Məhkəmə qərarları › İş №2(007)-1757/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1757/2022

21.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1757/2022 21.07.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb olunmaqla, “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb olunmaqla, “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1975-ci ildə Ermənistan Respublikasının Quqark rayonunun Hallavar kəndində anadan olmuşdur. X1, milliyyəti azərbaycanlı, anası X5, milliyyəti azərbaycanlı kimi qeydə alınmışdır. Bu barədə Quqark rayonunun X14 tərəfindən XX-SL 084560 nömrəli doğum haqqında şəhadətnamə almışdır. Lakin həmin doğum haqqında şəhadətnamədəki yazılar pozulduğundan şəhadətnamə yararsız hala düşdüyünə görə, onun bərpası üçün qeydiyyatda olduğu ərazi üzrə Nizami Rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Lakin, tələb olunan sənədləri təqdim etmək mümkün olmadığına görə, oradan ona imtina edilmişdir. Bildirilmişdir ki, doğum haqqında akt qeydinin bərpa edilməsinə dair zəruri sənədlər olmadığına görə xahişinin təmini imkan xaricindədir. Hal-hazırda o, doğum akt qeydini bərpa etdirib, yeni şəhadətnamə almaq istəyir. Buna görə də, onun xx xxxxxxx 1975-ci il tarixdə Ermənistan Respublikası Quqark rayonunun Hallavar kəndində doğulmağının qeyd edilməsi faktının müəyyən edilməsi və onun doğum haqqında akt qeydinin bərpa edilməsi, onun doğulduğu yerin Ermənistan Respublikası Quqark rayonunun Hallavar kəndi, atasının X4, milliyyətinin azərbaycanlı, anasının X5, milliyyətinin azərbaycanlı kimi yazılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında Ərizəçi və onun nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edib, ərizədə göstərilənlərə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclaslarına gəlməmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında ərizəçinin nümayəndəsi və vəkilinin vəsatəti əsasında videozəng vasitəsilə əlaqə saxlanılmış şahid X7 verdiyi ifadəsində bildirmişdir ki, o, xəstədi və Gəncə şəhərində yaşayır. Tahirə onun birinci nikahdan olan qızıdır, xx.xx.1975-ci ildə Ermənistan Respublikası Quqark rayonunun Hallavar kəndində anadan olub. X2 isə onun birinci nikahdan olan arvadıdır və sonuncu rəhmətə getmişdir. Məhkəmənin əvvəlki iclasında ərizəçinin vəsatəti əsasında videozəng vasitəsilə əlaqə saxlanılmış şahid X3 verdiyi ifadəsində bildirmişdir ki, o, Gəncə şəhərində yaşayır. Tahirə onun ögey qızıdır. Tahirənin atası İlya Ağaməmmədovun arvadı öldükdən sonra, ikinci dəfə onunla nikaha daxil olmuşdur. İlyanın dediyinə görə, Tahirə Ermənistan Respublikası Quqark rayonunun Hallavar kəndində anadan olub. İlyanın birinci arvadının adı Maisə olmuşdur. O, İlya ilə 15-16 il olar ki, evlidir. Məhkəmə ərizəçinin, onun nümayəndəsi və vəkilinin izahatlarını, şahid ifadələrini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Ərizəçi xx.xx.1975-ci il tarixdə Ermənistan Respublikası, Quqark rayonunda anadan olmuşdur. - “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, X7 xx.xx.1950-ci il tarixdə Ermənistan Respublikası, Quqark rayonunda anadan olmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır. - 4 saylı Bakı “ASAN xidmət” Mərkəzinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışından görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. - Maraqlı şəxs xx.xx.2022-ci il tarixli, 05Q-67/15 saylı məktubundan görünür ki, Ərizəçinun doğum haqqında akt qeydinin bərpa edilməsi barədə müraciətinə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişiklər edilməsi kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və kosulluq idarələri tərəfindən həyata keçirilir. Qanunvericiliyə müvafiq olaraq doğum haqqında akt qeydinin bərpasına dair zəruri sənədlər olmadığına görə xahiş imkan xaricindədir. - xx.xx.2022-ci il tarixli 27430 nömrəli qəbzdən görünür ki, ərizəçi həmin tarixdə məhkəməyə iddia ərizəsinin verilməsi üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi xx xxxxxxx 1975-ci il tarixdə Ermənistan Respublikası, Quqark rayonu, Hallavar kəndində doğulmuşdur, Bakı şəhəri, Nizami rayonu ərazisində yaşayır. Hazırda ərizəçinin doğum haqqında şəhadətnaməsində yazılar pozularaq yararsız hala düşmüşdür. Doğum haqqında şəhadətnamə Ermənistan Respublikasında verildiyinə görə, doğum haqqında akt qeydini bərpa etmək və sənədin əldə edilməsi qeyri-mümkün olmuşdur. Ərizəçinin müraciəti Nizami Rayon Qeydiyyat Şöbəsində araşdırılmış, izah edilmişdir ki, doğum akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər təqdim olunmadığına görə məsələnin həlli mümkün deyildir. Ərizəçinin iddia ərizəsinə əlavə etdiyi İİ-СЛ seriyalı, 084560 nömrəli doğum haqqında şəhadətnaməsinin əslindən də görünür ki, ərizəçinin şəhadətnaməsi həqiqətən də mövcuddur, sadəcə həmin şəhadətmənin üzərindəki yazıların əksər hissəsi oxunmur, bəzi hissələrdəki yazılar isə diqqətlə nəzər yetirdikdə oxuna bilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.2.3-cü maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi qaydasında doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli qərarının 4-cü bəndinə əsasən məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Məhkəmə istinad olunan maddi hüquq normalarının tələbini, Ali Məhkəmənin Plenumunun anoloji işlərlə bağlı gəldiyi hüquqi nəticəni nəzərə alaraq, belə qənaətə gəlir ki, ərizəçinin doğulduğu və onun doğumunun qeydə alındığı Ermənistan Respublikasının apardığı işğalçılıq siyasəti nəticəsində ölkələr arasında faktiki müharibə vəziyyəti mövcud olmuşdur, ona görə ərizəçinin müvafiq sənədi başqa qaydada əldə etməsi qeyrimümkündür, bu səbəbdən o, hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmədə tədqiq edilmiş sübutlarla isə ərizənin əsaslı olması tam təsdiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx xxxxxxx 1975-ci il tarixdə Ermənistan Respublikası, Quqark rayonu, Hallavar kəndində doğulmasının qeyd edilməsi faktı müəyyən edilsin və onun doğum haqqında akt qeydi bərpa edilməli, Ərizəçi təvəllüdü xx xxxxxxx 1975-ci il, doğulduğu yer Ermənistan Respublikası, Quqark rayonu, Hallavar kəndi, X1, milliyyəti azərbaycanlı, anası X5, milliyyəti azərbaycanlı kimi yazılmalı, doğum haqqında akt qeydinin bərpa olunaraq Ərizəçi adına doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizə təmin edildiyindən ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx xxxxxxx 1975-ci il tarixdə Ermənistan Respublikası, Quqark rayonu, Hallavar kəndində doğulmasının qeyd edilməsi faktı müəyyən edilsin və onun doğum haqqında akt qeydi bərpa edilsin. Ərizəçi təvəllüdü xx xxxxxxx 1975-ci il, doğulduğu yer Ermənistan Respublikası, Quqark rayonu, Hallavar kəndi, X1, milliyyəti azərbaycanlı, anası X5, milliyyəti azərbaycanlı kimi yazılsın. Doğum haqqında akt qeydinin bərpa olunaraq Ərizəçi adına doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Məhkəmə xərclərinə aid olan, ərizənin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar