Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1812/2024 03.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: Ərizə və onun əsaslandırıldığı hallar: Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsi” haqqında ərizə və ərizəyə düzəliş barədə ərizə ilə məhkəməyə müraciət edərək, Əfqanıstan Respublikasının Kabil şəhərində doğulmuş xx.xx.2008-ci il təvəllüdlü oğlu Şərifi Əhməd Miibaşşir Teymur Şah oğlunun, xx.xx.2010-cu il təvəllüdlü oğlu Şərifi X2, xx.xx.2012-ci il təvəllüdlü qızı X6 doğum faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2003-cü il tarixdə Əfqanistan vətəndaşı Teymur X16 ilə ailə qurmuş, həmin nikahdan Əfqanıstan Respublikasında xx.xx.2008-ci il tarixdə oğlu Şərifi X8, xx.xx.2010-cü il tarixdə ikinci oğlu Şərifi X9, xx.xx.2012-ci il tarixdə isə qızı X14 dünyaya gəlmişdir. Övladlarının hər üçü Əfqanıstan Respublikasının paytaxtı Kabil şəhərində doğum evində dünyaya gəlmişlər. Bu darədə doğum evinin tibbi şəhadətnamələri də var. Lakin müəyyən sənədlərində olan problemlərdən o, övladlarının doğumunu Əfqanıstan Respublikasında qeydiyyata aldıra bilməmişdir. xx.xx.2014-cü il tarixdə o, Pakistan Respublikasında yerləşən Azərbaycan Respublikasının Səfirliyinə müraciət edərək Azərbaycana gəlmək istədiyini bildirmiş, Səfirliyin köməkliyi ilə xx.xx.2014-cü il tarixində isə uşaqları onun üzərinə Pasport qeydiyyatına alınaraq Qayıdış Şəhadətnaməsi əsasında ölkəyə qayıtmışdır. Lakin həmin vaxtda doğum haqqında tibbi şəhadətnamələri leqallaşdırmadığından bu sənədlər əsasında övladlarının doğumunu qeydiyyata aldıra bilməmişdir. Bu günə qədər övladlarının doğumu haqqqnda şəhadətnamələri yoxdur. Uşaqları orta məktəbdə təhsil alırlar. Lakin sənədlərinin olmaması onlara məktəbdə və digər yerlərdə çətinliklər yaradır. Uşağqları Poliklinikada tibbi qeydiyyatdadır və hal-hazırda sağ-salamatdır. Uşaqlarına doğum haqqında şəhadətnamə almaq üçün Nizami rayon qeydiyyat şöbəsinə müraciət etmişdir. Qeydiyyat şöbəsindən ona yazılı formada uşaqların tibb şəhadətnamələri olmadığından doğumun dövlət qeydiyyatına ala bilməyəcəklərini bildirdilər. Qeyd edilənlərə əsasən o, övladlarının doğumunu başqa cür qeydiyyata ala bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları: Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, 4 övladı vardır, onun uşaqların atası ilə nikahı pozulmuş, uşaqlar birgə nikahda olan zaman övladları doğulmuşdur. Uşaqların atası Əfqanıstan vətəndaşıdır və milliyyəti əfqandır. Övladlarından biri Azərbaycan Respublikasında doğulmuşdur və həmin övladının doğum barədə sənədləri vardır. Digər üç övladı Əfqanıstan Respublikasında doğulmuşdur və hazırda övladları onun himayəsindədir. Ata uşaqları atıb getmişdir. Burada atanın razılığının olub-olmamağı nə dərəcədə təsir edəcəyini bilmir. O, onların Azərbaycan vətəndaşlığı almasını istəyir. O, Azərbaycan Respublikası ərazisində yaşayacaqdır. Övladları məktəbdə oxuyur. Uşaqları 14 və 18 saylı poliklinikalarda qeydiyyatdadırlar. O, 2015-ci ildə Azərbaycana gələndə onları qeydiyyata aldırmışdır. Oğlunun biri 9-cu, digəri 8-ci sinifdə oxuyur. Onun oğlu əsgər getməli olsa da oğlunu məkətəbə gec qoyduğu üçün hazırda 9-cu sinifdə oxuyur. Səfirlik Pakistanda yerləşdiyi üçün Əfqanıstandan Pakistana getmiş, oradan da onu Azərbaycana göndərmişlər. O həmçinin qeyd etdi ki, nikahları Azərbaycan Respublikasında olmamış, nikahın pozulması ilə bağlı sənəd, o cümlədən pasportu və digər sənədləri Əfqanıstanda məhv edilmişdir. Onun sənədləri taksidə qalmış, sənədləri tapa bilməmiş, uzun müddət bununla bağlı problem yaşamış, sonra da şəxsi problemləri olmuş, sənədləri toplaya bilməmişdir. Barəsində cinayət işi olmamışdır. Adına olan hər şeyə görə cavabdehdir. 5 ildir ki, mühafizəçi olaraq çalışmış, sadəcə bu sənədləri toplamağa görə hal-hazırda işdən çıxmışdır. Atası və anası sağdır, onlarla Əfqanıstanda olanda əlaqə saxlayırdı. Qeyd olunanlara əsasən, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak etmiş Maraqlı şəxs nümayəndəsi X25 ərizənin təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak etmiş X39 şahid qismində ifadə verərək göstərmişdir ki, ərizəçinin anasıdır. Ərizəçinin 4 övladı vardır və uşaqlardan birinin sənədi mövcuddur. Ərizəçinin böyük övladının adı Mübəşşirdir, çox ağıllı, fitri istedadı olan bir uşaqdır. Digər iki uşağının adı Müdəssir və Əzizədir. Müdəssir 2010-cu ildə, Əzizə isə 2012-ci ildə dünyaya gəlmişdir. Uşaqlar poliklinikada uçotdadırlar. Uşaqlar məktəbdə oxuyurlar, Azərbaycan dilini də çox yaxşı öyrənib, danışırlar. Mətanət Əfqanıstanda yaşasa da, daim ünsiyyətləri olmuş, uşaqların doğulması ilə bağlı ona məlumat vermişdir. Ərizəçinin uşaqların atası ilə nikahla bağlı sənədləri vardır. Mətanət və uşaqları onunla birlikdə yaşamırlar. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak etmiş X22 şahid qismində ifadə verərək göstərmişdir ki, o, Mətanət xanımla “Veysəloğlu” şirkətində “Araz” Supermarketlər şəbəkəsində 6 il birlikdə işləmiş, vaxt irəlilədikcə ailəvi dost olmuşlar və gediş-gəlişləri vardır. Onlar Mətanətlə 2019-cu ildən bir-birlərini tanıyırlar. O, kassir, Mətanət də mühafizəçi işləmişdir. Artıq orada işləmirlər. Mətanətin bir qızı, üç oğlu vardır. Mətanətin böyük oğlu Mübəşşir 10-cu sinifdə oxuyur, onun dünyaya gəlməsi barədə məlumatı olmamışdır. Çünki o, Mətanəti 5 ildir ki, tanıyır. Qızı Mətanətin qızı ilə yaşıddır, bu il 5-ci sinifi bitirmişdir. X23 xx.xx.2024-cü il tarixdə şahid qismində teleqram göndərərək bildirmişdir ki, o, Ərizəçinnın atasıdır. Xəstə olduğu üçün məhkəmə iclasında iştirak edə bilməmişdir. Şərifi X8 xx.xx.2008-ci il tarixdə, qardaşı Şərifi X9 xx.xx.2010-cu il tarixdə və bacısı X14 xx.xx.2012-ci il tarixdə anadan olmuşdur. Nəvələrinin hər birinin dünyaya gəlməsindən xəbərləri vardır. Azərbaycanda olmasalarda daimi əlaqələri olmuşdur. İşin mübahisəsiz halları: - Əfqanıstan İslam Respublikası Bakıdakı Səfirliyinin 51 nömrəli, xx.xx.2014-cü il tarixli Evlilik haqqında sənədindən görünür ki, Ərizəçi ilə Teymur X16 xx.xx.2003-cü il tarixdə hikaha daxil olmuşlar. - Əfqanıstan İslam Respublikası Daxili İşlər Nazirliyi Əhali və X7 Şöbəsinin xx.xx.2012-ci il tarixli xəstəxana doğum şəhadətnaməsinin surətlərindən görünür ki, X10 xx.xx.2008-ci il tarixdə, X11 xx.xx.2010-cu il tarixdə və X43 xx.xx.2012-ci il tarixdə anadan olmuşdur. - AA0075509 nömrəli Azərbaycan Respublikasına Qayıdış şəhadətnaməsinin surətindən görünür ki, Ərizəçi, yetkinlik yaşına çatmayan şəxslər xx.xx.2008-ci il təvəllüdlü X10, xx.xx.2010-cu il təvəllüdlü X11 və xx.xx.2012-ci il təvəllüdlü X43 xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikasına qayıtmışdır. - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi Məktəb Lisey Kompleksinin xx.xx.2023-cü il tarixli, 612, 613 və 614 saylı arayışlardan görünür ki, Şərifli Əzizə beşinci sinifdə, X1 sinifdə, X26 doqquzuncu sinifdə oxuyur. - Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Maraqlı şəxs bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixdə 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 2.1-ci və 2.5.3-cü bəndlərinə əsasən doğum bu barədə məlumat verən şəxsin seçdiyi,doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və ya icra hakimiyyətinin nümayəndəliyi tərəfindən dövlət qeydiyyatına alınır. Doğumun dövlət qeydiyyatına alınması üçün doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd təqdim olunmalıdır. Azərbaycan Respublikasının Xarici işlər Nazirliyinin 29 dekabr 1999-cu il tarixli 770 nömrəli əmri ilə təsdiq edilmiş konsul leqallaşdırılması haqqında təlimatın 4. bəndinə əsasən xarici dövlətlərin idarələrinə, təşki atlarına, fiziki və hüquqi şəxslərinə məxsus sənədlər və aktlar, Azərbaycan Respublikasının qanunvericiliyində və ya Azərbaycan Respublikasının və bu sənədləri tərtib edən idarə və təşkilatların mənsub olduğu dövlətin iştirak etdiyi beynəlxalq müqavilələrdə digər hallar nəzərdə tutulmamışdırsa, yalnız konsul leqallaşdırmasından sonra Azərbaycan Respublikasının İdarə və təşkilatları tərəfindən baxılmaq üçün qəbul edilir. Göstərilənlərə əsasən qeyd edilmişdir ki, ərizəçinin övladlarının doğumunun dövlət qeydiyyatına alınması üçün təqdim etdiyi Əfqanıstan Respublikası tərəfindən verilmiş doğum faktını təsdiq edən tibbi şəhadətnamələr leqallaşdırılmadığından onların doğumunun qeydiyyat şöbəsində qeydə alınması imkan xaricindədir. - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” X54 “Bakı Baş Səhiyyə Mərkəzi” X54 14 X13 xx.xx.2024-cü il tarixli, 56 nömrəli məktubdan görünür ki, xx.xx.2010-cu il təvəllüdlü Şərifi X9 və xx.xx.2012-ci il təvəllüdlü X17 və 2008-ci il təvəllüdlü Şərifi X8 14 nömrəli Uşaq Poliklinikasında qeydiyyatdadırlar. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş materiallarını tədqiq edərək və ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını və şahidlərin ifadələrini dinləyərək qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci, 159.1-ci, 166.2-ci maddələrinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci, 307.1-ci, 307.2.3-cü, 311-c madələrinin və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4.3-cü bəndinin müddəalarına əsasən, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, ərizəçi Əfqanistan İslam Respublikasının vətəndaşı Teymur X16 ilə xx.xx.2003-cü il tarixdə nikaha daxil olmuş, həmin nikahdan Əfqanıstan Respublikasında xx.xx.2008-ci il təvəllüdlü Sharifi X10, xx.xx.2010-cü il təvəllüdlü Sharifi X11, xx.xx.2012-ci il təvəllüdlü X12 və Bakı şəhərində xx.xx.2015-ci il təvəllüdlü X15 adlı övladları anadan olmuşdur. Hazırda uşaqlar ərizəçinin himayəsindədirlər və o, uşaqlarını xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikasına gətirilmişdir. Ərizəçi və uşaqları hazırda qeydiyyatsız olaraq ünvan 3 ünvanında yaşayır. Ərizəçinin övladlarının doğumları bu günə qədər qeydə alınmamışdır. Ərizəçi uşaqlara doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlı qeydiyyat şöbəsinə müraciət etmiş, lakin lazimi sənədlər təqdim edilmədiyindən qeydiyyat şöbəsi tərəfindən ona imtina məktubu təqdim edilmişdir. Yuxarıda qeyd edilən hallarla müəyyən olunur ki, ərizəçinin müvafiq sənədi başqa qaydada əldə etməsi qeyri-mümkündür, ona görə ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Məhkəmədə tədqiq edilmiş sübutlarla isə ərizənin əsaslı olması tam təsdiq olunur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4.3-cü bəndinə əsasən, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Sharifi X3 xx.xx.2008-ci il tarixdə Əfqanıstan İslam Respublikasının Kabil şəhərində, Sharifi X4 xx.xx.2010-cu il tarixdə Əfqanıstan İslam Respublikasının Kabil şəhərində, X5 xx.xx.2012-ci il tarixdə Əfqanıstan İslam Respublikasının Kabil şəhərində doğulması faktı müəyyən edilməli, akt qeydləri kitabının ata adı qrafasında Sharifi X18, ana adı qrafasında Ərizəçi göstərilməlidir. Məhkəmə xərcləri: Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş 101 manat dövlət rüsumu Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ərizəçiyə aid edilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Sharifi X3 xx.xx.2008-ci il tarixdə Əfqanıstan İslam Respublikasının Kabil şəhərində, Sharifi X4 xx.xx.2010-cu il tarixdə Əfqanıstan İslam Respublikasının Kabil şəhərində, X5 xx.xx.2012-ci il tarixdə Əfqanıstan İslam Respublikasının Kabil şəhərində doğulması faktı müəyyən edilsin, akt qeydləri kitabının ata adı qrafasında Sharifi X18, milliyyəti əfqan, ana adı qrafasında Ərizəçi milliyyəti azərbaycanlı göstərilsin. Hazırkı qətnamə vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının aparılaraq doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərclərinə aid olan ödənilmiş 101 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1812/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1812/2024
03.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver