Məhkəmə qərarları › İş №2(007)-1801/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1801/2021

20.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1801/2021 20.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Hüseynova Bəturə Xaqani qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 23 oktyabr 2019-cu il tarixdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 121, 55 saylı mənzili 52 saylı Notariat Kontorunda alqı-satqı yolu ilə X1 almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən 25 oktyabr 2019-cu il tarixdə verilmiş çıxarış əsasında Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 121, 55 saylı mənzili xüsusi mülkiyyətinə keçirmişdir. Alqı-satqı müqaviləsinin 13-cü bəndinə görə, cavabdehlər 22 dekabr 2019-cu ilə kimi mənzildən qeydiyyatdan çıxmalarını öhdəsinə götürmüşdür. Lakin bu günə qədər cavabdehlər üzərilərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxmamışdır. Onu da qeyd edir ki, hazırda cavabdehlərin harada olmasından heç bir xəbəri yoxdur. Lakin formal olaraq cavabdehlərin xüsusi mülkiyyətində qeydiyyatda olması bir çox hüquqi çətinliklər yaradır. Bu səbəbdə də məcburiyyət qarşısında qalaraq, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - X4 ilə İddiaçı arasında 23 oktyabr 2019-cu il tarixdə Bakı şəhəri 52 saylı notariat ofisində bağlanaraq reyestrdə 4Ə-968 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın alqısatqısına dair AN-İ seriyalı, ******* saylı müqavilənin surətindən görünür ki, X4 Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektindəki 121 saylı evin 55 saylı mənzilini İddiaçı sataraq, onun mülkiyyətinə vermişdir; Müqavilənin 4-cü bəndinə əsasən satıcı mənzili 90.000 manata satmış, alıcı isə həmin qiymətə almışdır; Müqavilənin 8-ci bəndinə əsasən satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürmüşdür; Müqavilənin 11-ci bəndinə əsasən satıcı daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə 22 noyabr 2019-cu il tarixədək alıcının faktiki sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürmüşdür; Müqavilənin 13-cü bəndinə əsasən satıcı 22 dekabr 2019-cu il tarixədək satdığı mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür; - Hüquqların X3 daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektindəki 121 saylı evin 55 saylı mənzili 25 oktyabr 2019-cu il tarixdə xüsusi mülkiyyət kimi tam payda İddiaçı adına qeydiyyata alınmışdır; - 5 saylı Bakı “ASAN xidmət” mərkəzindən verilmiş 16 fevral 2021-ci il tarixli, ******* saylı arayışdan görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektindəki 121 saylı evin 55 saylı mənzilində qeydiyyatdadırlar; - 22 oktyabr 2019-cu il tarixli, **********070 saylı və 22 oktyabr 2019-cu il tarixli, **********297 saylı notarial qaydada təsdiq edilmiş ərizələrin surətlərindən görünür ki, Cavabdeh5 və Cavabdeh1, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 121, 55 saylı mənzilin satılmasına və mənzildən istifadə hüquqlarına xitam verilməsinə razı olduğunu, habelə alqı-satqı müqaviləsi rəsmiləşdirildikdən sonra və müqavilədə göstərilən müddət ərzində qeydiyyatdan çıxmağı öhdələrinə götürmüşlər. - 143 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 17 may 2021-ci il tarixli aktından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 121 saylı evin 55 saylı mənzilinə MKİS əməkdaşları tərəfindən dəfələrlə baxış keçirilmiş və Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qeyd olunan ünvanda yaşamadıqları aşkar olunmuşdur; Məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektindəki 121 saylı evin 55 saylı mənzili X2 mülkiyyətində olmuşdur. X4 23 oktyabr 2019-cu il tarixdə İddiaçı ilə daşınmaz əmlakın alqı-satqısına dair AN-İ seriyalı, ******* saylı müqavilə bağlayıb, mülkiyyətində olan həmin mənzili İddiaçı sataraq onun mülkiyyətinə vermişdir. Alqı-satqı müqaviləsinin bağlanmasından sonra həmin mənzilə İddiaçı mülkiyyət hüququ tanınmış və mənzil üzərində bu mülkiyyət hüququ 25 oktyabr 2019-cu il tarixdə qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Mənzilin satılmasına və müvafiq qaydada öhdəlik götürməsinə baxmayaraq, cavabdehlər qeydiyyatdan çıxmamışlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 34.1-ci maddəsinə əsasən şəxsin yaşayış sahəsindən istifadə hüququna bu Məcəllə, digər qanunlar, müqavilədə nəzərdə tutulmuş əsaslara görə və ya məhkəmə qərarı əsasında xitam verildikdə, şəxs həmin yaşayış sahəsini boşaltmalıdır (ondan istifadəni dayandırmalıdır). Əgər müvafiq yaşayış sahəsinin mülkiyyətçisi tərəfindən müəyyən edilmiş müddət ərzində şəxs göstərilən yaşayış sahəsini boşaltmırsa, o, mülkiyyətçinin tələbi ilə məhkəmə qərarı əsasında yaşayış sahəsindən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Konstitusiyasına görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (13 və 29-cu maddələrin müddəaları). İnsan və vətəndaş hüquq və azadlıqlarının dövlət müdafiəsinin təminatlılığı dövlətin Konstitusiyanın 12-ci maddəsində ifadəsini tapmış ali məqsədi ilə bağlıdır. Həmin maddəyə müvafiq olaraq vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Hakimiyyətin ayrı-ayrı qolları insan hüquq və azadlıqlarının qorunmasına görə cavabdehlik daşıyır. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçini qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Mülkiyyət hüququnun təbii xarakteri heç də həmin hüququn məhdudlaşdırıla bilinməməsi anlamını vermir. Lakin mülkiyyət hüququnun məhdudlaşdırılması hər bir halda dəqiq və kifayət qədər detallaşdırılmış, konkretləşdirilmiş olmalıdır. Mülkiyyət hüququnun məhdudlaşdırılmasına qayda kimi deyil, qaydadan istisna kimi baxılmalıdır. Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “..hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz..”. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə, mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Bununla da, məhkəmə iclasında müəyyən edildi ki, X4 23 oktyabr 2019-cu il tarixdə bağladığı daşınmaz əmlakın alqı-satqısına dair AN-İ seriyalı, ******* saylı müqaviləyə əsasən mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektindəki 121 saylı evin 55 saylı mənzilini İddiaçı sataraq onun mülkiyyətinə vermişdir. Alqı-satqı müqaviləsinin bağlanmasından sonra mənzil üzərində mülkiyyət hüququ 25 oktyabr 2019cu il tarixdə İddiaçı adına qeydiyyata alınmış və bu hüquq barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Mənzil iddiaçının xüsusi mülkiyyətində olsa da, keçmiş mülkiyyətçi alqı-satqı müqaviləsi əsasında öhdəlik götürməsinə baxmayaraq, mənzildən qeydiyyatdan çıxmamışdır. Hansı ki, alqı-satqı müqaviləsinin bağlanmasından dərhal sonra mənzil iddiaçıya təhvil verilmişdir, cavabdeh həmin vaxtdan mənzildə yaşamamışdır. Bundan əlavə, mənzilin satılmasına və müvafiq qaydada öhdəlik götürməsinə baxmayaraq, cavabdehlər qeydiyyatdan çıxmamışlar. Cavabdehlərin mənzildə qeydiyyatda qalması mülkiyyətçinin qanunla tənzimlənən və qorunan hüquqlarını pozur. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, iddiaçının tələbi əsaslıdır, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 27-ci maddəsinin 2-ci bəndinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır; 28.3-cü maddəsinə əsasən 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.1-ci maddəsinə əsasən öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanarkən iş üzrə cavabdeh qismində cəlb olunmuş Cavabdeh2 2009-cu il təvəllüdlü, Cavabdeh8 2009-cu il təvəllüdlü, Cavabdeh3 2010-cu il təvəllüdlü, Cavabdeh7 2010-cu il təvəllüdlü olmaqla məhdud fəaliyyət qabiliyyətli, bununla yanaşı Cavabdeh4 2012-ci il təvəllüdlü və Cavabdeh6 2013-cü il təvəllüdlü olmaqla azyaşlı, yəni fəaliyyət qabiliyyəti olmayan şəxslər olmuşlar, Cavabdeh1 alqı-satqı müqaviləsini imzalayaraq öhdəlik götürmüş, Cavabdeh5 isə notarial qaydada təsdiq olunmuş ərizə verərək mənzilin satılmasına və bağışlanmasına etiraz etməmişdir. Fəaliyyət qabiliyyəti olmayan azyaşlı şəxslər və yetkinlik yaşına çatmayan məhdud fəaliyyət qabiliyyətli şəxslər prosesdə cavabdeh qismində tərəf ola bilməzlər, onların üzərinə müqavilədən irəli gələn hər hansı öhdəlik qoyulmamalıdır. Bununla yanaşı nəzərə alınmalıdır ki, həmin uşaqların yaşayış yeri valideynlərinin yaşayış yeri sayılır, belə olan halda cavabdehlərlə birlikdə mənzildə qeydiyyatda olan uşaqların da iddiaçıya məxsus mənzildən istifadə hüquqları itirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh5, onlarla birlikdə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektindəki 121 saylı evin 55 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında çıxarılır. Bununla bağlı məhkəmə qeyd edir ki, qətnamə cavabdehlərin sözügedən mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh5, onlarla birlikdə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektindəki 121 saylı evin 55 saylı mənzilindən istifadə hüquqlarına xitam verilsin. Qətnamə Cavabdeh1 və Cavabdeh5, onlarla birlikdə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektindəki 121 saylı evin 55 saylı mənzilindən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar