Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1821/2022 12.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi ilə, Ərizəçi X3, onun vəkili və nümayəndəsi Vəkil, Maraqlı şəxs nümayəndəsi X7 iştirakları ilə, Ərizəçi X3 Maraqlı şəxs cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi X10 Maraqlı şəxs cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1940-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. 18 yaşınadək Bakı şəhəri 11 saylı uşaq evində qeydiyyata alınıb, orada yaşayaraq böyümüşdür. Həmin vaxt ərəfəsində doğum haqqında şəhadətnaməsi mövcud idi. Uşaq evində yaşayarkən Bakı şəhərindəki 56 nömrəli məktəbdə 7 illik təhsil almışdır. Sonra isə müəyyən müddət ərzində 11 №-li Tikiş fabrikasında işləmiş, sonradan ev şəraitində dərziliklə məşğul olmuşdur. 1978-ci ildə naməlum vəziyyətdə ona mənsub olan doğum haqqında şəhadətnaməni və SSSR pasportunu itirmişdir. İşə əlavə olunan fərdi qeydiyyat kartından göründüyü kimi ona mənsub olan Vİİİ-ЖГ № 525428 nömrəli 1962-ci ildə verilmiş pasportu itirilmiş, əvəzində isə Vİİİ- ЖГ № 558026 nömrəli 1978-ci ildə yeni pasport verilmişdir. Həmin kartda foto şəkili yerləşdirilməklə o, xx.xx.1940-ci ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, subay Aşumova (Həşimova) Bənövşə Nazim qızı olaraq göstərilmişdir. Sonradan ehtiyac duymadığından Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsinin alınması üçün müraciət etməmiş, pensiya alınması üçün müəyyən vaxtdan sonra doğum haqqında şəhadətnamənin alınması üçün müraciət etsə də, doğum haqqında akt qeydi aşkarlanmadığı ona məlum olmuşdur. O, 1982-ci ildən hal-hazıradək ünvan 1 ünvanında qeydiyyatsız daimi yaşayır. Doğum haqqında şəhadətnaməni almaq üçün o, Nizami Rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də, ona vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası yalnız əvvəllər bu cür qeydlərin olmasını təsdiq edən kifayət qədər sübut olmadığı üçün doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Doğum haqqında şəhadətnaməsi və şəxsiyyət vəsiqəsinin olmaması səbəbindən o, təqaüd almaqdan məhrum edilmişdir. Yaşlı, kimsəsiz olduğu üçün ona dolanmaq çox çətindir, köməyə ehtiyacı var. Şəxsiyyət vəsiqəsinin olmaması üzündən, pensiya alması mümkünsüzdür. Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinin alınması üçün doğum haqqında akt qeydi bərpa olunmalıdır. “Vətəndaşlıq vəziyyəti aktları” X1 Sistemindəki məlumatlar yoxlanılmış və doğulmasının qeydə alınması halı müəyyən edilmədiyi üçün doğum faktı təsdiq edən lazımi sənədi başqa qaydada alması mümkün deyil. Qeyd olunanlara əsasən, doğum qeydiyyatının bərpa edilməsinə dair barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında ərizəçi X10 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən xahişini dəqiqləşdirərək, onun xx.xx.1940-cı il tarixdə Bakı şəhərində doğulması ilə bağlı hüquqi əhəmiyyəti olan doğum akt qeydinin bərpası barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi X10 ərizəni müdafiə edib, onun məzmununa uyğun izahat verdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən ərizəçinin vəkili və nümayəndəsi Vəkil ərizənin məzmununa uyğun izahat verdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs nümayəndəsi X12 ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında, tərcüməçinin iştirakı ilə şahid qismində dindirilən X2 ifadəsində göstərdi ki, o, ərizəçini 1984-1985-ci illərdən tanıyır. Belə ki, onlar qonşudurlar, eyni binada, eyni blokda yaşayırlar. Onun evi 3-cü, Bənövşənin evi isə 2-ci mərtəbədədir. Ərizəçi Aleksandr adlı şəxs və onun ailə üzvləri ilə birlikdə yaşamışdır. Aleksandr və ailə üzvləri vəfat etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilən X5 ifadəsində göstərdi ki, yaşadığı binanın arxasında dayanacaq olmuş, ərizəçinin mərhum əri Aleksandr orada işləmişdir. Bənövşəni də 2000-ci ildən əri Aleksandra görə tanıyır. Həmin vaxtdan hal-hazıra qədər ərizəçi onunla qonşuluqda yaşayır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, şahid ifadələrini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Arxivinin DA-02097-2021 №-li xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində 1939-1941-ci illərə dair Bakı şəhəri Sabunçu (Lenin) rayonu üzrə doğum haqqında qeydiyyat kitablarında Həşimova (Aşumova) Bənövşə Nazim qızının təvəllüdü haqqında heç bir məlumat aşkar edilməmişdir. Eyni zamanda, 1939-1941-ci illərə dair Bakı Şəhəri Pirşağı qəsəbəsi üzrə doğum haqqında qeydiyyat kitabları arxivə dövlət mühafizəsinə verilməmişdir. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Arxivinin DA-00038-2022 №-li xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində 1941-ci ilə dair Bakı şəhəri Sabunçu (Lenin), Orconikindze (Suraxanı), Əzizbəyov (Xəzər) rayonları üzrə doğum haqqında qeydiyyat kitablarında Həşimova (Aşumova) Bənövşə Nazim qızının təvəllüdü haqqında heç bir məlumat aşkar edilməmişdir. Eyni zamanda, 1941-ci ilə dair Bakı şəhəri Pirşağı qəsəbəsi üzrə doğum haqqında qeydiyyat kitabları arxivə dövlət mühafizəsinə verilməmişdir. - Bakı şəhəri Xətai RPİ-nin 101-509-1222 №-li xx.xx.2022-ci il məktubundan görünür ki, 1939-cu il təvəllüdlü Aşumova (Həşimova) Bənövşənin adına sənədləşən fərdi uçot kartoçkası Xətai RPİ-nin arxivində aşkar olunmamışdır. - X11, X2 və X8 tərəfindən tərtib edilmiş aktdan görünür ki, həqiqətən də, X9 Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, ev 57, mənzil 81- də 38 ildir ki, nikahdan kənar mərhum X4 birlikdə yaşamış, ona qulluq etmişdir. - Maraqlı şəxs xx.xx.2022-ci il tarixli, 05Q/205/15 saylı məktubundan görünür ki, X3 doğum haqqında akt qeydinin bərpa edilməsi barədə müraciətinə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 13-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. İtmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Qanunveriviliyə müvadiq olaraq xx.xx.1940-cı il təvəllüdlü Həşimova (Aşumova) Bənövşə Nazim qızının doğum faktını təsdiq edən sənədlər olmadığına görə ərizənin icrası qeydiyyat şöbəsində mümkün deyildir. Bu səbəbdən ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyə olunmudur. - X6 məxsus Forma-1 kartının surətindən görünür ki, ərizəçi 27 yanvar 1940-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. Milliyyəti Azərbaycanlıdır. - xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, ərizəçi Vəkil məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödəmişdir. - Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsinin xx/xx-1138 №-li xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, “Milli arxiv fondu” haqqında Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən 75 il saxlama müddəti başa çatdıqda qeydiyyat kitabları saxlanmaq üçün Azərbaycan Respublikası Dövlət arxivinə təhvil verilir. Xəzər rayon Qeydiyyat şöbəsində arxiv kitabları 1946-cı ildən saxlanıldığından Aşumova (Həşimova) Bənövşə Nazim qızının doğumu haqqında akt qeydinin verilməsi mümkün deyildir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin 05/2-7404/13 №-li xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” X1 sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən xx.xx.1940-cı il təvəllüdlü Aşumova (Həşimova) Bənövşə Nazim qızının doğumu haqqında məlumat aşkar edilməmişdir. Həmçinin, vətəndaşlıq vəziyyətinə dair akt qeydləri xidmətin arxivində 1947-ci ildən saxlanılır. Belə ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabları onların tərtib edildiyi vaxtdan 75 il müddətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrinin və Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində saxlanılır. Bu müddət qurtardıqdan sonra qeydiyyat kitabları saxlanılmaq üçün Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə təhvil verilir. Göstərilənləri nəzərə alaraq B.Aşumovanın (Həşimova) doğumu haqqında sənədin əldə edilməsi üçün Milli Arxiv İdarəsinin Dövlət Arxivinə müraciət edilməsi tövsiyə olunmuşdur. - 76 saylı MKİS tərəfindən verilmiş 200 №-li xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X10 B.Çobanzadə küçəsi 57 saylı evin 81 saylı mənzilində uzun illərdir qeydiyyatsız yaşayır. Məhkəmə iclasında müəyyən olundu ki, ərizəçi X10 27 yanvar 1940-cı il tarixdə Bakı şəhərində doğulmuşdur, milliyyəti Azərbaycanlıdır. Hazırda Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi 57 saylı evin 81 saylı mənzilində yaşayır. Hazırda ərizəçinin doğumunu təsdiq edən ilkin sənədlər olmadığından, doğum haqqında akt qeydini bərpa etmək, bu sənədlərin əldə edilməsi qeyri-mümkün olmuşdur. Ərizəçinin müraciəti Nizami Rayon Qeydiyyat Şöbəsində araşdırılmış, izah edilmişdir ki, doğum akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər təqdim olunmadığına görə məsələnin həlli mümkün deyildir. Bu səbəbdən ərizəçi məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli qərarının 4-cü bəndinə əsasən məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Məhkəmə istinad olunan maddi hüquq normalarının tələbini, Ali Məhkəmənin Plenumunun anoloji işlərlə bağlı gəldiyi hüquqi nəticəni nəzərə alaraq, belə qənaətə gəlir ki, ərizəçinin müvafiq sənədi başqa qaydada əldə etməsi qeyri-mümkündür, ona görə o, hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmədə tədqiq edilmiş sübutlarla isə ərizənin əsaslı olması tam təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X3 27 yanvar 1940-cı il tarixdə Azərbaycan Respublikasının Bakı şəhərində doğulmasının qeyd edilməsi faktı müəyyən edilməli və onun doğum haqqında akt qeydi bərpa edilməli, X3 təvəllüdü 27 yanvar 1940-cı il, doğulduğu yer Azərbaycan Respublikası, Bakı şəhəri, milliyyəti azərbaycanlı kimi yazılmalı, doğum haqqında akt qeydinin bərpa olunaraq X3 adına doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizə təmin edildiyindən, məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X3 27 yanvar 1940-cı il tarixdə Azərbaycan Respublikasının Bakı şəhərində doğulmasının qeyd edilməsi faktı müəyyən edilsin və onun doğum haqqında akt qeydi bərpa edilsin. X3 təvəllüdü 27 yanvar 1940-cı il, doğulduğu yer Azərbaycan Respublikası, Bakı şəhəri, milliyyəti azərbaycanlı kimi yazılsın. Doğum haqqında akt qeydinin bərpa olunaraq X3 adına doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Məhkəmə xərclərinə aid olan, ərizənin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu X6 aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-1821/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1821/2022
12.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver