Məhkəmə qərarları › İş №2(007)-1859/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1859/2022

14.10.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1859/2022 14.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçının nümayəndəsi X10 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X17 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və X17 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 28 saylı evin 30 saylı mənzili mərhum atası X4 12 mart 1969-cu il tarixdə 084850 saylı order əsasında verilmişdir. Atası 03 avqust 1991-ci il tarixdə, anası Cavabdeh1 Xanağa qızı isə 25 mart 2017-ci il tarixdə vəfat etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 04 oktyabr 2018-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri, Nəsimi küçəsində yerləşən 28 saylı evin 30 saylı mənzil üzrə X11 ilə 12 sentyabr 1969-cu il tarixdə bağlanmış icarə müqaviləsinin icarədarın vəfat etməsi ilə əlaqədar İddiaçı ilə bağlanması qət edilmişdir. Cavabdehlər Cavabdeh1 və X28 mərhum qardaşı X2 qızlarıdır. Ataları öldükdən sonra cavabdehlər anaları Nərminə Mustafayevanın yanına, yəni yaşadığı Astara rayonuna köçmüşlər. Artıq 14 ildir ki, cavabdehlər Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 28 saylı evin 30 saylı mənzilində yaşamırlar. Hal-hazırda cavabdehlərin yerinə kommunal xərcləri ödəmək məcburiyyətindədir. Cavabdehlərin mənzilində pasport qeydiyyatında qalmaları səbəbindən yaşayış sahəsinə sahiblik, istifadə və sərəncam hüquqları məhdudlaşdırılmışdır. Qeyd olunanlara əsasən, cavabdehlər Cavabdeh1 və X13 Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 28 saylı evin 30 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X18 iddianı müdafiə edib, ərizədə göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1 və X17 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - X42, X31 və X22 tərəfindən yazılmış və notarial qaydada təsdiq edilmiş 29 aprel 2022-ci il tarixli ərizədən görünür ki, X14, Cavabdeh2 İmaməli qızı və X12 ünvan 1 ünvanında uzun müddətdir faktiki olaraq yaşamırlar. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* №-li, 11 may 2022-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Cavabdeh1 və X24 ünvan 1 ünvanında qeydiyyatdadırlar. - Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2583/2018 nömrəli, 04 oktyabr 2018-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri, Nəsimi küçəsində yerləşən 28 saylı evin 30 saylı mənzil üzrə X11 ilə 12 sentyabr 1969-cu il tarixdə bağlanmış icarə müqaviləsinin icarədarın vəfat etməsi ilə əlaqədar İddiaçı ilə bağlanması, müqavilənin bağlanmasının Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyətinə həvalə edilməsi qət edilmişdir. - AZS-106 nömrəli, 12 oktyabr 2010-cu il tarixli ölüm haqqında tibbi şəhadətnamənin surətindən görünür ki, X6 05 oktyabr 2010-cu il tarixdə Bakı şəhərində ölmüşdür. - Bakı şəhər X29 İcraiyyə Komitəsi tərəfindən verilmiş 084850 nömrəli, 12 mart 1969-cu il tarixli orderin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi küçəsi, ev 28, mənzil 30 altı nəfər ailə üzvü ilə birlikdə X3 verilmişdir. - AZ-İ seriyalı, 657360 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 03 avqust 1991-ci il tarixdə Bakı şəhərində ölmüşdür. - AZ-İ seriyalı, 852425 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 Xanağa qızı 25 mart 2017-ci il tarixdə Bakı şəhərində ölmüşdür. - AZ-İİİ seriyalı, 236900 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Mustafayev X43 xx xxx 1985-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, atası X8, anası Cavabdeh1 Xanağa qızıdır. - 34 saylı MKİS tərəfindən verilmiş 274 nömrəli, 30 aprel 2022-ci il tarixli arayışdan görünür ki, Mustafayev X5, 28 saylı evin 30 saylı mənzilində yaşayır. X14, Cavabdeh2 İmaməli qızı və X12 göstərilən ünvanda qeydiyyatdadırlar, lakin yaşamırlar. - 34 saylı MKİS-in rəis əvəzi C.Hacıyev, mühasib T.Həsənova və sahə nəzarətçisi M.Həsənov tərəfindən tərtib edilmiş 03 oktyabr 2022-ci il tarixli aktdan görünür ki, Nəsimi küçəsi 28, mənzil 30-da qeydiyyatda olan Cavabdeh1, Cavabdeh2 İmaməli qızı və X12 uzun müddətdir göstərilən ünvanda qeydiyyatda olmalarına baxmayaraq yaşamırlar. Qonşulardan aldıqları məlumat da bunu təsdiqləyir. Harada yaşamaları da məlum deyil. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, Cavabdeh1 və X28 qardaşı İmaməlinin qızlarıdır. Qardaşı öləndən sonra Rəhilə və Pərvanə mübahisəli evdən çıxıb getmişlər. Onların harada yaşamalarını bilmirlər. Rəhilə və Pərvanə 14 ildir ki, qeydiyyatda olduqları mənzildə yaşamırlar, onlarla heç bir əlaqələri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X31 ifadəsində göstərmişdir ki, o, iddiaçı X1 qonşusudur. Belə ki, İslam Nəsimi küçəsi 28, mənzil 30-da, o isə mənzil 31-də yaşayır. Təxminən 14-15 ildir ki, Cavabdeh1 və X19 iddiaçının mənzilində görmür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X23 ifadəsində göstərmişdir ki, o, iddiaçı X1 qonşusudur. Cavabdeh1 və X28 ataları öləndən sonra iddiaçının mənzilindən köçmüşlər. Təxminən 15-16 ildir ki, onlar həmin mənzildə yaşamırlar. Məhkəmə, iş üzrə sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, cavabdehlər Cavabdeh1 və X28 Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 28 saylı evin 30 saylı mənzilində qeydiyyatda olsalar da, həmin mənzildə yaşamırlar, orada formal olaraq pasport qeydiyyatındadırlar. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Məhkəmə Plenum Qərarına əsasən İddiaçı cavabdehlər Cavabdeh1 və X17 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbi ilə bağlı müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdehlər tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırılmış və iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququnun olması qənaətinə gəlmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş orderin surətindən göründüyü kimi 12 mart 1969-cu il tarixli order əsasında Bakı şəhəri, Nəsimi küçəsi, ev 28, mənzil 30 altı nəfər ailə üzvü ilə birlikdə X3 verilmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 03 avqust 1991-ci il tarixdə ölmüşdür. Hazırda qeyd olunan mənzildə İddiaçı ailəsi ilə yaşayır. Bundan başqa iş materiallarına əlavə olunmuş Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2583/2018 nömrəli, 04 oktyabr 2018-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri, Nəsimi küçəsində yerləşən 28 saylı evin 30 saylı mənzil üzrə X11 ilə 12 sentyabr 1969-cu il tarixdə bağlanmış icarə müqaviləsinin icarədarın vəfat etməsi ilə əlaqədar İddiaçı ilə bağlanması, müqavilənin bağlanmasının Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyətinə həvalə edilməsi qət edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı mülkiyyətçi olmasa da gözlənti hüququ var və bu səbəbdən cavabdehlər Cavabdeh1 və X17 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 965.2.2-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İV hissəsinə, 35-ci maddəsinin Vİ hissəsinə və 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair qərarna əsasən, “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadəsinin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq veribverməməsi müəyyən olunmalıdır (Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə 27 may 2010-cu il tarixli Qərar, № 18768/05, § 103). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.8-ci maddəsinə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsində göstərilir ki, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» 12 mart 1999-cu il tarixli Qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Beləliklə, tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, cavabdehlər Cavabdeh1 və X13 qeydiyyatda olduqları Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 28 saylı evin 30 saylı mənzili ilə on dörd ildir ki, əlaqələri yoxdur və beləliklə də, onlar həmin mənzilə olan istifadə hüquqlarını itirmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və X13 Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 28 saylı evin, 30 saylı mənzildən istifadə hüquqlarına xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tələb etmədiyindən məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və X13 Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 28 saylı evin, 30 saylı mənzildən istifadə hüquqlarına xitam verilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar