Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1847/2025 09.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (Açar sözlər: “mənzilə istifadə hüquqları olmayan hesab edilmələri” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (videokonfrans vasitəsilə) iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilə istifadə hüquqları olmayan hesab edilmələri” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Tələb:
1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilə istifadə hüquqları olmayan hesab edilmələri” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Nizami rayonu, Naxçıvanksi küçəsi, 59 saylı evin, 18 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 59 saylı evin, 18 saylı mənzili onun şəxsi mülkiyyətindədir. Həmin mənzilə dair Azərbaycan Respublikası Bakı şəhəri İcra Həkimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyatı İdarəsi tərəfindən 23 sentyabr 1999-cu il tarixli, 015927 nömrəli qeydiyyat vəsiqəsi almışdır. Cavabdeh1 onun qızıdır. Cavabdeh2 və Cavabdeh3 onun övladlarıdır. Gülafət 2008-cü ildə ailə həyatı qururaq Lənkaran şəhərinə köçmüşdür, lakin bir müddəi orada yaşadıqdan sonra ailə üzvləri ilə birlikdə İsveçə köçmüşdür, halhazırda da orada yaşayır. Cavabdehlərin onun mülkiyyətində olan mənzildə heç bir əşyaları yoxdur. Cavabdehlərin onun mülkiyyətində olan mənzildə pasport qeydiyyatında qalmaqları səbəbindən yaşayış sahəsinə sahiblik, islifadə və sərəncam vermək hüquqları məhdudlaşdırılır.
Tərəflərin izahatları:
3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən (videokonfrans) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 bildirdilər ki, iddia tələbini qəbul edirlər. İddia tələbinin təmin edilməsinə etiraz etmədilər.
İş materialları:
5. ÖM seriyalı, 015927 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 59 saylı evin 18 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir. Mənzil iddiaçının adına xx.xx.1999-cu il tarixdə 157691 qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır.
6. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 59 saylı evin 18 saylı mənzilində qeydiyyatdadırlar.
7. Ərizələrdən görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qeydiyyatda olduğu mənzilin İddiaçı tərəfindən satılmasına və qeydiyyatdan çıxmağa etiraz etmirlər.
İşin faktiki halları:
8. Məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 59 saylı evin 18 saylı mənzili xx.xx.1999-cu il tarixdə İddiaçı mülkiyyətinə keçmişdir. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Nizami rayonu, Naxçıvanksi küçəsi, 59 saylı evin, 18 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsini xahiş edir. Cavabdehlər məhkəmə iclasında (videokonfrans) bildirdirlər ki, iddia tələbini qəbul edirlər.
Tətbiq edilən hüquq:
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
Məhkəmənin mövqeyi:
10. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir.
11. Göründüyü kimi cavabdehlər iddia tələbini qəbul edir və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər.
Məhkəmə baxışının hədləri:
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmə xərcləri:
13. İddia tələbi təmin edildiyindən və iddiaçı tələb etmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
Nəticə:
14. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 59 saylı evin 18 saylı mənzilinə istifadə hüquqları olmayan hesab edilməlidirlər.
15. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi:
İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 59 saylı evin 18 saylı mənzilinə istifadə hüquqları olmayan hesab edilsinlər. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Ülkər Yusifova