Məhkəmə qərarları › İş №2(007)-1835/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1835/2024

20.12.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1835/2024 20.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı3, İddiaçı1 nümayəndəsi və vəkili və İddiaçı3 vəkili Vəkil1, İddiaçılar İddiaçı2, İddiaçı4, İddiaçı5, İddiaçı8, İddiaçı9 və İddiaçı10, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X20, X21, X5, X11, X64, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9 və İddiaçı10 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən şəxslər Naxçıvan MR Babək rayonu Cəhri Bələdiyyəsi və Abşeron rayon İcra Hakimiyyəti cəlb edilməklə Cavabdeh qarşı “torpaq sahəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X173, X12, X13, X48, X65, X36, X49, X37, X66, X67, X21, X130, X145, X131, X50, X22, X23, X111, X68, X80, X38, İddiaçı7, X132, X51, X14, X39, X6, X40, X7, X52, X146, X3, X15, X112, X113, X69, X87, X8, X9, X41, X42, X24, X53, X70, X16, X114, X88, X25, X54, X147, X2, X115, X71, X133, X116, X89, X148 və X55 Cavabdeh qarşı “torpaq sahəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9 və İddiaçı10 Cavabdeh qarşı “torpaq sahəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların da iştirakı ilə, Cəhri qəsəbəsi və Gülşənabad kənd sakinlərinin puluyla, Cəhri qəsəbəsi və Gülşənabad kəndinin bütün sakinlərinin və gələcək nəsillərinin qəbiristanlıq ehtiyacları üçün alınmış, Abşeron rayonu, Məmmədli bələdiyyəsinin ərazisində yerləşən, Cavabdeh adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmiş 2.5 ha, yəni 25000 kvadrat metr torpaq sahəsinin tapşırıq verənlərə, yəni onların tələbinə uyğun olaraq, Cəhri qəsəbə bələdiyyəsinə verilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması, məhkəmə xərclərinin Cavabdeh tutulub iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, onlar da daxil olmaqla, Naxçıvan Muxtar Respublikasının Babək rayonu, Cəhri və Gülşənabad kəndlərindən olan 500-dən çox sakinin pul toplaması ilə, Naxçıvan Muxtar Respublikasından kənarda yaşayan kənd camaatının qəbiristanlıq ehtiyaclarını ödəmək üçün, 18 noyabr 2012-ci ildə torpaq sahəsi almaq qərarına gəliblər və bu işi şifahi tapşırıq müqaviləsi ilə, Cavabdeh və başqa bir kənd sakini X10 həvalə ediblər. Onlar həmin torpaq sahəsinin alınması üçün pul qoyublar. Cavabdeh və X26 qəbiristanlıq üçün yararlı torpaq sahəsi tapmalı, onu abadlaşdırmalı və yas mərasimləri üçün uyğun hala salmalı idilər. Bir müddət sonra cavabdeh onlara bildirib ki, Abşeron rayonu, Məmmədli bələdiyyəsindən torpaq sahəsi alınıb və orada dəfn mərasimlərinə başlamaq olar. 2023-cü ilin mayında onlara məlum olub ki, cavabdeh həmin torpaq sahəsini Məmmədli bələdiyyəsindən yox, X163 adlı şəxsdən (ünvan: ünvan 1inatlı pay torpağı olub və Cavabdeh bu torpağı öz şəxsi mülkiyyəti kimi qeydiyyatdan keçirib və bu torpaq sahəsi kənd təsərrüfatı təyinatlıdır. Halbuki, 2012-ci ildə ağsaqqalların iştirakı ilə keçirilən iclas zamanı torpağın cavabdehin şəxsi mülkiyyətinə keçirilməsi barədə ona tapşırıq verilməyib. Cavabdeh həmin torpaq sahəsini öz şəxsi mülkiyyəti kimi qeydiyyatdan keçirəndə də onlardan və kənd camaatından razılıq almayıb, bütün bunları onları xəbərsiz edib. Bu isə o deməkdir ki, 2016-cı ildən başlayarq, orada dəfn edilən yaxınlarının qəbirləri üçün hər an problemlər yarana bilər. Çünki Nazirlər Kabinetinin 04 dekabr 2018-ci il tarixli, 522 saylı Qərarı ilə təsdiq edilmiş “Qəbirstanlıqların salınması və idarə olunması Qaydaları”na əsasən, yeni qəbirstanlığıb salınması barədə qərar bələdiyyə tərəfindən qəbul edilir və şəxsi mülkiyyətdə olan torpaq sahələrində, kənd təsərrüfatı təyinatlı torpaqlarda qəbiristanlıq salına biməz. Həmin “Qaydalar” fiziki şəxslərin, istər fərdi mülkiyyətçi, istərsə də birgə mülkiyyətçilər olsun, ictimai təşklatlan qəbiristanlıq salmasını qadağan edir. Göründüyü kimi, bu gün qüvvədə olan qanunlar qəbiristanlıq yerlərinin şəxsi mülkiyyətdə olmasını birmənalı olaraq qadağan edir və qəbiristanlıqların idarəçiliyi yalnız bələdiyyələrə aiddir. Bundan başqa, Cavabdeh ölümündən sonra onun vərəsələri tərəfindən də bu torpaq sahəsi üçün problemlərin yaranacağı qaçınılmazdır. Mövcud qanunların tələblərini və gələcəkdə yarana biləcək problemləri nəzərə alaraq, onlar, Cəhri qəsəbəsinin bir qrup sakini cavabdehə təkilif ediblər ki, həmin torpaq sahəsini təcili öz şəxsi mülkiyyətindən çıxarsın, kənd camaatına qaytarsın. Bu vaxt, o torpaq sahəsinin alınmasında iştirak edən şəxslər arasında, torpağın Cavabdeh adından kimin adına və necə keçirilməsi haqqında fikir ayrılığı yaranıb. Bir qrup təklif edib ki, torpaq birgə mülkiyyət kimi pul qoyan adamların adına ümumi birgə mülkiyyət kimi qeydə alınsın. Onlar isə təklif ediblər ki, mövcud qanunlar və Nazirlər Kabinetinin yuxarıda göstərdikləri Qərarı, mülkiyyətçilərin sayından asılı olmayaraq, qəbiristanlıqların yalnız bələdiyyələr tərəfindən yradılmasını nəzərdə tutduğuna görə, bu torpaq sahəsi, bağışlama müqaviləsi ilə, əvəzsiz və qeyd-şərtsiz olaraq Cəhri bələdiyyəsinin mülkiyyətinə keçirilməlidir. Belə olan halda, Cavabdeh və bir qrup şəxs torpaq sahəsinin bələdiyyə mülkiyyətinə verilməsinin əleyhinə çıxıblar və torpağın ümumi birgə mülkiyyət kimi qeydə alınmasında israr ediblər. Onlar isə hesab edirlər ki, əvvəla, 2012-ci ildə bu torpaq sahəsi alınanda, pul qoyubqoymamasından asılı olmayaraq, bu torpaq sahəsi Cəhri və Gülşənabac kənd sakinlərinin hamısının və gələcək nəsillərin qəbiristanlıq ehtiyacları üçün alınıb və bir şəxsin, yaxud da qarşı tərəfin iddia etdiyi kimi, 354 şəxsin xüsusi mülkiyyəti kimi qeydə alına bilməz. İkincisi, neçə adamın mülkiyyətində olmasından asılı olmayaraq, mövcud qanunlar qəbiristanlıqların yalnız bələdiyyələr tərəfindən salınmasını nəzərdə tutduğu üçün, bu torpaq sahəsi doğma kəndləri Cəhri bələdiyyəsinin mülkiyyətinə verilməlidir ki, o torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi və qanuna uyğun formada qəbiristanlıq kimi istifadə edilməsi mümkün olsun. Hətta, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194.1-ci maddəsinə uyğun olaraq, Cəhri qəsəbə sakinlərindən bir qrupu (147 nəfər) cavabdehə müraciət edərək, tələb ediblər ki, onların payına düşən torpaq sahəsini Cəhri bələdiyyəsinin mülkiyyətinə keçirsin. Həmin 147 şəxslə Cəhri qəsəbə bələdiyyə arasında bu barədə razılıq əldə edilib və Cəhri qəsəbə bələdiyyəsi həmin torpaq sahəsini mülkiyyətinə qəbul etməyə hazır olduğu barədə rəsmi məktub yazdı. Torpağın ümumi sahəsi 2.5 ha, yəni 25 000 kvadrat metrdir. Cavabdeh təklif edir ki, həmin sahə pul qoyan 354 adam arasında bölünsün, hər kəs öz payı üzərində istədiyi kimi sərəncam versin. Bu isə faktiki olaraq, qəbiristanlığın dağılması deməkdir. Onlar 2012-ci ildə pul qoyanda Cəhri və Gülşonabad kənd sakinlərinin hamısının qəbiristanlıq ehtiyacları üçün torpaq alınması məqsədilə pul qoyublar. Bilsəydilər ki, nə vaxtsa bu torpaq sahəsi şəxslərin mülkyyətinə veriləcək, heç vaxt pul qoymazdılar. Həmin torpaq sahəsinin kənd sakinlərinə, onların yeganə rəsmi təmsilçisi olan Cəhri bələdiyyəsinə verilməsi ilə bağlı təkliflərini qəbul etmədiyinə görə, Cəbri kənd sakini, həmin torpaq sahəsinin alınmasında ilk təşəbbüsün sahibi və ən çox pul qoyanlardan (10000 manat pul qoyub) biri kimi X90 14 avqust 2023oü il tarixli iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsində Cavabdeh və X134 qarşı iddia qaldırıb. Bir çox həmkəndliləri də müstəqil tələb irəli sürən və sürməyən şəxslər kimi həmin işə qoşulublar. Həmin işə baxılarkən, 05 mart 2024-cü il tarixli məhkəmə iclasında cavabdeh məhkəməyə ərizə verərək bildirib ki, o, Cəhri kənd sakinlərinin puluyla alınmış torpaq sahəsindən 147 nəfərin payına düşən hissəni geri qaytarmağa etiraz elmir. Ona görə də, iddiaçı X90 həmin iclasda iddianın baxılmamış saxlanması barədə ərizə verib və hakim də bunu qəbul edib. Həmin məhkəmə iclasından sonra cavabdeh yenə də torpaq sahəsini öz adından çıxarmaqdan, Cəhri qəsəbə bələdiyyəsinin mülkiyyətinə keçirməkdən müxtəlif bəhanələrlə yayınıb. Aralarında yaranmış mübahisəni sülh yoluyla, danışıqlarla həll edə bilməyiblər. Ona görə də, bu iddia ərizəsi ilə yenidən məhkəməyə müraciət etmək məcburiyətində qalıblar. Onlarda cavabdehdən tələb edirlər ki, onların da pulu ilə alınmış torpaq sahəsini, bağışlama müqaviləsi ilə, əvəzsiz və şərtsiz olaraq Cəhri qəsəbə bələdiyyəsinin mülkiyyətinə keçirsin. Cəhri qəsəbə bələdiyyəsi isə həmin torpaq sahəsini qəbul etməyə hazır olduğunu, Abşeron Rayon Məhkəməsinə ünvanladığı rəsmi məktubla artıq bildirib. Torpağın ümumi sahəsi 2.5 ha, yəni 25000 kvadrat metrdir. Bu torpaq sahəsi bölünəcəyi halda, o, özünün əsas funksiyasını, yəni qəbiristanlıq kimi istifadə edilə bilmək təyinatını itirəcək. Onların fikrincə, o torpaq sahəsi bölünə bilməz, bələdiyyə mülkiyyətindən başqa, hər hansı fiziki və ya hüquqi şəx(lər)sin mülkiyyətinə verilə bilməz. Onlar qəbiristanlıq üçün alınmış torpaq sahəsindən, paylarını tələb edən şəxslərin paylarına uyğun, onlara haqq ödəməyə hazırdırlar. Təki Cəhri qəsəbəsinin və Gülşənabad kəndinin gələcək nəsilləri o torpaq sahəsindən halallıqla və mübahisəsiz olaraq təyinatı üzrə istifadə edə bilsinlər. Məhkəmə araşdırması zamanı Naxçıvan MR Babək rayonu Cəhri Bələdiyyəsi və Abşeron rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən şəxs kimi işə cəlb edilmişlər. X173, X12, X13, X48, X65, X36, X49, X37, X66, X67, X21, X130, X145, X131, X50, X22, X23, X111, X68, X80, X38, İddiaçı7, X132, X51, X14, X39, X6, X40, X7, X52, X146, X3, X15, X112, X113, X69, X87, X8, X9, X41, X42, X24, X53, X70, X16, X114, X88, X25, X54, X147, X2, X115, X71, X133, X116, X89, X148 və X117 Cavabdeh qarşı “torpaq sahəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair müstəqil tələb irəli sürən üçüncü şəxslər kimi məhkəməyə müraciət edərək, onların da iştirakı ilə, Cəhri qəsəbəsi və Gülşənabad kənd sakinlərinin puluyla, Cəhri qəsəbəsi və Gülşənabad kəndinin bütün sakinlərinin və gələcək nəsillərinin qəbiristanlıq ehtiyacları üçün alınmış, Abşeron rayonu, Məmmədli bələdiyyəsinin ərazisində yerləşən, Cavabdeh adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmiş 2.5 ha, yəni 25000 kvadrat metr torpaq sahəsinin tapşırıq verənlərə, yəni onların tələbinə uyğun olaraq, Cəhri qəsəbə bələdiyyəsinə verilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması, məhkəmə xərclərinin Cavabdeh tutulub iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər iddia tələbinlərini onunla əsaslandırmışlar ki, onlar da daxil olmaqla, Naxçıvan Muxtar Respublikasının Babək rayonu, Cəhri və Gülşənabad kəndlərindən olan 500-dən çox sakinin pul toplaması ilə, Naxçıvan Muxtar Respublikasından kənarda yaşayan kənd camaatının qəbiristanlıq ehtiyaclarını ödəmək üçün, 18 noyabr 2012-ci ildə torpaq sahəsi almaq qərarına gəliblər və bu işi şifahi tapşırıq müqaviləsi ilə, Cavabdeh və başqa bir kənd sakinli X10 həvalə ediblər. Cavabdeh və X27 qəbiristanlıq üçün yararlı torpaq sahəsi tapmalı, onu abadlaşdırmalı və yas mərasimləri üçün uyğun hala salmalı idilər. Nəzərə çatdırmaq istəyirlər ki, həmin torpaq sahəsinin alınması üçün onlar da pul qoyublar. Bir müddət sonra cavabdeh onlara bildirib ki, Abşeron rayonu, Məmmədli Bələdiyyəsindən torpaq sahəsi alınıb və orada dəfn mərasimlərinə başlamaq olar. 2023-cü ilin may ayında onlara məlum olub ki, cavabdeh həmin torpaq sahəsini Məmmədli Bələdiyyəsindən yox, X163 adlı şəxsdən (ünvan: ünvan 1inatlı pay torpağı olub, Cavabdeh da sonra bu torpağı öz şəxsi mülkiyyəti kimi qeydiyyatdan keçirib və bu torpaq sahəsi kənd təsərrüfatı təyinatlıdır. Halbuki, 2012-ci ildə kənd ağsaqqallarının iştirakı ilə keçirilən iclas zamanı torpağın cavabdehin şəxsi mülkiyyətinə keçirilməsi barədə ona tapşırıq verilməyib. Cavabdeh həmin torpaq sahəsini öz şəxsi mülkiyyəti kimi qeydiyyatdan keçirəndə də onlardan və kənd camaatından razılıq almayıb, bütün bunları onlardan xəbərsiz edib. Bu isə o deməkdir ki, 2016-cı ildən başlayaraq, orada dəfn edilən yaxınlarının qəbirləri üçün hər an problemlər yarana bilər. Çünki Nazirlər kabinetinin 04 dekabr 2018-ci il tarixli, 522 saylı Qərarı ilə təsdiq edilmiş “Qəbirstanlıqların salınması və idarə olunması Qaydaları”na əsasən, yeni qəbirstanlığın salınması barədə qərar bələdiyyə tərəfindən qəbul edilir, şəxsi mülkiyyətdə olan torpaq sahələrində və kənd təsərrüfatı təyinatlı torpaqlarda qəbiristanlıq salına biməz. Həmin “Qaydalar” fiziki şəxslərin, istər fərdi mülkiyyətçi, istərsə də birgə mülkiyyətçilər olsun, ictimai təşklatların qəbiristanlıq salmasını qadağan edir. Göründüyü kimi, bu gün qüvvədə olan qanunlarımız qəbiristanlıq yerlərinin şəxsi mülkiyyətdə olmasını birmənalı olaraq qadağan edir və qəbiristanlıqların idarəçiliyi yalnız bələdiyyələrə aiddir. Bundan başqa, Cavabdeh ölümündən sonra onun vərəsələri tərəfindən də bu torpaq sahəsi üçün problemlərin yaranacağı qaçılmazdır. Mövcud qanunların tələblərini və gələcəkdə yarana biləcək problemləri nəzərə alaraq, onlar Cəhri qəsəbəsinin bir qrup sakini cavabdehə təkilif ediblər ki, həmin torpaq sahəsini təcili öz şəxsi mülkiyyətindən çıxarsın, kənd camaatına qaytarsın. Bu vaxt, o torpaq sahəsinin alınmasında iştirak edən şəxslər arasında, torpağın Cavabdeh adından kimin adına və necə keçirilməsi haqqında fikir ayrılığı yaranıb. Bir qrup təklif edib ki, torpaq birgə mülkiyyət kimi pul qoyan adamların adına ümumi birgə mülkiyyət kimi qeydə alınsın. Onlar isə təklif ediblər ki, mövcud qanunlar və Nazirlər Kabinetinin yuxarıda göstərdikləri Qərarı, mülkiyyətçilərin sayından asılı olmayaraq, qəbiristanlıqların yalnız bələdiyyələr tərəfindən yradılmasını nəzərdə tutduğuna görə, bu torpaq sahəsi, bağışlama müqaviləsi ilə, əvəzsiz və qeydşərtsiz olaraq Cəhri bələdiyyəsinin mülkiyyətinə keçirilməlidir. Belə olan halda, Cavabdeh və bir qrup şəxs torpaq sahəsinin bələdiyyə mülkiyyətinə verilməsinin əleyhinə çıxıblar və torpağın ümumi birgə mülkiyyət kimi qeydə alınmasında israr ediblər. Onlar isə hesab edirlər ki, əvvəla, 2012-ci ildə bu torpaq sahəsi alınanda, pul qoyub-qoymamasından asılı olmayaraq, bu torpaq sahəsi Cəhri və Gülşənabad kənd sakinlərinin hamısının və gələcək nəsillərin qəbiristanlıq ehtiyacları üçün alınıb və bir şəxsin, yaxud da qarşı tərəfin iddia etdiyi kimi, 354 şəxsin xüsusi mülkiyyəti kimi qeydə alına bilməz. İkincisi, neçə adamın mülkiyyətində olmasından asılı olmayaraq, mövcud qanunlar qəbiristanlıqların yalnız bələdiyyələr tərəfindən salınmasını nəzərdə tutduğu üçün, bu torpaq sahəsi doğma kəndləri Cəhri Bələdiyyəsinin mülkiyyətinə verilməlidir ki, o torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi və qanuna uyğun formada qəbiristanlıq kimi istifadə edilməsi mümkün olsun. Torpağın ümumi sahəsi 2.5 ha, yəni 25000 kvadrat metrdir. Cavabdeh təklif edir ki, həmin sahə pul qoyan 354 adam arasında bölünsün, hər kəs öz payı üzərində istədiyi kimi sərəncam versin. Bu isə faktiki olaraq, qəbiristanlığın dağılması deməkdir. Onlar 2012-ci ildə pul qoyanda Cəhri və Gülşənabad kənd sakinlərinin hamısının qəbiristanlıq ehtiyacları üçün torpaq alınması məqsədilə pul qoyublar. Bilsəydilər ki, nə vaxtsa bu torpaq sahəsi şəxslərin mülkyyətinə veriləcək, heç vaxt pul qoymazdılar. Həmin torpaq sahəsinin kənd sakinlərinə, onların yeganə rəsmi təmsilçisi olan Cəhri bələdiyyəsinə verilməsi ilə bağlı təkliflərini qəbul etmədiyinə görə, Cəhri kənd sakini, həmin torpaq sahəsinin alınmasında ilk təşəbbüsün sahibi və ən çox pul qoyanlardan (10000 manat pul qoyub) biri kimi X90 14 avqust 2023-cü il tarixli iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsində Cavabdeh və X134 qarşı iddia qaldırdı. Bir çox həmkəndliləri də müstəqil tələb irəli sürən və sürməyən şəxslər kimi həmin işə qoşulublar. Həmin işə baxılarkən, 05 mart 2024-cü il tarixli məhkəmə iclasında cavabdeh məhkəməyə ərizə verərək, bildirib ki, o, Cəhri kənd sakinlərinin puluyla alınmış torpaq sahəsindən 147 nəfərin payına düşən hissəni geri qaytarmağa etiraz etmir. Ona görə də, iddiaçı X90 həmin iclasda iddianın baxılmamış saxlanması barədə ərizə verib və hakim də bunu qəbul edib. Həmin məhkəmə iclasından sonra cavabdeh yenə də torpaq sahəsini öz adından çıxarmaqdan, Cəhri qəsəbə bələdiyyəsinin mülkiyyətinə keçirməkdən müxtəlif bəhanələrlə yayınıb. Aralarında yaranmış mübahisəni sülh yoluyla, danışıqlarla həll edilməsi mümkün olmayıb. Ona görə də, bu iddia ərizəsi ilə yenidən məhkəməyə müraciət etmək məcburiyyətində qalıblar. Onlar qəbiristanlıq üçün alınmış torpaq sahəsindən, paylarını tələb edən şəxslərin paylarına uyğun, onlara haqq ödəməyə hazırdırlar. Təki Cəhri qəsəbəsinin və Gülşənabad kəndinin gələcək nəsilləri o torpaq sahəsindən halallıqla və mübahisəsiz olaraq təyinatı üzrə istifadə edə bilsinlər. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2024-cü ildə etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddia tələbi tamamilə əsassız, qanunsuz və qəbul edilməzdir. İlk öncə onu qeyd etmək istəyir ki, mübahisələndirilən torpaq sahəsi 17 nəfərin mülkiyyətindədir. Belə ki, qeyd edilən torpaq sahəsinin paylı mülkiyyət olması barədə xx.xx.2023-cü ildə 14 saylı notariat ofisində alqı-satqı müqaviləsi bağlanıb ki, bundan iş üzrə iddiaçıların da hər biri məlumatlıdır. Bununla yanaşı onu da qeyd edir ki, müdafiə etdiyi tərəfin məhkəmə iclasında da bildirdiyi kimi adları iddiaçı kimi qeyd edilən şəxslərin məhkəmə iclaslarında iştirak etməyənləri işdə iştirak edən şəxslərə və ya vəkilə etibarnamə belə verməməsindən də göründüyü kimi hazırki mübahisə süni şəkildə yaradılmış əsassız mübahisədir və heç bir halda təmin edilə bilməz. Qeyd etdiyi kimi hazırda qüvvədə olan alqı-satqı müqaviləsindən də bəlli olduğu kimi iş üzrə 17 mülkiyyətçi (X72, X73, X28, X118, X43, X91, X92, X93, X74, X56, X29, X30, X44, X17, X57, X94, X58) olduğu halda iki nəfərin cavabdeh qoyulması da prosessual pozuntudur. Bununla yanaşı həmin şəxslər də daxil olmaqla hazırki cavabdehin mülkiyyət hüququna qarşı əsassız iddia qaldırılmışdır ki, bu səbəbdən iddia təmin edilə bilməz. İddia o zaman əsaslı sayıla bilərdi ki, iddiaçılar yalnız torpaq sahəsinə ödəmiş olduqları pulun geri qaytarılmasını tələb edə bilər. Qeyd edilənləri, iddia müddətinin keçdiyini nəzərə alaraq iddia müddətinin də tətbiq edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi və vəkili və İddiaçı3 vəkili Vəkil1 müraicətinə əsasən işə cavabdeh kimi cəlb edilmiş X27 cavabdehlərin siyahısından çıxarılmışdır. Məhkəmə iclasında İddiaçı3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, 2012-ci ildə kənd sakinləri olaraq o, Cavabdeh, qardaşı Kəramət Məmmədovun iştirakı ilə vəfat etmiş yaxınlarını rahat dəfn etmək üçün qəbiristanlıq torpağı almaq qərarına gəliblər. 4500 nəfərə qədər kənd sakini qəbiristanlıq torpağı almaq üçün pul verib. Onlar 2012-ci ildə qəbiristanlıq üçün hansı sənədlərin lazım olduğunu bilmirdilər. Qanunvericilikdə şəxsin adına qəbiristanlığın olması qeyd olunmayıb. Qanunda mülkiyyətin üç növü var, dövlət, bələdiyyə və şəxsi mülkiyyət. Hazırda qəbiristanlığın üzərində olan torpaq sahəsi Cavabdeh şəxsi mülkiyyətindədir. Cavabdeh torpaq sahəsini istədiyi şəxsə sata, bağışlaya bilər. Cəhri Bələdiyyəsi inzibati ərazi olaraq Babək rayonun ərazisində yerləşməsinə baxmayaraq istənilən ərazidə torpaq sahəsinə malik ola bilər. X85 Birləşmiş Ştatlarından da torpaq sahəsi ala bilər. Bələdiyyə mülkiyyət hüququna malik orqandır, statusu var. Torpaq sahəsi qəbiristanlıq torpağı olmalıdır ki, məhkəmədən ölən şəxs barəsində arayış tələb olunduqda qəbiristanlıq idarəsinin möhürü olmalıdır ki, sorğuya cavab verilə bilsin. Cavabdeh torpaq sahəsini şəxsi və ya atasının pulu ilə deyil, onların pulu ilə alıb. Vəfat edən şəxs ilk dəfə 2016-cı ildə qəbiristanlıqda dəfn olunub. Mübahisə predmeti olan torpaq sahəsinin Məhəmmədli qəsəbəsinin bələdiyyəsinə verilməsi mümkün deyil. Cavabdeh torpaq sahəsini onun adına rəsmiləşdirsə, o, torpağı Cəhri Bələdiyyəsinə bağışlayar. Cavabdeh torpaq sahəsini 15 nəfər kənd sakininə şəxsi torpağı kimi satıb. Cavabdeh torpaq sahəsini kənd sakinlərinə satsa da, qəbirstanlıq olmur. Qəbiristanlıq bələdiyyəyə məxsus olmalıdır. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi və vəkili və İddiaçı3 vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, Bakı şəhərində yaşayan Naxçıvanlılar, Cəhri və Gülşənabad kəndinin sakinləri vəfat edən ailə üzvlərini, qohumlarını Naxçıvan Muxtar Respublikasına aparıb dəfn etməkdə çətinlik çəkdikləri üçün qəbiristanlıq salmaq məqsədi ilə 2012-ci ildə torpaq sahəsi almaq üçün Cavabdeh və Siyasət Niftəliyevə tapşırıq veriblər. Həmin tapşırıq əsasında 2.5 hektar torpaq sahəsi alınıb. Ola bilər ki, Cavabdeh o vaxt həmin torpaq sahəsini qəbiristanlıq kimi qeydiyyatdan keçirməsinə səlahiyyətinin olmadığını bilməyib. Sonradan Cavabdeh torpaq sahəsini aldığını, ona tapşırıq verildiyini, həmin torpaq sahəsini şəxsi mülkiyyətinə keçirdiyini etiraf edib. Amma torpaq sahəsini şəxsi mülkiyyəti kimi qeydiyyata aldıranda Cavabdeh bunu heç bir kənd sakininə bildirməyib. Cavabdeh həmin torpaq sahəsini qəbiristanlıq kimi qeydiyyata aldırması mümkün deyil. Cavabdeh torpaq sahəsini öz adına rəsmiləşdirməsi barədə kənd sakinləri tərəfindən tapşırıq verilməyib. O vaxt düşünüblər ki, bir cəmiyyət yaratsınlar. Torpaq sahəsi də həmin Cəmiyyətin adına qeydiyyatdan keçirilsin. Belə bir sənəd də var və məhkəməyə təqdim olunub. Amma Cavabdeh torpaq sahəsini öz adına qeydiyyatdan keçirib və bu barədə də heç kimə məlumat verməyib. Bir müddətdən sonra da qəbiristanlığın hazır olması və vəfat edən şəxslərin həmin qəbiristanlıqda dəfn oluna bilməsi bütün kənd sakinlərinə elan olunub. Kənd sakinləri də ölülərini qəbiristanlıqda dəfn etməyə başlayıblar. Artıq 67 nəfər vəfat etmiş şəxs həmin qəbiristanlıqda dəfn olunub. Qəbiristanlıq şəxsi mülkiyyətdə ola bilməz. Azərbaycan Respublkasının Mülki Məcəlləsinin 782.1-ci maddəsinə əsasən tapşırıq alan tapşırıq verənlərə həmin tapşırığın icrasının nəticəsində əldə olunan əmlakı qaytarmağa borcludur. Cəhri bələdiyyəsi həmin inzibati ərazidə yaşayan şəxslərdir. Ona görə Cəhri Bələdiyyəsinin adı hallanır. Burada şəxslərin sayı çoxdur, 1 yaxud 2 nəfər deyil, yüzlərlə insan var ki, hamısı pul veriblər. Qəbiristanlıq alınması üçün torpaq sahəsi alınıb, tapşırıq ona görə verilib. Tapşırıq ona görə verilməyib ki, Cavabdeh mülkiyyətinə hər hansı əmlak əldə etsin. Bu gün Cavabdeh həmin torpaq sahəsini Cəhri Bələdiyyəsinə bağışlaya bilər. Bələdiyyə istənilən yerdə torpaq sahəsi, əmlak ala bilər. Ola bilər ki, sonrakı mərhələlərdə Məmmədli Bələdiyyəsi özü Cəhri Bələdiyyəsi ilə razılaşdıraraq qəbiristanlıqla bağlı Nazirlər Kabinetinə müraciət edə bilər. Bu günki mərhələdə isə Cavabdeh həmin torpaq sahəsinə yiyələnib şəxsi mülkiyyəti kimi istifadə edə bilməz. Nə torpaq alınması üçün tapşırıq veriləndə, nə də hal-hazırki iddialar qaldırılanda həmin torpaq üçün kim nə qədər pul veribsə, onu da alması nəzərdə tutulmayıb. Tapşırıq verənlər torpaq sahəsinin alınması və qəbiristanlıq qurulması üçün tapşırıq veriblər. Qəbiristanlıq iki kəndin sakinləri üçün nəzərdə tutulub. Torpaq sahəsi alınıb, sadəcə sakinlər aldadılıb, cavabdehin şəxsi mülkiyyətində qeydiyyatdan keçirilib. Hal-hazırda tapşırıq verən kənd sakinlərinin tələbləri Mülki Məcəllənin 782.1-ci maddəsinə əsasən Cavabdeh alıb öz şəxsi mülkiyyətinə keçirdiyi qəbiristanlıq məqsədi ilə alınmış həmin torpaq sahəsinin tapşırıq verənlərə qaytarılmasıdır. Burada puldan söhbət getmir, elə bir şey ola da bilməz. Burada heç kim pulunu tələb etmir və elə bir məqsədi yoxdur. Cavabdeh şəxsi mülkiyyətində qəbiristanlıq yarada bilməz. Qəbiristanlığın üzərində olan torpaq sahəsinin təyinatı kənd təsərrüfatı təyinatlıdır. Torpaq sahəsindən təyinatı üzrə istifadə etməyəndə mülkiyyətçinin mülkiyyət hüquqlarına xitam verilir. X63 Muxtar Respublikasında, mübahisə predmeti olan torpaq sahəsi isə Abşeron yarımadasında yerləşir. Məhkəmə iclasında İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, Cavabdeh torpaq sahəsində bostan əkməyib. Onlar pulu yığıb Cavabdeh verəndə deməyiblər ki, bu gün qəbr üçün 200 manat, gələn il 400 manat alınacaq. Belə söhbət olmayıb. Ancaq Cavabdeh hər ay ildən-ilə pulu artırır. Cavabdeh vəfat etsə, qəbiristanlığın üzərindəki torpaq sahəsi uşaqlarına vərəsəlik qaydasında keçəcək. Cavabdeh qəbiristanlıq üçün icazə verməli olan yeddi dövlət orqanına müraciət etdiyini, hələ icazənin alınmadığını, amma alınacağını bildirirdi. 2021-ci ilə qədər onların iclasları olurdu, toy, yas mərasimlərində görüşürdülər, onlar torpağın məsələsinin necə olduğunu soruşurdular. Cavabdeh aidiyyəti orqanlara müraciət etdiyini, düzələcəyini bildirirdi. 2021ci ildə də Cavabdeh torpaq sahəsini öz adına rəsmiləşdirib. Məhkəmə iclasında İddiaçı4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, kənd sakinləri olaraq Cavabdeh bildiriblər ki, vəfat edən qohumları qəbiristanlıqda dəfn olunanda pul tələb oluna bilməz. Lakin Cavabdeh qohumları dəfn olunanda 250-300 manat pul tələb edir. Məhkəmə iclasında İddiaçı8 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı9 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı10 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X65 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, onlar pulu cavabdehə qaytarması üçün verməyiblər. O vaxt torpağın bir sotu 200 manat, bu gün həmin torpaq sahəsinin qiyməti 5000, 10000 manatdır. Öhdəliyin yerinə yetirilməsini xahiş edir. Torpaq sahəsi iki kəndin özünə qayıtsın. Burada oyun oynamaq, torpağı satmaq istəyirlər, torpağın kiminsə adında qalmasını istəmirlər. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X21 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X5, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X53 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X133 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyib, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyib, izahat verərək bildirdi ki, bu iddia Abşeron Rayon Məhkəməsinə verilərkən iddianın əsassızlığı ilə bağlı məlumat verib. O hətta Kəramət Məmmədova ailə daxilində yaranmış münaqişəni kənd sakinlərinin münaqişəsinə çevirməməsini deyib. Kənd sakinləri ölülərini çətinliklə dəfn etməmək üçün çox düzgün addım atıblar. Cəhri Bələdiyyəsi inzibati ərazisinə aid olmayan yerdə, Mehdiabad, Məhəmmədli qəsəbəsində qəbiristanlıq statusunda torpaq sahəsi olmadığı halda qəbiristanlıq idarə edə bilməz. Tapşırıq müqaviləsində tapşırıq müqaviləsi üzrə tələbləri yerinə yetirməyən şəxsin məsuliyyəti var. Cavabdeh məsuliyyətini qəbul edir. Əgər cavabdeh tapşırıq müqaviləsini yerinə yetirməyibsə, məhkəmə buna qiymət verəcək. Cavabdeh tapşırıq müqaviləsini yerinə yetirib. Cavabdehə torpaq sahəsini alması deyilib, cavabdeh də torpaq sahəsi alıb. Qəbiristanlıq yaradılması üçün kimlərəsə təklif olunması, bunu da cavabdeh həyata keçirib. Kim cavabdehə 10 manat pul veribsə, bu gün tapşırıq müqaviləsinin yerinə yetirilmədiyini istinad edirsə, tapşırıq müqaviləsinin yerinə yetirilməməsinə görə məhkəmədə iddia qaldıra, 10, 100 manat, kim nə qədər pul veribsə, həmin pulu da ala bilər. 2016-cı ildə ilk dəfə qəbiristanlıqda ölü dəfn olunanda artıq kənd sakinləri torpaq sahəsinin alınmasından və ölülərin dəfn olunmasında məlumatlı olublar. İddia ərizəsində də qeyd olunub ki, torpaq sahəsinin təyinatı kənd təsərrüfatı təyinatlıdır. İddia təmin olunması mümkün olmayan iddiadır. Hətta iddia təmin olunsa belə, bələdiyyə kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qəbiistanlıq sala bilməz. Bu birmənalıdır. Qeyd edilənlərə əsasən iddia tələbi əsassız olduğundan iddia müddətini tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etdi. Digər iddiaçılar, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən şəxslər Naxçıvan MR Babək rayonu Cəhri Bələdiyyəsi və Abşeron rayon İcra Hakimiyyəti məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Odur ki, məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə həmin şəxslərin (nümayəndələrinin) iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: - Cəhri və Gülşənabad kənd sakinləri tərəfindən (147 şəxs) Cavabdeh xx.xx.2023-cü ildə ünvanlanmış təklifdən görünür ki, onlar 2012-ci ildə onlarında pul qoymağı ilə, Cəhri və Gülşənabad kənd sakinlərinin qəbiristanlıq ehtiyacları üçün X95 alınmış, xüsusi mülkiyyət kimi şəxsi adına qeydiyyatdan keçirirən, Abşeron rayonu, Məmmədli bələdiyyəsinin inzibati ərazisində verləşən kənd təsərrüfatı təyinatlı 2.5 ha torpaq sahəsindən, adam başına 70 kvadrat (yetmiş kvadrat) olmaqla (25000 kv.m: 354=70.0280112), onların paylarına düşən torpaq sahəsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq, "Bağışlama müqaviləsi" ilə, qeydşərtsiz, Cəhri Bələdiyyəsinin mülkiyyətinə keçirilməsini xahiş etmişlər. - Cavabdeh tərəfindən Cəhri və Gülşənabad kənd sakinlərinə xx.xx.2024-cü il tarixdə ünvanlanmış təklifə cavabdan görünür ki, hal-hazırda Abşeron Rayon Məhkəməsində bu məsələ ilə bağlı “Torpaq sahəsinin əvəzsiz qaydada bələdiyyənin mülkiyyətinə verilməsi və pul tələbinə dair” e-2(012)-283/2024 saylı mülki iş davam edir. Məhkəmə iclaslarında, Abşeron rayon Polis İdarəsində və sosial şəhəkələrdə də dəfələrlə qeyd edilən torpaq sahəsinin həqiqətəndə Cəhri və Gülşənabad kənd sakinləri ilə birlikdə ümumi vəsaiti ilə alındığını bildirib, heç zaman inkar etməyib. Bununla yanaşı torpaq sahəsinin alınması məqsədindən kənar heç bir hərəkət etməyib, ümumi danışıqlardan kənara çıxmayıb. Lakin buna baxmayaraq qeyd edilən torpaq sahəsinin alınması üçün pul vəsaiti qoyan hər kəsin ödədiyi pula münasibətdə torpaq sahəsi verilməsinə və ya torpağın paylı mülkiyyətə çevrilməsinə heç bir etiraz etmir. Onu da qeyd edir ki, torpaq sahəsinə mülkiyyət hüququnu əldə etmiş şəxsin sonradan öz mülkiyyət hüququnu Cəhri bələdiyyəsinə və ya üçüncü şəxsin mülkiyyətinə verməsi həmin şəxsin hüququdur. - xx.xx.2012-ci il tarixdə Cəhri kənd ağsaqqlarının müzakirəsinin nəticəsində görünür ki, Məmmədli kəndində 2,5 hektar qəbiristanlığın alınması ağsaqqallar tərəfindən qəbul edildi; Qəbiristanlıq üçün vəsaitlərin yığılması və qəbiristanlıqla bağlı məsələlər və digər məsələlər: Cavabdeh başda olmaqla, X10 həvalə olundu. Vəsaitin yığılması 100 manatdan başlasın, kimin imkanı varsa artıq da verə bilər. Ailədə neçə oğul varsa, ayrı təsərrüfatdırsa, yeni evlidirsə imkan dərəcəsində vəsait yığımında iştirak etməsi vacibdir; Qəbiristanlıqla bağlı vəsaitin yığılması ancaq Cəhri və Gülşonabad kəndinə aiddir; Başqa rayondan olan kürəkənlər öz təsərrüfatı üçün qəbiristanlıq məsələlərində iştirak edə bilərlər, yəni yer ala bilərlər; Bundan sonra hüzrü düşən şəxslər məclislərində vəsaitin yığılmasını vacib saymalıdırlar və vəsaitin miqdan 5-10 manatdan başlasın, kimin imkanı olarsa artıq da verə bilər; Bundan sonra hüzürü düşən şəxslər məclislərində israfçılıq olmasın deyə çay, qənd, limon, xurma və halva qoyulması tələb olunur; Məclis axşam 20:00-İa və ya 20:30-dək davam olunsun ki, hamı çatdırıb iştirak edə bilsinlər; Qəbirstanlığda layihədə göstərildiyi kimi 1, 2, 3, 4-cü cərgədə böyüklər, 5-ci cərgədə 2 yaşdan 5 yaşa qədər uşaqlar, 6-cı cərgədə ana bətnində tələf olunmuş və 1 yaşına qədər uşaqlar dəfn olunsun; Dəfn kimliyindən asılı olmayaraq ardıcıl formada sıra ilə getməsi, baş daşlarının ucuz və sadə formada düzəldilməsi tələb olunur; Bundan sonra hər bir kəs yeni ailə qurarsa 100 manatdan başlayaraq vəsait yığımında iştirak etməsi vacibdir; Hər təsərrüfat üçün 5 manat üzvlük haqqı verilsin ki, bundan sonra çadırların qurulması, müəyyən xidmətlərin və bizə lazım olan işçilərin məvacibi ödənilsin. - xx.xx.2012-ci il tarixdə Cəhri kənd ağsaqqlarının iclasının nəticəsində görünür ki, Məmmədli kəndində 2,5 hektar qəbiristanlığın alınması ağsaqqallar tərəfindən qəbul edildi; Qəbiristanlıq üçün vəsaitlərin yığılması və qəbiristanlıqla bağlı məsələlər və digər məsələlər Cavabdeh başda olmaqla X10 həvalə olunsun; Vəsaitin yığılması 100 manatdan başlasın, kimin imkanı varsa artıq da verə bilər; Ailədə neçə oğul varsa ayrı təsərrüfatdırsa, yəni evlidirsə imkan dərəcəsində vəsait yığımında iştirak etməsi vacibdir; Qəbiristanlıqla bağlı vəsaitin yığılması ancaq Cəhri və Gülşənabad kəndinə aiddir; Başqa rayondan olan kürəkənlər öz təsərrüfatı üçün qəbiristanlıq məsələlərində iştirak edə bilərlər, yəni yer ala bilərlər. Bundan sonra hüzrü düşən şəxslər məclislərində vəsaitin yığılmasını vacib saymalıdırlar və vəsaitin miqdarı 5-10 manatdan başlasın, kimin imkanı olarsa artıq da verə bilər. - X119 (əvəzinə X163) ilə Cavabdeh arasında xx.xx.2012-ci tarixdə bağlanmış daşınmaz əmlakın alqı-satqısına dair AN-İ seriyalı, ******* saylı müqavilənin surətindən görünür ki, X4 rayonu, Məmmədl kəndində yerləşən ümumi sahəsi 2,50 ha olan torpaq sahəsini Cavabdeh 60000 manata sataraq, onun mülkiyyətinə vermişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2012-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Abşeron rayonu, Məmmədl kəndində yerləşən ümumi sahəsi 2,50 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh mülkiyyətindədir. - Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, qəbiristanlıq kimi istifadə olunması üçün Cəhri kənd sakinlərinin yığdıqları vəsait hesabına onun adına rəsmiləşdirilən, mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndində yerləşən 2,50 torpaq sahəsinin kateqoriyasının, təyinatının dəyişdirilməsinə etiraz etmir, razıdır. - Abşeron RPİ-nin İstintaq Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən vətəndaş X45 və X31 müraciətləri əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Cavabdeh əməlində Azərbaycan Respublikası İXM-nin 247.2-ci maddəsinin tərkib əlamətləri olduğu üçün onun barəsində inzibati tənbeh tədbiri görülməsindən ötrü Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinə göndərilmiş qərarın surəti ilə kifayətlənilməsi, Cavabdeh əməlində Azərbaycan Respublikası İXM-nin 516-1.3-cü-ci maddəsinin tərkib əlamətləri olduğu üçün onun barəsində inzibati tənbeh tədbiri görülməsindən ötrü Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt Regional Ədliyyə İdarəsinə göndərilmiş qərarın surəti ilə kifayətlənilməsi, tərəflərə qərarda göstərilən xüsusatlarla bağlı mülki qaydada aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması bildirilməsi, tərəflərə torpaq sahəsinin təyinatının dəyişdirilməsi və oradan qəbirstanlıq kimi istifadə olunması üçün “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun, Torpaq Məcəlləsinin, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunun və “Qəbirstanlıqların salınması və idarə olunması qaydaları” haqqında Nazirlər Kabinetinin 04 dekabr 2018-ci il tarixli, 522 saylı Qərarının tələblərinə riayət etməklə müvafiq dövlət orqanlarından rəsmi icazə aldıqdan sonra həmin ərazidən məqsədli təyinatı üzrə istifadə olunması izah olunması və s. qərara alınmışdır. - Birinci tərəf 147 nəfər sakin və ikinci tərəf Cəhri qəsəbə Bələdiyyəsinin sədri X75 arasında bağlanan xx.xx.2024-cü il tarixli tələbin güzəşti barədə müqavilənin surətindən görünür ki, 147 nəfər sakin 2012-ci ildə Cəhri qəsəbə sakinlərinin topladığı pulla, qəbiristanlıq ehtiyacları üçün alınan və rəsmi olaraq mülkiyyət hüququ ilə Cavabdeh adına rəsmiləşən, Azərbaycan Respublikası, Abşeron rayonu, Məmmədli kəndinin inzibati ərazisində yerləşən 2,5 ha torpaq sahəsinin 1-ci tərəfin tələb etdiyi hissəsini, əvəzsiz olara (bağışlama müqaviləsi ilə) 2-ci tərəfə güzəşt edir. - Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən Cavabdeh ünvanlanan xx.xx.2013-cü il tarixli 313 saylı məktubun surətindən görünür ki, onun RİH Başçısına ünvanladığı, Daşınmaz Əmlakın Dövlət Reyestrinin RX seriyalı ******* saylı çıxarışı ilə mülkiyyətində olan, Məmmədli bələdiyyəsi ərazisində yerləşən 2,5 ha torpaq sahəsindən qəbirstanlıq kimi istifadə edilməsi barəsindəki müraciətinə Memralıq və tikinti şöbəsində baxılmışdır. Məlumat üçün bildirirlər ki, mülkiyyətində olan torpaq sahəsindən qəbiristanlıq kimi istifadə edilməsi üçün Respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Respublika Gigiyena və Epidemilogiya Mərkəzinin müsbət rəyi alınmalıdır. Yuxarıda qeyd edilənləri nəzərə almaqla ona məxsus torpaq sahəsindən kənd qəbirstanlığı kimi istifadə edilməsinə etiraz etmirlər. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublikası Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən Cavabdeh ünvanlanan xx.xx.2013-cü il tarixli 04-22/7- 435 saylı məktubun surətindən görünür ki, onun xx.xx.2013-cü il tarixli ərizənizə cavab olaraq bildirirlər ki, Daşınmaz Əmlakın Dövlət Reyestrinin RX seriyalı ******* nömrəli çıxarışına əsasən mülkiyyətində olan Abşeron rayonu Məmmədli bələdiyyəsinin ərazisində yerləşən 2,5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qəbiristanlıq salınması ilə əlaqədar tərəflərindən torpaq sahəsinə baxış keçirilmişdir. Baxış zamanı qeyd edilən torpaq sahəsi ilə ətrafdakı yaşayış məntəqələri arasında normativ sanitariya-mühafizə zonasına riayət edildiyi, sahədən mühəndis kommunikasiyaların keçmədiyi, eləcə də Abşeron rayonu İcra hakimiyyətinin xx.xx.2013-cü il tarixli 313 nömrəli razılıq məktubu nəzərə alınaraq, Azərbaycan Respublikasında qüvvədə olan tikinti normalarının və sanitariya qaydalarının tələblərinin təmin edilməsi şərti ilə həmin sahədə kənd qəbiristanlığının salınmasına etiraz etmirlər. - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsi tərəfindən Cavabdeh ünvanlanan xx.xx.2013-cü il tarixli 15/424 saylı məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sənətlər Nazirliyi, Abşeron rayonu Məmmədli kəndi ərazisində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2012-ci il tarixli Seriya RX 010142 nömrəli Çıxarışına əsasən mülkiyyətinizə aid, ümumi sahəsi 2.5 ha olan ərazinin kənd qəbirstanlığı məqsədilə istifadə olunmasına ekoloji tələblər baxımından ilkin etirazı olmadığını bildirir. Ərazinin yerləşmə mövqeyi üzrə CH-245-71 nömrəli normam sənədinin tələblərinin (300m) təmin olunduğu və Abşeron rayon İH-nin ilkin razılığının olması nəzərə alınsın. Eyni zamanda bildirirlər ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü bəndinin tələblərinə əsasən torpaq sahəsinin təyinatının dəyişdirilməsi təmin olunmalı və ərazi təyinatı üzrə istifadə olunmalıdır. - Cavabdeh ilə X56, X32, X30, X44, X18, X76, X94, X58 arasında xx.xx.2023-cü tarixdə bağlanmış daşınmaz əmlakın alqı-satqısına dair AN-İ seriyalı, ******* saylı müqavilənin surətindən görünür ki, Cavabdeh Abşeron rayonu, Məmmədl kəndində yerləşən ümumi sahəsi 2,50 ha olan torpaq sahəsinin 1/200 hissəsinin (hər birinə) X56, X32, X30, X44, X18, X76, X94 və X33 2400 manata (hər biri üçün 300 manat) sataraq, onların mülkiyyətinə vermişdir. - Cavabdeh ilə X72, X73, X34, X118, X46, X91, X92, X93, X77 arasında xx.xx.2023cü tarixdə bağlanmış daşınmaz əmlakın alqı-satqısına dair AN-İ seriyalı, ******* saylı müqavilənin surətindən görünür ki, Cavabdeh Abşeron rayonu, Məmmədl kəndində yerləşən ümumi sahəsi 2,50 ha olan torpaq sahəsinin 1/200 hissəsinin (hər birinə) X72, X73, X34, X118, X46, X91, X92, X93 və X47 2700 manata (hər biri üçün 300 manat) sataraq, onların mülkiyyətinə vermişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Naxçıvan Muxtar Respublikasının Cəhri və Gülşənabad kənd sakinləri ilə cavabdeh X96 arasında şifahi tapşırıq müqaviləsi bağlanmışdır. Taşırıq müqaviləsinə əsasən kənd sakinliklərinin qəbiristanlıq ehtiyaclarının təmin edilməsi üçün torpaq sahəsini alınması Cavabdeh və X10 tapşırılmışdır. Həmin sakinlərin vəsaiti hesabına Cavabdeh ilə X119 (əvəzinə X163) arasında xx.xx.2012-ci tarixdə bağlanmış daşınmaz əmlakın alqı-satqısına dair müqaviləsinə əsasən Abşeron rayonu, Məmmədl kəndində yerləşən ümumi sahəsi 2,50 ha olan torpaq sahəsi alınmışdır. Həmin torpaq sahəsi xx.xx.2012-ci il tarixdə Cavabdeh adına xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 777.4. Bu Məcəlləyə uyğun olaraq müqavilələrin hər hansı növünə aid olan müqavilələrə, o cümlədən podrat müqaviləsinə tapşırıq müqaviləsi haqqında qanunvericilik yalnız subsidiar şəkildə (əlavə vasitə kimi) tətbiq edilir. 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. 778.3. Əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir. Belə ki, cavabdeh ona verilən tapşırığa əsasən kənd sakinlərinin vermiş olduğu vəsait hesabına Abşeron rayonu, Məmmədl kəndində yerləşən ümumi sahəsi 2,50 ha olan torpaq sahəsi alınmışdır və tərəflərin vermiş olduğu məlumata əsasən həmin torpaq sahəsində dəfn mərasimləri keçirilmiş, qəbrlər yerləşdirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli 522 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qəbiristanlıqların salınması və idarə olunması” Qaydalarının: 2.1.1. qəbiristanlıq - bu Qaydalarla müəyyən edilmiş tələblərə uyğun olaraq ayrılmış torpaq sahəsində ölmüş şəxsin cənazəsinin (meyitinin və ya qalıqlarının), külünün qəbirdə dəfni üçün, həmçinin hüzn divarları (kolumbari) yaradılmış ərazi. 5.1. Qəbiristanlıqların salınması, istismarı, abadlaşdırılması və genişləndirilməsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin, bu Qaydaların və şəhərsalma və tikinti sahəsində digər normativ hüquqi aktların tələblərinə uyğun tənzimlənir. 5.2. Bu Qaydaların 5.3-cü və 5.4-cü bəndlərində müəyyən edilən hallarda yeni qəbiristanlığın salınması barədə qərar bələdiyyə tərəfindən qəbul edilir. 6.1. Qəbiristanlığın salınması üçün bələdiyyənin müraciəti əsasında bu Qaydalarla müəyyən edilmiş tələblərə uyğun olan torpaq sahəsinin müəyyən edilməsi məqsədi ilə bələdiyyə tərəfindən Komissiyanın (bundan sonra - Komissiya) yaradılması barədə qərar qəbul edilir və bu qərar ictimaiyyətə çatdırılır, həmçinin bələdiyyənin inzibati binasının qarşısında hamı üçün açıq olan yerdə elan lövhəsində yerləşdirilir. 10.1. Qəbiristanlıqlar bələdiyyə tərəfindən bu Qaydaların tələbləri gözlənilməklə ayrılmış torpaq sahələrində Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq qeyri-kommersiya qurumu statusunda yaradılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin:

1. Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir.

2. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları.

3. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydaya uyğun olaraq həyata keçirilir. Akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.1-ci maddəsinə əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. 7.2-ci maddəsinə əsasən ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən qəbiristanlıqların salınması və idarə olunması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq həyata keçirilir. Həmin qaydaların tələblərini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar. Hazırda cavabdeh Cəhri qəsəbəsi və Gülşənabad kənd sakinlərinin puluyla, Cəhri qəsəbəsi və Gülşənabad kəndinin sakinlərinin qəbiristanlıq ehtiyacları üçün torpaq sahəsi almasını ehtimal etsə də, məhkəmə hesab edir ki, tərəflər arasında əldə edilən razılıq və cavabdehə verilən tapşırıq qanuna uyğun deyil. Hazırda mübahisələndirilən torpaq sahəsi xüsusi mülkiyyət kimi cavabdehin adına qeydə alınmış, kənd təsərrüfatı təyinatlı olmaqla onun təyinatı dəyişdirilməmişdir. Göründüyü kimi, qəbiristanlığı salınması qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli 522 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qəbiristanlıqların salınması və idarə olunması” Qaydaları ilə tənzimlənir. Belə ki, qəbiristanlıqlar bələdiyyələr tərəfindən onların ərazi yurisdiksiyası daxilində salına bilər. Qeyd edilməlidir ki, hazırda məhkəmə müvafiq iddia ilə 68 nəfər iddia irəli sürsə də, həmin torpaq sahəsinin alınması üçün başqa şəxslərin də pul verdiyi və məhkəmənin icraatında eyni əsaslı başqa iddianın olduğu məlumdur. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, artıq cavabdeh xx.xx.2023-cü il tarixli alqı-satqı müqavilələri ilə Abşeron rayonu, Məmmədli kəndində yerləşən ümumi sahəsi 2,50 ha olan torpaq sahəsinin 1/200 hissəsini (hər birinə) X56, X32, X30, X44, X18, X76, X94, X58, X72, X73, X34, X118, X46, X91, X92, X93 və X1, onların mülkiyyətinə vermişdir. Yəni cavabdeh tapşırıq müqaviləsinə əsasən alınmış torpaq sahəsinin qaytarılması ilə bağlı bir çox sakin ilə razılıq əldə etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış tapşırıq müqaviləsinə əsasən cavabdehə qəbiristanlıq alınması üçün müvafiq vəsaitinin yığılaraq verilməsi, Cəhri qəsəbəsi və Gülşənabad kənd sakinlərinin qəbiristanlıq ehtiyacları üçün cavabdehin xüsusi mülkiyyəti kimi kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alınması, həmin torpaq sahəsində qəbirlərin yerləşdirilməsinin təmin edilməsi qanuna uyğun deyil. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin nümayəndəsi və vəkili məhkəməyə təqdim etdiyi etirazında iddiaçılar tərəfindən iddia müddətinin ötürüldüyünü qeyd edərək, həmin etirazda və məhkəmə iclasında iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Hazırda isə cavabdehin nümayəndəsi və vəkili müvafiq ərizə ilə məhkəməyə müraciət etməmiş, məhkəməyə təqdim etdiyi etirazda da iddia müddətinin keçməsinin əsaslarını qeyd etməmişdir. Bu səbəbdən məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin iddia müddətinin tətbiq edilməsi barədə mülahizəsini nəzərə almır. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9 və İddiaçı10 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən şəxslər Naxçıvan MR Babək rayonu Cəhri Bələdiyyəsi və Abşeron rayon İcra Hakimiyyəti cəlb edilməklə Cavabdeh qarşı “torpaq sahəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X173, X12, X13, X48, X65, X36, X49, X37, X66, X67, X21, X130, X145, X131, X50, X22, X23, X111, X68, X80, X38, İddiaçı7, X132, X51, X14, X39, X6, X40, X7, X52, X146, X3, X15, X112, X113, X69, X87, X8, X9, X41, X42, X24, X53, X70, X16, X114, X88, X25, X54, X147, X2, X115, X71, X133, X116, X89, X148 və X55 Cavabdeh qarşı “torpaq sahəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiaları təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçılara və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslərə aid edilməlidir. Şərh edilənlərə əsasən və MPM-in 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9 və İddiaçı10 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən şəxslər Naxçıvan MR Babək rayonu Cəhri Bələdiyyəsi və Abşeron rayon İcra Hakimiyyəti cəlb edilməklə Cavabdeh qarşı “torpaq sahəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X173, X12, X13, X48, X65, X36, X49, X37, X66, X67, X21, X130, X145, X131, X50, X22, X23, X111, X68, X80, X38, İddiaçı7, X132, X51, X14, X39, X6, X40, X7, X52, X146, X3, X15, X112, X113, X69, X87, X8, X9, X41, X42, X24, X53, X70, X16, X114, X88, X25, X54, X147, X2, X115, X71, X133, X116, X89, X148 və X55 Cavabdeh qarşı “torpaq sahəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiaları təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçılara və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslərə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar