Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-182/2023 16.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsəova Vəfa Oruc qızının katibliyi, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti cəlb edilməklə “əmək xəsarətinin müalicə olunması üçün xərclərin qarşılanması və əmək qanunvericiliyinin pozulmasına görə kompensasiya ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti cəlb edilməklə “əmək xəsarətinin müalicə olunması üçün xərclərin qarşılanması və əmək qanunvericiliyinin pozulmasına görə kompensasiya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, peşə fəaliyyəti dövründə aldığı əmək xəsarətinin müalicə olunması üçün işəgötürən tərəfindən xərclərin qarşılanması, peşə fəaliyyəti dövründə sağlamlığının mühafizəsi üçün işəgötürən tərəfindən heç bir əməyin mühafizəsi tədbirləri görülmədiyi üçün əmək müqaviləsini qüvvədə olan Əmək Məcəlləsi şərtlərinə zidd şəkildə, qanunsuz pozulmasına, xitam verilməsinə və əmək müqaviləsi üzrə öhdəliklərinin icrasına qanunsuz müdaxilə olunduğu üçün, habelə əmək şəraitində sağlamlıq xəsarətinə görə 30.000 manat kompensasiya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2019-cu il tarixindən xx.xx.2021-ci il tarixinə qədər "xxxx" MMC-nin X1 şöbəsinin Mogrul xəttində əmək müqaviləsi üzrə nəzərdə tutulmuş qaydada maşın operatoru vəzifəsini icra etmişdir. Əmək fəaliyyəti dövründə işlədiyi işin ağırlığı səbəbindən onurğasının bel-oma sahəsində ağrılar yaranmağa başlamış, sağlamlığı ilə əlaqədar İşəgötürənə işləyə bilməyəcəyini bildirmişdir. Buna baxmayaraq, İşəgötürən tərəfindən ona məzuniyyət verilməmiş, o, öz hesabına dekabr ayında məzuniyyətə çıxmışdır. Yanvar ayında işə qayıtdığı zaman onu daha yüngül işə keçirmişlər, lakin 6 ay sonra- avqust ayında onun əmək müqaviləsinə əmək müqaviləsinin bitməsi əsası ilə xitam verilmişdir. Buna baxmayaraq, onunla bağlanılan müqaviləyə müddətsiz bağlanmışdır şərti əlavə edilmişdir. Lakin xx.xx.2021-ci il tarixində bildiriş göndərilmişdir. Əmək Məcəlləsinin 9-cu maddəsinin ç bəndinə baxmayaraq gördüyü işin ağırlıq dərəcəsini ifadə etmək üçün bildirmişdir ki, onun işini görən maşınlar və elektron cihazlar fəaliyyət göstərir. Fəaliyyət göstərdiyi vaxt sağlamlığına çox ciddi xəsarətlər dəymişdir. Bununla bağlı, Məhkəməyə tibb müəssisəsindən əldə etdiyi diaqnozları da sübut qismində təqdim edəcəkdir. Bundan əlavə, işəgötürənin əsas vəzifələrindən biri ƏM-nin 12-ci maddəsinin a) bəndinə əsasən, əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etməkdir. Lakin o, maşın operatoru kimi çalışarkən, sağlamlığının mühafizəsi üçün İşəgötürən tərəfindən hər hansı bir addım atılmamışdır. Peşə fəaliyyəti dövründə sağlamlığına ciddi xəsarətlər dəymiş, bu səbəbdən də hələ də ağır sahələrdə işləyə bilmir. Bununla bağlı, peşə fəaliyyəti dövründə İşəgötürənə müalicə xərclərinin qarşılanmasını dəfələrlə xahiş etmiş, lakin İşəgötürən heç vaxt həmin tələbi ilə bağlı heç bir addım atmamışdır. Baxmayaraq ki, sağlamlığında yaranan problem peşə faəliyyəti dövründə yaranmışdır. Bundan əlavə, peşə fəaliyyəti dövründə sağlamlığına ciddi zərər dəymişdir. Bununla bağlı, 30.000 (otuz min) manat məbləğində İşəgötürən tərəfindən kompensasiya məbləği tərəfinə ödənilməlidir deyə düşünür. Zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər ödənilməlidir müddəası qanunvericiikdə birbaşa öz əksini tapmışdır. İşçinin peşə xəstəliyinə tutulmağı ehtimalı yüksək olan iş yerlərinin Siyahısının təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 2002-ci il 14 yanvar tarixli, 7 nömrəli qərarına əsasən, böyük sürətlə yerinə yetirilən, yüksək hərəkət koordinasiyası tələb edən, lokal əzələ gərginliyi ilə əlaqədar iş yerləri (16-cı bənd). Uzun müddət statik gərginlik, ayaqüstə durma, ağır yüklərin sistematik daşınması ilə əlaqədar işlər (18-ci bənd) mənim peşə fəaliyyətim ilə üst-üstə düşür. Bu baxımdan da peşə faliyyəti dövründə peşə xəstəliyinə tutulmağı onun həm sağlamlığına, həm də işləmək bacarığına çox ciddi maneə törətdi. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X4 məhkəməyə iddia tələbinə etiraz təqdim edərək, iddia ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən iddiaçı müddətsiz olaraq operator vəzifəsinə işə qəbul edilmişdir. Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə giriş təlimatının qeydiyyatı jurnalına əlavə edilən xx.xx.2019-cu il tarixli qeydlərə əsasən iddiaçı işə götürülən zaman əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlimat üzrə təlimatlandırılmış və bu barədə təlimatlandırılmasına dair qeydlər sözügedən qeydiyyat jurnalına əlavə edilmişdir. Qeyd edilməlidir ki, iddiaçının istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetin xx.xx.2002-ci il tarixli 7 nömrəli qərarında “İşçinin peşə xəstəliyinə tutulma ehtimalı yüksək olan iş yerlərinin Siyahısı 16-cı və 18-ci bəndlərində qeyd olunan peşə xəstəlikləri ilə iddiaçının öz ərizəsində qeyd etdiyi xəstəlikləri arasında uyğunsuzluq mövcuddur. Belə ki, yuxarıda qeyd olunan bəndlərin müddəaları əsasən lokal əzələ gərginliyi və uzun müddət ayaq üstə durma, ağır yüklərin sistematik daşınması ilə əlaqədar əmək funksiyalarını özündə əks elətdirsə də iddiaçı əmək funksiyalarını ayaq üstə durma, ağır yüklərin daşınması, lokal əzələ gərginliyi və s.kimi güc tələb edən işlər şəklində icra etməmişdir. Əlavə olaraq qeyd edilməlidir ki, Əmək şəraitinin faktiki vəziyyətinin qiymətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli 38 nömrəli qərarı ilə təstıq edilmiş “İş yerlərinin attestasıyasının keçirilməsi Qaydaları'' ilə müəyyən olunan Əmək şəraiti Üzrə İş yerinin attestasiya xəritəsi əsasında doldurulmuş “İş yerində əmək şəraitinin qiymətləndirilməsi cədvəl"i əsasında müəyyən olunur. Əməyin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə cavabdehin bütün strukturları üzrə attestasiyalar keçirilmiş və Cavabdehin təşkil etdiyi əmək şəraitinin qaydaları müəyyən edilmişdir. Bundan əlavə, iddiaçı əmək funksiyalarını icra etdiyi müddətdə əmək şəraitinin ağırlığı və bu səbəbdən səhhətində yaranmış problemlərlə əlaqədar cavabdehə rəsmi məlumat verməmişdir. İddia ərizəsində qeyd olunan əmək münasibətləri ilə əlaqədar olaraq iddiaçının hüquqlarının pozulmasına dair iddialar da həqiqətə uyğun deyildir. Belə ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsi ilə iddiaçı müddətsiz olaraq operator vəzifəsinə qəbul edilsə də, iddiaçının ərizəsi əsasında xx.xx.2020-ci il tarixli müqavilə ilə əvəz edilərək 3 ay müddətinə operator vəzifəsinə qəbul edilmişdir. Bundan sonraki müddətdə əmək funksiyalarının icrası zamanı iddiaçı bir neçə dəfə kobud pozuntulara yol vermişdir. Belə ki, xx.xx.2021-ci il tarixində iddiaçının əmək funksiyalarının icrası zamanı yatması müəyyən olunmuşdur. xx.xx.2021-ci il tarixli 028 saylı əmrlə iddiaçıya törətmiş olduğu intizam pozuntusu üzrə töhmət intizam tənbeh tədbiri verilmişdir. Həmçinin, xx.xx.2021-ci tarixdə tam iş günü ərzində işə gəlməmiş, gəlməməsinin səbəbləri barədə cavabdehə məlumat verməmişdir. Bu intizam pozuntusu üzrə də 05 may 2021-ci il tarixli 035 saylı əmrlə iddiaçıya şiddətli töhmət verilməsi barədə intizam tənbeh tədbiri seçilmişdir. İddiaçı cavabdehlə əmək münasibətlərində olduğu bütün müddət ərzində məzuniyyət hüququndan istifadə etmişdir. Belə ki, xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək 23 gün müddətində işçi əmək məzuniyyətində olmuşdur. Bundan başqa xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək 7 gün müddətinə də əmək məzuniyyətində olmuşdur. Əmək funksiyalarının icrası zamanı yol vermiş olduğu kobud pozuntular və əmək funksiyalarının icrasına laqeyd yanaşması səbəbindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddətinin uzadılmamasına qərar verilmiş və bu barədə cavabdehə bildiriş göndərilmişdir. xx.xx.2021-ci il tarixində iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinə müqavilə müddətinin bitməsi əsasında xitam verilmişdir. Qeyd edilməlidir ki, Cavabdeh MMC "xxxx" MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil edilmişdir və "xxxx" MMC-nin hüquqi varisidir. İddiaçı cavabde tərəfin etirazına etiraz verərək iddiasının təmin edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, əməyin mühafizəsi və təhlükəsizlik texnikası təlimatında ona “daşıyıcı” vəzifəsində işləyəcəyi və belə bir xəstəliyə tutulacağı barədə məlumat verilməmişdir. Orada yalnız təhlükəsiz davranma qaydaları deyilib ki, məsələn avandanlıq işlək vəziyyətdə olarkən əl ilə toxunmamaq, problem yarandığı təqdirdə “stop” düyməsini basmaq, istehsalat ərazisinə üzük, sep və bu kimi aksesuarlarla daxil olmamaq, içəri daxil olarkən əllərin yuyulması və spirtlənməsi kimi qaydalar deyilmişdir. Sözügedən 16-cı və 18-ci bəndlərdə qeyd olunan Lokal əzələ gərginliyi, uzun müddət statik gərginlik, yüksək hərəkət kordinasiyası tələb edən işlər olmasa da böyük sürətlə yerinə yetirilən iş, 12 saatın ən az 10 saatı ayaq-üstə durmaq, ağır yüklərin sistematik daşınması onun iş prinsipinə daxil idi. İşlədiyi müddətdə keçirilən attestasiyada iştirak etmiş və həmin attestasiyada ona verilən sualları düzgün şəkildə cavablandırmışdır. Attestasiyanın keçirilməsindən istifadə edərək komisiyya üzvləri, rəhbər heyyəti; direktor Ələddin müəllim, kadrlar şöbəsinin müdiri İlham müəllim, keyfiyyətə nəzarət şöbəsinin müdiri Fərid müəllim, SƏTƏM-in nümayəndəsi Vəli bəyə və eyni zamanda sahə rəisi Şamil müəllim, Xət ustaları Nurlan və Əli bəyə dəfələrlə gördüyü işin ağır olmasım bildirmişdir. Bu şəxslərdən yükləri dartan zaman ayağının siirüşməməsi üçün rezin ayaqqabı tələb etmiş, tək adamın görəbiləcəyi iş olmadığını və daşıdığı yükün azaldılmasını istəmişdir. Bu istəklərin yerinə yetirilməsi mümkün olsa da bunu etmirdilər. O, işdən çıxdığı gün daşıdığı yükün çəkisini təxminən 80-90 kilo azaltdılar. Ümumilikdə isə sadaladığı tələbləri istehsalatı idarə edən hər kəsə rəsmi olmasa da şifahi olaraq bildirmiş, hətta xadimələrə qədər bilmişlər. Bu şəxslərdən heç biri ona bir dəfə də olsun deməyib ki, rəsmi olaraq məlumat verdikdən sonra ona köməklik göstərə bilərlər. Bunu əminliklə bildirir. Cavabdeh tərəf etirazında iddiada olan qanun pozuntusunun həqiqətə uyğun olmadığını bildirmişdir. Necə uyğun deyil ki, müddətsiz bağlanmış müqaviləsinə görə 25 noyabr 2019-cu il tarixində “Çinar-2” xəttinə 8 saatlıq iş rejimi ilə işə qəbul edilmiş, 3 aylıq sınaq müddəti bitməmiş o, 21 yanvar 2020-ci ildən 23 noyabr 2020-ci ilə qədər qeyri-rəsmi olaraq “Mogul” xəttində 12 saatlıq iş rejimində çalışmışdır. Elə aylar, günlər olub ki, əlavə saatlarının ödənişi edilməyib. Əmək Məcəlləsinin 89, 90.3, 100, 164, 165, 166,169 maddələrinə əsasən qanun pozuntuları sözügedən şirkətdə yəni "xxxx" MMC-nin Ulduz şokolad fabrikində baş verirdi. Onları bayram günləri də işə çağırıb işlədir, bazar günləri də bəzi vaxtlarda işə çağırılırdılar. Tərəfindən törədildiyi iddia edilən kobud pozuntularla bağlı bildirmişdir ki, 7 mart 2021-ci ildə o, iş zamanı yatmamışdır. Bundan əlavə 30 mart 2021 və 15 aprel 2021-ci il tarixlərində baş verən pozuntular ilk dəfə olmasına baxmayaraq rəhbərlik tərəfindən güzəşt edilməmiş və bütün bunlar avqust ayında müqavilə müddətinin uzadılmaması üçün bəhanələr olmuşdur. Bunu belə bu hadisələr onun belində problem yaranandan sonra baş verdi. Səhhətində xəstəlik baş verməmişdən öncəyə qədər heç bir kobud pozuntu ilə bağlı izahatı, xəbərdarlığı olmayıb. Onurğasındakı problemlərdən öncə işdə heç bir intizam qaydası pozuntusu qeydə alınmamış, əksinə hamı onu zəhmətkeş və səriştəli işçi kimi tanımışdır. Hətda çalışdığı ilk 1 il ərzində “Ayın İşçisi” kimi təşəkkürnamə verilmiş və pul mükafatı almışdır. Bu da onun nizam-intizamlı işçi olduğunu göstərir. O işlədiyi müddət ərzində əmək məzuniyyətinə il ərzində hissə-hissə çıxmış, buna baxmayaraq tam 23 günlük əmək məzuniyyətində olmamışdır. Məzuniyyət günləri ilə bağlı heç bir problemi də olmamışdır. Bunu demək də məqsədi odur ki, şirkətin bildirdiyi tarixdə yəni 2 noyabr 2020ci il tarixindən 24 noyabr 2020-ci il tarixinə qədər faktiki məzuniyyətdə olmamışdır. Xüsusi olaraq cavabdehin etirazında qeyd olunan intizam pozuntuları əslində səhhətində ciddi problemlərin yaranması ilə əlaqəlidir və təqdim etdiyi sənədlərdə hadisələrin xronologiyası açıq aydın görünür. Səhhətində yaranan problemdə ona kömək etmək əvəzinə əksinə ona qarşı əmək funksiyalarının icrası zamanı kobud pozuntu, laqeyd yanaşma bəhanələri ilə onu işdən kənarlaşdırmaq olmuşdur. Hal-hazırda maddi vəziyyəti çox çətin olduğuna görə lazımi müalicə ala bilmir, eyni zamanda fiziki iş qabiliyyətini itirdiyinə görə normal ödənişli işlə məşğul ola bilmir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 məhkəməyə təqdim edilmiş etirazın məzmununa uyğun izahat verərək iddianı qəbul etmədiyini bildirdi və iddianın rədd edilməsini xahiş etdi. O, əlavə olaraq qeyd etdi ki, əmək funksiyasının icrası zamanı yol vermiş olduğu kobud pozuntular və əmək funksiyalarının icrasına laqeyd yanaşması səbəbindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddətinin uzadılmamasına qərar verilmiş və bu barədə cavabdehə bildiriş göndərilmişdir. xx.xx.2021-ci il tarixdə iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinə müqavilə müddətinin bitməsi əsasında xitam verilmişdir. İddiaçı işə qəbul olan zaman təlimatla tanış olmuş, iddiaçıya işin həcmi bildirilmiş, vaxtaşırı olaraq iddiaçı təlimatlandırılmış və geyimlə də bağlı məlumatlandırılmışdır. Fərid işin ağırlığını bilə-bilə qəbul etmiş və gəlib işləmişdir. Təlimlə bağlı sertifikat alınması, Fəridin təlim alması ilə bağlı ödəniş şirkət tərəfindən ödənilmişdir. İşə son haq-hesab verəndə iddiaçı heç bir etiraz da bildirməmişdir. Fərid onların tibb məntəqədəsinə başqa şikayətlə, yəni baş ağrısı ilə bağlı müraciət etmişdir. Fəridin belindəki problemlə bağlı onların tibb məntəqəsinə müraciət daxil olmamışdır. O, ekspert rəyinə münasibətdə bildirdi ki, rəylə razıdır, orada deyilir ki, irsi olan xəstəlikdir. Bu xəstəlik uzunmüddətli xroniki gedişdən yaranmışdır. Bu cür xəstəliklərpnun işlədiyi 2 il ərzində yaranmır. İddiaçı əmək müfəttişliyinə müraciət edib araşdırılıb pozuntu aşkar edilməmişdir. O, iddiaçı tərəfindən hər ay 12 saat işləməklə bağlı təqdim olunmuş cədvəllər sübut kimi qəbul oluna bilməz. Belə ki onları kim tərtib edilməsi, iddiaçının onları necə əldə etməsi təsdiq olunmur. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. O əlavə olaraq qeyd etmişdir ki, onun belinin 3 yerində yırtıq var, müalicə olunmalıdır. Qarşı tərəflə razılıq o halda ola bilər ki, cavabdeh müalicəsinə köməklik etsin, şirkət onun belini müalicə etsin, 3 aydan bir belinin masaj olunması, fizioterapiya olunması barədə xərcləri şirkət versin. O, qarşı tərəflə ***-**** manatlıq iş olarsa barışıq edə bilər. O, onlara onu başqa işlə təmir etmələrini desə də cavabdeh etməmişdir. O, həmçinin şirkətdən 30000 manat təzminat istəyir, hansı ki, bütün bu sadaladıqları bu məbləğin içinə daxildir, o, bir il iş tapa bilməmişdir. 2019-cu ilin noyabr ayında "xxxx" MMC-də işə qəbul olunmuş, 8 saat iş rejimində işləmək üçün sınaq xəttinə qəbul olunmuş, işləyəndə onları 10-12 saat işlətdiklərini görmüşdür. O, onlara iradını bildirəndə orada işin elə olması bildirilmişdir. Orada ilk dəfə gələndə nə iş görüldüyü bilinmir, konfet yığarkən başqa iş tapşırırlar. O, işə girəndə tam sağlam olmuş, sağlamlıq haqqında arayış vermişdir. 2-3 ay yüngül işdə işləyəndən sonra onun iş yerini dəyişib yanvarın 20-də noğul xəttinə gətirmişlər. Həmin iş avtokar işidir, hansı ki, orada politlərin çəkisi 1,5 ton olan ağır politi avadanlığın işinə daxil etmiş, çıxarmış, sonra 100 metr o tərəfdə soyuducuya qoymuşlar. Gün ərzində o, orada 80-100 lotok daxil etmiş və isti yerdən soyuq yerə girib çıxmışdır. Şirkət onun işini bəyənmiş, əlavə saatlar işlədiyinə görə 80-100 manat vermişər. Onların ayaqlarına geyinmək üçün sabolar vermişlər, onlar da ayaqları sürüşürdü, bir neçə dəfə az qalmışdır ki, yıxılsın. Orada rahat işləmələri üçün rezin botinka verilməsini bildirsə də, ona heç bir köməklik edilməmişdir. O, istifadə etdiyi avtokar 1 ton yük götürən avtokardır. Malları yerinə yerləşdirərkən onun belinə güc düşmüş ona görə də belində problem yaranmışdır. Ağır iş yerində bir müddət işləyəndən sonra o, orada direktora, xətt ustasına işin ağır olmasını, tək adamın işi olmamasını demişdir. Onu sonra çağırıb nümunəvi işçi kimi təqdim edib 50 manat da pul vermişlər, hamı onu tərifləmişdir. Onun əvvəllər belində problem olmamışdır. Bir müddətdən sonra nə vaxt ki, politləri dartmağa başlamış, belində ağrılar çoxalmışdır. O, şirkətin həkiminin yanına getmiş, orada həkim ona bildirmişdir ki, əgər əməliyat olunacaqsa kömək edə bilərlər, amma müayinə və müalicəyə köməklik edə bilməyəcəklər. Sonra o, 150 manat verərək MRT aparatından keçmiş, onun cavabını götürüb həkimin yanına aparmış, həkim resept yazmış və o, 40 manat ödəniş etmişdir. Sonra o, dərmanlarını almış, bülleten açdırıb müalicə olunmuşdur və əməliyyata ehtiyac qalmamışdır. Ona həkim demişdir ki, yüngül işdə işləsin, amma şirkət də ona onlarda onun üçün yüngül iş olmadığını bildirmişdir. O, bülletenini gətirib verəndən sonra ona 14 gününün, yəni işlədiyi günün pulunu vermişlər. O, bülleteni bağladıqdan sonra ona bülleten açmamışlar. O, beli ağrıdığı üçün işləyə bilməmişdir. Bundan sonra şirkətə təzə rəhbər gəlmiş,o, ona vəziyyəti haqqında müraciət etmiş, o da ona evdə qala-qala onun gününü yaza bilməyəcəyini, iş gəlməsini, amma işləməməsini, günün yazılmasını demiş, o, bir ay gəlib getdiyi üçün günü yazılmış, amma sonra işçilər tərəfindən sıxılmağa, təzyiqə məruz qaldığını görmüşdür. O, orada 3-4 ay yüngül işlərdə işləyəndən sonra onu çağırmışlar ki, müqaviləsinin vaxtı bitib, sabahdan işə gəlməsin. Halbuki ona özünə sertifikat alsa, avtokar sürəcəyi deyilmiş, o da gedib əlavə 500 manat xərc çəkib sertifikat almışdır ki, onu həmin işə göndərəcəklər. O, həmçinin bildirdi ki, 400 manat əmək haqqı almışdır. O, 24 avqust 2021-ci il tarixdə işdən azad olunmuş, ona həmin günə kimi işlədiklərini vermişlər, başqa haq-hesab olmamışdır. Onlara təlim keçirilməmişdirlər, sadəcə şifahi olaraq deyilmişdir. O, rəyə münasibətdə bildirmişdir ki, ekspert rəyi ilə razıdır. O, əsas istəmişdir ki, onun harada işləməsini, onun işinin ağırlığını görsünlər, qərar versinlər ki, xəstəliyinin həmin işdə olub-olmamsı aydınlaşdırılsın. O, 12 saat işləməklə bağlı hər ayın olduğu cədvəl təqdim etmiş, o, işə gələn gecə növbəsinə pul 20 faizdən, axşam növbəsinə görə axşam saat 8-dən gecə saat 2-ə qədər 20 faiz, gecə saat 2-dən səhər saat 8-ə kimi 40 faiz verməlidirlər, bunları o hesablamış və məbləğ 13 min manat təşkil edir. O, müfəttişlikə müraciət etmiş, orada onu çox işlətdiklərini bildirmiş, onlar da araşdıracaqlarını, məktub göndəriləcəklərini bildirmişlər. O bilmirdi ki, belə bir nəticə verərlər. İş yerində işçilər iş vaxtı ilə bağlı narazılıq edirdilər. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi X6 bildirmişdir ki, vətəndaş Müfəttişliyə xx.xx.2021-ci ildə müraciət etmiş, amma müraciətdə tam xəsarət alınması qeyd edilməmiş, sadəcə işə bərpa ilə bağlı, yəni onun müqaviləsinə düzgün xitam verilmədiyini bildirmişdir. Müfəttişlikdə araşdırma olmuş, araşdırmanı o aparmamış, sadəcə işlə tanış olmuşdur. Vətəndaşın müraciəti ilə bağlı müəsissəyə bildiriş göndərilmiş, Cavabdeh MMC-dən sənədlər alınmış və həmin sənədlərdə Fəridlə birinci müddətsiz, sonra isə vətəndaşın öz razılığı ilə müddətli müqavilə bağlanması, müddətli əmək müqaviləsinin bağlanmasına etiraz etməməsi öz əksini tapmışdır, hansı ki, bununla bağlı sənəd də mövcuddur. Onlarda araşdırılır ki, vətəndaşın əmək müqaviləsinə düzgün xitam verilmişdir ya yox, işlə bağlı araşdırılmadan da vətəndaşın düzgün işdən azad edilməsi məlum olmuşdur. Müfəttişlikdə işdən azad olunanda son haqq-hesabın ödənilməsi də yoxlanılır. Onlara xəsarətlə bağlı ayrıca müraciət olunmalıdır və bununla bağlı müfəttişlikdə həmin işlərə baxan şöbə var, onlar müəssisə ilə əlaqə saxlayırlar və xəsarətlə bağlı sənədlərin olub-olmamasını araşdırırlar, xəsarət öz təsdiqini tapırsa, rəsmi həkim rəy olarsa, o halda yüngül işlə vətəndaş təmin edilir. Vətəndaşın istehsalatda xəsarət alması ilə bağlı Fərid demişdir ki, heç bir sənədi yoxdur, əgər rəy olsa o, yüngül işlə təmin oluna bilər. Onun bildiyi qədəri ilə protruzisiya peşə xəstəliyi sayılmır. Məhkəmə iddiaçının, cavabdehin və 3-cü şəxsin nümayəndələrinin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" MMC ilə İddiaçı arasında xx.xx.2019cu il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış, iddiaçı MMC-yə operator vəzifəsində işə düzəlmişdir. "xxxx" MMC-nin X5 ilə İddiaçı şəxsi gigiyena qaydaları barədə təlumatla, ümumi təlimatla təlimatlandırılmışdır. Daha sonra xx.xx.2020-ci il tarixli ərizəsi ilə onu həmin tarixdən etibarən X1 şöbəsinin Noğul Xəttinə operator vəzifəsinə keçirilməsini, onunla bağlanılmış əmək müqaviləsinin 3 aylıq müddətli əmək müqaviləsi ilə əvəz edilməsini xahiş etmiş, Əmək müqaviləsinə Əlavə ilə də iddiaçının ərizəsi əsasında müddətsiz əmək müqaviləsinin 3 aylıq müddətli müqavilə ilə əvəz edilməsi nəzərdə tutulmuşdur. İddiaçı ilə xx.xx.2020-ci il tarixli tam maddi məsuliyyət haqqında Müqavilə bağlanılaraq işçi maddi sərvətlərin qorunub saxlanması məqsədi ilə tam maddi məsuliyyət haqqında məlumatlandırılmışdır. İddiaçı Loğman Klinikasına müraciət etmiş, klinikanın xx.xx.2020-ci il tarixli məktubu ilə nəticə olaraq İddiaçı L3-L4 diskdə dural kisəni sıxan 2 mm ölçüsündə geniş əsaslı arxa-mərkəzi protruziya, L4-L5 diskdə sol L4 sinir kökcüyünün sıxaraq sol neural forameni daraldan 4 mm ölçüsündə sol foraminal yırtıq, L5-S1 diskdə dural kisəni vəsol S1 sinir kökcüyünü sıxan 3 mm ölçüsündə geniş sol paramedian protruziya müəyyən edildiyi bildirilmişdir. 028 saylı, xx.xx.2021-ci il tarixli intizam tənbehinin verilməsi haqqında əmr ilə İntizam Tənbehinə dair Müraciət və Qərar bankı ilə iddiaçının xx.xx.2021-ci il tarixində iş saatı zamanı yatdığından Əmək Məcəlləsinin 10-cu maddəsinin a bəndinin tələbini pozmuş və ona Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə 2020- 2021-ci il üçün xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək 23 gün və xx.xx.2021ci il tarixdə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək 7 gün məzuniyyətə çıxmaq üçün ərizələr yazmışdır. xx.xx.2021-ci il tarixli, 176 K saylı Əmrdən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmiş və iddiaçıya bununla bağlı bildiriş göndərilmişdir. İddiaçı tərəfindən iltizam yazılaraq xx.xx.2021-ci il tarixində işdən ayrılarkən ona son haqq-hesabın tam olaraq ödənildiyi, bütün haqlarını tam aldığı üçün şirkətə qarşı heç bir maddi və mənəvi tələbi olmadığı qeyd edilmişdir. İddiaçı tərəfindən əmək müqaviləsinə xitam verildikdən sonra Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinə şikayət edilmiş, Müfəttişlikdə onun izahatı alınmışdır. İddiaçı izahatında xx.xx.2020-ci il tarixdə səhhətində yaranan (3 yerdə bel yırtığı) problem nəticəsində bülletenə çıxdığını, müalicə və müayinəsinə görə şirkətdən yardım istədiyini, lakin ona kömək göstərilmədiyini, 16 günlük müalicədən sonra iş yerinə qayıdaraq yüngül işlər görməklə işinə davam etdiyini, müqavilənin müddətinin bitməsi bəhanəsi ilə işdən azad edildiyini, xəstəliyinin istehsalatla əlaqəli olduğu ilə bağlı sənədi olmadığını bildirmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti iddiaçının əmək hüquqlarının pozulması barədə müraciətinə cavab olaraq bildirmişdir ki, cəmiyyətdə işlədiyi müddət ərzində səhhətində yaranan problemin istehsalat xarakterli olduğunu bildirsə də, buna dair müvafiq sənəd və ya sübutlar onun tərəfindən təqdim olunmamışdır. Eyni zamanda əmək müqaviləsinə müddətin qurtarılması səbəbilə xitam verildiyi, son haqq-hesabın isə xx.xx.2021-ci il tarixdə əmək haqqısının bank hesablarına köçürüldüyü məlum olmuşdur. Əmək Məcəlləsinin 11-ci maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsi bağlamaq, onların şərtlərini dəyişmək işəgötürənin hüququdur. Qeyd edilənlərlə əlaqədar MMC-də işə qəbulla bağlı cəmiyyətin rəhbərliyinə, aralarında mübahisəli hal yarandığı təqdirdə isə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Həmçinin, iddiaçının müraciəti əsasında Müfəttişlik "xxxx" MMC-yə sorğu göndərmiş, MMC xx.xx.2021-ci il tarixli məktubla sorğuya cavab olaraq iddiaçıya çatası son haqq-hesabın ödəniş üçün xx.xx.2021-ci il tarixdə banka göndərildiyi, lakin bank tərəfindən ödənişin xx.xx.2021-ci il tarixdə hesabına köçürüldüyü müəyyən edilmişdir. İddiaçı məhkəməyə müraciət etməmişdən qabaq mediasiya prosesində iştirak etmiş və peşə fəaliyyəti dövründə aldığı əmək xəsarətinin müalicə olunması üçün işəgötürən tərəfindən xərclərin qarşılanması, peşə fəaliyyəti dövründə sağlamlığının mühafizəsi üçün işəgötürən tərəfindən heç bir əməyin mühafizəsi tədbirləri görülmədiyi üçün əmək müqaviləsini qüvvədə olan Əmək Məcəlləsi şərtlərinə zidd şəkildə, qanunsuz pozulmasına, xitam verilməsinə və əmək müqaviləsi üzrə öhdəliklərinin icrasına qanunsuz müdaxilə olunduğu üçün, habelə əmək şəraitində sağlamlıq xəsarətinə görə 30.000 manat kompensasiya ödənilməsi barədə tələb ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qərardadı ilə ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X3 xx.xx.2022-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, 1988-ci il təvəllüdlü İddiaçı mütəxəssis müayinəsi zamanı aparılmış bel-oma fəqərələrinin MRT müayinəsində onda “L3-L4, L4-L5, L5-S1 fəqərəarası disklərin intensivliyi azaldığı (degenerativ dəyişikliyə xas), L4-L5 fəqərəarası diskin sağa meyilli geniş əsaslı arxa median yırtığının 5.5 mm olduğu, dural kisə və sağ lateral foraminal sinir kökcüyünün sıxıldığı, L5-S1 fəqərəarası diskin sola meyilli geniş əsaslı arxa median yırtığı 3.5 mm olduğu, dural kisə və sol lateral foraminal sinir kökcüyü sıxıldığı”nın olduğu müəyyən edilmişdir. Qeyd olunan patoloji proses uzun sürən xroniki gedişlidir. İddiaçı bel nahiyəsində olan patoloji proses müxtəlif, yəni irsi meyillilik, bağ aparatının zəifliyi, ağır fiziki iş, degenerativ dəyişikliklər və s. səbəblərdən yarana bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 191.2-ci maddəsinə əsasən ziyanın həqiqətən vurulduğu aşkar olduqda, təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda, təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda və bu şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır. 238-ci maddəsinə əsasən işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti təmin edilmədikdə və kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlər yerinə yetirilmədikdə qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada işəgötürən inzibati və cinayət məsuliyyətinə cəlb edilir. 239.1-ci maddəsinə əsasən, istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. 239.2-ci maddəsinə əsasən işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. 239.5-ci maddəsinə əsasən bu maddə ilə nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli 7 nömrəli qərarında “İşçinin peşə xəstəliyinə tutulma ehtimalı yüksək olan iş yerlərinin Siyahısında 16-cı bəndində qeyd olunan böyük sürətlə yerinə yetirilən, yüksək hərəkət koordinasiyası tələb edən lokal əzələ gərginliyi ilə əlaqədar iş yerləri üzrə koordinator nevrozlar, o cümlədən yazı spazmı xəstəliyi yüksək hərəkət koordinasiyası, sürətlə yerinə yetirilən eyni tipli hərəkətlər, 18-ci bəndində qeyd olunan uzun müddət statik gərginlik, ayaqüstə durma ağır yüklərin sistematik daşınması ilə əlaqədar işlər üzrə iltihabi (romboflebit) və ya trofiki pozğunluqlarla fəsadlaşmış ayaq venalarının nəzərə çarpan varikoz genişlənməsi uzun müddət ayaqüstə məcburi iş vəziyyəti qeyd olunmuşdur. Yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərinə uyğun olaraq, məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının xəstəliyinin peşə fəaliyyətinin yerinə yetirilməsi ilə bağlı olub-olmamasını, xəstəliyin yaranma səbəbini müəyyən etmək üçün ekspertiza təyin edilmiş, ekspert rəyi ilə rəydə qeyd olunan patoloji prosesin uzun sürən xroniki gedişli olması, İddiaçı bel nahiyəsində olan patoloji prosesin müxtəlif, yəni irsi meyillilik, bağ aparatının zəifliyi, ağır fiziki iş, degenerativ dəyişikliklər və s. səbəblərdən yarana biləcəyi müəyyən edilmişdir. Həmçinin, iddiaçı onun xəstəliyinin sırf cavabdeh təşkilatda əmək prosesi zamanı yaranması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bunlarla yanaşı, iddiaçının iddia tələbində əsaslandırdığı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli 7 nömrəli qərarında “İşçinin peşə xəstəliyinə tutulma ehtimalı yüksək olan iş yerlərinin Siyahısının 16-cı və 18ci bəndində qeyd olunan işlər və iş yerləri ilə bağlı müəyyən olunmuş peşə xəstəlikləri hazırda iddiaçının tutulduğu xəstəlikləri ilə eynilik təşkil etmir. Göründüyü kimi, iddiaçının sırf peşə xəstəliyi nəticəsində sağlamlığının pozulması öz təsdiqini tapmamışdır. Eyni zamanda iddiaçı peşə fəaliyyəti dövründə sağlamlığının mühafizəsi üçün işəgötürən tərəfindən heç bir əməyin mühafizəsi tədbirləri görülmədiyi üçün əmək müqaviləsini qüvvədə olan Əmək Məcəlləsi şərtlərinə zidd şəkildə, qanunsuz pozulmasına, xitam verilməsinə və əmək müqaviləsi üzrə öhdəliklərinin icrasına qanunsuz müdaxilə olunduğu üçün, habelə əmək şəraitində sağlamlıq xəsarətinə görə 30.000 manat kompensasiya ödənilməsini tələb etsə də, iş materiallarına əlavə edilmiş sənədlər və sübutlar əsasında iddiaçının əmək müqaviləsinə qanunvericiliyə uyğun qaydada xitam verilməsi və iddiaçının yazdığı izahat ilə əmək haqqısını tam şəkildə aldığı müəyyən olunmuş, iddiaçının bununla bağlı hər hansı şikayəti olmamışdır. Hazırda iddiaçı tərəfindən növbəyə çıxacaq işçilərin siyahısı barədə məlumatlar təqdim etsə də, bu məlumatların hansı qaydada əldə edildiyi müəyyən edilməmiş və bu hal iddiaçı tərəfindən işdən azad olunan vaxt, son əmək haqqı alınan vaxt mübahisələndirilməmişdir. Daha sonra iddiaçı tərəfindən bununla bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinə müraciət edilmiş, Müfəttişlik tərəfindən iddiaçıya ünvanlanılmış məktublar ilə də iddiaçıya çatası son haqq-hesabın ödəniş üçün xx.xx.2021-ci il tarixdə banka göndərildiyi, lakin bank tərəfindən ödənişin xx.xx.2021-ci il tarixdə hesabına köçürüldüyü, cəmiyyətdə işlədiyi müddət ərzində səhhətində yaranan problemin istehsalat xarakterli olduğunu bildirsə də, buna dair müvafiq sənəd və ya sübutlar onun tərəfindən təqdim olunmamışdır. Eyni zamanda əmək müqaviləsinə müddətin qurtarılması səbəbilə xitam verildiyi, son haqq-hesabın isə xx.xx.2021-ci il tarixdə əmək haqqı bank hesablarına köçürüldüyü məlum olmuşdur. İş materiallarına əlavə edilmiş iddiaçının əmək haqqı ödənişləri ilə bağlı məlumatlarla da 210 manat ödənişin xx.xx.2021-ci il tarixdə köçürüldüyü təsdiqini tapmışdır. Bütün qeyd olunanlar əsasında məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə həmçinin cavabdeh tərəfindən iş materiallarına əlavə edilmiş CD diskə tərəflərin iştirakı ilə baxış keçirmiş, baxış zamanı malların avtokar vasitəsilə daşındığını, həmin malların maşınla gətirilərək yerləşdirilməsi, malların itələnərək yerinə yerləşdirilməsi müəyyən edilmiş bu zamanı uzun müddət statik gərginlik, ayaqüstə durma, ağır yüklərin sistematik daşınması halları müəyyən olunmamışdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti cəlb edilməklə “peşə fəaliyyəti dövründə aldığı əmək xəsarətinin müalicə olunması üçün işəgötürən tərəfindən xərclərin qarşılanması, peşə fəaliyyəti dövründə sağlamlığının mühafizəsi üçün işəgötürən tərəfindən heç bir əməyin mühafizəsi tədbirləri görülmədiyi üçün əmək müqaviləsini qüvvədə olan Əmək Məcəlləsi şərtlərinə zidd şəkildə, qanunsuz pozulmasına, xitam verilməsinə və əmək müqaviləsi üzrə öhdəliklərinin icrasına qanunsuz müdaxilə olunduğu üçün, habelə əmək şəraitində sağlamlıq xəsarətinə görə 30.000 manat kompensasiya ödənilməsi” tələbinə dair iddiası əsassız olduğu üçün təmin edilməməlidir. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Belə olan halda məhkəmə xərcləri Dövlət Büdcəsinin vəsaitləri hesabına aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti cəlb edilməklə “peşə fəaliyyəti dövründə aldığı əmək xəsarətinin müalicə olunması üçün işəgötürən tərəfindən xərclərin qarşılanması, peşə fəaliyyəti dövründə sağlamlığının mühafizəsi üçün işəgötürən tərəfindən heç bir əməyin mühafizəsi tədbirləri görülmədiyi üçün əmək müqaviləsini qüvvədə olan Əmək Məcəlləsi şərtlərinə zidd şəkildə, qanunsuz pozulmasına, xitam verilməsinə və əmək müqaviləsi üzrə öhdəliklərinin icrasına qanunsuz müdaxilə olunduğu üçün, habelə əmək şəraitində sağlamlıq xəsarətinə görə 30.000 manat kompensasiya ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri Dövlət Büdcəsinin vəsaitləri hesabına aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-182/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-182/2023
16.02.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver