Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-176/2025 14.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildə payının naturada ayrılması, bu mümkün olmadıqda əmlakın real dəyərinin müəyyən edilməklə mənzilin dəyərinin yarısının ödənilməsi və ya mənzilin açıq hərracdan satılması, satışdan əldə edilən vəsaitin tərəflər arasında bölünməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildə payının naturada ayrılması, bu mümkün olmadıqda əmlakın real dəyərinin müəyyən edilməklə mənzilin dəyərinin yarısının ödənilməsi və ya mənzilin açıq hərracdan satılması, satışdan əldə edilən vəsaitin tərəflər arasında bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə ərizə ilə məhkəməyə mürqaciət edərək qeyd etmişdir ki, tərəflər hazırki iş üzrə mübahisə ilə bağlı öz aralarında razılığa gəliblər. Cavabdeh İddiaçı mənzildəki 1/2 payını ekspert rəyində likvid qiymətə uyğun olaraq mənzilin dəyərinin yarısını ödəməklə alıb və iddiaçıya ödəniş edib. Yaxın vaxtlarda tam mülkiyyət hüququ ilə bağlı çıxarış alınması üçün cavabdeh tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə müraciət ediləcəkdir. Mübahisə ilə bağlı digər məsələlər də tərəflər arasında razılaşdırılıb. Bununla bağlı işin məhkəmədə baxılmasına zərurət olmadığından iddianın baxılmamış saxlanılması barədə müvafiq qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, işə mahiyyti üzrə baxılmasını tələb etmədiyinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılaraq qeyd edilən ərizənin müzakirəsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi və vəkilinin ərizəsi nəzərə alınaraq, sözügedən iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.3-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Qərardad iddiaçının nümayəndəsi və vəkilinin ödədiyi dövlət rüsumunun geri qaytarılması üçün əsasdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 3-16-16/2-7438-9/7756/2024 saylı ekspert rəyindən aydın olur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, keçirilmiş məhkəmə ekspertizanın dəyəri olan 100 manat iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı Cavabdeh qarşı “mənzildə payının naturada ayrılması, bu mümkün olmadıqda əmlakın real dəyərinin müəyyən edilməklə mənzilin dəyərinin yarısının ödənilməsi və ya mənzilin açıq hərracdan satılması, satışdan əldə edilən vəsaitin tərəflər arasında bölünməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Hazırkı qərardad iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən ödənilmiş 100 manat (FİN: xxxxxxx, qəbz nömrəsi **********, Tarix: xx.xx.2024, saat 16:36) dövlət rüsumunun geri qaytarılması üçün əsasdır. Qərardadın icrası dövlət rüsumunun qaytarılması hissəsində Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. İş üzrə keçirilmiş kompleks məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 100 manatı İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, Kod 210005, Müxbir hesab AZ41NABZ********************, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-176/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-176/2025
14.05.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver