X5 arasında xx.xx.1970-ci il tarixdə Ermənistanın Meğri rayonunda bağlanmış nikahın qeyd edilmə faktı müəyyən olunmalıdır.
30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinin tələbinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
Nəticə :
31. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, ərizə təmin edilməli və Ərizəçi ilə X5 arasında xx.xx.1970-ci il tarixdə Ermənistanın Meğri rayonunda bağlanmış nikahın qeyd edilmə faktı müəyyən edilməlidir.
32. Məhkəmə qeyd edir ki, ərizənin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir.
33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi :
Ərizə təmin edilsin. Ərizəçi ilə X5 arasında xx.xx.1970-ci il tarixdə Ermənistanın Meğri rayonunda nikah akt qeydinin bağlanmasının vətəndaşlıq vəziyyəti aktları qeydiyyatında qeyd edilməsi faktı müəyyən olunsun. Qətnamə nikahın bağlanması barədə akt qeydinin aparılaraq nikah haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ərizəçi tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Starə Əliyeva