Məhkəmə qərarları › İş №2(007)-1737/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1737/2020

03.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1737/2020 03.09.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs1 cəlb edilməklə “hüquqi əhəmiyyətli fakt” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs1 cəlb edilməklə “hüquqi əhəmiyyətli fakt” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, X1 04.08.2015-ci il tarixdə İraqın Mosul şəhərində doğulması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1964-cü il tarixində Gürcüstan Respublikası, Bolnisi rayonunda anadan olmuş və Nizami rayonu ünvan 1 ünvanında yaşayır. Onun qızı X5 2005-ci ildə Gürcüstan Respublikasının vətəndaşı X6 ilə qeyri-rəsmi nikah bağlamış, bu nikahdan onların 16.12.2005-ci ildə X7 adlı övladları doğulmuşdur. 2011-ci ildə R.Bayramov ailəsini atıb getmiş və onlarla maraqlanmamışdır. K.Zərəgrova 2012- ci ildə X8 ilə qeyri-rəsmi nikah bağlamışdır. 31.12.2012-ci ildə Ömər, 24.07.2014-cü il tarixdə Sumeyra adlı övladları doğulmuşdur. 2014-cü ildə Kəmalə və Samir kiçik uşaqları Sumeyranı da götürüb Türkiyəyə getmişlər. Bir neçə ay sonra K.Zərgərova yenidən Bakıya qayıtmış, daha sonradan K.Zərgərova 23.10.2014-cü ildə evdə xəbərdarlıq etmədən yenidən Türkiyəyə getmişdir. Təqribən 1 ay sonra K.Zərgərova zəng edərək Suriyaya keçdiklərini və bir daha geri qayıtmayacaqlarını bildirmişdir. Bakıda qalan nəvələri X7 və X9 valideyn himayəsindən kənar qaldıqları üçün Nizami rayon İHBnın 08.11.2016-cı il tarixli, 122 saylı qərarı ilə onların qəyyumu təyin olunmuşdur. Xeyli müddətdən sonra K.Zərgərova bacısı Türkana zəng edərək Suriyadan İraqa keçdiklərini, burda onların 04.08.2015-ci il tarixçə Mərdiyə adlı qızları doğulduğunu bildirmişdir. 2017-ci ildə S.İsmayılov Mosul uğrunda gedən döyüşlərdə öldürülmüş, K.Zərgərova 2 uşağı ilə əsir düşmüşdür. Hazırda o, Bağdadın Rusafa həbsxanasında saxlanılır. 12.03.2020-ci ildə dövlət tərəfindən X2 və X3 Azərbaycana gətirilmişdir. Bu nəvələrində valideyin himayəsindən məhrum olduqları üçün Nizami rayon İHB-nın 16.03.2020-ci il tarixli 07 saylı Sərəncamı ilə onların qəyyumu təyin olunmuşdur. Hazirda uşaqlar onunla birlikdə yaşayırlar. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, ərizənin məzmununa uyğun izahat verdi və ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Nizami Rayon İcra Hakimiyyəti Başçısı aparatı yanında Qəyyumluq və himayəçilik üzrə komissiyanın 16 mart 2020-ci il tarixdə keçirilmiş iclasının 07 saylı protokolundan görünür ki, Ərizəçi yetkinlik yaşına çatmayan nəvələri –X4 və X3 üzərində qəyyum təyin edilmişdir. - Azərbaycan Respublikası Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının 1- 1/41 saylı 17 mart 2020-ci il tarixli Sərəncamından görünür ki, Ərizəçi nəvələri – 24.07.2014-cü il təvəllüdlü X4, 04.08.2015-ci il təvəllüdlü X3 üzərində qəyyum təyin edilməsi barədə Qəyyumluq və himayəçilik üzrə komissiyanın qərarı təsdiq edilmişdir. - Bakı şəhəri Maraqlı şəxs1 19.05.2020-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Maraqlı şəxs1 bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003cü il tarixdə 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 2.5. bəndinə müvafiq olaraq doğumun qeydə alınması üçün aşağıdakı sənədlər qeydiyyat şöbəsinə təqdim edilməlidir:valideynlərin şəxsiyyətini təsdiq edən sənəd; valideynlərin nikah haqqında şəhadətnamə; doğum faktı vaxtını və yerini təsdiq edən tibb müəssi, əsindən sənəd (əsli); uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğıma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdliyi sənəd: Göstərilənlərə əsasən doğum faktın, vaxtını və yerini təsdiq edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. - Azərbaycan Respublikasının İraqdakı Səfirliyi tərəfindən verilmiş AA0148139 nömrəli Azərbaycan Respublikasına Qayıdış şəhadətnaməsinin surətindən görünür ki, 04.08.2015-ci il təvəllüdlü İraq Respublikasında doğulmuş X3 18 aprel 2020-ci il tarixdə Azərbaycan Respublikasına qayıtmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, ərizəçinin nəvəsi X3 04.08.2015-ci il tarixdə İraqın Mosul şəhərində doğulmuş, 18 aperel 2020-ci il tarixdə Azərbaycana gətirilmişdir. Bundan sonra, X3Nizami rayon İcra Hakimiyyətinin 17.03.2020-ci il tarixli Sərəncamı ilə ərizəçinin himayəsinə verilmişdir. Ərizəçi nəvələrinə doğma valideyn kimi baxmaq, onların təlim-tərbiyəsi, sosial-məişət qayğıları ilə məşğul olmaq arzusundadır. Nəvəsi 04.08.2015ci il təvəllüdlü X1 doğulması bu günə qədər qeydə alınmamışdır. Ərizəçi uşaqlara doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlı qeydiyyat şöbəsinə müraciət etmiş, lakin lazimi sənədlər təqdim edilmədiyindən qeydiyyat şöbəsi tərəfindən imtina məktubu təqdim edilmişdir. Yuxarıda qeyd edilən hallarla müəyyən olunur ki, ərizəçinin müvafiq sənədi başqa qaydada əldə etməsi qeyri-mümkündür, ona görə ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Məhkəmədə tədqiq edilmiş sübutlarla isə ərizənin əsaslı olması tam təsdiq olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır; 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır; 166.2-ci maddəsinə əsasən doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müvafiq icra hakimiyyəti orqanına müraciət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4.3-cü bəndinə əsasən, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır; Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X104.08.2015-ci il tarixdə İraqın Mosul şəhərində doğulması faktı müəyyən edilməli, akt qeydləri kitabının ata adı qrafasında X8, ana adı qrafasında X5 göstərilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X1 04.08.2015-ci il tarixdə İraqın Mosul şəhərində doğulması müəyyən edilsin, akt qeydləri kitabının ata adı qrafasında X8, ana adı qrafasında X5 göstərilsin. Göstərilən vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının aparılaraq X1 adına doğum haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Maraqlı şəxs1nə həvalə edilsin. Ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ona aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar