Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-1728/2024 22.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma, mənzilin satışından əldə olunmuş məbləğin iddiaçılara verilməsi və qalan payın mülkiyyətçisi müəyyən olunanadək icra şöbəsinin sərəncamında saxlanılması” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma, mənzilin satışından əldə olunmuş məbləğin iddiaçılara verilməsi və qalan payın mülkiyyətçisi müəyyən olunanadək icra şöbəsinin sərəncamında saxlanılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı müvafiq prosessual pozuntulara yol verməklə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə iddia tələbinin mahiyyətinə toxunmadan qeyd edir ki, hazırda iddiaçılar məhkəmədə iddia qaldıraraq ünvan 1 ünvanında yaşayan Cavabdeh1 və Cavabdeh2 həmin mənzildən çıxarılması, mənzilin satılaraq satışdan əldə olunan məbləğin 4/6 hissəsinin İddiaçı1, 1/6 hissəsinin İddiaçı2 verilməsi və 1/6 hissə payın mülkiyyətçisi müəyyən olunanadək icra şöbəsinin sərəncamında saxlanılmasını xahiş etmişlər. Göründüyü kimi iddiaçılar bir-biri ilə əlaqədar olmayan bir neçə tələbi birləşdirmişdir. Belə ki, mübahisə tərəfləri tərəfindən mübahisəli mənzil üzrə açıq qalmış hissəyə münasibətdə vərəsəlik hüquqlarından irəli gələn bütün hüquq və vəzifələri həyata keçirilmədiyindən açıq qalan 1/6 hissəyə miras payı üzrə hüquqlarının təsdiqi üçün müvafiq olaraq notariat orqanına müraciət edilməlidir. Miras pay xeyrinə açıq saxlanılmış cavabdeh bundan imtina etdiyi və tərəflər arasında mübahisə həll olunmadığı halda isə iddiaçıların həmin cavabdehə qarşı miras pay ilə bağlı çıxarış almaq öhdəliyinin onun üzərinə qoyulması barədə iddia ilə məhkəməyə müraciət etmək hüquqları vardır. Əmlak üzrə vərəsələrin payları müəyyən edildikdən sonra iddiaçılar mülki qanunvericiliyə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri olaraq ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri ilə bağlı razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi kimi öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əmlakın naturada ayrılması mümkün olmadıqda iddiaçılar müvafiq kompensasiya tələbi, bu mümkün olmadıqda isə əmlakın hərracda satılaraq payların bölünməsi tələbi barədə məhkəmədə iddia qaldıra bilər. Həmçinin, məhkəmə bildirir ki, iddiaçılar tərəfindən iddia ərizəsinə əlavə edilmiş pretenziya məktubu onlar tərəfindən imzalanmamışdır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, hesab edirəm ki, qeyd olunan nöqsanlara görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalı, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olması iddiaçıya izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən, bu məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma, mənzilin satışından əldə olunmuş məbləğin iddiaçılara verilməsi və qalan payın mülkiyyətçisi müəyyən olunanadək icra şöbəsinin sərəncamında saxlanılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçılar İddiaçı1 və İddiaçı2 göstərilən nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardad İddiaçı1 tərəfindən ödənilmiş 100,0 manat (Şəxsiyyət vəsiqəsinin Fini: xxxxxxx, qəbzin nömrəsi: 26596, GPP qəbz nömrəsi: **********, tarix: xx.xx.2023-cü il) dövlət rüsumunun qaytarılması üçün əsasdır. Qərardadın icrası dövlət rüsumunun qaytarılması hissəsində Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1728/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-1728/2024
22.04.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver