Məhkəmə qərarları › İş №2(007)-1827/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1827/2022

02.08.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1827/2022 02.08.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi , İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 Cavabdeh2 Xaliq qızına qarşı istifadə hüququnun itirilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Xaliq qızına qarşı istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini onunla əsaslandırdı ki,Bakı şəhəri, Nizami rayonu,Qara Qarayev prospekti, 79 saylı evin 83 saylı mənzili onun xüsusi mülkiyyətindədir. Həmin mənzilə dair Azərbciycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 15 yanvar 2010-cu il tarixli, seriya MA ******* nömrəli çıxarış verilib.Cavabdeh1 onun keçmiş gəlini olub. X2 Cavabdeh1 ilə 2015-ci ildə ailə qurublar. Ailə qurduqdan sonra onunla birlikdə yaşayıblar. Oğlu ilə cavabdeh arasında yaranan narazılıqlar əsasında aralarında olan nikah Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə pozulub.Həmin vaxtdan da Cavabdeh1 onun mənzilindən köçüb anasının evində Xırdalan şəhəri, yeni yaşayış massivində yaşayır.Cavabdeh2 isə qızıdır. O, 10 il bundan əvvəl ailə həyatı qurub və ünvan 1 ünvanda yaşayır. Cavabdehlər mənzildə pasport qeydiyyatında qalmaqları səbəbindən yaşayış sahəsinə sahiblik, istifadə və sərəncam vermək hüquqları məhdudlaşdırılır, cavabdehlərin yerinə kommunal xərcləri ödəmək məcburiyyətində qalır.Odur ki, qeyd olunanları nəzərə alıb xahiş edir ki, iddianı təmin edib, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və yetkinlik yaşına çalmayan X1 Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 79 saylı evin, 83 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılsın. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməlsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Cavabdeh2 07 iyul 2022-ci il tarixli məhkəmə iclasında iştirak edərək iddianı qəbul etdiyini bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan: Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş MA ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 79 saylı evin, 83 saylı mənzilinə 15 yanvar 2010-cu il tarixdən İddiaçı xüsusi mülkiyyət hüququ qeydiyyatdan keçmişdir. AR DİN ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, cavabdehlər Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 79 saylı evin, 83 saylı mənzilndə qeydiyyatdadır. 57 saylı Mənzil İstismar Kommuynal Birliyinə cavabdehlərin məhkəmə iclasında iştirakının təmin olunması barədə göndərilmiş məhkəmə bildirişləri “bu ünvanda yaşamır”qeydi ilə məhkəməyə qaytarılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyanın alqı-satqı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 647.2-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququ alıcıya daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat anından keçir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 79 saylı evin, 83 saylı mənzil İddiaçı mülkiyyətindədir.Belə ki onun mübahisəli mənzilə xüsusi mülkiyyət hüququ 15 yanvar 2010-cu tarixdən qeydiyyatdan keçmişdir. Cavabdehlər həmin mənzildə qeydiyyatda olsalar da orada yaşamırlar. Məhkəmə hesab edir ki, İddiaçı mülkiyyət hüququ məhdudlaşdırılmamalıdır, onun xüsusi mülkiyyətində olan əmlakdan sərbəst və maneasiz istifadə etmək və əmlaka dair sərəncam vermək hüquqlarına təminat verilməlidir. Ona görə də iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdıran hallar aradan qaldırılmalı və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və yetkinlik yaşına çalmayan X1 Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 79 saylı evin, 83 saylı mənzilindən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh2 və yetkinlik yaşına çalmayan X1 Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 79 saylı evin, 83 saylı mənzilindən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar