Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1853/2024 26.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Pəhlivan Fərzəliyev küçəsi, 15B saylı mənzildən çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Pəhlivan Fərzəliyev küçəsi, 15B saylı fərdi evi onun mərhum qayınatasına məxsus olub. Qayınatası vəfat edib, həmin mənzil onun sahibliyində olub və o sözügedən mənzildə qeydiyyatdadır. Bütün bunlarla bağlı bildirir ki, uzun müddət Türkiyə Respublikasında yaşadığı üçün, mənzili müvəqqəti olaraq bacısı Cavabdeh2 və onun oğlu Cavabdeh1 yaşamaq üçün verib. O, Hazırda Bakı şəhərinə qayıdıb və cavabdehlər mənzili ona təhvil vermək istəmir. O, ailə üzvləri ilə birlikdə orada-burada yaşayır. Daimi yaşamağa yerləri yoxdur. Bütün bunlar onların vəziyyətlərinin və sağlamlıq vəziyyətlərinin pisləşməsinə gətirib çıxarır. Buna görə də, Cavabdeh2 və ailə üzvlərinin mənzildən çıxarılma tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlib. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, mübahisəli evin hüquqmüəyyənedici sənədləri mövcud deyil. Cavabdehlər evdən çıxmağa razıdırlar. Sadəcə təmir xərclərini tələb edirlər. Cavabdehlərə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Odur ki, məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişlər ki, o, bacısının razılığı ilə P.Fərzəliyev küçəsində 15B nömrəli evə köçərək yaşayıb, evdə çıxmağa razıdır. Lakin iddiaçı evin təmirinə çəkdikləri xərcin əvəzini, yəni 7000 manat xərci ödəsin. Onlar P.Fərzəliyev küçəsi, 15B ünvanından çıxmağa hazırdırlar. Məhkəmə iclasında şahid qismində dindirilən X15 ifadə verərək göstərdi ki, iddiaçı onun xalasıdır. Mübahisəli ev xalası İradayə məxsusdur. Ondan daha əvvəl isə iddiaçının qayınatası və ərinə məxsus olub. Cavabdeh İlhamə xanım da onun xalasıdır. 8 il əvvəl iddiaçı əri vəfat etdiyindən və uşağı azyaşı olduğundan Türkiyə Respublikasına işləməyə gedib, bu vaxt İlhamə xanımın da maddi vəziyyəti yaxşı deyildi, kirayədə yaşayırdı və bacısından evlə bağlı kömək istəyib. Bundan sonra mübahisəli evə köçüb. İddiaçı indi öz evinə qayıtsa da, bacı onu evə buraxmır. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadə verərək göstərdi ki, iddiaçı onun əmisi qızı və gəlinləridir. P.Fərzəliyev küçəsi, 15B onun atasının evidir, o, özü və oğlu da həmin ünvanda qeydiyyatdadır. Atası evi qardaşı Rasimə verib. Qardaşı Rasim vəfat edəndən sonra həmin ünvanda gəlinləri, yəni iddiaçı yaşayıb. O, evin böyük oğludur, onların evə tələbləri yoxdur. İddiaçı oğlu ilə birlikdə Türkiyə Respublikasına işləməyə gedib, İlhamə xanım da kirayədə yaşayırdı. İlhamə xanım maddi çətinlikləri olduğu üçün iddiaçının evinə köçüb. Artıq 8 ildir ki, cavabdehlər həmin ünvanda yaşayır, indi isə evdən çıxmırlar. X17 və X9 həmin ünvanda qonşu evdə yaşayırlar, onların evləri ayrıdır. Onun bacısı Roza və qardaşı Rauf sağdır, onların evlə bağlı tələbləri yoxdur. İki qardaşı isə vəfat edib. Məhkəmə tərəflərin izahatlarını və şahid ifadələrini dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: - Keşlə Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 91-K saylı məlumatından görünür ki, P.Fərzəliyev küçəsi, 15B ünvanındakı fərdi yaşayış evinin mülkiyyətçisi haqqında Keşlə bələdiyyəsində hər hansı sənəd və ya məlumat yoxdur. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, P.Fərzəliyev küçəsi, 15B ünvanında bir neçə özbaşına tikilmiş fərdi yaşayış evləri mövcuddur ki, bu evlər ayrı-ayrı şəxslərin adına inventarlaşdırılaraq bələdiyyədə qeydiyyata götürülmüşdür: Belə ki, 1) X17 P.Fərzəliyev küçəsi, 15B ünvanında tikili sahəsi 25,71 kv.m, ümumi sahəsi 37,62 kv.m; 2) X9 P.Fərzəliyev küçəsi, 15B ünvanında tikili sahəsi 59,13 kv.m, ümumi sahəsi 81,29 kv.m; - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Pəhlivan Fərzəliyev küçəsi, 15B saylı fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir; - AZ-İİ № 252614 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2022-ci ildə ölmüşdür. - AZ-İ № 709340 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2014-cü ildə ölmüşdür. - Asan 5 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ******* saylı arayışdan görünür ki, İddiaçı, X2, X18, X19, X1, X17, X9, X10, X7 ünvan 1 ünvanında qeydiyyatdadırlar. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM): 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə, və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə, ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. İş materialları və proses iştirakçılarının izahatları ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri, Nizami rayonu, Pəhlivan Fərzəliyev küçəsi, 15B saylı fərdi yaşayış evinin döviət reyestrində qeydiyyatdan keçməmişdir. Hazırda həmin ünvanda bir neçə özbaşına tikilmiş fərdi yaşayış evləri mövcuddur ki, bu evlər X17 və X3 adına inventarlaşdırılaraq bələdiyyədə qeydiyyata götürülmüşdür. Hazırda iddiaçı Bakı şəhəri, Nizami rayonu, Pəhlivan Fərzəliyev küçəsi, 15B saylı fərdi yaşayış evinin onun qayınatasına məxsus olduğunu, qayınatasının və əri Rasim Tanırverdiyevin ölümdən sonra isə evin onun sahibliyində olduğunu, Türkiyə Respublikasına getdikdən sonra cavabdehlərə müvəqqəti olaraq mübahisəli ünvanda yaşamağa icazə verdiyini, lakin cavabdehdən evdən çıxmadığını qeyd etmişdir. Cavabdehdehlər isə təmir xərclərinin ödənilməsi şərti ilə evdən çıxmalarına razılıq vermişlər. Məhkəmə iclasında şahid kimi dindirilən şəxslər iddiaçının iddia ərizəsində qeyd etdiyi halları təsdiq etmişlər. Bundan başqa, məlum olmuşdur ki, iddiaçının qayınatası Cəmşid Tanrıverdiyevin beş övladı olub, onlardan iki vəfat edib, Rafael Tanarverdiyev məhkəmə iclasında şahid kimi dindirilmiş, Roza və Rauf adlı övladları ilə bağlı məhkəməyə heç bir məlumat təqdim edilməmişdir. X8 P.Fərzəliyev küçəsi, 15B ünvanında qeydiyyatda olması müəyyən edilir. MPM-in 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə qeyd edir ki, Fərzəliyev küçəsi, 15B ünvanında özbaşına tikilmiş fərdi yaşayış evləri X17 və X3 adına inventarlaşdırılaraq bələdiyyədə qeydiyyata götürülmüşdür. İddiaçı həmin ünvanda yerləşən evin ona məxsus olduğunu qeyd etsə də, həmin ünvanda olan evin ona və ya onun əri və qayınatasına məxsus olması iş materialları ilə təsdiq edilməyib. Hazırda həmin ünvanda tərəflər, mərhum Cəmşid Tanrıverdiyevin övladlar və digər bir çox şəxs qeydiyyatdadır. Məhkəmə hesab edir ki, cavabdehlərin evdən çıxarılması ilə bağlı məhkəmə qətnaməsi iddiaçının fərdi yaşayış evi ilə bağlı hüquqlarını bir növ tanımış olacaqdır ki, mübahisəli fərdi yaşayış evinin iddiaçıya məxsus olması iş materialları ilə təsdiq edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 iyun 2008-ci il tarixli qərarında göstərmişdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Qeyd olunanlara əsasən məhkəmə İddiaçı iddia tələbinə münasibətdə belə qənaətə gəlir ki, iddia tələb hüququ olmayan şəxs tərəfindən verilmişdir. Belə ki, subyektiv hüquq şəxsiyyətin azadlığını, bu və ya digər davranışının mümkünlüyünü, sərbəstlik və təşəbbüskarlıq göstərmək imkanını hüquqi cəhətdən təmin edir. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Pəhlivan Fərzəliyev küçəsi, 15B saylı mənzildən çıxarılmaları tələbini irəli sürsə də, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Pəhlivan Fərzəliyev küçəsi, 15B fərdi yaşayış evinin ona məxsus olması iş materialları ilə öz təsdiqini tapmamışdır və nəticə etibarı ilə onun mübahisə predmeti ilə bağlı hər hansı tələb hüququ yoxdur və o, göstərilən iddia tələbi ilə bağlı tərəf kimi çıxış edə bilməz. Bundan başqa, cavabdehlər ərizə ilə məhkəməyə müraciət edərək, fərdi yaşayış evinin təmiri ilə bağlı çəkilmiş 7000 manat pulun ödənilməsi şərti ilə evdən çıxarılmalarına etiraz etməmişlər. MPM-in: 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; Məhkəmə baxışında müəyyən edilmişdir ki, iddiaçının hazırkı iddianı irəli sürməkdə subyektiv hüququ yoxdur. Bu səbəbdən məhkəmə hazırda cavabdehlərin ərizəsini qəbul etmir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı mülki işə irəli sürülmüş tələb üzrə baxılmalı və İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Pəhlivan Fərzəliyev küçəsi, 15B saylı mənzildən çıxarılmaları” tələbinə dair iddia tələb hüququ olmayan şəxs tərəfindən verildiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh edilənlərə əsasən və MPM-in 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Pəhlivan Fərzəliyev küçəsi, 15B saylı mənzildən çıxarılmaları” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-1853/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1853/2024
26.07.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver