Məhkəmə qərarları › İş №2(007)-1770/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1770/2020

07.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1770/2020 07.10.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi ilə, İddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" QSC cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 55 saylı evin, 85 saylı mənzilinə istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02.02.2018-ci il tarixli 2(007)-47/2018 saylı qətnaməsinə əsasən cavabdehlər X4, X2, X5 müştərək qaydada 56248.39 ABŞ dolları məbləğində borcun tutulması, tələbin ipoteka predmeti olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 55 saylı evin, 85 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, satışdan əldə olunan pul hesabına banka olan borcun ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 06.11.2018-ci il tarixli 2(103)-8963/2018 saylı qətnaməsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02.02.2018-ci il tarixli 2(007)-47/2018 saylı qətnaməsi əsas, faiz və cərimə borcu hissəsində dəyişdirilərək cəmi 68305.37 ABŞ dolları məbləğində müəyyən edilərək qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. AR Ali Məhkəməsi MK-nın 04.06.2019-cu il tarixli 2(102)-2647/19 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 06.11.2018-ci il tarixli 2(103) -8963/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 55 saylı evin, 85 saylı mənzili "xxxx" QSC-nin mülkiyyətindədir və bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 09.12.2019-cu il qeydiyyat tarixli çıxarış alınmışdır. Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 55 saylı evin, 85 saylı mənzildə bu günə kimi hələ də qeydiyyatdadır, bununla da cavabdehlər əmlak üzərində mülkiyyətçi kimi hüquqlarının həyata keçirilməsinə mane olur. İddiaçı "xxxx" QSC məhkəməyə ərizə göndərərək, mülki işə onların nümayəndəsinin iştirakı omadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 04 iyun 2019-cu il tarixli, 2(102)-2647/2019 nömrəli qərarının surətindən görünür ki, Bakı şəhəri, Nizami rayon məhkəməsinin 02 fevral 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı “AccessBank" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər X6, X3 və X8 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək, 19 oktyabr 2012-ci il tarixli 01R000007990 nömrəli kredit müqaviləsi üzrə 50885,95 ABŞ dolları əsas borc, 4862,44 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 56248.39 ABS dolları borcun qətnamənin icra olunduğu günə manat məzənnəsi ilə və ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının əvəzinin X9 və X2 müştərək qaydada "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın Hüseynov Ramil'Hüseyn oğluna məxsus olan və banka ipoteka qoyulmuş Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 55 nömrəli evin 4-cü mərtəbəsində yerləşən 59,1 kv.metr ümumi, 46 kv.metr yaşayış, 13,1 kv.metr yardımçı sahədən ibarət 3 otaqlı, 85 nömrəli mənzilinə yönəldilməsi və həmin mənzilin açıq hərracdan satılaraq əldə edilən vəsait hesabına tələb edilən borcun ödənilməsi, mənzilin hərracda ilkin satış qiyməti 85000 manat, məbləğində müəyyən edilməsi, hərrac yolu ilə eldə edilən pul vəsaitindən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə olan borcn ödənildikdən sonra artıq qalan pul vəsaitinin X6 verilməsi, hərrac yolu ilə satıldıqdan sonra X9 və X7 yaşadığı Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 55 nömrəli evin 85 nömrəli.mənzilin boşaldılması, iddianın qalan hissədə təmin edilməməsi, məhkəməmühasibatlıq ekspertizasının keçirilməsinə sərf edilmiş 50 manat məbləğində pulun X9 və X2 müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 noyabr 2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-47/2018 saylı mülki iş üzrə qəbul etdiyi 02 fevral 2018-ci il tarixli qətnaməsinin qismən, yəni əsas, faiz və cəmi borcun tutulması hissəsində dəyişdirilməsi, əsas kredit borcunun 50572,05 ABŞ dolları, faiz borcunun 17233,32 ABŞ dolları, cəmi borcun isə 68305,37 ABŞ dolları məbləğində müəyyən olunması qət edilmiş, cərimə borcuna aid hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 06 noyabr 2018-ci il tarixli, 2(103)-8963/18 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan ƏMDK yanında DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın sürətində görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 55 saylı evin, 85 saylı mənzili "xxxx" QSC-nin adına xüsusi mülkiyyət kimi 09 dekabr 2019-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan 29 aprel 2020-ci il tarixli “Elektron notariat” X1 Çıxarışdan görünür ki, Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 55 saylı evin, 85 saylı mənzilində qeydiyyatdadırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüquq subyektin mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərənsam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən -mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 55 saylı evin, 85 saylı mənzil 09 dekabr 2019-cu il tarixdə iddiaçının adına qeydiyyatdan keçirilmiş və hal-hazırda mülkiyyətindədir. Cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 iddiaçıya məxsus mənzildə qeydiyyatdadırlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında çıxarılır. Bununla bağlı məhkəmə qeyd edir ki, qətnamə cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 sözügedən mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, iddiaçı "xxxx" QSCnin mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 55 saylı evin, 85 saylı mənzilinə cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 istifadə hüquqlarına xitam verilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı "xxxx" QSC-nin mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 55 saylı evin, 85 saylı mənzilinə cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 istifadə hüquqlarına xitam verilsin. Qətnamə Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 55 saylı evin, 85 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar